Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6165/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması, faizlərin hesablanması müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2*22-ci il tarixli, 2(1*4)-21*5/2*22 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı və ya bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya borcalan) arasında bağlanmış 3*.12.2**9-cu il tarixli, 93 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə məişət əşyalarının alınması məqsədilə 12 ay müddətinə, illik 2*% faiz dərəcəsi ilə qaytarmaq şərtilə 12.*** manat məbləğində kredit verilib.
2. Tərəflər arasında qeyd olunan kredit müqaviləsi 1 saylı əlavə kimi tərtib olunmuş ödəniş cədvəlinə əsasən, borcalan kredit borcunu 29.*1.2*1*-cu il tarixdən başlanmaqla, hər ay 1111,62 manat olmaqla, sonuncu ödənişi 25.12.2*1*-cu ildə etməklə tam ödəməli idi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 29.*9.2*21-ci il tarixdə C avabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 3*.12.2**9-cu il tarixli kredit müqaviləsi üzrə 3.586 manat əsas, 5.661 manat faiz olmaqla, cəmi 9.247 manat borcun, habelə ödənilmiş 3* manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırıb ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyib, nəticədə banka qeyd olunan məbləğdə borcu qalıb.
5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməyib, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də təqdim etməyib.
6. Kəlbəcər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(*4*)55/2*22 nömrəli, *6 yanvar 2*22-ci il tarixli qətnaməsi ilə (hak im Həsən Qəniyev) iddia təmin edilib.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd edib ki, cavabdeh kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməyib. Kredit müqaviləsi üzrə iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 442, 443.1, 448.1, 739.1, 739.2, 743-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırıb. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini n ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edib.
10. Şikayət onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən təqdim edilən *1 sentyabr 2*21-ci il tarixli hesabata istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Həmçinin məhkəmə tərəfindən onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, nəticədə mülki işlə bağlı iddia müddətinin tətbiqinə dair ərizə təqdim edə bilməmişdir. Bu hal isə işin birtərəfli aparılmamasına dəlalət edir və sonda verilmiş qətnamənin əsassız olmasına gətirib çıxarmışdır.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*4)-21*5/2*22 nömrəli, 27 iyul 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi ), R.Muradov və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd edib ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmədiyindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edə bilmədiyini bildirsə də, məhkəmə kollegiyasının araşdırması ilə həmin dəlil təkzib olunur.
13. Belə ki, iş materiallarının 25, 29 və 33-cü səhifələrində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bununla belə iddi a müddətinin tətbiqinə dair ərizəni məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki məqamda həmin ərizə apellyasiya icraatına qəbul edilə bilməz.
14. Beləliklə, cavabdeh apellyasiya şikayətində şikayətin dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə və məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılıb ki, apelyasiya şikayətində 2*2*-ci ilin dekabr ayın dan Kəlbəcər rayonunda yerləşən hərbi hissələrin çörək təminatını təşkil etməyə köməklik üçün yaradılmış çörək sexinin icraçısı vəzifəsində işlədiyini, işi ilə əlaqədar həftənin 5 günü Kəlbəcər rayonuna getməyini, bəzən isə həftələrlə iş yerində qalmaq məcburiyyətində olmağını, məhz bu səbəblərdən və məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmadığına görə məhkəmə iclasında iştirak edə bilməməyini, məhkəmə iclasında da, iştirak etmədiyi üçün iddia müddətinin tətbiq edilməsinə dair ərizəni məhkəməyə təqdim etmək imkanından məhrum olunmağını qeyd etmişdi. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməmiş, nəticədə iddia müddətinin tətbiqinə dair ərizəsi nəzərə alınmamışdır. Halbuki, iddia müddətləri nin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Bundan başqa, iddiaçı tərəfindən *1.*9.2*21-ci il tarixli hesabatı sübut kimi qəbul edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülü r.
20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
21. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır.
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqla rını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasi ya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
35. İlk növbədə qeyd olunur ki, cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən ona məlumat verilməməsi, bu səbəbdən ona qarşı irəli sürülmüş tələbə iddia müddəti tətbiq olunması barədə vəsatət vermə imkanından məhrum olması, buna görə iddia müddətinin tətbiqi barədə ərizənin apelyasiya instansiyası məhkəməsində qəbul olunması barədə dəlillərini rədd etməkdə apelyasiya instansiyası məhkəməsi haqlıdır.
36. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
37. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.
38. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə istinadla və yaxud həmin Məcəllənin 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2**8-ci il tarixli Qərarı).
39. Bununla yanaşı, Konstitusiya M əhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi digər hüquqi mövqeyi də nəzərə alınmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışdırsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər. Bu halda, apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
40. Apelyasiya instansiyası məhkəməsi də cavabdehin iddia müddətinin apelyasiya icraatında tətbiq olunması barədə dəlillərini bu əsaslar üzrə yoxlamış və müəyyən etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılıb.
41. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdehin digər dəlilini – borcun müəyyən olunması zamanı yalnız iddiaçının təqdim etdiyi hesabata istinad etməsi barədə etirazını lazımınca araşdırmamışdır.
42. Belə ki, tələb olunan borcun məbləğinə dair sübut kimi kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli, *1.*9.2*21-ci il tarixə olan borcu barədə hesabat və hesabdan çıxarış əlavə olunub (bax iş səh. 14, 15, 17).
43. Ödəniş cədvəlinə əsasən, cavabdehin gecikməyə yol vermədiyi halda 25.12.2*1*-cu il tarixədək ödəməli olduğu ümumi məbləğ 13.339,37 manat (12*** manat əsas borc, 1.339,37 manat faiz borcu olmaqla) təşkil edir.
44. İddiaçının təqdim etdiyi *1.*9.2*21-ci il tarixə olan borca dair hesabatda isə göstərilir ki, iddiaçı tərəfindən müqavilə üzrə borcdan 8413,46 manat əsas borc, 4216,54 manat faiz borcu ödənilib. Qalıq borc isə 3586,54 manat əsas borc və 5661,32 manat olmaqla 9247,86 manat təşkil edir.
45. İşə əlavə olunmuş hesabdan çıxarışda isə cavabdehin ödənişlərinin hansı tarixlərdə həyata keçirilməsi və hansı borcdan silinməsinə dair təsnifat əksini tapmamış, sadəcə 8413,46 manat əsas borc və 4216,54 manat faiz borcunun olması qeyd olunub.
46. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2*14-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçü n nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
47. Lakin işin hallarından, kreditor tərəfindən cavabdehə faizlərin hansı vaxtadək faizlərin hesablandığı müəyyən edilmir.
48. Bundan başqa, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasi Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2*19-cu il tarixli Fərmanında vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin si linməsi nəzərdə tutulmuşdur.
49. Bu baxımdan, iddianın qanunauyğun həlli üçün məhkəmə tərəfindən həm də hesablanmış faizlərin hansı dövr üçün hesablandığını müəyyən etmək zəruridir.
50. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.B abayevin şikayəti üzrə 28 dekabr 2*11-ci il tarixli Qərarı).
51. Apellyasiya instansiyası məhkəməsinin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər ki, bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə və gələcəkdə icra edilməsində ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, məhkəmə qərarı birmənalı və aydın qəbul edilməlidir ki, gələcəkdə onun praktiki cəhətdən icrası mümkün olsun. Bu baxımdan məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsəl ələri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
52. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2**8-ci il 3* dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2**9-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2**9-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2*15-ci il 11 fevral tarixli və s. Qərarlar ı).
53. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həm in Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2*11-ci il 2* may tarixli Qərarı).
55. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımın dan düzgün qiymət verməlidir.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2*22-ci il tarixli, 2(1*4)-21*5/2*22 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.