Məhkəmə qərarları › İş №2(102)-615/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-615/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-615/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Kredit müqaviləsindən irəli gələn öhdəliklər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3316/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 iyun 2023-cü il tarixli, RGTK 2092288B125 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 83 ay müddətinə, illik 20%-lə 16407,12 manat məbləğində kredit verilmiş, borcalan isə həmin krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli sonuncu xəbərdarlığa əsasən xx.xx.2023-cü il tarixə 16407,12 manat əsas, 1396,93 manat faiz, cəmi 17804,05 manat məbləğində borcu olduğu Cavabdeh bildirilmiş, borcunun ödənilməsi ilə bağlı cavabd ehə təklif edilmiş və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK2092288B125 saylı kredit müqaviləsinə əsasən ona 83 ay, illik 20 faiz dərəcəsi ilə 16407,12 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlər inə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə, cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 16407,12 manat əsas; 1396,93 manat faiz; cəmi 17804,05 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə16407,12 manat əsas; 1396,93 manat faiz;cəmi 17804,05 manat məbləğində vəsaitin və ödənilmiş 143,41 manat dövlət rüsumunun tutulması ba rədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(006)839/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK 2092288B125 saylı kredit müqaviləsinə əsasən 16407,12 manat (on altı min dörd yüz yeddi manat, on iki qəpik) əsas, 1396,93 manat (min üç yüz doxsan altı manat, doxsan üç qəpik) faiz, cəmi 17804,05 manat (on yeddi min səkkiz yüz dörd manat, beş qəpik) borc və ödənilmiş 143,41 manat (yüz qırx üç manat, qırx bir qəpik) dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim R.Xəlilov).

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmd ar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK 2092288B125 saylı kredit müqaviləsinə əsasən cavabdehə 83 ay müddətinə, illik 20% dərəcəsi ilə 16407,12 manat məbləğində kredit ayırmış, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

7. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli, RGTK 2092288B125 saylı kredit müqaviləsinə əsasən 16407,12 manat əsas, 1396,93 manat faiz cəmi 17804,05 manat borcu yaranmışdır.

8. Birinci insta nsiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 449 və 739-cu; Mülki Prossesual Məcəlləsinin 14, 76, 77, 119 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayətində qeyd olunmuşdur ki, qətnamə iddiaçının özünün tərtib etdiyi sənədlərə - hesabdan çıxarış, maliyyə arayışı və kassa sənədinə əsaslanır, həmin sənədlər mötəbər sübut hesab edilə bilməz və bu sənədlərə əsasən borcun qalığı müəyyən edilə bilməz. Ona görə də iş üzrə mühasibatlıq ekspertizası təyin edilərək qalıq borcun məbləği düzgün müəyyən edilməlidir.

11. Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3316/2024 nömrəli, 31 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertizanın 18 sentyabr 2024-cü il tarixli, 9/4835 nömrəli rəyinə əsasən cavabdehin 22 noyabr 2023-cü il tarixə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 17765,26 manat məbləğində müəyyən edilmişdir (əsas borc üzrə 16407,12 manat, faiz borcu üzrə 1358,14 manat).

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3316/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-839/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və El şən Kazımov).

13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya icraatı zamanı iş üzrə məhkəməmühasibat ekspertizası təyin olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4802 nömrəli ekspert rəyinə görə, həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan əsas borcun məbləği 16407,12 manat, faiz borcunun məbləği 1358,14 manat, cəmi borcun məbləği 17.765,26 manat təşkil edir.

14. Məhkəmə daha sonra qeyd etmişdir ki, borcun məbləği cüzi (38,79 manat) fərqlə düzgün hesablanıb. Fərq cüzi olduğuna, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddiaya etirazını ifadə etmədiyinə və ekspertiza təyin edilməsi barədə vəsatət vermədiyinə görə, bu hal qətnamənin dəyişdirilm əsinə əsas ola bilməz.

15. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 739-cu, Mülki Prossesual Məcəlləsinin 372, 384-392-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə hesablamada özüdə təsdiq etdiyi yanlışlığı hansı normativ hüquqi akta əsasən cuzi olduğunu və bu halda cuzi yanlışlıq olduğu halda qanunvericiliyin hansı normativ hüquqi akta əsasən davranış qaydaları təsdiq etdiyini qeyd etməmişdir. Bununlada qətnaməni fa ktiki cəhətdən əsaslandırmamış, hüquq normalarını (MM maddələrini) və eləcə 8-ci bəndə ümumi ifadələri qeyd etməklə şikayəti təmin etməmək qərarına gəlmişdir.

18. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 2022-ci il 18 mart tarixli Qərarlar) hüquqi mövqeyinə görə mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını d eyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşma sına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən mövqeyini nəzərə alaraq məhkəmə kredit müqaviləsinin şərtlərinə hüquqi qiymət verməli olduğu halda heç bir halda müqaviləyə istinad etməmiş və hüquqi cəhətdən müqavilənin şərtlərinin hüquqi cəhətdən qanunauyğunıuğuna dair araşdırma aparmamışdır. Halbu ki, kredit müqaviləsi tamam ilə ədalətsiz, Bankın bazarda üstün mövqeyinə əsaslanan şərtlərinə əsasən bağlanmışdır. Belə ki, məhkəmənin özünün də qətnamədə qeyd etdiyi kimi kredit 20 faizlə verilmişdir. Bu gün və eləcə də krediti götürdüyü 2023-cü il boyunda bank – maliyyə bazarında bankların verdiyi kredit faiz dərəcəsi 10-15 faiz arası(ayrı-ayrı banklarda adi fiziki şəxslər üçün illik 10 faiz dərəcəsindən 15 faiz dərəcəsinədək) dəyişdiyi halda, İddiaçı ASC mənə nə bazar reallığına, nə də haqq-ədalətə sığmayan şərtlə, yəni 20 faizlə kredit vermişdir. O isə kredit münasibətinin zəif və asılı tərəfi kimi müqavilə şərtlərini oxumadan imzalamaqla, krediti götürmüşdür. Məhkəmə isə iddia tələbi üzrə işə baxarkən müqavilə şərtinin ədalətsizliyinə hüquqi qiymət vermədən qətnamə çıxartmışdır.

19. Bundan başqa krediti gecikdi rdiyi halda bank ondan yalnız gecikmə üzrə əsas və faiz borcunu tələb edə bilərdi. İddiaçı ondan əsas borcun bütün hissəsini o halda tələb edə bilərdi ki, kredit müqaviləsinin ləğvi barədə ən azı bir ay əvvəlcədən bildiriş vermiş olsun. Lakin ona kredit müqaviləsinin ləğvi ilə bağlı deyil, gecikmə borcunun ödənilməsi tələbi ilə bağlı bildiriş verilmişdir. Qətnamənin birinci səhifəsində iddia əriəsinin mahiyyəti ilə bağlıməhkəmənin qeydindən də görünür ki, iddiaçı bank əsas borcu tələb etsə də kredit müqaviləsinin ləğvi tələbini qoymamışdır. Bu halda bank əsas borcun tam məbləğini deyil, gecikmə hissəsini (vaxtı çatmış hissəni) tələb edə bilərdi. Eyni zamanda məhkəmə qətnamənin qət hissəsində də kredit müqaviləsinin ləğvini nəzərdə tutmamışdır. Qətnamənin mətnində də kredit müqaviləsinin lə ğvinin hansı halda mümkünlüyü məsələsinə dair qanunvericliyin normasına istinad verilməmişdir. Halbu ki, Qüvvədə olan Mülki Məcəllənin 423.2-ci maddəsinə görə “Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər”.

20. Hesab edir ki, yuxarıda qeyd etdiyimiz hər pozuntu üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırma aparılaraq məsələyə düzgün hüquqi qiymət veriləcəkdir. Hesab edir ki, məhkəmə qətnaməni qanuni və əsaslı dəlillərə kifayət qədər əsaslandıra, sübutları düzgün qiymətləndirə bilməmişdir. Belə ki, tərəfin məhkəməyə təqdim etdiyi müqavilə və qəbz qarşıya qoyulmuş həqiqətə nail olmaq üçün yetərli deyil. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar onun özü tərəfindən tədim edildiyi üçün mötəbər hesab edilə və iş üzrə yeganə sübut kimi istinad edilərək, qətnamənin yalnız bu sübutlar üzərində qurulması qanunvericilyə ziddir və bu yolla hüquqi həqiqətə nail olmaq mümkün deyildir. Buna görədə hesab edir ki, iddia tələbi tamamilə rədd edilməli, yalnız gecikmə hissəsində borcun tutulmasımümkünlüyünə baxılmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görmə li, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

25. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cav abdehdir.

26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

30. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

31. Maddə 102.2. Məhkəm ə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur.

39. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətində göstərilən dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

40. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müx təlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Cavabdeh Ağabala oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3316/2025 nömrəli iş üzrə 25 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar