Məhkəmə qərarları › İş №2(102)-6166/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6166/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6166/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə, ekspert rəyinin qiymətləndirilməsi, iddia müddətinin tətbiqindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(108)-75/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmi ş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh 27 yanvar 2017-ci il tarixdə “X3” MMC-də (hazırki İddiaçı MMC-də) işə qəbul edilmiş, 07 sentyabr 2017-ci il tarixdə onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanaraq administrator vəzifəsinə keçirilmiş, 15 noyabr 2019-cu il tarix tərəflər arasında bağlanmış əmək müqaviləsinə işçinin xahişi ilə xitam verilmişdir. İş materiallarında olan “X3” MMC-nin 28 sentyabr 2018-ci il tarixli Aktivlər üzrə inventarizasiya Cədvəlinə əsasən xxx 5 (254) mağazasında siyahıya alınmış mallar üzrə 5963,67 manat çatışmazlıq müəyyən olunmuşdur. Həmin aktın sonunda “Bu aktda adları qeyd olunan bütün material qiymətliləri mənim iş tirakımla inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq, inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradım yoxdur. Siyahıda göstərilən material qiymətliləri mənim məsuliyyətim altında saxlanılır. Üzləşmənin nəticələri ilə tanış oldum:” qeyd edilməklə, Cavabdeh tərəfindən imzalanmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 may 2021-ci il tarixli rəyinə əsasən, 28 sentyabr 2018-ci il tarixində xxx 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akt, 23 may 2019-cu il tarixində xxx 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akt, 03 sentyabr 2019-cu il tarixində xxx 5 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun X1ydalarının tələblərinə uyğun deyildir. Eyn i zamanda iş materiallarında yaranmış çatışmazlıqlarla bağlı hər hansı bir mühasibatlıq sənədləri də mövcud deyil. xxx 5 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun X1ydalarının 12-ci bölməsinin tələblərinə tam cavab vermədiyindən yekun ziyanın məbləğini müəyyən etmək mümkün olmadı. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmlakına vurulmuş ziyana görə cavabdehdən 7886 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermiş, 28 sentyabr 2018, 23 may 2019 və 03 sentyabr 2019-cu il tarixlərdə Oba-Ramana 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləğinin 9667 manat olması məlum olmuşdur. Cavabdehə şirkət tərəfindən 1781 manat güzəşt edilmişdir. Sədərək Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(088)-32/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən H.N.Zülfüqarov) iddia təmin edilmiş, İddiaçı MMC-nin əmlakına vurduğu maddi ziyana görə Cavabdeh 7886 manat pul borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 7916 manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191- ci maddəsinin 1-ci bəndi, 194-cü maddəsinin 1-ci və 2-ci bəndləri, 199cu maddəsinin “a” bəndi, 202-ci maddəsinin 1-ci bəndi, Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Sədərək Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(088)-32/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021ci il tarixli, 2(108)-75/2021 nömrəli qətnaməsi ilə (hakim İ.M.Mirzəyevin sədrliyi və məruzəsi ilə, hakimlər V.K.Quliyevdən və Ə.M.Xıdırovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sədərək Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(088)-32/2020 nömrəli qətnaməsi dəyişdirilmiş, iddianın qismən təmin edilməsi, İddiaçı MMC-nin əmlakına vurduğu maddi ziyana görə Cavabdeh 5963,69 manat pul borcunun və 22,68 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 5986,37 manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-nin bank hesabına ödənilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi, Sədərək Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(088)-32/2020 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ilk öncə apellyasiya şikayətinin məhkəmənin iş üzrə zəruri araşdırma aparmadan və cavabdehin iştirakını təmin etmədən işi sadəcə iddiaçının xeyrinə həll etməsi dəlilinə münasibət bildirməklə müvafiq d əlili əsassız hesab etmişdir. Belə ki, iddia MPM-in 35.1-ci maddəsinin tələbinə əsasən cavabdehin qeydiyyatda olduğu yer üzrə verilmiş, birinci instansiya məhkəməsi tərəfindən müvafiq məhkəmə bildirişləri həmin ünvan üzrə göndərilmiş, bildirişlərin müvafiq ünvan üzrə alınmasını təsdiq edən xəbərnamələr də iş materiallarına əlavə edilmişdir. Apellyasiya şikayətinin hazırki mübahisəyə dair iddia müddətinin tətbiq edilməli olması ilə bağlı dəlilinə münasibət bildirməklə apellyasiya məhkəməsi müvafiq dəlili əsassız hesab etmiş və qeyd etmişdir ki, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərar ı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Lakin Cavabdeh tərəfindən mübahisə üzrə iddia müddətinin tətbiq edilməsinə dair müvafiq xahiş apellyasiya şikayətində qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusıya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarlarına istinad etməklə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə baxışı icla slarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş və məhkəmə bildirişlərinin müvafiq ünvan üzrə alınmasını təsdiq edən xəbərnamələr iş materiallarına əlavə edilmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində icraatda olan mübahisə üzrə iddia müddətinin tətbiq edilməli olmasını göstərsə də, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni birinci instansiya məhkəməsinə təqdim etməməsini əsaslandırmamışdır. Bununla da qanunvericiliyin yuxarıda da sadalanan tələblərinə əsasən Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edildiyindən apellyasiya icraatı zamanı məhkəmə tərəfindən cavabdehin mübahisəyə dair iddia müddətinin tətbiq edilməsinə dair müvafiq xahişi üzrə iddia müddətinin tətbiq edilmə si yolverilməzdir. Məhkəmə göstərmişdir ki, iddia ərizəsində 28 sentyabr 2018, 23 may 2019 və 03 sentyabr 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə dair” Aktlara əsasən hər bir akt üzrə vurulmuş ziyanın ayrı-ayrılıqda məbləğinin göstərilmədiyindən müvafiq tələb üzrə işi hərtərəfli araşdırıb, qanuni və əsaslı nəticəyə gəlmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə iş materiallarını ekspert rəyi ilə əlaqəli şəkildə müqayisə edərək qeyd etmişdir ki, 23 may 2019-cu il tarixində xxx 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akt, 03 sentyabr 2019-cu il tarixində xxx 5 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun Aktlar üzrə vurulmuş ziyanın (əksikgəlmənin) məbləğini müəyyənləşdirmək mümkün olmasa da, 28 sentyabr 2018-ci i l tarixində xxx 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akt üzrə ziyanın məbləğinin müəyyən edilməsi nəticəsinə gəlinir. Belə ki, iş materiallarına əlavə edilmiş “X3” MMC-nin İnventarizasiya şöbəsinin Araşdırma qrupuna İltizamnamədə Cavabdeh 10 oktyabr 2018-ci il tarixdə kənarlaşması olan mallara dair məlumatlar və sənədlərin sistem üzərindən Araşdırma qrupunun mütəxəssisi tərəfindən Cavabdeh iştirakı ilə təkrar nəzarət qaydasında tam yoxlanıldığı və 1523 say çeşid malda – 5963,69 əksik manat məbləğində kənarlaşma aşkar olunduğu, Cavabdeh mağaza administratoru (maddi məsul şəxs) kimi yoxlama və araşdırma prosesindən tam razı olduğu, kəsir yaradan mallarla tanış olduğu, kəsirinin səbəbinin özünə məlum olduğu, heç bir narazılığının olmadığı, atdığı imzaları və bu yazdıqlarını heç bir təzyiq altında qalmadan yazdığı qeyd edilmiş və müvafiq İltizamnamə Cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin 28 sentyabr 2018-ci il tarixdə müvafiq Aktivlər üzrə İnventarizasiya cədvəli, 28 sentyabr 2018-ci il tarixində xxx 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akt da Cavabdeh tərəfindən imzalanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə “X3” MMC-nin İnventarizasiya şöbəsinin Araşdırma qrupuna İltizamnaməni Cavabdeh tərəfindən 28 sentyabr 2018-ci il tarixində xxx 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akta münasibətdə həmin Akt üzrə mövcud olan əksikgəlmənin (ziyanın) etirafı kimi qəbul etmiş və bildirmişdir ki, 28 sentyabr 2018-ci il tarixində xxx 5 filialında aparılmış yoxlama nəticələrinə dair yekun Akt üzrə İddiaçı MMC-yə vurulmuş maddi ziyan (əks ik gəlmə) cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(108)-75/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia müddətinin tətbiq olunmaqla iddia tələbi rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur k, iddiaçının təqdim etdiyi aktlar müvafi q qaydalara uyğun tərtib olunmamış, iddiaçı tərəfində yaranmış çatışmazlıqla bağlı hər hanı mühasibatlıq sənədi təqdim olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə b axan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayəti cavabdeh tərəfindən verildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətini n keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 200-cü maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilər in və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında MM-in 375.2-ci maddəsinə şərh verilərkən qeyd olunmuşdur ki, “Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci m addəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci inst ansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir....... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakim əsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspert lərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətl əndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti tə min etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Bununla belə məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin iddiaçıya ziyan vurulması iddiaçının təqdim etdiyi Aktla müəyyən olunmuş, cavabdeh həmin aktla müəyyən olunmuş çatışmazlıqla razılaşmış və onu imzalamışdır. Cavabdeh aktın əsassız olduğunu göstərsə də, onu etirazlarını qeyd etmədən imzalamasını nə apellyasiya, nə də ki, kassasiya şikayətində əsaslandırmamışdır. İş üzrə keçirilmiş ekspert rəyinə gəldikdə, məhkəmə kollegiyası izah edir ki, həmin rəy MPM-in 101.7 və 103.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində sübutları qiymətləndirib, yuxarıda göstərilən akta əsasən iddianı qismən təmin etməklə prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. İddia müddətinin tətbiqi ilə bağlı şikayətin dəlilinə münasibət bildirərə k məhkəmə kollegiyası həmçinin apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə MPM-in 135.1-135.3-cü maddələrinə uyğun olaraq məhkəmə bildirişləri göndərilmiş və Məcəllənin 135.5-ci maddəsinə əsasən həmin bildirişlər rəsmi qaydada verilmiş hesab edilməlidir. Odur ki, MM-in 375.2-ci maddəsinin tələbləri, habelə Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında irəli sürülmüş mövqe nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırıldığı halda, həmin məhkəmə tərəfindən qətnamə qəbul edilənədək iddia müddətinin tətbiqinə dair ərizə vermədiyindən, göstərilən əsasla idd iadan imtina edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məh kəməsinin Mülki kollegiyasının 21 iyun 2021ci il tarixli, 2(108)-75/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar