Məhkəmə qərarları › İş №2(102)-614/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-614/2019

24.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-614/2019 24.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 24 yanvar 2019-cu il şəhəri İş №2(102)-614/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili Ramazanov Nicat Rüfət oğlunun iştirakı ilə, iddiaçı x1-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2(008)7542/2017 saylı qətnaməsi ilə (hakim V.Həsənov) iddiaçı x1-nin cavabdehlər x2, x3 və x4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7254/2018 saylı, 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Xəlilov, X.Cəmilova və A.Hüseynov) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 2(008)-7542/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7254/2018 saylı, 27 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 x2, x3 və x4 qarşı “borc tələbi və tutmanın ipoteka predmet inə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək x2 x1-nin xeyrinə 2009-cu il 12 avqust tarixli kredit müqaviləsi üzrə banka 40177.71 manat əsas, 1772.73 manat faiz, 65.74 manat cərimə borcu olmaqla cəmi 42016.18 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın x1 mülkiyyətindəki Bakı şəhəri, ünvan 1 yerləşən 2 otaqlı, 38 kv.metr yaşayış, 23.6 kv.metr köməkçi sahədən, 14.9 kv.metr zirzəmidən ibarət 8 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait q ətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, yaşayış evi satıldıqdan 1 ay sonra x1, x3 və x4 yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evin boşaldılması və banka təhvil verilməsi, x2 ilə x1 arasında bağlanmış 12 avqust 2009-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birgə borclular “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışlar. Öhdəliyin icra edilməməsi nəticəsində birgə borcluların Banka 40177,71 manat məbləğində əsas, 1772,73 manat məbləğində faiz borcu yaranmışdır. Borcun ödənilməsi nin gecikdirilməsinə görə Bank tərəfindən 65,74 manat məbləğində cərimə (dəbbə) tətbiq edilməklə ümumi borc 42016.18 manat məbləğində hesablanmışdır. Bank tərəfindən borcluya dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmişdir. Borclu “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdükləri öhdəliyi yerinə yetirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7254/2018 saylı, 27 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili Ramazanov Nicat Rüfət oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan 17 fevral 2006-cı il tarixli Baş Sazişdən görünür ki, Azərbaycan Respublikası Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu ilə x1 ara sında Baş Saziş bağlanmışdır. Sazişə əsasən Azərbaycan Respublikası Milli Bankının qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Bankı” nəzdində Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin müvəkkil kredit təşkilatları tərəfindən verilməsinə dair standart tələblərə uyğun olaraq digər tədbirləri həyata keçirir, müvəkkil edilmiş kredit üzrə tələb hüquqlarının Fonda keçməsini, müvəkkil kredit təşkilatı tərəfindən xidmət olunan ipoteka krediti üzrə tələb hüquqlarının Fonddan geri alınmasını təmin edir. İşdə olan 12 avqust 2009-cu il tarixli 062/255 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, x5 ilə x2 240 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. İşdə olan Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş yaş ayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, x5 ilə x2 arasında bağlanmış 12 avqust 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə x2 məxsus ünvan 1 fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, x2 məxsus ünvan 1fərdi yaşayış evi x5 qarşısında 240 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan ödəniş qrafikindən və “kassa mədaxil qəbzlərindən” görünür ki, Banka hər ay 418,22 manat ödəməli olan cavabdeh x2 05 may 2017-ci il tarixdə, Banka, bir dəfəyə 2940 manat ödəmiş, həmin tarixdən sonra da aylıq ödənişləri etmişdir. İşdə olan 12 avqust 2009-cu il tarixli müqavilə əsasında verilmiş 50.000 manat məbləğində kreditin təyinatı cavab dehin mənzil alması olmuş və bu məqsədlə cavabdeh tərəfindən yaşayış sahəsinin 15 faizi məbləğində yəni 9200 manat ilkin ödəniş olmuş, verilmiş kredit üzrə aylıq ödəniş 418.22 manat olmaqla 240 aylıq qrafik verilmiş, ödəmələr cavabdeh tərəfindən vaxtaşırı icra edilmiş, lakin son müddətdə cavabdeh maddi vəziyyəti ilə əlaqədar ödəməni apara bilməmiş, bankın bildirişin aldıqdan sonra bank məhkəməyə müraciət edənədək qrafik üzrə bütün borcların müqavilə şərtlərinə uyğun olaraq ödəmişdir. İşdə olan x6 tərəfindən verilmiş 27 avqust 2018-ci il tarixli arayışda qeyd olunur ki, cavabdeh x2 həmin cəmiyyətdə mühasib işləyir, Dövlət Sərhəd Xidməti cəmiyyətə olan borcunu vaxtında ödəyə bilmədiyi üçün 2016-cı ilin dekabr ayından 2017-ci ilin aprel ayınadək ona və digər işçilərə əmək haqqı ödənilməsind ə çətinlik yaranmış və əmək haqqı 29 aprel 2017-ci il tarixdə 3000 manat ödənilmişdir. Eyni zamanda cavabdeh əmək haqqını məhz həmin vaxt almasına dair kassa məxaric orderini və həmin şirkətlə bağladığı əmək müqaviləsinə dair bildirişi təqdim etmişdir. Cavabdeh tərəfin hazırkı problemlərlə bağlı onlara köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fonduna etmiş olduqları müraciətə həmin idarənin səlahiyyətli nümayəndəsi tərəfindən 30 iyul 2018-ci il tarixdə cavab verilmiş və həmin cavabın surəti eyni zamanda iddiaçı banka göndərilmişdir. Məktubda bildirilmişdir ki, fondun vəsaiti hesabına x2 verilmiş ipoteka krediti üzrə öhdəliklər vaxtında icra edilmədiyindən 10 may 2016-cı il tarixdə ipoteka krediti üzrə tələb hüquqları x1-yə geri qaytarılmışdır. Qüvv ədə olan qaydalara əsasən tələb hüquqları geri alınmış kreditlər üzrə geri alınmanın səbəbləri aradan qaldırıldıqdan sonra müvəkkil bank tərəfindən ipoteka kreditinin təkrar yenidən maliyyələşdirilməsi ilə bağlı fonda müraciət oluna bilər. İpoteka kreditinin yenidən maliyyələşdirilməsi üçün təkrar müraciət həmin gecikdirmənin aradan qaldırılmasından 3 ay sonra edilə bilər. Həmin tələblərə cavab verdiyi təqdirdə x2 verilmiş ipoteka kreditinin fond tərəfindən təkrar yenidən maliyyələşdirilməsi məsələsinə baxıla bilər. İşdə olan çıxarış məlumatlarından görünür ki, cavabdehin ödənişləri hazırda qrafikə uyğun olaraq aparılır və onun banka ödənilməmiş borcu qalmamışdır. Bu halı iddiaçının nümayəndəsi də, təsdiq etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 7.8-ci bəndinə görə tərəflər arasın da bu müqavilənin icrası ilə bağlı mübahisələr qarşılıqlı razılaşma ilə həll edilir. Müqavilənin 7.9-cu bəndinə əsasən qarşılıqlı razılıq əldə edə bilmədikdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmədə həll edilir. Müqavilənin 7.8-ci bəndinə bank tərəfindən əməl olunmamış, yaranmış mübahisənin səbəbləri araşdırılmamış, tərəflər arasında hər hansı qarşılıqlı razılığa gəlmə barədə danışıqlar aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1. maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adə tlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2. maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İş materialları ilə müəyyən olunur ki, cavabdeh x2 iş yerindən əmək haqqını vaxtında vermədikləri üçün onun kredit müqaviləsi üzrə ödənişlərindən çətinlik yaranmış və əmək haqqı ödəniləndən dərhal sonra o, borcunu tam olaraq ödəmiş və hazırda da, aylıq ödənişləri həyata keçirir. Cavabdeh x2 öhdəliklərini icra edərkən vicdanlı olmuş, onu icra etməyə çalışmış, onun iradəsindən asılı olmayaraq öhdəliyi pozmuş və sonra onu aradan qaldırmışdır. Hazırda onun bank qarşısında öhdəliyi yoxdur. İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına x2 verilmiş ipoteka krediti üzrə öhdəliklər vaxtında icra edilmədiyindən 10 may 2016-cı il tarixdə ipoteka krediti üzrə tələb hüquqları x1-yə geri qaytarılmışdır. Cavabdeh fonda müraciət edərək özünün ailə və maddi vəziyyətini başa salmağa çalışmış və fond cavabdehin ipoteka kreditinin təkrar yenidən maliyyələşdirilməsinə etiraz etməmişdir. Hazırda cavabdeh aylıq ödənişləri həyata keçirir və onun ipoteka kreditinin maliyyələşdirilməsinə mane olan hallar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982ci il tarixli qərarı, “De Cubber Belçikaya qarşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Hazırkı iş üzrə iddia tələbi təmin olunacağı təqdirdə həmin qərarın ədalətli olacağı şübhə doğuracaq. Çünki cavabdeh ipoteka ilə mənzil almış, ödənişləri etmiş, onun iradəsindən asılı olmayaraq müəyyən pozuntular olsa da, könülü olaraq pozuntuları aradan qaldırmış, hazırda borcu yoxdur. Belə olan təqdirdə, ipotekanın təkrar maliyyələşdirməsi üçün bank tərəfindən sənədləşdirmə aparmaq əvəzinə mənzilin hərraca çıxarılması, tərəfləri əvvəlki vəziyyətə gətirməklə cavabdehi ağır vəziyyətə salmaq ədalətli olmayacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1. maddəsinə əsasən mülki hü quqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məcəllənin 560.3.4-ci maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə hesab olunur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-n in 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1-nin kassasiya şikayəti təmin edilməsin. x1-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar