Məhkəmə qərarları › İş №2(102)-6183/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6183/2019

30.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6183/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(010)2473/2017 saylı qətnaməsi ilə (hakim Elçin Ağayev) iddia qismən təmin olunmu ş, Cavabdeh1 01 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30032,18 manat məbləğində əsas borcun, 13354,62 manat məbləğində faiz borcunun, 100 manat məbləğində cərimənin, cəmi 43486,8 (qırx üç min dörd yüz səksən altı manat 80 qəpik) manat məbləğində borcun, 30 manat dövlət rüsumunun, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının alınaraq İddiaçı KB ASCyə ödənilməsi, tutulacaq məbləğin Cavabdeh1məxsus olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 58,34 kv.m ümumi, 37,04 kv.m yaşayış, 21,3 kv.m yardımçı sahədən ibarət 9 nömrəli mənzilə yönəldilməsi, Həmin mənzilin ilkin satış qiymətinin 70000 (yetmiş min) manat olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı KB ASC-yə ödənilməsi, İddiaçı KB ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1qaytarılması, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 58,34 kv.m ümumi, 37,04 kv.m yaşayış, 21,3 kv.m yardımçı sahədən ibarət 9 nömrəli mənzil hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzili boşaltmadığı təqdirdə mənzil məcburi qaydada boşaldılıb İddiaçı KB ASC-yə təhvil verilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)259/2019 saylı qətnaməsi ilə (hakimlər R.Eyvazov sədrlik ed ən və məruzəçi, Z.Əliyev və F.Talışinski) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(010)-2473/2017 saylı qətnaməsinin faiz borcunun tutulması hissəsində qismən ləğv edilməsi, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin 13209,38 (on üç min iki yüz doqquz manat 38 qəpik) manat müəyyən edilməsi, məhkəmə xərcinin Cavabdeh1aid edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci insta nsiya məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 01 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30032,18 manat əsas, 13354,62 manat faiz, 3133,81 manat cərimə borcu olmaqla, cəmi 46520,61 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1na məxsus olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 58,34 kv.m ümumi, 37,04 kv.m yaşayış, 21,3 kv.m yardımçı sahədən ibarət 9 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin ü mumi qaydada icra edilməsi, ipoteka qoyulmuş mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və şəxslərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları ətraflı araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin hüquq normalarına uyğun qəbul edildiyini vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh Cavabdeh1 arasında 01.09.2014-cü il tarixli kredit müqaviləsinin bağlanması, sonuncuya 36 ay müddətinə, illik 25 faiz olmaqla, 38000 manat kredit verilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 58,34 kv.m ümumi, 37,04 kv.m yaşayış, 21,3 kv.m yardımçı sahədən ibarət 9 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi, öhdəliklərin lazımınca icra edilməməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd edilən əqdləri mübahisələndirməmiş, qətnaməni qismən, yəni faizlərin tutulması və ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən olunması hissəsində göstərmişdir. Tərəflər arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə, illik 25 faiz olmaqla 38000 manat məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyindən (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksp ertizası Mərkəzinin 13 oktyabr 2017-ci il tarixli, 8469 saylı ekspert rəyi) görünür ki, 01 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin 03 fevral 2016-cı il tarixə 30456,64 manat əsas borcu, 1195,93 manat faiz borcu yaranmışdır. Ekspertiza rəyi birinci instansiya məhkəməsinə daxil olduqdan sonra, iddiaçının nümayəndəsi 13 noyabr 2017-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə tələb olunmuş faizlərin məbləğini artırmış, nəticədə 30032,18 manat əsas, 13354,62 manat faiz və 3133,81 manat cərimə borcu olmaqla, cəmi 46520,61 manat borcun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən mübahisəni qeyd olunan ərizəyə ist inad etməklə həll etmişdir. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini, həmçinin faiz borcuna dair hissədə mübahisələndirmişdir. Bu səbəbdən də, apellyasiya icraatı zamanı kredit müqaviləsi üzrə faiz borcunun məbləğinin obyektiv müəyyən olunması, həmçinin cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin yoxlanılması üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəməyə daxil olmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2019-cu il tarixli, 23353 saylı ekspertiza rəyindən görünür ki, 01 sentyabr 2014-cü il tarixli, 11- G-1-0607-14 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 müqavilə müddətinin sonuna, yəni 01 sentyabr 2017-ci il tarixə banka olan borcu 43666,02 manat məbləğində (əsas borc üzrə 30456,64 man at, faiz borcu üzrə 13209,38 manat) təşkil etmişdir. Ekspertiza rəyindən də göründüyü kimi, cavabdeh 07 dekabr 2015-ci il tarixdən sonra kredit müqaviləsi üzrə ödəniş etməmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə və tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödənişləri vaxtında və tam olaraq həyata keçirməli olduğu halda, öhdəliyini lazımınca yerinə yetirməmişdir (cavabdeh ödənişlərini lazımınca yerinə yetirəcəyi təqdirdə kredit müqaviləsinin sonuna ümumilikdə 16391,44 manat faiz ödəməli idi). Belə olan halda isə, faizlər kredit müqaviləsinin müddətinin sonuna (01 sentyabr 2017-ci il) artaraq 13209,38 manat təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, məhkəmə mühasibatlıq ekspertiza rəyi ilə faiz borcu tələb h əddindən az məbləğdə, yəni 13209,38 manat müəyyən olunduğundan həmin hissədə şikayətin dəlilləri qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia faizlərin tutulması hissəsində 13209,38 manat məbləğində təmin olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin, apelyasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması barədə dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən görünür ki, mübahisə olduğundan birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyərinin müəyyən olunması üçün müstəqil qiymətləndirici təyin olunmuşdur. İşdə olan «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin 21/01-17/E-11-S saylı, 24.01.2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ipoteka qoyulmuş ünvan 2 ünvanında yerləşən 37,04 kv.m yaşayış sahəli 3 otaqlı mənzilin orta bazar qiyməti 70.000 (yetmiş min) manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasında qanunvericiliyin tələblərinə riayət etmiş, bu sahədə qiymətləndiricinin rəyini almış, nəticədə ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq 70000 manat həddində müəyyən etmişdir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu (mənzilin dəyərinin daha artıq olması ilə bağlı) məhkəməyə təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 317.1, 319.1, 442, 385.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh G.Tanırverdiyeva kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmamasının səbəbini ekspertiza rəylərinin əsaslı olmaması və borcun müəyyən edilməsi üçün əlavə ekspertiza keçirilməsinin zəruriliyi ilə əsaslandırsa da bununla əlaqədar əsaslı sübutlar təqdim edə bilməmiş və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması barədə kassasiya şikayətində göstərilən dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuş və həmin nəticəyə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası kassasiya şi kayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı saymır. Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1-in kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 09 aprel 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar