Məhkəmə qərarları › İş №2(102)-619/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-619/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-619/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı – “xxxx” İKB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, cərimənin azaldılması, kassasiya şikayətinin ekspert rəyi ilə bağlı dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-206 4/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı «xxxx» X1 Açıq Səhmdar Cəmiyyəti (yeni adı İddiaçı2 X3, bundan sonra – iddiaçı və ya Bank) “Sumqayıt” filialı ilə Cavabdeh1 (bundan sonra – borclu) arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank borcluya 60 ay müddətinə, illik 27% ödəmək şərti ilə 25.400 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bankla borclu arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən sonuncuya məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən, 2 otaqlı, 55.7 kv.m ümumi, 31.3 kv.m yaşayış, 24.4 kv.m yardımçı sahədən ibarət 38 nömrəli evin, 10 nömrəli mənzili (bundan sonra – ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda, kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh2 ilə Bank arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu və zamindən müştərək qaydada Bankın xeyrinə kr edit müqaviləsinə əsasən 18178.25 ABŞ dolları əsas borc, 19665.34 ABŞ dolları faiz borcu, 1269.85 ABŞ dolları cərimə olmaqla, cəmi 39113.44 ABŞ dolları məbləğində kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Banka olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma ipoteka predmetinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu və zamin üzərinə götürdükləri öhdəlikləri icra etməmişlər və hazırda kredit müqaviləsi üzrə tələb olunan məbləğdə borc yaranmışdır. İşə baxılarkən “xxxx” MMC tərəfindən verilmiş Ç-086 nömrəli, xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, ipoteka predmetinin hal-hazırda bazar qiyməti 52.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 27738 nömrəli rəylə iş materiallarında olan sənədlərə əsasən (hesabdan çıxarış, maliyyə arayışı məlumatları) xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borclunun Banka 22.363,45 ABŞ dolları əsas b orc və 17.157,81 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-104/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bankın xeyrinə kredit müqaviləsinə əsasən 18178.25 ABŞ dolları əsas borc, 17.157,81 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 35.436,06 ABŞ dolları məbləğində kredit borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 52.000 manat müəyyən edilməsi, açıq hərracda satıması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Banka olan kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət xəzinədarlığı agentliyinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Bank qarş ısında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişlər, buna görə də onların Bank qarşısında 18178,25 ABŞ dolları əsas, 17157,81 ABŞ dolları faiz borcu yaranmışdır. Bu hissədə iddia tələbini qismən təmin edən məhkəmə müəyyən etdiyi borcun işdə olan sübutlar, ekspert rəyi, o cümlədən maliyyə arayışı ilə təsdiq olunduğunu qeyd etmişdir. Məhkəmə hesablanmış dəbbə pulunun məbləğinin yüksək olduğunu qeyd edib, dəbbə pulunun 100 ABŞ dolları məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə hesab etmişdir ki, Bank borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır və tələb ipotekaya qoyulmuş mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. İpoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında 52000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının ipoteka predmetinin məcburi qaydada boşaldılması hissədə də iddianı təmin etmiş, hesab etmişdir ki, ipoteka predmeti olan mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər 1 ay ərzində mənzildən çıxarılmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 423.2, 443.1, 470.1, 470.2, 472, 448.1, 448.2, 467, 739.1, 739.2, 741, 742.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 33, 34.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2064/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmə dova və T.Quliyev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçı və cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, qeyd etmişdir ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, iddiaçı və cavabdeh apellyasiya şikayətlərinin əsaslarına dair dəlillərini sübut edə bilməmişlər. Bu baxımdan, Məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlil ləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, prosessual hüquq normalarının pozulması və məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmışdır. Kassator göstərmişdir ki, məhkəmə borcun məbləğini müəyyən edərkən ekspert rəyini əsas götürmüşdür, halbuki həmin məbləğ düzgün hesablanmamışdır. Belə ki, ekspert cərimə borcu üzrə hesablama aparmamışdır, bun unla da əsas və faiz borcunun hesablanmasında səhvə yol vermişdir. Məhkəmə isə prosessual səhvə yol verərək təkrar ekspertiza təyin etməmişdir. Bundan başqa, məhkəmə cərimə borcunu tənasübsüz hesab edib məbləği azaldarkən kreditorun mənafeyini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışı nın hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə apellyasiya instansiyası məhkəməsinin aktını yalnız iddiaçı mübahisələndirdiyindən məhkəmə aktı iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Mülki işə tətbiq edil ən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (maddə 467) Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə - iddianı n təmin olunmamış hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinin düzgün təbiq edilmədiyi barədə kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, işə baxmış birinci instansiya məhkəməsi cərimə borcuna münasibətdə həmin maddəni tətbiq etməklə iddia tələbində irəli sürülmüş cərimə məbləğini tənasübsüz yüksək hesab edərək onu azaltmışdı r. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində belə qənaətə gəlmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanunidir. Şikayətin istinad olunan dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin digər dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəm ə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində əlavə və ya təkrar ekspertiza keçirilməsi barədə vəsatət verməmiş, səbəbi barədə məlumat vermədən apellyasiya baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelllyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2064/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli q ətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar