Məhkəmə qərarları › İş №2(102)-617/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-617/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-617/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması 03.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7994/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hal ları

1. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh2 ilə aralarında 11 sentyabr 2015ci il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən Cavabdeh2 72300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində borc pul verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh 14.09.2015-ci il tarixdə 25.000 ABŞ dolları, 17.09.2015-ci il tarixədək 20.000 ABŞ dolları, 31.10.2015-ci ilədək isə 27.300 ABŞ dolları borcu ödəməsini öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər-Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 72.300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh2 ilə aralarında 11 sentyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən tərəfindən cavabdehlərə 72.300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində borc pul verilmişdir. Müqavilənin şərtlərinə əsasən pul 31 oktyabr 2015-ci il tarixədək tam şəkildə geri qaytarılmalı idi. Cavabdeh2 atası Cavabdeh1 ilə ümumi bir tanışları vasitəsilə tanış olmuş, bir müddət münasibət yarandıqdan sonra X zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Cavabdeh1 bildirmişdir ki, Latviya Respublikasında oğlu yüksək gəlir gətirən bir iş qurub və hazırda ora əlavə vəsa it yatırılarsa, daha çox gəlir əldə etmək imkanı vardır. Cavabdeh1 Bakı şəhərində yerləşən evlərini satdıqlarını və əlində pulun olduğunu bildiyindən ona belə bir təklif etmişdir. Beləliklə də, tərəfindən cavabdehlərə 72.300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində borc pul verilmişdir. İddiaçı tərəfindən 27 iyul 2018-ci il tarixdə rəsmi olaraq cavabdehlərə xəbərdarlıq göndərilsə də, heç bir nəticəsi olmamışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 2(005)1526/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı xeyrinə 72.300 ABŞ dolları məbləğində pul vəsaiti tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Ca vabdeh2 müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı ilə Cavabdeh1 arasında borc öhdəliklərini təsdiq edən hər hansı müqavilə olmadığından məhkəmə Cavabdeh1 münasibətdə iddianı əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandır mışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7994/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1526/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.

10. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və cavabdehin şəxsi mülahizələrinə əsaslanır.

11. Belə ki, iddiaçı pretenziya qaydalarına əməl etmiş və borcun ödənilməsini cavabdehdən tələb etmişdir.

12. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə qətnaməsinin nəticə hissəsində pul vəsaitinin ABŞ dollarının manata olan məzənnəsinə uyğun tutulmasını qeyd etməsə də, nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsi icra edilərkən, pul vəsaiti ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

15. Belə ki, apelyasiya instansiyası məhkəməsi 11.09.2015-ci il tarixli müqavilənin formal olaraq bağlandığını, tərəflər arasında borc münasibətlərinin müqavilə bağlandığı tarixdən əvvəl yarandığını və borcun qaytarıldığını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

21. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

22. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxt da və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

23. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

24. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

25. Öhdəl iyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

26. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

27. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

28. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Mülki Prossesual Məcəllə

29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şik ayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası cavabdehin 11.09.2015-ci il tarixli müqavilənin formal olaraq bağlandığı, tərəflər arasında borc münasibətlərinin müqavilə bağlandığı tarixdən əvvəl yarandığı və borcun qaytarıldığı ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

37. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh2 ilə arasında 11 sentyabr 2015ci il tarixdə notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən Cavabdeh2 72300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində borc pul verilmişdir.

38. Həmçinin qeyd edilən müqavilənin şərtlərinə əsasən cavabdeh 14.09.2015-ci il tarixdə 25. 000 ABŞ dolları, 17.09.2015-ci il tarixədək 20.000 ABŞ dolları, 31.10.2015-ci ilədək isə 27.300 ABŞ dolları borcu ödəməyi öhdəsinə götürmüşdür.

39. Cavabdeh 11 sentyabr 2015-ci il tarixli müqavilə üzrə borcu ödədiyini və müqavilənin formal olaraq bağlanıldığını qeyd etsə də məhkəməyə borcun ödənilməsinə və bu müqavilənin formal bağlanmasına dair sübutlar təqdim etməmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(103)-7994/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar