Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-614/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXXXX cavabdeh "xxxx" MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(105)-1650/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Resp ublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 07 aprel 2015-ci il tarixli, İH/B-A(b)/0036 nömrəli Mənzilin alqı-satqısı haqqında müqavilə ilə "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivində inşa edilən 240-C saylı 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 61 kv.m. olan 1 otaqdan ibarət 107 saylı mənzili X1 təhvil verməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış 42700 manat məbləğdə pul vəsaitini müəyyən edilmiş müddət ərzində MMC-yə ödəməyi öhdəsinə götürmüşlər. Müqavilədə razılaşdırılmış məbləğ alıcı tərəfindən öz vəsaiti və "xxxx" ASC-dən alınan kredit hesabına ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəmə sində icraat
2. İddiaçı RRRızı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə, daha sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8750 manat məbləğdə pulun və 8750 manatın illik 5 faizini, yəni 1750 manatın tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən 61 kv.m-dən ibarət bir otaqlı 107 nömrəli mənzil satın almış və müqavilə üzrə mənzilin dəyəri olan 42700 manatı tam ödəmişdir. Lakin, mənzilində təmir işlərini icra edərkən iddiaçıya məlum olmuşdur ki, mənzilin sahəsi 61 kv.m. deyil, 51 kv.m. təşkil edir. İş üzrə ekspert rəyi ilə isə çatışmayan sahənin 12,5 kv.m. olması müəyyən olunmuşdur.
4. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx " MMC ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iddiasına iddia müddətini tətbiq etməklə, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 03 noyabr 2020-ci il tarixli rəyinə əsasən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3 maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8. bəndinin tələbləri nəzərə alınmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240C ünvanda inşa edilmiş yaşayış binasının 107 saylı mənzilinin ümumi sahəsi 48,5 kv.metr müəyyən edilir.
6. İş üzrə keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 27 iyul 2021-ci il tarixli rəyinə əsasən, iş materiallarına əlavə edilmiş (səh. 105) plan sxemdə qeyd olunan mənzilin texniki parametrləri ilə mənzilin faktiki vəziyyətdə olan texniki parametrləri üstüstə düşmür. Belə ki, mənzilin faktiki vəziyyətdə olan giriş qapısının yeri ilə plan sxemdə göstərilən giriş qapısının yerinin, eyni zamanda dəhlizin və sanitar qovşağının yerləşmə yerinin faktiki vəziyyətdən fərqli olduğu, habelə plan sxemdə 3 saylı hissə kimi qeyd olunan hissənin faktiki vəziyyətdə mövcud olmadığı müəyyən olunur. Təqdim olunmuş plan sxemdə qeyd olunan mənzilin eni 6,6 metr, uzunluğu 8,6 metr təşkil etməklə, sahəsi 56,76 kv.m təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59- cu bənd ində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240-c ünvanında inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 107 saylı mənzilin ümumi sahəsinin 48,45 kv.m təşkil etdiyi müəyyən olunur. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240-c ünvanında inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 107 saylı mənzilin tikintialtı (balkon və lociyaya azalma əmsalı tətbiq olunmadıqda, divarlarının və arakəsmələrin habelə şaxtaların yerləşdiyi sahə ümumi sahəyə daxil edildikdə) sahəsinin 58,08 kv.m təşkil etdiyi müəyyən olunur.
7. Abşeron Rayon Mə hkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-122/2021 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 8750 manat və dövlət rüsumu üçün 15 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı RRRızına ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya təqdim olunan mənzilin ümumi sahəsinin 48,45 kv.m təşkil etməklə, tərəflər arasında 07 aprel 2015-ci il tarixdə bağlanmış İH/B-A(b)/0036 nömrəli Mənzilin alqı-satqısı haqqında müqavilədə həmin mənzilin sahəsi üçün nəzərdə tutulan 61,0 kv.m olmayıb, nəzərdə tutulandan 12,55 kv.m az təşkil edir.
9. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yet irsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi müqavilədə nəzərdə tutulan kimi və yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun icra etməmiş, müqavilədə qeyd olunan mənzili ölçülərinə uyğun yox, 12,55 kv.m az təşkil etməklə verilmişdir. Buradan da görünür ki, iddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240-C ünvanında inşa edilən 9 mərtəbəli yaşayış binasının, sahəsi 61,0 kv.m. olan 1 otaqdan ibarət 107 saylı mənzili üçün 8750 manat (61 kv.m 48,45 kv.m = 12,55 kv.m-dir. 12,55 kv.m x 700 manat = 8750 manat) məbləğində artıq pul məbləği ödənilmişdir.
10. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi illik 5% ziyan tələbi hissəsində əsaslı olmadığından, bu barədə sübutlar təqdim edilmədiyindən təmin ed ilməməlidir.
11. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə Ləğv prosesində olan "xxxx" ASC-nin iddiaçıya qarşı kredit borcu tələbi və tələbin ipoteka predmeti olan hazırkı mübahisəli mənzilə yönəldilməsi faktının mövcudluğu bu iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı mübahisəli mənzili təmir edib, orada yaşayır, borcunu ödəmək istəyir, eyni zamanda icra prosesində tərəflər arasında bu barədə razılaşma da mümkündür.
12. Məhkəmə həmçinin iddia tələbinə iddia müddətinin tətbiqi barədə cavabdehin vəsatətinə münasibətdə qeyd etmişdir ki, iddiaçı mənzilin müqavilədə nəzərdə tutulan ölçüdən az olmaqla ona təhvil verildiyini mənzildə təmir ge dərkən bildiyini və təmir zamanı da məhkəməyə müraciət etdiyini bildirir. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 27 noyabr 2019-cu il tarixdə müraciət etmişdir. Göründüyü kimi, şəxs öz hüquqlarının pozulduğunu bildiyi vaxt da məhkəməyə müraciət etmişdir. Tərəflər arasında yaranan mübahisə müqavilə münasibətlərinə əsaslandığından, iddiaçı isə pozulmuş hüquqlarının müdafiəsi üçün qanunla müəyyən edilən müddətdə məhkəməyə müraciət etdiyindən, cavabdehin verdiyi vəsatətə əsassızdır və təmin edilə bilməz.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 372.1, 372.2, 373, 375, 385.1, 386.1, 389.1, 390.1, 421.1, 421.2, 421.3, 424.3, 424.5, 427.3, 442, 448.1, 448.2, 449.1, 752.1, 752.2, 776.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3, 59.4, 59.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 217.4, 119.1-ci maddələri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydalarının 3.8 bəndi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-12 2/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2022-ci il tarixli, 2(105)-565/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)122/2021 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 2968 manat və dövlət rüsumu üçün ödənilmiş 15 manat məbləğdə pul vəsaitinin tutulub iddiaçı RRRızına ödənilməsi qət edilmişdir.
16. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müvafiq araşdırm a və əsaslandırma olmadığı üçün məhkəmənin mənzillərin ölçüsünün nəyə görə müqavilə ilə deyil, ekspert rəyi ilə müəyyən edilməli olması nəticəsinə gəlməsi qətnamədən görünmür. Halbuki, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamədə məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir.
17. Bundan əlavə, cavabdeh tərəf mənzillərin ölçüsünün tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilməli olmasına istinad etsə də, işə baxan məhkəmə cavabdehin həmin dəlillərinə qiymət verməmiş, mənzillərin ölçüsü ilə bağlı mübahisəni Mülki Məcəllənin 390.1 və 405.1-cı maddələri kontekstində araşdırmamışdır. Müqavilədən və iddia ərizəsinin özündən də göründüyü kimi tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., 240-C ünvanı nda inşa etdiyi 9 mərtəbəli yaşayış binasında 61 kv.m-dən ibarət bir otaqlı, 107 nömrəli mənzili ümumi qiymətin 42700 manat olması barədə razılığa gəlmişlər.
18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini də nəzərə almamış, habelə mövcud müqavilə münasibətlərinə onun şərtlərinə uyğun olan podrat deyil, alqı-satqı müqaviləsinin şərtlərini tətbiq etməklə səhvə yol vermişdir.
19. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına qiymət verərkən müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olmasını, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müq aviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşağı, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə almamışdır. Mübahisəli mənzilin alınması ilə bağlı tərəflər arasında imzalanmış 07 aprel 2015-ci il tarixli, İH/B-A(b)/0038 nömrəli müqavilənin şərtləri təfsir edildikdə, həmçinin tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənası nəzərə alındıqda, məlum olur ki, həmin müqavilə alqı-satqı barədə deyil, podrat müqaviləsidir (müqavilənin 1.2; 3.1.2.4; 4.7-ci maddələri). Tərəflər arasında bağlanmış həmin müqaviləyə əsasən isə podratçı kimi "xxxx" MMC RRRızı qarşısında öhdəlik götürmüşdür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., 240-C ünvanında inşa et diyi 9 mərtəbəli yaşayış binasında 61 kv.m-dən ibarət bir otaqlı, 107 nömrəli mənzili inşa edib təhvil verəcək. Müqavilədə mənzilin yaşayış və köməkçi sahələrinin ölçüləri barədə heç bir müddəa yoxdur. Bu müqavilə ilə sifarişçi İddiaçı isə MMC qarşısında öhdəlik götürmüşdür ki, həmin mənzilə görə 42700 manat ödəyəcəkdir. Mənzilin dəyərinin sifarişçi tərəfindən tam ödənilməsi işin mübahisəsiz halıdır. İşdə olan ekspert rəyindən də görünür ki, mübahisəli mənzilin tikintialtı ümumi sahəsi 56,76 kv.metrdir. Başqa sözlə mübahisəli mənzilin müqavilədə nəzərdə tutulan ümumi sahəsi ilə ekspert rəyindəki qeyd olunan ümumi sahə arasındakı fərq 4,24 kv.metrdir.
20. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia qismən, yəni müqavilədə nəzərdə tutulmuş 61 kv.m ümumi sahədən çatışmayan 4,24 kv.m sahənin dəyəri hissəsində təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisə üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olmayan normalara istinad etmiş, bununla da səhv nəticəyə gəlmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 404.1, 404.2, 405.1, 425, 752.1, 752.2-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. İddiaçı RRRızı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2022-ci il tarixli, 2(105)-565/2022 nömrəli qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Azərbay can Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2023cü il tarixli, 2(102)-2281/2023 nömrəli qərarı ilə (hakim V.M.Məmmədovun məruzəsi ilə, hakimlər Z.Ə.Əliyevdən və A.Ə.Abbasovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2022-ci il tarixli, 2(105)-565/2022 nömrəli qətnaməsi cavabdeh "xxxx" MMC-dən 8750 manat məbləğdə pulun tutularaq İddiaçı verilməsi tələbinə dair hissədə ləğv edilmiş, iş eyni hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur, bu da pozuntuya yol verilən hissədə iş üzrə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
25. Azərbay can Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələbinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
26. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2020-ci il tarixli rəyində göstərilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinin tələbləri nəzərə alınmaqla, mübahisəli mənzilin ümumi sahəsi 48,5 kv.m-dir. Eyni nəticə həmin Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2021-ci il tarixli rəyində də təkrarlanmışdır. Halbuki, tərəflər ara sında bağlanmış 07 aprel 2015-ci il tarixli İH/B-A(b)/0038 nömrəli Mənzilin alqı-satqısı haqqında müqavilədə mübahisəli mənzilin ümumi sahəsi 61 kv.m. olaraq qeyd olunmuşdur.
27. Bununla da, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələblərinə əsasən hesablama aparan məhkəmə eksperti tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilin ümumi sahəsi, bayır və ara divarları, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan, 48,5 kv.m. təşkil edir.
28. Sözügedən ekspert rəylərində aparılmış tədqiqatların təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən, rəylərin mötəbər sayılmaması hər hansı əsas işdən müəyyən edilmir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Sumqayıt Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(105)-1650/2023 nömrəli qətnaməsi ilə (hakim Z.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.M.Süleymanovadan və F.Ə.Məmmədovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(012)-122/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya baxışı nəticəsində göstərmişdir ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2020-ci il tarixli rəyində göstərilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinin tələbləri nəzərə alınma qla, mübahisəli mənzilin ümumi sahəsi 48,5 kv.m-dir. Eyni nəticə həmin Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2021-ci il tarixli rəyində də təkrarlanmışdır. Halbuki, tərəflər arasında bağlanmış 07 aprel 2015-ci il tarixli İH/B-A(b)/0038 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilədə mübahisəli mənzilin ümumi sahəsi 61 kv.m. olaraq qeyd olunmuşdur. Bununla da, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələblərinə əsasən hesablama aparan məhkəmə eksperti tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilin ümumi sahəsi, bayır və ara divarları, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan, 48,5 kv.m. təşkil edir. Sözügedən ekspert rəylərində aparılmış tədqiqatların təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən, rəylərin mötəbər sayılmaması hər hansı əsas işdən müəyyən edilmir.
31. Cavabdehin iddia müddətinin tətbiq edilməli olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya məhkəməsi Mülki Məcəllənin 752 və 776.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, mübahisəli mənzilin alınması ilə bağlı tərəflər arasında müqavilə 07 aprel 2015-ci il tarixdə imzalanmış, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 27 noyabr 2019-cu il tarixdə müraciət etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
32. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(105)-1650/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişd ir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Mülki Məcəlləsinin 6, 21, 152, 337.2, 398, 404, 752, 762, 776-ci, Mülki Prosessual Məcəllənin 14, 48, 54-57, 82, 254-258-ci maddələrinin, “İpoteka haqqında” Qanunun tələbləri pozulmuşdur.
34. Belə ki, 07 may 2015-ci il tarixli müqavilə üzrə alınan daşınmaz əmlak ipoteka predmetidir və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi əsasında ipoteka predmetinə tutma yönəldilmişdir. Bu hal nəzərə alınmaqla, apellyasiya məhkəməsi iddiaçının əmlaka dair subyektiv və ya digər hüququnun tam yaranıb-yaranmamasına hüquqi qiymət verməmişdir. İddiaçı 07 aprel 2015-ci il tarixli müqavilə üzrə iddia tələbi 2019-cu il tarixdə irəli sürülmüş və apellyasiya məhkəməsi tələbə Mülki Məcəllənin 776-cı maddəsi ilə nəzərdə tutulan iddia müddətini tətbiq etməməklə maddi hüquq normasını pozmuşdur. Belə ki, mübahisə predmeti yaşayış binası deyil, binanın tərkib hissəsi olan mənzildir və bu tələbə bir illik iddia müddəti tətbiq edilməlidir. Həmçinin, tərəflər arasında bağlanmış 07 aprel 2015-ci il tarixli Mənzilin alqısatqısı haqqında müqavilə ilə razılaşdırılmış qiymət vahid əmlakın dəyərini təşkil etmişdir. Hazırki məhkəmə aktı tərəflərin razılaşdırılmış vahid əmlak dəyərinə ziddir. Mübahisəli mənzilin yerləşdiyi yaşayış binasının sifarişçisi X3r. Cavabdeh sözügedən şəxsin işə cəlb edilməsini xahiş etsə də, apellyasiya instansiyası onun maraqlarına toxunmaması qənaətinə gəlmişdir. Daha sonra, cavabdeh MMC “icraatın dayandırılması haqqında” vəsatət verilməsinə baxmaya raq, apellyasiya məhkəməsi buna zərurətin yaranmaması qənaətinə gəlmişdir. Halbuki, mübahisəli daşınmaz əmlak Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi tərəfindən açıq hərracı keçirilmiş və yekunlaşmışdır.
35. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
36. İddiaçı tərəf kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
37. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh mənzilin dəyərini tam ödədiyindən və sonra mülkiyyətində olan həmin mənzili ipoteka ilə yüklü etdiyindən, onun hazırki iddia qaldirmağa hüququ olmuşdur. Həmçinin kassasiya şikayətində əsassız olar aq Mülki Məcəllənin 776-cı maddəsi ilə müəyyən olunan bir illik iddia müddətinin tətbiq edilməli olması qeyd olunmuşdur. İlk olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, digər tərəfdən podrat müqaviləsindən irəli gələn müddət tətbiq edilməli olsa da, mübahisəli mənzilin binanın tərkib hissəsi olması nəzərə alınmaqla, tələbə 5 illik müddət tətbiq olunmalıdır. Cavabdeh Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələblərini pozmuşdur. Həmçinin cavabdeh qətnamənin X2 maraqlarına toxunmasını qeyd etsə də, bu halı əsaslandırmamışdır. Kassasiya baxışının hədləri:
38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut ki mi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
39. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 752.1-ci m addəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
41. Azərbaycan Respublikasının Şəhər salma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnamə sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olsa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilmədiyindən, qətnamə dəy işdirilməlidir.
44. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, cavabdehin tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyi lazımi qaydada icra etmədiyi üçün mənzilin çatışmayan sahəsinə görə ödənilmiş vəsaitin qaytarılmalı olması qənaətinə gəlmişdir.
45. Kassasiya şikayətinin dəlilləri əsassızdır.
46. Belə ki, mübahisəli mənzilin ipoteka predmeti olması, məhkəmə qətnaməsi ilə ona tutma yönəldilməsi və satılması ilə bağlı hərracların təyin edilm əsi iddiaçı ilə kredit verən bank arasında olan münasibətlərə aid olmaqla, iddiaçının cavabdehə qarşı tələb etmə hüququnu məhdudlaşdırmır.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi əsaslı olaraq Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan, podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə binaya aid beş illik müddətə istinad etmiş və hesab etmişdir ki, iddiaçı tərəfindən müddət ötürülməmişdir. Belə ki, mənzil binanın tərkib hissəsi olmaqla, iddia faktiki olaraq binadakı qüsurlarla bağlıdır. Formalaşdırılmış məhkəmə təcrübəsinə görə, bina, tikili və qurğuların inşası və rekontsruksiyası işlərinin keyfiyyətsiz görülməsi (mənzilin sahəsinin müqaviləyə uyğun olmaması həmçinin belə işlərə aiddir) üzrə iddialara 5 illik iddia müddəti tətbiq olunur. 1 illik iddia müddəti isə daşınmaz əmlakla əlaqəli olmayan podrat müqavilələri üzrə, habelə görülən işlər bina və qurğularla xarici bağlılıq təşkil etdiyi hallarda tətbiq olunur (məsələn, binada qapı-pəncərələrin quraşdırılması, santexniki işlərin görülməsi və s.).
48. X5 adlı şəxsin işə cəlb olunmamasına dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Belə ki, həmin şəxs mübahisəli mənzillə bağlı müqavilənin tərəfi olmamış, ona qarşı hər hansı tələb irəli sürülməmiş və qəbul edilən qətnamə ilə onun maraqlarına toxunulmur.
49. Bununla belə, məhkəmə kollegiyasının qənaətinə görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin hesablanmasında məhkəmələr səhvə yol vermişlər.
50. Belə ki, yuxarıda qeyd olunduğu kimi iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə mübahisəli mənzilin A zərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla, yəni ümumi sahəsi, bayır və ara divarları, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan və balkon sahəsi müvafiq əmsala vurulmaqla 48,45 kv.metr təşkil etməsi müəyyən olunmuşdur. Məhkəmələr də mənzilin sahəsinin məhz 48,45 kv.metr olmasını əsas götürməklə, iddiaçı tərəfindən artıq ödənilmiş vəsaitin cavabdehdən tutulmalı olması qənaətinə gəlmişlər.
51. Lakin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 27 iyul 2021-ci il tarixli rəyinin təsviri hissəsindən müəyyən olunur ki, mənzilə baxış zamanı tikililərin hər birinin ölçüləri ayrı-ayrılıqda hesablanmış və mənzilin ümumi sahəsinin 50,9 kv.metr olması müəyyən olunmuşdur. O cümlədən mənzildəki balkonun faktiki sahəsi 3,5 kv.metr olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yuxarıda istinad olunan Qaydalarının 3.8-ci bəndinə uyğun olaraq, həmin sahə 0,3 əmsalına vurulmaqla, mənzilin ümumi sahəsinin 48,45 kv.metr olması qeyd olunmuşdur.
52. Məhkəmə kollegiyası izah edir ki, mənzilin balkon sahəsi 3,5 kv.metr olaraq iddiaçıya təhvil verildiyindən, mənzilə görə ödənilməli olan vəsaitin məbləği hesablanarkən ona hər hansı əmsalın tətbiqi nəzərə alınmamalıdır və mənzilin faktiki sahəsi üzrə iddiaya hüquqi qiymət verilməlidir.
53. Qeyd olunmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə görə də analo ji işlərdə mənzilin ümumi sahəsi balkon, eyvan, lociya sahələrinə əmsal tətbiq edilmədən hesablanır. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yuxarıda istinad olunan Qaydalarında mənzilin ayrı-ayrı hissələrinin müvafiq əmsallara vurulması texniki sənədlərin tərtibi üçün əhəmiyyət kəsb edir, tərəflər arasında müqavilə üzrə öhdəliklərin icrası zamanı nəzərə alınmamalıdır.
54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı ilk tələbində məhz 10 kv.metr sahəyə görə ödənilmiş 7000 manat pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmiş, sonra isə tələbini ekspert rəyinə uyğunlaşdıraraq, artırmışdır.
55. Odur ki, müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək, iddiaçıya razılaşdırılmış 61 kv.metr əvəzinə, 50,9 kv.met r sahəsi olan mənzil təhvil vermişdir ki, çatışmayan 10,1 kv.metrə görə ödənilmiş vəsaiti iddiaçıya qaytarmalıdır.
56. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ 7070 manat (10,1 kv.metr x 700 manat) müəyyən olunmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(105)-1650/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh "xxxx" MMC-dən 7070 (yeddi min yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat məbləğində pul tutulub iddiaçı Fərəcova (Abuşeva) Hüsniyyə Siyasət qızına ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.