Məhkəmə qərarları › İş №2(102)-6182/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6182/2019

04.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6182/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı-nin ləğvedicisi *** vəkili *** iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli, 2(103)3119/2019 nömrəli qətnaməsindən İddiaçı-nin ləğvedicisi *** kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(005)114/2018 saylı qətnaməsi ilə iddia ərizəsi qismən tə min olunmuş, cavabdeh X2 20.02.2015-ci il tarixli, İKM 09 saylı kredit müqaviləsi üzrə 139.209 (bir yüz otuz doqquz min iki yüz doqquz) ABŞ dolları məbləğində əsas kredit borcunun (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), 10.04.2012-ci il tarixli, 02 saylı kredit müqaviləsi üzrə 227.962,31 (iki yüz iyirmi yeddi min doqquz yüz altmış iki manat, otuz bir qəpik) manat məbləğində əsas, 7.598,74 (yeddi min beş yüz doxsan səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində faiz, cəmi 235,561,05 (iki yüz otuz beş min beş yüz altmış bir manat, beş qəpik) manat məbləğində kredit borcunun, habelə 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 30 0 (üç yüz) manat məbləğində pulun 150 (bir yüz əlli) manat hissəsinin iddiaçıdan, 150 (bir yüz əlli) manat hissəsinin isə cavabdehdən tutularaq dövlət gəlirlərinə alınması qət olunmuş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli, 2(103)-3119/2019 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(005)-114/2018 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh X3 qarşı «kredit müq avilələri üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.02.2009-cu il tarixli, 03 saylı kredit müqaviləsi üzrə 22.086 ABŞ dolları məbləğində əsas, 2.834 ABŞ dolları məbləğində faiz, cəmi 24.920 ABŞ dolları məbləğində borcun, 11.03.2009-cu il tarixli, 04 saylı kredit müqaviləsi üzrə 14.218 manat məbləğində əsas, 1.599 manat məbləğində faiz, cəmi 15.817 manat məbləğində borcun, 10.04.2012-ci il tarixli, 02 saylı kredit müqaviləsi üzrə 227.963 manat məbləğində əsas, 89.556 manat məbləğində faiz, cəmi 317.519 manat məbləğində borcun və 20.02.2015-ci il tarixli, İKM 09 saylı kredit müqaviləsi üzrə 139.209 ABŞ dolları məbləğində əsas borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 16 fevral 2009-cu il tarixində kreditin verilməsi haqqında 03 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 15 ay müddətinə 25.200 ABŞ dolları məbləğində kredit verilmiş, həmçinin həmin müqaviləsinə 09 iyun 2011-ci il tarixli 02 saylı əlavə bağlanmışdır. Bundan başqı, tərəflər arasında 11 mart 2009-cu il tarixində kredit verilməsi haqqında 04 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 15 ay müddətinə 19.500 manat məbləğində kredit vermiş, həmçinin həmin kredit müqaviləsinə 15 mart 2010-cu il tarixli 01 saylı və 18 iyul 2011-ci il tarixli, 02 saylı əlavə bağlanmışdır. Bununla yanaşı, tərəflər arasında 10 aprel 2012-ci il tarixində kredit verilməsi haqqında 02 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 12 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 265.000 manat məbləğində kredit vermişdir. Həmçinin, tərəflər arasında 20 fevral 2015-ci il tarixində kredit verilməsi haqqında İKM 09 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 12 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 155.000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra qeyd olunan kredit müqavilələrinin şərtləri onu n tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun iddianın təmin olunmayan hissəsində ləğv, iddianın həmin hissədə təmin olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh hər iki kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş və bununla da kredit müqaviləsinin şərtlərini pozmuşdur. İddia tələbi üzrə cavabdehin iddia çı qarşısında 16.02.2009-cu il tarixli, 03 saylı kredit müqaviləsi üzrə cəmi 24.920 ABŞ dolları, 11.03.2009-cu il tarixli, 04 saylı kredit müqavilə üzrə cəmi 15.817 manat məbləğində icra edilməmiş borc öhdəliyi qalmışdır. Belə olan təqdirdə tərəflər arasında bağlanmış kredit müqavilələrinin müddəti borc ödənilmədiyindən bitmiş hesab olunmur. Buna görə də iddia müddətinin tətbiq edilməsi əsassızdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı-nin ləğvedicisi *** vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin, onun iddianın təmin olunmayan hissəsində ləğv, iddianın həmin hissədə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar e dilsələr də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 23.04.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsini iddianın rədd edilmiş hissəsində dəyişdirmədən saxlayarkən haqlı olmuş, həmin h issədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflər arasında müvafiq kredit müqavilələrinin (həmçinin, onlara əlavələrin) bağlanması, yəni cavabdehə 16.02.2009-cu il tarixli, 03 saylı kredit müqaviləsinə əsasən 15 ay müddətinə (müddət 09.06.2011-ci il tarixli 02 saylı əlavəyə əsasən 09.09.2012-ci il tarixədək uzadılmışdır) illik 20 faiz ödəmək şərti ilə 25.200 ABŞ dolları məbləğində, 11.03.2009-cu il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən 15 ay müddətinə (müddət 18.07.2011-ci il tarixli 02 saylı əlavəyə əsasən 18.10.2012-ci il tarixədək uzadılmışdır) illik 20 faiz ödəmək şərti ilə 19.500 manat məbləğində, 10.04.2012ci il tarixli, 02 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 12 faiz ödəmək şərti ilə 265.000 manat məbləğində, həmçinin 20.02.2015-ci il tarixli, İKM 09 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 12 faiz ödəmək şərti ilə 155.000 ABŞ dolları məbləğində kredit verilməsi işin mübahisə olunmayan hallarıdır. İddiaçıapellyasiyaşikayətindəikikreditmüqaviləsiüzrəiddiamüddətininkeçməməsini, iddiatələblərinintamtəminolunmalıolmasınıgöstərmişdir. Apellyasiya kinstansiyası məhkəməsi qeyd etmişdir ki, birinciinstansiyaməhkəməsiiddianı – 11.03.2009-cu il tarixli, 04 saylı kredit müqaviləsi və16.02.2009-cu il tarixli 03 saylı kredit müqaviləsi üzrə borcun tutulmasıhissəsindərəddetməkdəhaqlıolmuşdur, çünki, həminkreditmüqavilələriüzrəiddiamüddətikeçmişdir. Məhkəməhaqlıolaraqq eydetmişdirki, 11 mart 2009-cu il tarixli, 04 saylı kredit müqaviləsi üzrə kreditinqaytarılması müddəti 18.10.2012-ci il tarixdə bitmişdir. İddiaçı həmin müqavilə üzrə sonuncu dəfə 25.02.2016-cı il tarixdə ödənişin edildiyini bildirsə də, bu ödənişlə bağlı müvafiq subutları (ödənişin mövcudluğunu təsdiq edən kassa mədaxil qəbzi və s.) təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən və ya onun tapşırığı əsasında kredit müqaviləsi üzrə 25.02.2016-cı il tarixdə hər hansı məbləğdə ödəniş edilməmişdir. Belə olan halda, sonuncu ödəniş 31.01.2013-cü il tarixə təsadüf edir. Bu baxımdan iddia müdətinin axımının həmin tarixdə başlaması əsas götürüldükdə bu müddət 31.01.2016-cı il tarixdə bitimiş olur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə 10.04.2017-ci il tari xdə müraciət etmiş, hüquqi nəticə etibarı ilə 3 illik iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslıdır. Məhkəmə onu da qeyd edir ki, bu müqavilə üzrə sonuncu ödənişin 25.02.2016-cı il tarixdə aparılması əsas götürüldükdə belə, iddia müddəti ötürülmüş olur. Belə ki, 25.02.2016-cı il tarixli ödənişdən əvvəlki ödəniş 31.01.2013-cü il tarixə aparılmışdır. Həmin tarixdən başlamış iddia müddətinin axımı da 31.01.2016-cı il tarixdə artıq bitimişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bildirmişdir ki, iddia müddəti bitdikdən sonra ödənişlərin edilməsi bitmiş müddətin axımını kəsə bilməz və bu müddət yenidən hesablana bilməz. Bununla belə, iddia tələbinə bu hissədə hər bir halda iddia müddəti tətbiq edilməli və iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin 16.02.2009-cu il tarixli kredit müqaviləsi üzrə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı bu müqavilə üzrə sonuncu dəfə 30.05.2014-cü il tarixdə ödənişin edildiyini bildirir, lakin cavabdeh tərəf, müqavilə üzrə kredit