Məhkəmə qərarları › İş №2(102)-6137/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6137/2019

19.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6137/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh Hətəm oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-1172/2019, hakim M.Ə.Rüstəmli) iddiaçı X2 Cavabdeh Hətəm oğluna qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 5.000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-6087/2019 X.Ə.Sarıyev, E.Y.Şamayev, Ş.Ə.Məhərrəmova) Cavabdeh Hətəm oğlunun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 30 oktyabr 2018-ci il tarixdə X1 Alim Hətəm oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh dən 11.500 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 25 fevral 2015-ci il tarixdə, sinif yoldaşı X5 ilə birlikdə kommersiya işləri ilə əlaqədar “Moskva” univermaqında görüşmüş, Cavabdeh özünə məxsus obyekti onlara göstərmiş və oranı işlətmək üçün ona borc pul verməyi xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq ona 07 mart 2015-ci il tarixində 5.000 ABŞ dolları və sonradan 6.500 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh almış olduğu pulu 2015-ci ilin iyul ayına kimi qaytarmağa söz vermiş, lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamış, hətta ona şər-böhtan ataraq ondan haqq tələb etdiyi barədə Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdehdən pulunu almaq üçün dəfələrlə Nəsimi rayon Polis İdarəsinə və prokurorluğuna şikayət etməsinə baxmayaraq, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçının iddia ərizəsində göstərdikləri və polis idarəsində verdiyi izahatlar arasında ziddiyyətlər olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətlərə hüquqi qiymət verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə koll egiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının tələbinin əsasını cavabdehə verdiyi borcun qaytarılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə işt irakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Deməli, sübutetmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsi üzrə borcun verilməsini sübutetmə vəzifəsi kreditorun, aldığı pulun qaytarılmasını sübut etmək vəzifəsi borclun un üzərinə düşür. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 20 noyabr 2016-cı il tarixli qərardan müəyyən olunur ki, cavabdeh verdiyi izahatında iddiaçının ona 5.000 ABŞ dolları pul verdiyini, onun əvəzinə isə iddiaçıya həmin məbləğdə qızıl qaytadığını göstərmişdir. O da həmin qızılları satmışdır. Sonradan yenə də birlikdə işləmişdilər. Həbib ümumi qoyduğu pulu qızıl şəklində götürmüşdür. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 04 noyabr 2018-ci il tarixli qərardan müəyyən olunur ki, iddiaçı ifadəsində göstərmişdir ki, 2015-ci ildə cavabdeh ondan 5000 ABŞ dolları, 2017-ci ilin dekabr ayında isə əlavə 1.500 ABŞ dolları borc almışdır. Sonradan cavabdeh pulları qaytara bilmədiyini bildirib ona qızıl alıb qızıl saatlar düzəldərək satmaq və onun pulunu qaytarmaq üçün əlavə 5000 ABŞ dolları ona verməyi xahiş edir. O, da cavabdehə əlavə 5000 ABŞ dolları da vermişdir. Cavabdeh onun pullarını qaytarmadığından məcbur olub sonuncudan 25 ədəd qızıl saat götürmüş və özü sataraq 5000 manat əldə etmişdir, həmin məbləğ isə 2950 ABŞ dolları etmişdir. Cavabdeh əlavə 1.000 manat da pul qaytarmışdır. Apellyasiya məhkəməsi tərəfindən müəyən edildiyi kimi, iddiaçı tərəfindən cavabdehə birinci dəfə 2015-ci ildə 5.000 ABŞ dolları borc verməsi faktı həm tərəflərin məhkəmə iclasında verdikləri izahatları, həm də cavabdehin Nəsimi rayon Polis İdarəsində vermiş olduğu izahatı ilə təsdiq olunmuşdur. Lakin həmin pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılması öz təsdiqini tapmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2017-ci ildə cavabdehə yenidən pul verilmişd ir. İddiaçı həmin məbləğin 6500 ABŞ dolları olmasını bildirməsinə baxmayaraq, cavabdeh qeyd olunan məbləğin 5000 ABŞ dolları olduğunu bildirmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının verdiyi həmin məbləğin əvəzi olaraq cavabdehdən 25 ədəd saat və 1000 manat məbləğində pulu qəbul etməsi, cavabdehi məbləğindən asılı olmayaraq həmin pulun qaytarılması öhdəliyindən azad edir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara ald ı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar