Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6156/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, onun vəkili Əhməd Çingizxan İsax oğlunun, Cavabdeh2 vəkili Şükürov Elxan Şükür oğlunun iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İlkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1na və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsız sayılması” tələbinə dair ilk iddia ərizəsi ilə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Ağayev, iş 2(010)-876/2018) İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 37 saylı Notariat Konturuna qarşı iddiası təmin edilərək İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və Bakı şəhəri Cavabdeh1 09 mar t 2016-cı il tarixdə təsdiq edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və A.Hüseynov, iş № 2(103)-5386/2018) Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsi apelyasiya şikayəti verənə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Şadıyev, iş № 2(102)-7213/2018) Cavabdeh2 kassasiya şikayəti təmi n edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn, iş № 2(103)-1616/2019) Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 14 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia üzrə İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1 və Cavabdeh2 qarşı “onunla Cavabdeh2 arasında bağlanmış, Bakı şəhəri Cavabdeh1 09 mart 2016-cı il tarixdə 3M-91 saylı reyestrlə təsdiq edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı 343.430 (üç yüz qırx min dörd yüz otuz) manat məbləğində borcun tutularaq Cavabdeh2e verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarş ı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı, onun vəkili Əhməd Çingizxan İsax oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdeh2 vəkili Şükürov Elxan Şükür oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın 21 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanı lmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 09 mart 2016cı il tarixdə tərəflər arasında bilavasitə onların iştirakı ilə kredit m üqaviləsi bağlanmaqla, müqavilə notariatda təsdiq olunmuş və tərəflər müqaviləni imzalamaqla orada göstərilənlərin həqiqiliyini təsdiq etmişlər. Həmin müqaviləyə görə Cavabdeh2 tərəfindən İddiaçı 01 dekabr 2016-cı il tarixədək qaytarmaq şərti ilə 343.430 manat məbləğində borc verilmişdir. Kredit müqaviləsinin bağlandığı gün İddiaçı ərizə ilə notariat konturuna müraciət etməklə həmin ərizədə də Cavabdeh2 343.430 manat məbləğində kredit almasını etiraf etmiş və müqavilənin sənədləşdirilməsini xahiş etmişdir. Bundan başqa Cavabdeh2 İddiaçı arvadı X1 ilə birlikdə dərman preparatlarının birgə satışı ilə məşğul olması iş materialları ilə təsdiq olunur. Müəyyən olunduğu kimi Cavabdeh2 Arzu Məmmədovanı dərman vasitələri ilə təchiz etmiş, sonuncu isə Bakı şəhərində onun satışı ilə məşğul olmuşdur. Cavabdeh2 da istinad etmişdir ki, birgə fəaliyyətlərinə son qoyulduğuna görə X1 də qalmış dərmanların alınmasına sərf etdiyi pul vəsaitini birgə hesabladıqdan sonra borcun 343.430 manat olmasını müəyyən edərək X1 və əri İddiaçı ümumi razılığı ilə müqaviləni sonuncu ilə bağlamışdır. Apelyasiya instansiyası məhkəməsi ilkin iddia tələbini rədd edərkən aşağıdakılara istinad etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İş materiallarından görünür ki, mübahisəli kredit müqaviləsi 09 mart 2016-cı ildə bağlanmış, onun etibarsızlığı barədə iddia isə İddiaçı tərəfindən 2017-ci ilin dekabr ayında, təxminən 1 il 9 aydan sonra qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəll ənin 375.2-ci maddəsinə əsasənməhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından göründüyü kimi ilkin iddia üzrə cavabdeh tərəf birinci instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək, ilkin iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı hazırki iddia tələbi ilə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi əsassız olmaqla, eləcə də iddia müddəti keçdiyinə görə təmin edilməməlidir.” Məh kəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddianın rədd edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2-ci maddələrinə istinad olunmasını səhv hesab edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə tətbiq etməli olmadığı maddi hüquq normalarını tətbiq etmişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə istinad etsə də, qətnaməyə faktiki olaraq Mülki Məcəllənin 354.2-ci maddəsinin mətnini köçürmüşdür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsi ilə müəyyən edilən “etibarsız əqdlər üzrə müddətlər” adlanmaqla Mülki Məcəllənin “əqdlərin etibarsızlığı” adlanan XİV fəsildə yer almışdır. Mülki Məcəllənin 372 və 375-ci maddələri isə “iddia müddətləri” adlanan XVİİİ fəsildə öz əksini tapmışdır. Beləliklə 354-cü maddədə müəyyən edilən müddət əqdlərin etibarsızlığı ilə bağlı müəyyən edilmiş kəsici müddət olmaqla, iddia müddətinə aid deyildir. Apelyasiya instansiyası məhkəməsi iddia müddəti ilə bağlı normalara istinad etməklə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəllənin aşağıdakı normalarına istinad etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən h ərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tə ləb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 739.1-ci maddəsin əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, kredit müqaviləsinin bağlandığı gün İddiaçı ərizə ilə notariat konturuna müraciət etməklə həmin ərizədə də Cavabdeh2 343.430 manat məbləğində kredit almasını etiraf etmiş və müqavilənin sənədləşdirilməsini xahiş etmişdir. Buna baxmayaraq, O.Babayev müqavilə üzrə borcun qaytarılmasından ibarət öhdəliyini icra etməmişdir. Məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxanda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən qarşılıqlı iddia tələbi qismən - İddiaçı Cavabdeh2 xeyrinə 343.430 manat pul vəsaitinin tutulması hissəsində əsaslı olmuşdur.” Apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin öhdəliklə bağlı müddəalarına istinad etsə də İddiaçı öhdəliyinin nəyin əsasında yaranmasını araşdırmamış və buna hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq etməmişdən əvvəl apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını müəyyən etmək üçün iş üzrə sübutları araşdırmalı, onları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən etdikdən sonra həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir. Apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 218-ci maddəsində ifadəsini tapmış həmin tələblərə riayət etməmiş, İddiaçı 343.430 manat məbləğində borcun tutulub Cavabdeh2e verilməsini qət etsə də, Mülki Məcəllənin borc münasibətini tənzimləyən maddi hüquq normalarına istinad etməmiş, borcun nəyin əsasında yaranmasını araşdırmamış, prosessual qanunvericiliyin tələblərini yerinə yetirməmişdir. Mülki işin materialları ilə müəyyən edilir ki, Cavabdeh2 İddiaçı ilə 09 mart 2016-cı il tarixli kredit müqaviləsi bağlayarkən İddiaçı heç bir pul vermədiyini etiraf etmiş, müqavilənin İddiaçı arvadı X1 ilə şərikli “FP X7 Ticarət LTD” ŞTİ firması çərçivəsində fəaliyyət nəticəsində yaranmasını bildirmişdir. Belə olan halda işin ədalətli həlli üçün X1 ilə Cavabdeh2 arasında şərikli fəaliyyətlə bağlı ətraflı yoxlamanının aparılması, kimin kimə nə qədər və nəyə əsasən borclu olması müəyyən edilməlidir. Mülki işdə apelyasiya instansiyası məhkəməsinə bu barədə müvafiq sənədlər təqdim olunsa da məhkəmə həmin məsələlərə və gətirilən dəlillərə münasibət bildirməmiş və beləliklə İddiaçı əsaslandırılmış qərar almaq, yəni ədalətli məhkəmə baxışına olan hüququnu pozmuşdur. Azərbaycan Respublikası tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci h issəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə b ilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessua l qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6156/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6156/2019
13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver