Məhkəmə qərarları › İş №2(102)-617/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-617/2023

23.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-617/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)1273/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 23 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İXP seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X3 xx.xx.2020-ci il tarixdə saat 11:40-da radələrində idarə etdiyi “Toyota Prado” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir.

2. Bakı şəhəri DYPİ-nin 04 aprel 2020-ci tarixli, TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarına əsasən, Hüseynov X4 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. 3. 2009-cu il buraxılışlı “Toyota Prado” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh X1 mülkiyyətindədir. 4. 2011-ci il buraxılışlı “Audi A8” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2152/2020 saylı qərardadı ilə Bakı şəhər DYPİ tərəfindən Cavabdeh barəsində qəbul edilmiş 04 aprel 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayətin təmin edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşd ur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 79040 manat məbləğində real zərərin, 50000 manat məbləğində əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh mülkiyyətində olan **-HG-*** dövlət qeydiyyat nişanlı, "Toyota Prado” markalı minik avtomobili ilə H.Əliyev prospektində (hava limanı yolu, Qala istiqaməti) hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi səbəbindən iddiaçının mülkiyyətində olan **-ML-*** dövlət qeydiyyat nişanlı, "Audi A8” markalı avtomobilə 79040 manat məbləğində zərər dəymişdir. Bu öz əksini avtomobil barəsində "xxxx" MMC (Audi Servis) tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş qüsur aktında da tapmışdır. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və dəymiş zərərin məhkəmədən kənar ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bu səbəbdən cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Cavabdeh tərəfindən dəymiş maddi zərər olaraq 79040 manat məbləğində real zərər və avtomobilin təmir ediləndən sonra alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində 50000 manat məbləğində əldən çıxmış fayda ona ödənilməlidir.

8. Məhkəmə icraatı zamanı iş üzrə məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5114 saylı ekspert rəyinə əsasən 2011-ci il buraxılışlı, “Audi A8" markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 28800,0 (48000,0 manat - 40%) manat müəyyən edilmişdir.

9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-174/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qətnaməsi (hakim: Aytən Novruzova) ilə iddia qismən təmin edilmiş, cavabdehdən dəymiş ziyan 28800 manat, ödənilm iş dövlət rüsumu olaraq 30 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin təqsirli və hüquqa zidd əməli nəticəsində iddiaçının mülkiyyətində olan əmlaka birbaşa zərər vurulması sübut olunur.

11. Həmçinin, birinci instansiya məhkəməsi iddia tələbinin “50000 manat məbləğində əldən çıxmış faydanın” tutulmasına münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. İddiaçı avtomobilin zədələnməsi ilə əlaqədar ona vurulmuş zərər (əldən çıxmış fayda) olaraq cavabdehdən 50000 manat məbləğinin onun xeyrinə tutulmasını tələb etsə də, real olaraq belə bir gəlirin əldə edilməsinin mümkünlüyünü təsdiq edən və ya həmin gəlirdən məhrum olmasına dair hər hans ı mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1099.1, 1099.2 və 1108.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 101.3, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 10 iyun 2021-ci il tarixli, 2(103)-5036/2021 nömrəli qətnaməsi ilə (hakimlər: Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Anar T anrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməklə işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün heç bir hüquqi əsaslar yaratmır.

16. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin təqsirli və hüquqa zidd əməli nəticəsində iddiaçının mülkiyyətində olan əmlaka birbaşa zərər vurulması sübut olunmuşdur.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1099.1, 10 99.2 və 1108.1-ci, Mülki Prosesual Məcəllənin 77, 88 və 101.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə ilə bağlı təhqiqat davam etdiyindən və təqsirkar hələ müəyyən edilmədiyi üçün zərərin ondan tutulması əsassız və qanunsuzdur. Həmçinin, hadisənin baş verməsində təqsirkar olsa belə, həmin hadisənin səbəbi hadisədə iştirak edən digər avtomaşının sürücüsü X2 təqsirindən baş vermişdir. Zərərin məbləği müəyyən edilərkən Mülki Məcəllənin 21.3-cü maddəsinə uyğun olaraq hüquqi dəyərləndirmə aparılmalı i di. Bundan başqa, onun yol-nəqliyyat hadisəsindən icbari sığorta müqaviləsi mövcud idi və hadisədən sonra iddiaçıya 5000 manat sığorta məbləği ödənilsə də, apellyasiya instansiyası məhkəməsi zərərin məbləğini müəyyən edərkən həmin ödənişi nəzərə almamışdır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5904/21 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Xəlilov İsmayıl (məruzəçi), Əliyev Ələsgər və Əhmədova Mehparə) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

21. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia yol-nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin ödənilməsi ilə bağlı olduğundan, ilk öncə yol-nəqliyyat hadisəsinin kimin təqsirindən baş verməsi, şəxsin hərəkətləri ilə vurulmuş zərər arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılmalı, iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün həmin yol-nəqliyyat hadisəsinin hansı şəraitdə baş verməsi ilə bağlı hallar bütövlükdə yoxlanmalı idi. İşdən göründüyü kimi, yol-nəqliyyat hadisəsi həqiqətən “Opel Astra” markalı avtomobilin sürücüsü X2 yol hərəkəti qaydalarını pozması ilə başlamış və iddiaçının avtomaşınına zərər yetirilməsi ilə başa çatmışdır. Amma məhkəmənin qətnaməsində hadisənin hansı şəraitdə, hansı səbəbdən baş verməsi, hazırkı iş üzrə cavabdehin hərəkətləri ilə X2 yol hərəkəti qaydalarını pozması arasında səbəbli əlaqənin olub-olmaması görünmür. Apellyas iya instansiyası məhkəməsinin yeganə istinadı ondan ibarətdir ki, cavabdehin barəsində yol polisi tərəfindən inzibati protokol tərtib edilmişdir.

22. Həmçinin, kassasiya məhkəməsi göstərmişdir ki, işə yenidən baxılarkən apellyasiya məhkəməsi cavabdehin barəsində tərtib edilmiş inzibati protokolun hazırkı iş üzrə preyudisial hal (təqsirliliklə bağlı) olub-olmaması ilə bağlı dəyərləndirmə aparmalıdır. Belə dəyərləndirmənin nəticəsindən asılı olaraq zərurət yaranarsa hadisənin baş vermə şəraiti, təsqirliliklə bağlı halları müəyyən etmək üçün müvafiq ekspertiza keçirməlidir. Əslində, belə mürəkkəb şəraitdə baş vermiş yol-nəqliyyat hadisələrinin təhqiqatı zamanı müvafiq ekspertizaların keçirilməsi zəruridir. Xüsusilə, hadisə iştirakçıları son zərurət şəraitində hərəkət etdiyini israr etdiyi hal da təhqiqat orqanı müvafiq ekspertiza keçirməlidir. Belə rəylər olmadan tərtib edilən inzibati protokol təqsirliliyin müəyyən edilməsində mötəbər görünmür. Çünki analoji hallarla bağlı (son zərurət vəziyyəti, zəruri müdafiə) xüsusi biliyə malik olan mütəxəssisin rəyi daha mötəbər sübut hesab olunmalıdır.

23. Kassasiya instansiya məhkəməsi cavabdehin icbari sığorta məbləğinin ödənilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh həmin məbləğin vurulmuş zərərin ümumi məbləğindən çıxılmasını tələb edir. Apellyasiya instansiya məhkəməsi ümumiyyətlə həmin məbləğin ödənilib-ödənilməməsi ilə bağlı hər hansı araşdırma aparmadan qərar qəbul etmişdir. Kassasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili həqiqətən 5000 manat pulun sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyini etiraf etmişdir.

24. Kasassiya instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 88, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

25. Apellyasiya icraatı zamanı cavabdeh məhkəməyə müraciət edərək hazırki mülki iş üzrə icraatın Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan inzibati xəta haqqında 3(003)-318/2021 saylı iş üzrə qəbul edilmiş qərar qüvvəyə minədək dayandırılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1273/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat Bakı şəhəri X8 İdarəsinin 04 aprel 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Cavabdeh tərəfindən verilmiş şikayət ərizəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 3(003)-5/2022 saylı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olanadək dayandırılmışdır.

26. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-461/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin müdafiəçisi Vəkil6 tərəfindən verilən şikayət təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 3(003)-5/2022 saylı qərarı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi hissəsində dəyişdirilmiş, ekspertiza xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 3(003)-5/2022 saylı qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

27. Mülki iş üzrə icraat təzələndikdən və işə mahiyyəti üzrə baxılması davam etdirildikdən sonra Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1273/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qərardadı ilə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8/2225-4/741 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən videoyazıların tədqiqi ilə yol-nəqliyyat hərəkəti iştirakçılarının hərəkət parametrlərinin müəyyən edilməsi üzrə tədqiqatların aparılması mümkün olmamışdır. Təqdim olunan məlumatlara əsasən “Opel Astra” markal ı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin “Opel Astra” markalı avtomobil ilə “Toyota Prado” markalı avtomobil arasında toqquşma baş vermədiyindən sürücü A.Ş.Nəhmədovun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisə arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, tam hüquqi məna kəsb etdiyindən həmin hal məhkəmə tərəfindən qiymətləndirilə bilər. Təqdim olunan məlumatlara əsasən “Toyota Prado” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavab deh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

28. Ekspert rəyi hadisənin baş vermə anının videoyazını əks etdirən diskə baxış keçirməklə verilməmiş, ancaq həmin diskin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi iş materialları ilə təsdiq olunsa da, rəylə birlikdə Bakı Apellyasiya Məhkəməsinə də qaytarılmamışdır. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(103)-1273/2022 nömrəli qərardadı ilə təyin edilmiş yol-nəqliyyat hadisələri ekspertizası hadisənin baş vermə anının videoyazını əks etdirən diskə baxış keçirməklə ekspert rəyi verilməsi üçün mülki iş yenidən Məh kəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8/2225-4/1257 saylı, xx.xx.2022ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 1 ədəd "PRİNCO" markalı CD-R diskdə olan hadisə anını əks etdirən kadrlarda tədqiqatı tələb olunan 1, 2 və 3 saylı NV-lərinin hərəkət ardıcıllığı rəyin tədqiqi hissəsində verilmiş cədvəldə göstərilmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD-R diskdə olan videoyazı təkraryazma olduğundan yol-nəqliyyat hadisəsi iştirakçılarının hərəkət parametrlərini müəyyən etmək mümkün olmamışdır. Təqdim olunan məlumatlara əsasən “Opel Astra” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Q anununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin “Opel Astra” markalı avtomobil ilə “Toyota Prado” markalı avtomobil arasında toqquşma baş vermədiyinidən sürücü A.Ş.Nəhmədovun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisə arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, tam hüquqi məna kəsb etdiyindən həmin hal məhkəmə tərəfindən qiymətləndirilə bilər. Təqdim olunan məlumatlara əsasən “Toyota Prado” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)-1273/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlham Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən alınmalı olan maddi zərərin əvəzinin miqdarı hissəsində dəyişdirilməsi, cavabdehdən alınmalı olan maddi zərərin əvəzinin miqdarının azaldılaraq 23800 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

30. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya instansiya məhkəməsinin göst ərişi ilə əlaqədar həm hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı, həm də inzibati xəta haqqında iş üzrə icraat zamanı cavabdehin 04 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsində 3(003)-5/2022 saylı və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-461/2022 saylı işlər üzrə aparılan araşdırmada iddiaçıya zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsində yalnız cavabdehin təqsiri olduğu, üçüncü şəxs(lər)in təqsiri olmadığı müəyyən edilmişdir.

31. Həmçinin, məhkəmə kollegiyası göstərmişdir ki, “Opel Astra” markalı, **-DS*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü öz hərəkət zolağını dəyişərək cavabdehin hərəkətdə olan zolağa keçsə də, cavabdeh hadisənin qarşısını almadan (əyləci basmadan) manevr edərək iddiaçının idarə etdiyi avtomobilin hərəkətdə olduğu zolağa keçərək yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, cavabdeh “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin müvafiq tələblərinə riayət etməyərək hadisənin qarşısını almağa imkanı olduğu halda, iddiaçının avtomobilinin hərəkətdə olduğu zolağa çıxmaqla sonuncuya zərər vurmaqla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir.

32. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspertiza rəylərində “Opel Astra” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu göstərilsə də, həmin avtomobillə nə iddiaçının, nə də cavabdehin avtomo billəri arasında toqquşma baş verməmişdir. Başqa sözlə, “Opel Astra” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində sözügedən maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olsa da, bu uyğunsuzluq hadisəni törədilməsində səbəb olmamışdır yaxud bu cür uyğunsuzluğa görə hadisə baş verməmiş və iddiaçıya zərər dəyməmişdir. İddiaçıya məhz cavabdehin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar baş vermiş hadisə nəticəsində zərər vurulduğu bilavasitə təsdiq olunur.

33. Məhkəmə kollegiyası cavabdehin icbari sığorta məbləğinin ödənilməsi ilə bağlı dəlilinə münasibətdə hesab etmişdir ki, onun şikayətinin bu dəlili əsaslıdır. Yəni, cavabdeh həmin məbləğin vurulmuş zərərin ümumi məbləğindən çıxılmasını tələb edir. Apellyasiya baxışı zamanı da cavabdehin vəkili hə qiqətən 5000 manatın sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyini etiraf etmiş və həmin məbləğdə zərərin azaldılmasına etiraz etməmişdir. Deməli, sığorta şirkətinin verdiyi 5000 manat sığorta ödənişi 28800 manatdan çıxılmalı və maddi zərərin əvəzi azaldılaraq 23800 manat müəyyən edilməli idi. Ona görə də, şikayət yalnız bu hissədə əsaslı olduğundan həmin hissədə qətnamə dəyişdirilməlidir.

34. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2 və 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0, 384.0.3 və 420-ci, “Yol hərəkəti haqqında” Qanunun 42.1 və 50-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şika yətinin dəlilləri

35. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X5 “Opel Astra” markalı, **-DS*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək cavabdehin idarə etdiyi “Toyota Prado” markalı, **-HG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün real qəza təhlükəsi yaratmışdır, sonuncu da öz növbəsində situativ sürücü refleksinin psixoloji təsiri altında zəruri özünümüdafiə və son zərurət vəziyyətində aşkar qəza vəziyyətindən yayınmaq üçün əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə məcbur qalmışdır. Görün düyü kimi, maddi hüquq normalarının düzgün tətbiq ediləcəyi təqdirdə, iddiaçıya vurulmuş zərərlə bağlı bütün məsuliyyət “Opel Astra” markalı nəqliyyat vasitəsinin sürücüsü X2 üzərinə qoyulmalı olduğu halda, məhkəmə həmin şəxsin cavabdeh kimi cəlb edilməsi məsələsini müzakirə belə etməmişdir. Bundan başqa, cavabdehin hərəkətləri İnzibati Xətalar Məcəlləsinə görə inzibati tənbehə səbəb olan hərəkət sayılsa da, apellyasiya instansiya məhkəməsinin həmin xətaya istinadən mülki məsuliyyəti bütövlükdə və yalnız cavabdehin üzərinə qoyması Mülki Məcəllənin 21.3 və 1108.3-cü maddələrinin tələbləri ilə açıq-aşkar ziddiyyət təşkil edir. Həmçinin, məhkəmə əgər inzibati tənbehə səbəb olan təqsirli hərəkəti nəzərə alırsa, onda X2 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməsini də nəzərə almalı idi. Haz ırkı mübahisəyə baxan apellyasiya instansiya məhkəməsi zərər vurulmasına səbəb olmuş hadisəni və onun iştirakıçılarının davranışlarını mülki qanunvericiliyin tələbləri baxımından düzgün araşdırmamışdır. Halbuki, hazırkı mübahisəyə kassasiya qaydasında baxan Ali Məhkəmə bu barədə apellyasiya məhkəməsinə müvafiq göstəriş vermişdi.

37. Həmçinin cavabdeh göstərmişdir ki, X2 barəsində tərtib olunmuş Bakı şəhəri DYPİ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın sübut kimi tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olduğu üçün aid edilməsi baxımından Mülki Prosessual Məcəllənin 80-ci maddəsinin təsir dairəsinə düşsə də, məhkəmə qeyd edilən sübutu işin həllində nəzərə almamaqla, həmin prosessual normanının tələblərini pozmuşdur. Əlavə olaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya instasniyası məhkəməsi tərəfindən müəyyən olunmuş məcburi göstərişləri nəzərə almamış, xüsusi biliyə malik olan mütəxəssisin rəyi ilə müəyyən olunmalı məsələyə məhkəmə subyektiv əsaslardan çıxış edərək özü cavab verməklə kifayətlənmişdir. Ekspertin cavab verməkdən yayındığı sualın cavabının tapılması üçün məhkəmənin ixtiyarında təkrar ekspertiza təyin etmək imkanı olsa da, bu imkandan istifadə etməmiş, natamam rəy əsasında qətnamə qəbul etmişdir. Digər tərəfdən, həm iş materiallarından göründüyü kimi, həm də kassasiya instansiyası məhkəməsinin xüsusilə qeyd etdiyi kimi, yol-nəqliyyat hadisəsi həqiqətən “Opel Astra” markalı avtomobilin sürücüsü X2 yol hərəkəti qaydalarını pozması ilə başlamışdır və hadisə də məhz bilavasitə həmin pozuntu nun nəticəsi kimi baş vermişdir. Əgər, məhkəmə zərərin vurulmasında səbəb-nəticə əlaqəsini özü müəyyən etmək qərarına gəlmişdisə, bu faktı nəzərdən qaçırmalı deyildi. Həmçinin, cavabdehin hadisənin qarşısını almağa texniki imkanının olması X2 hadisənin baş verməsində təqsirsiz olmasını müəyyən etmir.

38. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 564 və 1108-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80, 82.4, 88, 217 və 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

41. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

42. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

43. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu

44. Maddə 42.1. Sürücü hərəkətə başlamazdan,yerdəyişməzdən,dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.

45. Maddə 50.1. Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Cavabdehin kassasiya şikayətində göstərilən dəlillər onun tərəindən birinci dəfə kassasiya şikayəti verilən zaman da irəli sürülmüş, həmin dəlillərə əsasən Ali Məhkəmənin 16 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

56. İşə təkrar baxan apellyasiya məhkəməsi Ali Məhkəmənin qərarındakı göstərişlərə əməl edərək iş üzrə tam və hərtərəfli araşdırma aparmış, iki dəfə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin edilməklə rəylər alınmış, cavabdeh barəsində olan inzibati xəta haqqında işin nəticəsini nəzərə almış, iddiaçyı ödənilmiş 5000 manat sığorta haqqını dəymiş zərərənin məbləğindn çıxmış, cavabdeh tərəfindən yol nəqliyyat hadisəsinin törədilməsində “Opel Astra” markalı avtomaşının sürücüsünün də təqsirli olmasına dair cavabdehin göstərdiyi halları araşdırmışdır.

57. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən yol nəqliyyat hadisəsinin törədilməsi və iddiaçının nəqliyyat vasitəsinə ziyan vurulması ilə “Opel Astra” markalı avtomaşının sürücüsü tərəfindən yol hərəkəti qaydalarının pozulması arasında səbəbli əlaqə mövcud olmamış, iddiaçıın əmlakına ziyan vurulmasına bilavasitə səbəb cavabdeh tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun təloəblərinin pozulması olmuşdur.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozunt ularına yol verməmişdir.

59. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)-1273/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar