Məhkəmə qərarları › İş №2(102)-6148/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-6148/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6148/2020 05.11.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Aqil Abbasov Cavabdeh6 Baxış qızının Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12089/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12089/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh6 Baxış qızı xx xxxxxxxx 2020-ci ildə kassasiya şikayəti vermişdir. Hazırki iş üzrə müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-14/2019 saylı qətnaməsindən Cavabdeh6 Baxış qızı apelyasiya şikayəti vermədiyi halda, həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Halbuki Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, prosessual qanunvericiliyə görə tərəflər apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən o halda şikayət verə bilərlər ki, onların tələbləri təmin olunmasın. Cavabdeh6 Baxış qızı apelyasiya şikayəti vermədiyi üçün, başqa sözlə, onun apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmayan hər hansı tələbi olmadığı üçün Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələ bi baxımından onun apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ da yoxdur. Həmçinin müəyyən olunur ki, digər Cavabdeh1 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-14/2019 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi MK-nın 2(103)-12089/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12089/2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)2152/2020 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12089/2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh6 Baxış qızının kassasiya şikayətinin dəlillərindən görünür ki, bu dəlillər Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə eynidir və həmin dəlillər üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-12089/2019-ciu il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayəti üzrə artıq yoxlanılıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 №-li, xx xxxxxxx 2020-ci il tarixli Qərardadının 41-ci bəndinə görə məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən his sədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, Cavabdeh6 Baxış qızının kassasiya şikayəti icraata qəbul edilməməli və mülki iş kassasiya şikayəti ilə birlikdə şikayətin qaytarılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 408-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12089/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh6 Baxış qızının kassasiya şikayəti icraata qəbul edilməsin, kassasiya şikayəti geri qayt arılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar