Məhkəmə qərarları › İş №2(102)-6145/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6145/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6145/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT QSC-nin Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması, iddia müddəti ötürüldüyünə görə iddianın təmin edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi və İddiaçı BOKT QSC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)4897/2021 saylı qətnaməsindən İddiaçı BOKT QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noya br 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə borcalan Cavabdeh arasında imzalanmış 08 avqust 2014-cü il tarixli № 366/14 saylı kredit müqaviləsinə əsasən, “Kirby” firmasının istehsalı olan “Sentria” modelli avadanlığın alınması məqsədilə ilə Cavabdeh illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 3.065 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 2.960,08 manat, faiz borcu üzrə 627,81 manat olmaqla, cəmi 3.587,89 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində d övlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Bununla bağlı borcalan Cavabdeh dair sənədlər S-FK174 saylı, 23 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə təhvil verilmişdir. Cavabdeh banka o lan əsas borc üzrə 2.960,08 manat, faiz borcu üzrə 627,81 manat olmaqla, cəmi 3.587,89 manat məbləğində təşkil edir.

4. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddia tələbinə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək bildirmişdir ki, “X5” MMC ilə onun arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə avadanlığın qiyməti 3.900 manat müəyyənləşdirilmişdir. Müqavilənin şərtinə görə satıcıya ilkin ödəniş olaraq 156 manat ödənilmişdir. Qalan 3.744 manatı hər ay 156 manat olmaqla 24 ay ərzində ödəməli idi. 08 avqust 2014 -cü il tarixdə firmanın əməkdaşları onu “X1” dəvət ediblər və borc müqaviləsi bağlamışdır. Lakin ona satılan yuyucu maşın müəyyən olunmuş keyfiyyətə malik olmadığına görə qaytarıb müqavilənin pozulmasını tələb etmişdir. 22 sentyabr 2014-cü il tarixdə özünü firmanın hüquqşünası kimi təqdim edən Aqil Həsənov onların evinə gəlib avadanlığı götürüb, müqavilənin ləğv olunması və əmlakın qaytarılması haqqında üç nüsxədən ibarət əmlakın təhvil-təslim aktını imzalatdırmışdır. 2014-cü ilin sentyabr ayının axırlarında banka getmiş, “X4” MMC ilə aralarındakı müqavilənin pozulduğunu və avadanlığın geri qaytarıldığını bildirmiş, əmlakın təhvil-təslim aktının sürətini onlara vermişdir. Bankdan ona bildirmişlər ki, firma ilə məsələni özləri hell edəcəklər və onlarla olan müqavilə də ləğv olunmuş hesab edilir. İddia ərizəsindən görünür ki, firma qalan 3.588 manatdan 628 manatı qaytarıb qalan 2.960 manatı nədənsə qaytarmayıb. 2014-cü ilin sentyabr ayından 2019-cu ilin avqustuna qədər pulun qaytarılmaması haqqında onda məlumat olmayıb. Bank 2 014-cu ilin sentyabr ayından 2020-ci ilin dekabr ayına qədər bu haqda tədbir görməyib. İddiaçı iddia müddətinin tətbiq olunması barədə vəsatətlə razılaşmamış və bildirmişdir ki, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qərardadı ilə, MPM-in 152.1.2-ci maddəsinə istinadla geri qaytarılmışdır. “X2 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 09 oktyabr 2019-cu il tarixdə yenidən iddia verilmiş, Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qərardadı ilə MPM-in 152.1.2-ci maddəsinə istinadla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həm in qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(103)-2451/2020 saylı qərardadı ilə təmin edilməmişdir. Bu tələb üzrə iddia müddəti ötürülməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1517/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli) iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh onunla bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbinə iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Çünki tərəflər arasında bağlanmış 08 avqust 2014-cü il tarix li № 366/14 saylı borc müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti 08 avqust 2016-cı il tarixdə bitmiş, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 08 avqust 2016-ci tarixdən başlanmış, lakin iddiaçı tələbini 3 illik iddia müddəti bitdikdən sonra irəli sürmüşdür.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2 və 377.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)7897/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi ), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki 08 avqust 2014-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti, Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 08 avqust 2016-cı il tarixdən hesablanmalıdır. Kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulması, müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz. Çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti 08 avqust 2019-cu il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə ilk dəfə 09.10.2019-cu il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, iş materiallarından Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə banka sonuncu ödənişin hansı tarixdə həyata keçirildiyini müəyyən etmək olmur və iddia müddətinin axımı başladıqdan sonra müddəti kəsən hərəkətlərin edilmədiyi aydın olur.

11. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2 və 375-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı BOKT QSC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC tərəfindən mübahisə edilən kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün 08.08.2019-cu ildə müraciət edilmiş, lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qeyd olunanlara əsasən, iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinə 04.12.2020-ci il tarixdə müraciət edilməsinə baxmayaraq, 3 illik iddia müddəti ötürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında İddiaçı BOKT QSC-nin və kili Vəkil kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbi barədə məlumat vermədiyinə görə məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyala rla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə

375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət ve rmir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsi barədə düzgün nəticəyə gəlmədiyi barədə kassatorun dəlili əsassızdır. Çünki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

29. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tə dbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

30. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında hesab etmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

31. Yəni kredit müqaviləsi üzrə iddia müddəti kassatorun əsaslandırdığı kimi müqavilə öhdəlikləri icra edilənədək davam etmir, müqavilədə nəzərdə tutulmuş icra müddəti bitdikdə başlanır və qanunla müəyyən edilmiş müddətdə bitir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddia müddətinin axımının 08.08.2016-cı ildən baş lanması və 08 avqust 2019-cu il tarixdə bitməsini düzgün müəyyən etmiş, iddia ərizəsi məhkəməyə ilk dəfə 09.10.2019-cu il tarixdə verildiyinə görə iddia müddətinin ötürüldüyü barədə düzgün nəticəyə gəlmişdir.

32. Kassatorun onun adından çıxış edən “X2 Edilməsi Agentliyi” MMC tərəfindən mübahisə edilən kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün 08.08.2019-cu ildə müraciət edilməsi barədə dəlili iş materialları ilə müəyyən olunmur. Əksinə, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinə 09.10.2019-cu il tarixdə müraciət etmiş və məhkəmənin 23.10.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin e dilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(103)4897/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar