Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6141/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xxx nin cavabdeh Kərimov X16 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı xxx nin nümayəndəsi və vəkili X7, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınx nömrəli iş üzrə 17 iyul 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 atası X4 10.07.1995-ci il tarixdən əmək pensiyası təyin olunmuş, 31.07.2015-ci il tarixədək xxun pensiyası kart vasitəsilə hər ay mütəmadi olaraq alınmışdır. O, 08.02.2014-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 233 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. Ə.Kərimovun ölümü barədə xxx rayon şöbəsinə məlumat verilmədiyindən, 01.03.2014-cü il tarixdən 31.07.2015-ci il tarixədək X1 hesabına cəmi 3783,74 manat məbləğində pensiyası köçürülmüşdür.
2. Hazırda iddiaçı cavabdehlərə qarşı iddia qaldıraraq, qanunsuz alınmış 3781,10 manat vəsaitin qaytarılmaqla dövlət büdcəsinə vurulmuş ziyanın aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddi açı xxx cavabdeh Kərimov X16 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz alınmış 3781,10 manat vəsaitin qaytarılmaqla dövlət büdcəsinə vurulmuş ziyanın aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı xxx ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, X4 10.07.1995ci il tarixdən əmək pensiyası təyin olunmuş, 31.07.2015-ci il tarixədək xxun pensiyası kart vasitəsilə hər ay mütəmadi olaraq alınmışdır. xxun ölməsi faktı onun vərəsəsi olan Cavabdeh1 Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə müraciət etdikdən sonra məlum olmuşdur. Həmin vaxt daha soma məl um olmuşdur ki, 08.02.2014-cü ildə xxun vəfat etməsi barədə DSMF-nun Xətai rayon şöbəsinə heç bir məlumat verilməmiş, nəticədə 01.03.2014-cü il tarixdən 31.07.2015-ci il tarixədək olan dövr ərzində 3781,10 manat pensiya mərhumun kartından qanunsuz olaraq çıxarılmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla mərhuma məxsus pensiya kartının Cavabdeh2 olması, pulun onun tərəfindən çıxarılması, Cavabdeh1 isə mərhumun vərəsəsi olmasını nəzərə alaraq hər iki cavabdehdən qanunsuz alınmış 3781,10 manat vəsaitin dövlət nəfinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, atası X5 uzun illər Bakı şəhəri Sabunçu rayonu Vişnovka-1 bağ sahəsində, sonradan şəxsiyyəti ona məlum olan Ağdam r ayonundan məcburi köçkün olan Bakı şəhəri Xəzər rayonu ərazisində müvəqqəti məskunlaşan Cavabdeh2 ilə qeyri-rəsmi olaraq yaşamışdır. Onun atası ilə münasibətləri soyuq olduğundan atası daimi olaraq bağ evində yaşamış, onunla əlaqə saxlamamışdır. Sonradan ona atasının bir il əvvəl vəfat etməsi, atasının qeyri-rəsmi olaraq yaşadığı Cavabdeh2 X4 məxsus olan pensiya kartından xxun ölümündən sonra da istifadə edərək pensiyanı alması, atasının mülkiyyətində olan bağ evinin Cavabdeh2 tərəfindən öz adına keçirilməsi məlum olmuşdur. Bundan sonra o, mərhum atası X4 məxsus olan pensiya kartının bağlamaqla pensiyanın verilməsinin dayandırılması, qeyri-qanuni alınan pensiyanın Cavabdeh2 alınması üçün zəruri tədbirlərin görülməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə və Bakı şəhə ri Xəzər Rayon Polis İdarəsinə rəsmi qaydada müraciət etmiş, Cavabdeh2 X2 mülkiyyətində olan bağ sahəsinin öz adına keçirilməsinə dair əqdin etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət etmişdir. Ona görə də iddia ərizəsinin ona aid olan hissədə təmin edilməməsini xahiş etmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) 27 aprel 2017-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 vurulmuş maddi ziyana görə 3781,10 manat dövlət nəfinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə Mülki Məcəllənin 1091.2-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, X3 ölümü haqqında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə vaxtında məlumat verilməmiş, nəticədə xxa hesablanmış cəmi 3781,10 man at pensiya heç bir hüquqi əsası olmadan Cavabdeh2 tərəfindən alınaraq mənimsənilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), İ.Vəliyev və E.Həsənov) 17 iyul 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr qətnamə qəbul edərkən Bakı şəhəri 1-ci polis bölməsinin təhqiqatçısının özü tərəfindən yazılmış qərarına istinad edərək güya mərhumun pensiya kartından vəfatından sonra Cavabdeh2 istifadə etdiyi göstərilmişdir. Bütün bunlar əsassızdır və böhtan xarakteri daşıyır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili İ.Alızadə kassasiya şikayətinə etiraz edərə k onun rədd olunmasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər v urulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
27. X6 08.02.2014-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 233 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. X un ölümü barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə m əlumat verilmədiyindən, 01.03.2014-cü il tarixdən 31.07.2015-ci il tarixədək X1 hesabına cəmi 3783,74 manat məbləğində pensiyası köçürülmüşdür. Nəticədə x hesablanmış 3781,10 manat pensiya heç bir hüquqi əsası olmadan X14 tərəfindən mənimsənilmişdir.
28. Apellyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh2 mərhum Ə.Kərimovun vəfat etməsi barədə XXXXXX məlumat vermədən, mərhum XX un ölümündən sonra onun kart hesabına köçürülmüş 3783,74 manat pul vəsaitindən 3781,10 manat pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni əsas və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır ki, bu da mülki qanunvericiliyə əsasən əsassız varlanmadır. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, Cavabdeh2 vurulmuş maddi ziyana g örə 3781,10 manat dövlət nəfinə tutmaqda haqlı olmuşdur.
29. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 apellyasiya şikayətində mərhum x məxsus olmuş pensiya kartının onda olmamasına istinad etsə də, bu barədə məhkəməyə hər-hansı sübut təqdim etməmiş, əksinə iş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin 24.02.2016-cı il tarixli qərarından görünür ki, Cavabdeh2 izahat alınan zaman, o, XX vəfat etdikdən sonra bir neçə ay mərhumun pensiya müavinətini almasını və yas xərclərindən yaranan borcunu ödəməsini, hətta, pensiya kartından pul çıxarda bilmədiyi üçün bankomata öz atasını da göndərdiyini bildirmişdir.
30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
31. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.