müddəti bitdiyi, yəni 09.09.2012-ci il tarixdən sonra, xüsusilə də 2014-cü ildə həmin müqavilə üzrə ümumiyyətlə ödəniş etmədiyini vurğulayır. İddiaçı isə 2013-2014-cü illərdə, o cümlədən 30.05.2014-cü il tarixdə ödənişin cavabdeh və ya onun tapşırığı əsasında, habelə ümumiyyətlə həmin tarixdə ödənişin edilməsini sübut edə bilmir. Məhkəmə bu məsələ ilə bağlı yuxarıda (11 mart 2009-cu il tarixli, 04 s aylı kredit müqaviləsinə münasibətdə) nümayiş etdirilmiş mövqeyini əsas götürüb belə qənaətə gəlmişdir ki, 30.05.2014-cü il tarixdə cavabdeh tərəfindən hər hansı məbləğdə ödəniş aparılmamışdır. Belə olan halda, sonuncu ödəniş müddəti qismində 07.04.2014-cü il tarix əsas götürüldüyü təqdirdə belə (bu müddət iddiaçı üçün ən yaxşı hal kimi götürülür, halbuki, cavabdeh 2014-cü il tarixdə ümumiyyətlə ödəniş etmədiyini bildirir) kredit müqaviləsi üzrə müddətin axımı 07.04.2014cü il tarixdə başlamış və 07.04.2017-ci il il tarixdə bitmiş olur. İddianın 10.04.2017-ci il tarixdə irəli sürülməsi baxımından iddia müddəti artıq ötürülmüş olur. Bu səbəbdən cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi düzgün olaraq əsaslı hesab edilməklə, iddia müddəti tətbiq edilməklə iddia tələbi bu hissə də rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilm iş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara əsaslanaraq, (kredit müqaviləsi, ödəniş qrafiki və s.) hesab etmişdir ki, tərəflər arasında bağlanmış qeyd edilən kredit müqavilələri üzrə kreditin qaytarılması müdətləri bitdikdən sonra 3 il müddət ərzində iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, bununla da müddəti ötürmüşdür (cavabdeh birinci instansiya məhkəməsində mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir). İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə iddia müddətinin keçməməsi nəticəsinə gəlməyə qanuni əsas təşkil etmir. «Stanyo Belçikaya qarşı» İnsan Hüq uqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam,hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğvi üçün qanuni əsas deyildir. Belə ki, həqiqətən də kredit müqaviləsi ilə müqavilənin tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədə olması göstərilsə də bu şərt hazırkı tələb üzrə iddia müddətinin ötürülməsini istisna edən şərt kimi qiymətləndirilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə müəyyən olunmuşdur ki, kredit məbləği konkret müddətə verilir və bu müddətdə buna uyğun müəyyən edilən tarixdə bitmişdir. Odur ki, iddia müddətinin axımı da elə həmin müddətdən başlanmışdır. Həmin müqavilədə göstərilənlər isə müqavilənin qüvvədə olma müddəti kimi qəbul edilə bilməz. Belə ki, həmin bəndə əsasən kredit müqaviləsi tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirdikdə n sonra qüvvədən düşür. Kollegiya hesab edir ki, müqavilənin bu bəndi mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin və həmin Məcəllənin 550-554-cü maddələrində nəzərdə tutulmuş müddətin keçməsinə görə öhdəliyin xitamının tətbiqini qeyri-mümkün edir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlanmır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur. Mülki Məcəllənin 554.1-ci maddəsinin tələblərinə görə müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.4-cü maddəsində isə təsbit olunmuşdur ki, müddətin keçməsi tərəflə rin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Qeyd olunan halları və Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələlərinin 6.3-cü bəndi Mülki Məcəllənin tələblərinə zidd olduğu üçün etibarsızdır. Müqavilənin bu müddəası müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün də etibarsızdır. Bu baxımdan iddiaçının müqavilənin bu bəndinə istinad etməklə iddia müddətinin ötürülməməsinə istinad etməsi də əsassızdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin ləğvedicisi *** kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.04.2019-cu il tarixli, 2(103)-3119/2019 nömrəli qətnaməsi iddianın rədd edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar