Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6178/2019 07.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Paşayev Mehman Abdulhüseyn oğlunun, Cavabdeh vəkili ***nun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli, 2(107)1275/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: *** Rayon Məhkəməsinin (hаkim Famil Nəsibov) 19 dekabr 2018-c i il tаrixli, 2(014)2570/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Ş.Hüeynov, A.A.Mahmudov, V.İ.Məlikov) 07.05.2019-cu il tarixli, 2(107)-1275/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, *** Rayon Məhkəməsinin 19 dekabr 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək *** rayon notariat kontorunun xüsusi notariusu *** tərəfindən tə sdiq olunmuş, reyestrdə 4Ə-110 nömrə ilə qeyd edilmiş 06.02.2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 72,5 kv.m. olan yaşayış evini alıcı X1 əldə etdiyi, onun etibarından sui-istifadə edərək ona bir-iki günə tapıb “əla həyət evi” alacağına dair müxtəlif yalançı vədlər verərək inandırmaqla ələ keçirdiyi 49000 manatın və həmin pula evə görə beh kimi verilmiş puldan əlavə olunmuş 500 manat pulun, həmçinin də ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə cəmi 49530 manat pulun Cavabdeh məcburi qaydada İddiaçı xeyrinə alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, qızı *** ilə cavabdeh *** təxminən 8 il bundan qabaq tanış olmuşlar, qızı ilə *** qeyri-rəsmi münasibət də olmuşlar.Özü müəllimə işləyərək əmək haqqı aldığını, qızı 400 manat əmək haqqı aldığı, uşaqlara görə təqaüd aldıqlarını,beləliklə ailələrinə ayda 1200 manat pul daxil olduğunu qeyd etdi. Evə daxil olan həmin məbləğdən hər ay bir qədər pul ayırmışlar,yığdıqları həmin pula 2014-cü ildə *** şəhəri Üzünük küçəsində 0.05 ha həyətyanı torpaq sahəsi satın almışlar və orada ev tikdirməyə başlamışlar, lakin sonradan bina evinə köçmək istədikləri üçün 2014-cü ilin oktyabr ayında həmin torpaq sahəsini 28000 ABŞ dolları məbləğində pula satmışlar.Odur ki, 2015-ci ildə *** küçəsində yerləşən fərdi yaşayış binasında ev satıldığını öyrənmişlər, həmin evi *** rayon sakini *** adlı şəxsin satdığını bilmişlər, beləliklə *** ilə birlikdə həmin evə baxdıqdan sonra evi almaq qərarına gəlmişlər, ***la evi 3 2000 manat pula satın alacaqları barədə razılaşmışlar, notariat qaydasında alqı-satqı eləmişlər,beləliklə ev ***nin adına qeydiyyata alınmışdır. Bundan sonra həmin evin bütün otaqlarında təmir işləri həyata keçirilməyə başlanmışdır evin təmir işlərini ***ın həyata keçirdiyini, təmir ilə əlaqədar olaraq ***a 3000 manat pul verdiyini bildirdi. Evin təmiri qurtardıqdan sonra *** ilə birlikdə mebel əşyaları alaraq evdə yaşamağa başlamışlar. Onlar evə köçən zaman isə *** yataq otağı mebeli alaraq hədiyyə etmişdir.*** müxtəlif vaxtlarda qızı ***yə müxtəlif bahalı hədiyyələr,qızıl-zinət əşyaları, avtomobil hədiyyə etmişdir. Lakin son zamanlar ***la ***nin münasibətləri pozulmağa başlamışdır. Bildiririr ki, qızı ***nin qeyri-rəsmi olaraq yaxın münasibətdə oldugu Cavabdeh qızının həyət evi tapıb al masında ona yardımçı ola biləcəyini bildirmiş,onlar onun yerini öyrənib tapdığı bir-iki həyət evinə baxmışlar.Qızı notariusda alqı-satqını rəsmiləşdirmiş, alıcı şəxs 49.000 manat pulu nəğd şəkildə “***”-a hesaba köçürmüşdür. Bundan bir az sonra Cavabdeh qızına zəng etmiş, söhbət əsnasında qızı evini satdığını bildirdikdə *** həmin pulu bankdan çıxardıb ona göndərməsini, uzağı bir-iki günə həmin pula ona qəşəng həyət evi tapıb alacağını qəti şəkildə vəd vermişdir. Həmin vaxt qızı ***ın “vədinə” tam səmimi və arxayın şəkildə inanaraq buna razılaşmış, ***ın göndərdiyi, sonradan adlarını bildiyi İlkin adlı şəxs maşının işərisində, *** adlı şəxs isə bayırda, bankın yanında onu gözləmiş, qızı alıcının banka qoyduğu 49000 manat pulun üzərinə 500 manatı da əlavə edərək ***a çatdırması üçün ***ə ve rmişdir. Bildirir ki, ***adlı alıcı yanvar ayının sonlarına evlə əlaqədar razılaşdıqdan sonra evə görə qızına 1000 manat beh kimi pul vermiş, həmin pulun 500 manatını qızı evin sənədlərinin əldə edilməsi prosesində xərcləmiş, evi satdığı gün aldığı 49000 manat pula behdən qalan 500 manatı da əlavə etməklə ona “əla həyət evi” tapıb almaqda kömək edəcəyinə vəd və söz verən ***a verməsi üçün 49500 manat pulu ***ə təhvil vermişdir. *** 49500 manat pulu aldıqdan sonrakı günlərdə ev axtardığını, yaxın günlərdə ev tapacağını, narahat olmamaqlarını bildirməsinə baxmayaraq o, qızı və iki uşağı ilə birlikdə evsiz vəziyyətdə qalmışlar. *** isə hər dəfə vədlər verməklə onları aldatmaqda davam edirdi. Təxminən bir ay sonradan başlamaqla *** açıq şəkildə onu narahat etməməklərini bildirməklə onlarla üns iyyət və əlaqədən qaçmağa başlamışdır və faktiki olaraq bu günə kimi də qızının etibarından sui-istifadə etməklə aldadaraq evinin pulunu qaytarmaqdan imtina edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxam apellyasiya məhkəməsi işin hallarını düzgün qiymətləndirməmiş, ziddiyyətli məqamları hərtərəfli araşdırmamış, bununla da maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmin mənzilin cavabdehin vəsaiti hesabına alınması iddiaçı tərəfindən etiraf edilmişdir. Mənzilin təm iri üçün tələb olunan materialların cavabdehə məxsus topdan satış obyektindən alınması, təmir işlərini aparan ustaların xərclərinin cavabdeh tərəfindən ödənilməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam təsdiqini tapmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Paşayev Mehman Abdulhüseyn oğlu kassasiya şikayətinə etiraz edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə vəkilin dediklərinə uyğu n izahat verdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 07.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə *** Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,*** rayon notariat kontorunun xüsusi notariusu M.Əliyev tərəfindən təsdiq olunmuş, reyestrdə 4Ə-110 nömrə ilə qeyd edilmiş 06.02.2018-ci i l tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı *** qeydiyyatda olan İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 72,5 kv.m. olan yaşayış evini alıcı X3 49000 manata satmış, alıcı X5 həmin yaşayış evini 49000 manata İddiaçı almışdır. Cinayət işi başlamasının rədd edilməsi haqqında *** RPŞ-nin TQ-nun baş təhqiqatçısı, polis mayoru X2 23 sentyabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3əskunlaşmış məcburi köçkünlər Nümayəndə *** qızının və İddiaçı müraciətləri əsasında toplanmış HK-1/709 saylı əlavə araşdırma materialında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni ə saslarını düzgün müəyyən etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı özünün mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilini 49.000 manata satması və bunun müqabilində yeni yaşayış evi almaq istəməsi, evin alınmasında cavabdehin yardımçı olmaq istəməsi və həmin məqsədlə iddiaçının satdığı mənzilin pulu olan 49000 manat və əlavə olaraq 500 manat, cəmi 49500 manat pulu cavabdehə verməsi, cavabdehin isə evi almaqdan boyun qaçırması və pulu geri qaytarmaması işin mübahisə edilməyən hallarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olmuş mənzilə cavabdehin heç bir hüququ olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə A zərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Cavabdehin həmin mənzilin onun tərəfindən iddiaçıya hədiyyə edildiyi barədə bəyanı öz təsdiqini tapmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı sonradan satdığı mənzili alqı-satqı yolu ilə əldə etmişdir. Digər tərəfdən, cavabdeh mənzili iddiaçıya hədiyyə etmiş olsaydı belə, onun iddia tələbinə qarşı sürdüyü etiraz və dəlill ər əsassız sayılardı. Çünki, mülki qanunvericiliyin müddəalarına görə, bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı tələbi əsassız varlanma müddəalarına uyğun təhlil edilə bilər. Belə ki, cavabdeh iddiаçı tərəfindən оnа 49500 manat məbləğində pul verildiyini etirаf etmişdir. İddiaçı isə həmin pulu cavabdehə ona yeni yaşayış evi almaq üçün vermişdir. Lakin cavabdeh pulun müqabilində iddiaçıya ev almamış və pulu da geri qaytarmamışdır. Belə olan halda cavabdeh iddiaçının vəsaiti olan 49500 mana t məbləğində pulu heç bir hüquqi əsas olmadan əldə etmiş olur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məclləsinin 106.3-cü mаddəsinin tələbinə görə, tərəfin tələb və etirаzlаrının əsаslаndırıldığı fаktlаrı digər tərəfin etirаf etməsi əks tərəfin gələcəkdə bu fаktlаrı sübut etmə vəzifəsindən аzаd edir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, Cavabdeh İddiaçı hesabına qan uni və hüquqi əsas olmadan əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3 -cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və süb ut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sü butetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilmədiyindən kassasiya şikayəti rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli, 2(107)-1275/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar q
Məhkəmə qərarları › İş №2(102)-6178/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6178/2019
07.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver