Məhkəmə qərarları › İş №2(102)-6159/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6159/2019

02.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6159/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnun katibliyi, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil3, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2472/2019 nömrəli iş üzrə 15 mart 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Nizami rayon m əhkəməsinin (hakim Məzahir Sadıqov) 13.09.2018-ci il tarixli qətnamə ilə ilk iddia təmin edilərək Bank ilə Cavabdeh arasında 13.10.2015-ci il tarixdə bağlanmış KM 01 №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 17243 ABŞ dolları, müqavilənin qüvvədə olduğu müddət ərzində hesablanmış və ödənilməmiş qalan faiz borcunun ödənilməsi məqsədi ilə 366 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış illik 5% ilə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 1664 ABŞ dolları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh tutularaq ləğv prosesində olan Banka ödənilməsi, qarşılıqlı iddia qismən təmin edilərək, 28.03.2014-cü il tarixli “Avans əmanəti üzrə depozit müq aviləsi” əsasında 30000 manat kompensasiya məbləğinin İddiaçı ASC və Əmanətlərin Sığortalanması Fondundan tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmiş, Cavabdeh hazırkı icraat üzrə 30000 manat kompensasiya məbləğinin onun xeyrinə tutulmalı olması barədə qənaətə gəlinməsinin onun kompensasiyanın qalıq məbləğini almaq hüququnu məhdudlaşdırmadığı izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Elşad Şamayev) 15 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın iddiaçı ləğv prosesində olan İdd iaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin edilmiş hissədə ləğv edilmiş, qarşılıqlı iddianın yalnız Əmanətlərin Sığortalanması Fonduna münasibətdə və qismən təmin edilməsi, “Avans Əmanəti üzrə Depozit müqavilələrinə” əsasən ödənilməli olan kompensasiyanın əvəzi olaraq 30000 manat məbləğində pulun Cavabdeh xeyrinə Əmanətlərin Sığortalanması Fondundan tutulması, ilk iddia üzrə tutulmalı olan 19273 ABŞ dolları məbləğində pul ilə qarşılıqlı iddia üzrə tutulmalı olan 30000 manat, yəni 17647,05 ABŞ dolları məbləğində pulun əvəzləşdirilməsi, qalan 1625,98 ABŞ dolları məbləğində pulun isə qətnamənin icra olunacağı tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulması qət edilm iş, qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd edilmişdir ki, Bakı şəhəri Nizami rayon məhkəməsisinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi - “ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında 13.10.2015-ci il tarixdə bağlanmış KM 01 №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 17243 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” hissəsdə hazırki apellyasiya baxışının predmeti olmamışdır. İşin halları: İlk iddia ərizəsi ilə Nizami rayon məhkəməsinə müraciət etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bank ilə cavabdeh arasında 13.10.2015-ci il tarixdə bağlanmış KM 01 №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 17243 ABŞ dolları, müqavilə müddətinin bitdiyi 29.03.2016-cı il tarixə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 366 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1664 ABŞ dolları, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, cavabdeh Bəkirov X1 Sığortalanması Fonduna qarşı ayrıca hüquqi şəxs və iddiaçı Bankın ləğvedicisi kimi qarşılıqlı iddia tələbi (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə nəzərə alınmaqla) irəli sürərək Bankla onun arasında bağlanmış 28.03.2014-cü il tarixli 02 nömrəli “Avans əmanəti üzrə depozit müqaviləsi” əsasında ödənilməli olan kompensasiyanın əvəzi olaraq 35000 ABŞ dolları, “Avans əmanəti üzrə depozit müqaviləsinə” əsasən ödənilməmiş qalan faiz borcunun əvəzi olaraq 4079,6 ABŞ dolları məbləğində, ümumilikdə 39079,6 ABŞ dolları məbləğinin və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun Əmanətlərin Sığortalanması Fondundan ayrıca hüquqi şəxs və iddiaçı Bankın ləğvedicisi kimi tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası iş üzrə üçüncü şəxs qismind ə göstərilmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh arasında bağlanmış 13.10.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh kreditdən istifadəyə görə illik 15 faiz dərəcəsi ilə 6 ay müddətinə 17500 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan Cavabdeh Bank qarşısında öhdəlik götürsə də, bu öhdəliyi icra etməmiş, krediti və ona hesablanmış faizləri Banka ödəməkdən yayınmışdır. Nəticədə onun Banka 17243 ABŞ dolları məbləğində əsas borcu, müqavilənin bitdiyi tarixə (29.03.2016-cı il) 366 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi hesablanmaqla 1664 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq q eyd olunan borc cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Bu səbəbdən, Fond, iddia ərizə ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia isə onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında bağlanmış 28.03.2014-cü il tarixli “Avans əmanəti üzrə depozit müqavilələrinə” əsasən cavabdeh tərəfindən Banka illik 10 faiz dərəcəsi hesablanmaqla 2 il müddətinə 35000 ABŞ dolları məbləğində pul vəsaiti qoyulmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh Bankdan ayda 291,6 ABŞ dolları məbləğində faiz almışdır. Tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” 1.3-cü bəndinə görə, Kredit müqaviləsinin qüvvədə olma müddəti Depozit müqaviləsinin qüvvədə olma müddəti ilə eyni olmuşdur. Ödəniş cədvəlinə əsasən Banka aylıq 218,75 ABŞ dolları məbləğinə kredit ödəməli olan cavabdeh, Depozit müqaviləsinə görə aldığı aylıq 291,6 ABŞ dolları faiz məbləğindən hər ay 218,75 ABŞ dolları məbləğində kredit ödənişini etmiş, qalan pul isə ona qalmışdır. 2016-cı ildə baş verən sığorta hadisəsi nəticəsində Bank məhkəmə qərarı ilə müflis elan edilmiş və Fond Bankın ləğvedicisi təyin edilmişdir. Bankın iflasına qədər cavabdeh, “Avans əmanəti üzrə depozit müqaviləsinə” əsasən aldığı faizlərlə vaxtlı-vaxtında cədvəl üzrə kreditləri ödəmişdir. Bank iflas olduqdan sonra onun faizləri ödənilməmiş və bu səbəbdən cavabdeh ağır maddi duruma düşmüş və “Kredit müqaviləsi” üzrə ödənişləri həyata keçirmək imkanı olmamışdır. “Avans əmanəti üzrə depozit müqaviləsinin” 5.8-ci bəndinə əsasən, Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əman ətin məbləğinin 100 faizi, lakin 30000 manatdan çox olmayaraq kompensasiya ödəyir. Həmin müqavilənin 5.9-cu bəndinə görə isə, Fond kompensasiyanı milli valyutada olan əmanət üzrə manatla, ABŞ dollarında olan əmanət üzrə ABŞ dollarında, avroda olan əmanət üzrə isə avroda əmanətçiyə ödəyir. Əmanət ABŞ dolları və ya avroda olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq valyutaları üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Fond əmanət üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdən əmanətçiyə ödəyir. Müqavilənin həmin bəndlərinə uyğun olaraq, cavabdeh 07.11.2016-cı il tarixindən başlayaraq Banka müraciət etmiş və “Kr edit müqaviləsi” üzrə faizlərin hesablanmamasını və dayandırılmasını, Banka olan və Bankın ona olan borcunun əvəzləşdirilməsi və “Avans əmanəti” üzrə Banka qoyulmuş pul vəsaitinin (kompensasiyanın) qaytarılmasını xahiş etmişdir. Bank 27.12.2016-ci il, 03.02.2017-ci il və 31.10.2017-ci il tarixli məktublarla “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş 2.1.2.10-cu maddəsinə istinad edərək bildimişdir ki, bank qarşısındakı öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanətlərə daxil olunmur və onların (onun və arvadı Zemfira Bəkirovanın) kompensasiya məbləği 292 ABŞ dollar təşkil edir. Hazırda cavabdeh hesab edir ki, iddiaçı Fondun “Avans Əmanəti” üzrə faizləri ödəməyi dayandırıb ona olan 35000 ABŞ dolları məbləğində borcu qaytarmaqdan boyun qaçıra raq cavabdehin Banka olan borcunu və faizləri tələb etməsi ədalətsiz və qanunsuzdur. Bankın cavabdehə 35000 ABŞ dolları məbləğində borcu, habelə 28 ay ərzində “Avans əmanəti” üzrə ödənilməmiş qalan 4079,6 ABŞ dolları məbləğində faiz borcu və hazırkı qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu borcu yaranmışdır. Bu səbəbdən Bankın cavabdehə olan borcu iddiaçı Fonddan məhkəmə qaydasında tutularaq cavabdehə ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə prosessual pozuntuya yol verərək iddia tələbindən kənara çıxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə ki, iddia ərizəsindən də görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı əmanətə görə kompensasiya ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq əmanatə gör ə kompensasiyanın kredit borcu ilə əvəzləşdirilməsi barədə qərar qəbul etmişdir. Məhkəmələr nəzərə almamışdır ki, Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Lakin məhkəmə iş üzrə iki fərqli tərəfin yəni, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisı Əmanətlərin Sığortalanması Fondunun və Əmanətlərin Sığortalanması Fondunun (sığortaçı qismində) funksiyalarını fərqləndirə bilməmiş, tamamilə fərqli iki tərəfin aktiv və passivlərini əvəzləşdirmək qənaətinə gəlmişdir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində ləğv prosesində olan Bankla heç bir halda eyniləşə bilməz. Görün düyü kimi ayrı-ayrı şəxslər üzrə məhkəmə əvəzləşdirməni həyata keçirmişdir, bu isə tamamilə qanunsuz və əsassızdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.03.2019-cü il tarixli, 2(103)-2472/2019-cu il tarixli qətnaməsinin “Avans əmanəti üzrə depozit müqaviləsinə” əsasən ödənilməli olan kompensasiyanın əvəzi olaraq 30000 manat məbləğində pul Cavabdeh xeyrinə Əmanətlərin Sığortalanması Fondundan tutulması, ilk iddia üzrə tutulmalı olan 19273,00 ABŞ dolları məbləğində pul ilə qarşılıqlı iddia üzrə tutulmalı olan 30000 manat, yəni 17647,05 ABŞ dolları məbləğində pul ilə əvəzləşdirilməsi, qalan 1625,98 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsdə ləğv edilməsini, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə olan 19273 ABŞ dollarının 35000 ABŞ dolları qorunan əmanətindən çıxılmaqla əvəzləşdirilməsi, əvəzləşdirmədən sonra yerdə qalan əmanət məbləğinin (15727 ABŞ dolları = 26735,90 manat) isə sığortalanmış əmanət olaraq Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. Qanunda iki fərqli anlayış öz əksini tapmışdır: qorunan əmanət v ə sığortalanmış əmanət.Qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.Sığortalanmış əmanət — qorunan əmanətçinin qorunan əmanətinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ödənilən hissəsidir.Göründüyü kimi, qanunverici burada iki fərqli anlayışdan istifadə etmişdir. Bu anlayışlardan “qorunan əmanət” anlayışı daha geniş anlayışdır və “sığortalanmış əmanət” anlayışı da qorunan əmanətə daxildir. Həmin Qanuna 19 yanvar 2016-cı il tarixli “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Qanuna aşağıdakı məzmunda 26.2-ci maddə əlavə edilmişdir: “26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanət çinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. ” Tərəflər arasında bağlanmış olan 28.03.2014-cü il tarixli 02 saylı “Avans əmanəti” üzrə depozit müqaviləsinə əsasən 35000 ABŞ dolları məbləği qorunan əmanətdir. Müqavilənin 5.8-ci bəndinə və “Əmanətlərin sığortalanması” haqqında Azərbaycan Respublikasının Qanununun 26.1-ci bəndinə əsasən Müqavilə üzrə sığortalanmış əmanət 30000 manat həcmindədir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə əsasən əmanət üzrə kompensasiya (hesablanmış faizlər də daxil olmaqla) əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Yəni, qarşılıqlı iddiaçının qorunan əmanəti olan 35000 ABŞ dollarından onun ilkin iddiaçı qarşısında olan 19273 ABŞ dolları borc öhdəliyi çıxılmalıdır.Qalıq əmanət məbləği (15727 ABŞ dolları = 26735,90 manat) Müqavilənin 5.8-ci bəndinə və “Əmanətlərin sığortalanması” haqqında Azərbaycan Respublikasının Qanununun 26.1-ci bəndinə əsasən sığortalanmış əmanət olduğundan qarşılıqlı iddiaçıya Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməlidir.Məhkəmə isə qeyd olunanları nəzərə almamaqla, mövcud qanunvericiliyi yanlış tətbiq etməklə, iddiaçı tərəfindən irəli sürülmüş əsasları ayrı-ayrılıqda təhlil edərək qiymət verməməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdi r. Tərəflərin izahatları: İddiaçı Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə bax an apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Ap ellyasiya instansiya məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13.10.2015-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən Bank tərəfindən Cavabdeh 6 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 17500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən Banka ünvanlanmış 13.10.2015-ci il tarixli ərizədən görünür ki, o, 13.10.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən ona verilən 17500 ABŞ dolları həcmində kredit məbləğinin ödənilməsinə zamin durur, həmin kredit və ona hesablanacaq faizlər vaxtında ödənilməzsə, əmanətindən tutulmasına, həmçinin 35000 ABŞ dolları məbləğində əmanətinin kredit üzrə məbləğ tam ödənilənə qədər saxlanılmasına etiraz etmir. Bank tərəfindən cavabdehə ünvanlanmış 21.10.2016-cı il və 10.0 4.2017-ci il tarixli bildirişlərdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur; Bank tərəfindən təqdim edilmiş “Maliyyə arayışından” görünür ki, Cavabdeh 13.10.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə 01.03.2018-ci il tarixə 17243 ABŞ dolları əsas borcu, müqavilənin bitdiyi 29.03.2016-cı il tarixə 366 ABŞ dolları faiz borcu, müqavilənin bitdiyi tarixdən hal-hazıra kimi illik 5 faiz dərəcəsi ilə hesablanmış 1664 ABŞ dolları faiz borcu, ümumilikdə 19273 ABŞ dolları borcu vardır. Bank ilə Cavabdeh arasında bağlanmış 28.03.2014-cü il tarixli “Avans əmanəti üzrə depozit müqaviləsindən” görünür ki, Cavabdeh özünə açılmış depozit hesabına 28.03.2014-cü il tarixdən 29.03.2016-cı il tarixədək Banka 2 illik 10 faiz dərəcəsi ilə 35000 ABŞ dolları məbləğində pul vəsaiti qoymuşdur. Fond tərəfindən Cavabdeh ünvanlanmış 21.12.2016-cı il tarixli 1951 nömrəli məktubdan görünür ki, onun əmanət müqaviləsi üzrə kompensasiya məbləği 292 ABŞ dolları təşkil edir. 35000 ABŞ dolları məbləğində tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-1-ci maddəsinə uyğun olaraq 07.09.2016-cı il tarixində 80 nömrəsi ilə ləğv prosesində olan Bankın kreditorların reyestrinə daxil edilmiş, həmin Qanunun 77.1-ci maddəsinə uyğun olaraq qəbul edilir və həmin Qanunun 78-ci və 82-ci maddələri ilə müəyyən olunmuş qaydada əvəzləşdiriləcək və ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasından görünür ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin faktiki hallarını araşdıraraq apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Bankla cavabdeh arasında “Kredit müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən Bank tərəfindən ona müəyyən məbləğdə kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərini tam həcmdə icra etməyən cavabdeh Bankın tələb etdiyi əsas borc məbləğinə etiraz etməsə də, o müqavilə müddətinin bitdiyi tarixə yaranmış faiz borcunun (1664 ABŞ dolları) və müqavilə müddəti bitdikdən sonra əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış borcun (366 ABŞ dolları) ondan tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Cavabdeh bildirmişdir ki, o, ödənişlərini Bankla onun arasında bağlanmış “Avans əmanəti üzrə depozit müqaviləsindən” əldə etdiyi faiz borcu hesabına aparmışdır. Daha sonra sığorta hadisəsinin baş verməsi nəticəsində depozit müqaviləsi üzrə əldə etməli olduğu ödənişləri Bankdan ala bilmədiyindən, cavabdeh də Banka olan borcunu ödəyə bilməmişdir. Digər tərəfdən, “Avans əmanəti üzrə depozit müqaviləsi” əsasında yaranan faiz borcunun Əmanətlərin Sığortalanması Fondundan tutulmadığı halda, “Kredit müqaviləsi” üzrə yaranmış faiz borcunun cavabdehdən tutulması ədalət prinsipinə ziddir. Cava bdeh ilə İddiaçı ASC arasında bağlanmış 28.03.2014-cü il tarixli “Avans əmanəti üzrə depozit müqaviləsi”ndən görünür ki, cavabdeh, özünə məxsus pul vəsaitini illik 10 faiz hesablanması şərti ilə 2 il müddətinə Bankda olan depozit hesabına qoymuşdur. Daha sonra Bank məhkəmə qaydasında müflis olunaraq ləğv edilmiş və iddiaçı Əmanətlərin Sığortalanması Fondu müvafiq qaydada Bankın ləğvedicisi təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin göstərdiyi dəlillə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehin Banka olan faiz borcundan azad edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, tərəflər arasında bağlanmış “Kredit müqaviləsində” borcalanın ödənişlərini həyata keçirməsinin məhz depozit müqaviləsindən əldə edəcəyi gəlirdən asılı etməsini şərtləndirən bir müddəa nəzərdə tut ulmamış, ümumiyyətlə, onun maddi vəziyyətinin aşağı olması səbəbindən faiz borcundan azad edilməsini şərtləndirən norma müəyyən edilməmişdir. Ona görə də, hesab edilməlidir ki, “Kredit müqaviləsi” üzrə müqavilə müddətinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1664 ABŞ dolları məbləğində pulun cavabdehdən Fondun xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində v urduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Müqavilə müddəti bitdikdən sonra əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, Bankın sözügedən tələbi qanuni əsasa söykənir və cavabdeh qanunla nəzərdə tutulmuş öhdəliyini yerinə yetirərək 366 ABŞ dolları məbləğində borcunu Fonda ödəməlidir. Birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin göstərilən dəlili ilə bağlı həmçinin qeyd etmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.6-cı maddəsinin mənasına görə, Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Qeyd olunan imperativ norma tərəflər arasında bağlanmış “Avans əmanəti üzrə depozit müqaviləs i” əsasında Bankın öhdəliyinə faiz hesablanmasının dayandırılmasını müəyyən etdiyindən, cavabdehin Banka olan faiz borclarının ödənilməsində güzəşt kimi nəzərə alına bilməz. Apellyasiya instansiyası məhkəməsi “Avans əmanəti” üzrə depozit müqaviləsi əsasında tərəflər arasında yaranan münasibətlərə dair qeyd etmişdir ki, Mülki Məcəlləsinin 944.1-ci maddəsinə görə, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.1ci maddəsinə görə, əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. Həmin Qanunun 2.1.2-ci maddəsinə görə, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Qanunun 2.1.3-cü maddəsinə görə, sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Qanunun 2.1.9-cu maddəsinə görə, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. Qanunun 2.1.11-ci maddəsinə görə, kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Cavabdeh, depozit müqaviləsi üzrə onun Bankda əmanətinin olmasını əsas gətirərək tələb edir ki, ondan Fondun xeyrinə tutulmuş məbləğ həmin əmanət məbləğinə yönəldilməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin edərək tərəflər arasında bağlanmış “Avans əmanəti üzrə depozit müqaviləsi” əsasında yaranmış kompensasiyanın əvəzi olaraq 30000 manat məbləğində pulun Bankdan və iddiaçı Fonddan tutularaq cavabdehə ödənilməsini qət etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instan siyası məhkəməsi hesab etmişdir ki, qətnamə qarşılıqlı iddianın iddiaçı Fonda qismən təmin edilməsi hissəsdə ləğv edilməlidir. Belə ki, Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, cavabdehin pul tələbi kreditor tələbi olduğundan, qanunvericiliyə görə, həmin tələbə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq qiymət verilməlidir. Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin bu dəlilini qismən əsaslı sayan apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi 15.03.2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia tələbinin Bankın ləğvedicisi olan Fonda aid hissədə iş üzrə icraata xitam vermişdir. Çünki qüvvədə olan qanunvericiliyə görə, Bank ləğv prosesində olduğu üçün ona aid tələblər yalnız bu prosesə nəzarət edən məhkəməyə verilir. Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, cavabdehin Bankda olan əmanəti tərəflər arasında hüquq münasibətləri yaranan zaman qorunan əmanətlər siyahısına aid olmadığı üçün, mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməli və qarşılıqlı iddiaya münasibətdə tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan norma tətbiq edilməlidir. Məhkəmə Fondun apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd etmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 04.03.2016-cı il tarixədək qüvvədə olmuş 2.1.2.10-cu maddəsinin mənasına görə, bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanətlərə aid edilmir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun sözüge dən norması Bank ilə cavabdeh arasında “Avans əmanəti” üzrə depozit müqaviləsi bağlanan zaman (28.03.2014-cü il) qüvvədə olmuşdur. Lakin həmin Qanunun 1-ci maddəsinə görə, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunun məqsədindən görünür ki, onun tətbiqi kredit təşkilatı ödəmə qabiliyyətini itirdikdə fiziki şəxsdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riski yarandığı halda reallaşdırılır. Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarı ilə Bank müflis elan edilərək ləğv edilmişdir. Göründüyü kimi, “Əmanətlərin sığortalanması haqqında” Qanunun müddəalarının tətbiqini şərtləndirən hal, yəni Bankın ləğv edilməsi həmin Qanunun 2.1.2.10-cu maddəsi qüvvədən düşdükdən sonra baş vermişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin Banka qoyduğu əmanətin qorunan əmanət olması qənaətinə gələrək hesab etmişdir ki, iddiaçı Fondun apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızdır. Qarşılıqlı iddianın qalan hissəsinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh “Avans əmanəti üzrə depozit müqaviləsi” əsasında ona verilməli olan kompensasiyanın əvəzi olaraq Fonddan 35000 ABŞ dolları tutulmasını tələb etsə də, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinə görə, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 1 00 faizi həcmində, lakin 30000 manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. Odur ki, onun bu tələbi tam həcmdə deyil, yalnız 30000 manat həddində, yəni qismən təmin edilməli və “Avans əmanəti üzrə depozit müqaviləsi” əsasında ödənilməli olan kompensasiyanın əvəzi olaraq 30000 manat məbləğində pul Əmanətlərin Sığortalanması Fondundan tutularaq Cavabdeh ödənilməlidir. Cavabdehin həmin müqavilə üzrə faiz tələbinin təmin olunmaması səbəbləri isə yuxarıda izah edilmişdir. Cavabdehin apellyasiya şikayətinin daha bir dəlili də ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulması qət edilmiş pulun onun Bankda qalan əmanətinə yönəldilməsini də qeyd etməli idi. Çünki cavabdehə verilən kreditin təminatı olaraq onun Bankda olan əmanəti seçilmişdir. Apellyasiya instansi yası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini həmin hissədə əsaslı sayaraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi cavabdeh, Banka olan borcu tam həcmdə qaytarılanadək əmanətin Bankda saxlanılmasına etiraz etməmiş, borc ödənilmədiyi təqdirdə Bankda olan əmanətinə yönəldilməsinə razılıq vermişdir. Mülki Məcəllənin 540.1-ci maddəsinə görə, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 540.2-ci maddəsinə görə, tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, Bankın iddiası üzrə cavabdehdən tutulmalı olan cəmi 19273 ABŞ dolları məbləğində pul, cavabdehin iddiası üzrə Bankdan onun xeyrinə tutulmalı olan 30000 manat (≈17647,05 ABŞ dolları) kompensasiya məbləği ilə əvəzləşdirilməli, qalan məbləğ, yəni (19273-17647,05=) 1625,98 ABŞ dolları isə cavabdehdən tutularaq Banka ödənilməlidir. Cavabdeh apellyasiya şikayətində həm də qətnamənin nəticə hissəsində “Cavabdeh hazırkı icraat üzrə 30000 manat kompensasiya məbləğinin onun xeyrinə tutulmalı olması barədə qənaətə gəlinməsi onun kompensasiyanın qalıq məbləğini almaq hüququnu məhdudlaşdırmadığı izah edilsin” cümləsində kompensasiyanın qalıq məbləğini ifadəsinin “əmanətin qalıq məbləğini” ifadəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə onun bu tələbi ilə əlaqədar qeyd etmişdir ki, “Ə manətlərin sığortalanması haqqında” Qanunun yuxarıda göstərilən 2.1.11-ci maddəsindən də göründüyü kimi, sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaiti kompensasiya adlanır. Hazırki halda, yəni Banka münasibətdə sığorta hadisəsinin baş verdiyi aşkar olduğu halda, cavabdeh - əmanətçi Cavabdeh ödənilən pul vəsaitinin “əmanət” adlandırılması qanuna uyğun deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən irəli sürülmüş və məhkəmə həmin dəlilləri tam, hərtərəfli və obyektiv baxaraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmi yyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2472/2019 nömrəli iş üzrə 15 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar