Məhkəmə qərarları › İş №2(102)-6157/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6157/2021

30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6157/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İB-nin cavabdeh X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) 30.11.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı İB-nin cavabdeh X1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1997/2021 saylı, 12.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı İB ilə X2 arasında bağlanmış 13 sentyabr 2020-ci il tarixli, “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07-17 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İB cavabdeh X1 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 5.535,10 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsasland ırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən, ev 422-də yerləşən istehlakçı Cavabdeh yaşadığı ünvanda yerləşən qaz sayğacı 2018-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayına qədər olan müddətdə növbəti texniki baxışlardan keçirilən zaman qaz xəttinə özbaşına qoşulma halları aşkar edilmiş, müvafiq aktlar tərtib edilərək dəymiş ziyan cəmi 5271,10 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 82,30 manat, əvvəlki illərdən isə 181,70 manat borcu qalmışdır. Yekun olaraq, cavabdehin iddiaçıya ödənilməli borc məbləği hazırda saldo üzrə ümumilikdə 5.535,10 manat təşkil edir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5502/2020 nömrəli, 05.11.2020-ci il tarixli qətnam əsi ilə (hakim F.Hətəmzadə) iddia qismən təmin edilmiş, təbii qazdan istifadəyə görə 222,70 manat və ödənilmiş dövlət rüsumuna görə 1,20 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsini qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz olan hallarına əsasən qaz xətti istehlakçı Cavabdeh tərəfindən istifadə olunan evin daxilində deyil, hasarın çöl tərəfində, yəni ümumi istifadə olunan yoldan keçir, digər tərəfdən isə növbəti texniki baxışlar təşkilatın mütəxəssisləri tərəfindən istehlakçı Cavabdeh iştirakı olmadan keçirilmiş, aktlar istehlakçının iştirakı olmadan tərtib edilmiş, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qa ydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişdir.

6. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı ilk dəfə aşkar edilərkən çəkilmiş fotoşəkillər bundan sonra tərtib edilmiş aktlara da əlavə edilmişdir.

7. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda, uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırılmadan davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, cavabdehin qanunsuz qoşulduğu bildirilən qaz xəttinin cavabdehin yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yoldan keçdiyini və bu səbəbdən cavabdehin qaz xəttini kənar müdaxilələrdən qorumasının qeyrimümkün olması nəzərə alınaraq müdaxilənin məhz cavabdeh tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir.

10. İddiaçı “Azəriqaz İB” həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apell yasiya Məhkəməsinin (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) 2(103)-1997/2021 saylı, 12.03.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “Azəriqaz İB” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-5502/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsi hissəvi ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdehdən təbii qazdan istifadəyə görə hesablanmış 801 (səkkiz yüz bir) manat 60 (altmış) qəpik məbləğində borcun iddiaçının xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlər və fotoşəkillər ilə 19.01.2018-ci il tarixli akt əsasında cavabdehin qa zdan qeyri-qanuni istifadə etməsi faktı öz təsdiqini tapır. Digər tarixli aktlarda qeyd edilən faktlar isə öz təsdiqini tapmır. Belə olan halda yalnız 19.01.2018-ci il tarixli akt sübut kimi qəbul edilməli və bu akt əsasında cavabdehə hesablanmış 801,60 manat məbləğində əlavə sərfiyyat cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməli, digər aktlar isə əsassız hesab edilməlidir.

13. Apellyasiya Məhkəməsi qalan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

14. İddiaçı “Azəriqaz İB” qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı “Azəriqaz İB” kassasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissədə - iddianın təmin edilməm əsi hissəsində ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı üzərinə düşən hissədə mövqeyini kifayət qədər sübuta yetirsə də, sübutetmə yükü daşıyan cavabdeh təbii qazdan onun tərəfindən istifadə edilməməsini sübut edə bilməmiş, məhkəmələr sübutları düzgün tədqiq etməmişdir. Cavabdeh apellyasiya məhkəməsində iştirak edərək, qazdan qeyri-qanuni istifadə etdiyini etiraf etmiş, məhkəmə həmin halı qətnamədə qeyd etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nü mayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

18. Tətbiq edilən hüquq. “Qaz təchizatı haqqında” Qanun:

19. Maddə. 3.4. Müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə. 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

21. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

23. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

24. Maddə. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gə tirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayətində məhkəmələrin sübutları düzgün tədqiq etməməsinə istinad etmiş olsa da, bu hal kassasiya baxışında öz təsdiqi tapmamışdır.

32. Cavabdehin apellyasiya məhkəməsinin iclasında iştirak edərək etirafedici izahat verməsilə bağlı dəlilinə münasibətdə kassasiya kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin iclas protokolundan və qətnaməsindən tərəflərin məhkəmə iclasında iştirak etmədiyi görünür. Bu halda, cavabdehin apellyasiya məhkəməsinin iclasında iştirak edərək hər hansı etirafedici izahat verməsi də qeyri-mümkündür.

33. Kollegiya işin faktiki hallarının düzgün araşdırılmaması ilə bağlı kassatorun dəlillərini qəbul etmir. Çünki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır, işin faktiki hallarını araşdırmır.

34. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Hazırki halda, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları bütövlükdə sübut edə bilmədiyindən və cavabdeh qətnamələrdən şikayət verməyərək, həmin hissələrdə iddianı qəbul etmiş olduğundan, iddiaçının kassasiya şikayətində qeyd etdiyi cavabdehin iddianın əksini sübut etmək kimi vəzifəsi də yoxdur.

35. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, aktlar cavabdehin iştirakı olmadan tərtib edilmişdir və həmin aktlarda cavabdehin imzası yoxdur. Həmçinin, aktların surəti də cavabdehə təqdim o lunmamışdır. Bununla da, iddiaçı öz üzərinə düşən vəzifəni yerinə yetirməmiş, qanunun tələbini pozmuşdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 8 8-ci maddəsi).

38. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

31. Qərara aldı: İddiaçı “Azəriqaz İB”-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1997/2021 12.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar