Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6181/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9284/2017 nömrəli iş üzrə 11 iyun 2019cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (E.Y.Şamayev) 2(004)-410/2016 nömrəli, 12 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 1 600 000 (bir milyon altı yüz min) manatın və ödənilmiş dövlət rüsumu hesabına 15 (on beş) manatın, yəni cəmi 1 600 015 (bir milyon altı yüz min on beş) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (V.T.Həsənov (sədrlik edən və məruzəçi), C.İ.Səfiyeva və N.Ş.Cəfərov) 2(103)-8577/2016 nömrəli, 20 dekabr 2016-ci ıl tarixli qətnaməsi ilə İddiaçı-nin apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2016-cı il qətnaməsinin ləğv edilməsi, ilkin iddianın qismən təmin olunması, Cavabdeh 1 600 000 (bir milyon altı yüz) manatın və ödənilmiş dövlət rüsumu hesab ına 15 (on beş) manatın, yəni cəmi 1 600 015 (bir milyon altı yüz min on beş) manat məbləğində pulun tutularaq İddiaçı-yə ödənilməsi, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və G.A.Quliyev) 2(102)-3590/2017 nömrəli iş üzrə 14 iyun 2017-ci il tarixli qərarı ilə İddiaçı-nin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli qətnaməsi ilkin iddianın rədd edilən hissəsində ləğv olunaraq iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması, cavabdehin kassasiya şikayəti təmin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məh kəməsi MK-nın (E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və İ.Ş.Vəliyev) 2(103)-9284/2017 nömrəli, 07 noyabr 2017-ci ıl tarixli qətnaməsi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-410/2016 saylı iş üzrə 12 yanvar 2016-cı il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə qarşı “20 sentyabr 2012-ci il tarixdən pulun qaytarılması tarixinədək qərarın çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi əsas götürülməklə hesablanacaq faizlərin ödənilməsi” tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, həmin iddia tə ləbi təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəmiş olduğu dövlət rüsumunun məbləği adı çəkilən hüquqi şəxsin özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın MK-nın (E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) 2(103)-9284/2017 nömrəli, 11 iyun 2019-cu ıl tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2018-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və Yasamal rayon icra və probasiya şöbəsinin üzərinə əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə müraciət olunması vəzifəsinin qoyulması” barədə iddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş direktorunun kassasiya şikayəti geri qaytarılmışdır. İŞİN HALLARİ: İdd iaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehə qarşı “pulun qaytarılması və faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyun 2012-ci il tarixdə cavabdehlə arasında ilkin müqavilə bağlandığını, müqavilənin 1-ci və 2-ci bəndlərinə əsasən cavabdehin özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, ünvanın2-də yerləşən, ümumi sahəsi 2566,86 kv.metr olan qeyri-yaşayış sahəsinin və mülkiyyətindəki 0,16775 ha. torpaq sahəsinin MMC-nin mülkiyyətinə verilməsi üçün müvafiq sənədləri hazırlamağı, habelə ilkin müqavilənin qüvvədə olma müddətində müqavilə imzalamağı öhdəsinə götürdüyünü, müqavilənin 4-cü bəndində satılacaq əmlakın dəyərinin 8 672 000 (səkkiz milyon altı yüz yetmiş iki min) manat müəyyən edildiyini, müqavilə imzalanan zaman MMC tərəfindən cavabdehə 29 say lı notariat kontorunun bankda olan xüsusi depozit hesabı vasitəsi ilə 1 600 000 manat pul vəsaiti ödənildiyini, ilkin müqavilənin 10-cu bəndinə əsasən onun qüvvədə olma müddətinin 3 ay müəyyən olunduğunu, müqavilənin müddətinin 20 sentyabr 2012-ci il tarixdə başa çatdığını, müqavilənin 10-cu bəndinə əsasən tərəflərdən hər birinin alqı-satqı müqaviləsini imzalamaqdan imtina etmək hüququnun olduğunu və belə halda müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam veriləcəyinin, habelə satıcının ona ödənilmiş məbləği alıcıya qaytarmalı olduğunun nəzərdə tutuldğunu, MMC-nin dəfələrlə təkid etməsinə baxmayaraq, müqavilənin müddəti ərzində cavabdeh tərəfindən əsas müqavilənin imzalanmasından imtina olunduğunu iddia etmiş, buna görə də cavabdehdən 1 600 000 (bir milyon altı yüz min) manat vəsaitin və 20 sentyabr 2012-ci il tarixdən pulun qaytarılması tarixinədək qərarın çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi əsas götürülməklə hesablanacaq faizlərin MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya qarşı “müqavilə üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə arasında 20 iyun 2012-ci il tarixdə Bakı şəhəri, 29 № notariat kontorunda bağlanmış müqavilə üzrə öhdəliklərə xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2018-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edil məsi və Yasamal rayon icra və probasiya şöbəsinin üzərinə əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə müraciət olunması vəzifəsinin qoyulması”ndan verdiyi kassasiya şikayəti 11 iyun 2019-cu il tarixli qərardad ilə geri qaytarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9284/2017 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasın a kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçınin nümayəndəsi və vəkili X3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK- nın 2(103)-9284/2017 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2018-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və Yasamal rayon icra və probasiya şöbəsinin üzərinə əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə müraciət olunması vəzifəsinin qoyulması”ndan İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması nəticəsinə gəlmişdir. İş materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qətnaməsi 02 fevral 2018-ci il tarixdə icraya yönəldilmiş, icra sənədinin icrası ilə bağlı cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessi 53 M ünvanında yerləşən daşınmaz əmlakın üzərinə həbs qoyulmuş, əmlakın qiymətləndirilməsi məqsədilə qiymətləndirici təyin olunmuş və əmlak qiymətləndirilmişdir. İddiaçınin Baş direktoru Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ünvanlayaraq icra məmurunun əmlakın qiymətləndirilməsi üçün “X1” MMC-yə sifariş göndərməsində ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, onun müvafiq qərarının ləğv olunması, Yasamal Rayon icra və probasiya şöbəsinin üzərinə əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə müraciət etmək vəzifəsinin qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya isntansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, İddiaçınin Baş direktorunun sözügedən şikayət ərizəsi geri qaytarılmalı, şikayətçi hüquqi şəxsə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq qiymətləndirmə rəyini ümumi iddia icraatı qaydasında mübahisələndirmək, yaxud icra məmurunun hərəkətlərindən müvafiq inzibati-iqtisadi məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilməlidir. “İcra haqqında” Qanunun 85.1-ci maddəsinə görə, icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Şikayətçinin təqdim etdiyi sənədlərdən və şikayə tin məzmunundan aydın olur ki, icra məmuru əmlakın qiymətləndirilməsi barədə qiymətləndirici təşkilata sifariş vermiş, şikayətçinin həmin qiymətləndiricinin başqa qiymətləndirici ilə əvəz olunması xahişi yerinə yetirilmədiyi üçün isə o, hazırkı şikayəti Bakı Apellyasiya Məhkəməsinə ünvanlamışdır. Başqa sözlə, əslində icra məmurunun “İcra haqqında” Qanunun 85.1-ci maddəsi mənasında hər hansı qərarı mövcud deyildir; şikayətçini qane etməyən qiymətləndirici rəyi isə ümumi iddia icraatı qaydasında mübahisələndirilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası məhkəmə sistemində inzibati-iqtisadi məhkəmələr yaradılmış, 01 yanvar 2011-ci il tarixdən isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvv əyə minmişdir. Həmin Məcəllənin 2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair 04 aprel 2012-ci il tarix li qərarında qeyd olunmuşdur ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Göründüyü kimi, şikayətçinin şikayəti icra məmurunun hərəkəti (hərəkətsizliyi) ilə bağlı olduğundan şikayətə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq inzibati məhkəmə icraat qaydasında inzibati-iqtisadi məhkəmədə baxılmalıdır. Şikayə tçinin əvvəl 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etməsi və məhz həmin məhkəmənin qeyri-mümkünlük qərarından sonra hazırkı şikayəti Bakı Apellyasiya Məhkəməsinə ünvanlaması ilə bağlı kollegiya qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyə görə, icra məmurunun bütün qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından ümumi yurisdiksiyalı məhkəməyə (icra sənədini vermiş məhkəməyə) şikayət verilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olmadığından geri qaytarılm alıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçınin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 9284/2017 nömrəli iş üzrə 11 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6181/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6181/2019
13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver