Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-619/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun olmamasına dair məlumatın mərkəzləşdrilmiş kredit reyestrinə təqdim edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit borcunun olmamasına dair məlumatın mərkəzləşdrilmiş kredit reyestrinə təqdim edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5585/2024 nö mrəli, 11 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı 26 iyul 2023-cü il tarixli məktuba əsasən, onunla Bankın "Bakıxanov" filialı arasında 17 avqust 2009-cu il tarixdə 3000 (üç min) manat illik 28% ilə 1 il müddətinə olan kredit müqaviləsi rəsmiləşdirilmişdir. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, öhdəliklərin icra qaydası və digər şərtlər razılaşdırılmışdır. Cari tarix üçün borcu 2062,60 (iki min altmış iki, 60) manat əsas borc, 7113,78 (yeddi min bir yüz on üç, 78) manat faiz olaraq, ümumilikdə 9176,38 ( doqquz min yüz yetmiş altı, 38) manat vəsait təşkil edir. Məsələ ilə bağlı mə hkəməyə müraciət etməyi tövsiyyə olunur.
2. İddiaçı kredit götürülməsi üçün banklara müraciət edildiyi zaman MKR-ə əsasən onun Cavabdeh ASC-də krediti olduğu müəyyən edildiyindən onun barəsində borcun olmaması barədə Azərbaycan Respublikası X1 Kredit Reyestrində olan məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarılmasına dair təsdiqləyici hesabatın (məlumatın) Azərbaycan Respublikası X1 Kredit Reyestrinə təqdim edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barəsində borcun olmaması barədə Azərbaycan Respublikası X1 Kredit Reyestrində olan məlumatların Mərkəzləş dirilmiş Kredit Reyestrindən çıxarılmasına dair təsdiqləyici hesabatın (məlumatın) Azərbaycan Respublikası X1 Kredit Reyestrinə təqdim edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən kredit götürülməsi üçün banklara müraciət edildiyi zaman MKR-ə əsasən onun Cavabdeh ASC-də krediti olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən bu barədə Banka müraciət edilmiş, Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçılə Bakıxanov filialı arasında xx.xx.2009-cu il tarixdə 3000 AZN illik 28 faiz ilə 1 il müddətinə kredit müqaviləsinin rəsmiləşdirildiyi, eyni zamanda 9176.38 AZN məbləğində borcun olması qeyd edilmişdir. Lakin iddiaçıya məxsus MKR məlumatlarında isə ta m fərqli Cavabdeh ASC-də xx.xx.2015ci il tarixli kredit müqaviləsinin mövcud olması göstərilmişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2009-cu il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələrinin (ödəniş cədvəlinin, maliyyə arayışının və qovluqda olan digər sənədlərin) surətlərinin əldə edilməsi üçün sorğu verilmiş, Cavabdeh ASC-nin xx.xx.2024cü il tarixli, 2024/111/977 nömrəli cavab məktubunda AR Mülki Məcəlləsinin 967.1-ci maddəsi və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddələrinə istinad edilərək bank sirri olduğundan həmin məlumatların verilməsindən imtina edilmişdir. Bununla bağlı Mərkəzi Banka sorğu verilsə də, sonuncunun xx.xx.2024-cü il tarixli məktubunda Banklar üzərində qanunla müəyyən edilmiş prudensial tənzimləm ə və nəzarət funksiyaları həyata keçirildiyi qeyd edilmişdir. İddiaçının Cavabdeh ASC-də heç bir kredit öhdəliyi mövcud deyildir, mövcud olsaydı həmin kredit müqavilələri iddiaçının özünə təqdim olunardı. Məlumatlar Bank tərəfindən MKR-a səhv göndərilmiş və nəticədə cavabdeh tərəfindən təqdim edilmiş MKR-dan çıxarışda kredit üzrə borcu borcalanın bağlanmış öhdəlikləri statusunda olması texniki yanlışlıq olmuşdur. Bununla bağlı isə sonradan Bank tərəfindən bu barədə yanlışlığın aradan qaldırılması ilə bağlı MKR-ə sorğu ilə müraciət olunmamışdır. Qeyd olunan məlumatın hələ də kredit reyestrində qalması iddiaçının hüquq və mənafelərinin kobudcasına pozulmasına səbəb olur. Belə ki, bu gün iddiaçı MKR-da adında kredit götürmək üçün heç bir banka müraciət edə bilmir. Bank tərəfindən səhv ötürü lmüş məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinə zərurət yaranmışdır.
4. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının tələbinin əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı olduğunu bildirərək, kəsici müddətin tətbiq olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin(hakim Əfsanə Heydərova) e-2(006)2214/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilərək İddiaçı Cavabdeh ASC-yə borcunun olmaması barədə məlumatın Azərbaycan Respublikası X1 Kredit Reyestrinə təqdim edilməsi vəzifəsinin Cavabdeh ASC-yə həvalə edilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, iddiaçı ilə Bank arasında hər hansı müqav ilənin bağlanmamasına baxmayaraq, Azərbaycan Respublikası X1 Kredit Reyestrində İddiaçı Cavabdeh ASC-də krediti olduğu barədə məlumat əks olunmuşdur.
7. İddia tələbinin əsaslılığı ilə bağlı sübutetmə yükü iddiaçıya aid olsa da, cavabdeh təşkilat tərəfindən bağlanmış müqavilənin mövcüdluğu barədə sübutlar həqiqətə nail olmaq üçün məhkəməyə təqdim edilməlidir.
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə iddiaçının bu günə qədər cavabdeh “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə borcu qalmış və bu haqda məlumat X1 Kredit Reyestrində qeyd edilmişdir. Lakin İddiaçı cavabdehlə hər hansı müqavilənin bağlamadığını bildirmiş, cavabdeh “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi isə iddiaçı ilə bağlanmış kredit müqaviləsinə istinad etsə də, həmin müqavilə ni məhkəməyə təqdim etməmişdir.
9. Beləliklə iddiaçı “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə borcunun olmadığını, borc barədə məlumatların X1 Kredit Reyestrində əsassız yazıldığını mübahisələndirir, cavabdeh tərəf isə borcların əsaslı yazılmasına dair sübutlarını məhkəməyə təqdim etmir. Həmçinin məhkəmə onu da qeyd edir ki, bu günədək cavabdeh tərəfindən iddiaçıya qarşı həmin müqavilə üzrə borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməməsi də göstərir ki, həqiqətən də, iddiaçı ilə Bank arasında hər hansı müqavilə bağlanmamışdır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki iddia əsaslı olduğundan və cavabdeh “Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmə iddia müddətinin tətbiq edilməli olub-olmamasını araşdı rmalı və buna dair mövqeyini bildirməlidir.
11. Məhkəmə qeyd etmişdir ki, əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilk növbədə tərəflər arasında əqd mövcud olmalı, yəni real əqdə münasibətdə mümkündür. Hazırki halda, tərəflər arasında hər hansı bir müqavilə və ya hüquqi münasibətlər mövcud olmadığından, "əqdin etibarsızlığı nəticələrinin tətbiqi" haqqında iddia üçün nəzərdə tutulmuş iddia müddəti hazırki tələbə şamil edilə bilməz. Bununla da məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh ASC-yə borcunun olmaması barədə məlumatın Azərbaycan Respublikası X1 Kredit Reyestrinə təqdim edilməsi vəzifəsi Cavabdeh ASCyə həvalə edilməlidir.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6, 6.2, 354.1, 372, 377.1, 385.-ci maddələrinə, “Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4, 10.4.8-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-in 14.1, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış, lakin xx.xx.2015-ci il tarixdə müştərinin krediti ümidsiz kredit kimi balansından silinmişdir.İddiaçının xx.xx.2023-cü il tarixdə banka daxil olmuş müraciətinən göründüyü kimi, o, 2016-cı il tarixdən qeyd olunan halla bağlı məlumatı olmuş, lakin bununla bağlı hərəkətsizlik göstərmişdir.İddiaçı bankdan kredit götürmədiyini qeyd edərək məlumatın silinməsini xahiş etmişdir. Bu hal isə əhəmiyyətsiz əqdin etibarızlığının nəticələrinin tətbiqi ilə bağlıdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5585/2024 nömrəli, 11 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Namiq Cəfərov-sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixli, 20xx/xx/6380 nömrəli məktubu ilə iddiaçıya bildirib ki, iddiaçı ilə cavab dehin arasında xx.xx.2009-cu ildə 1 il müddətinə, illik 28 faiz dərəcəsi ilə 3.000 manat kreditə dair müqavilə rəmiləşdirilib. Müqavilə üzrə ümumi borc 9.176,38 manat təşkil edir (iş v. 4).
17. Lakin cavabdeh həmin kreditə dair hər hansı sənədi (kredit müqaviləsini, ödəniş cədvəlini və s.) iddiaçıya və ya məhkəməyə təqdim etmir. İddiaçı isə cavabdehin qarşısında hər hansı kredit öhdəliyinin olmadığını bildirir. Belə vəziyyətdə iddiaçının cavabdehin qarşısında kredit öhdəliyinin olduğunu sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin o, bu barədə heç bir sübut təqdim edə bilmir. Ona görə də hesab olunmalıdır ki, iddiaçının cavabdehin qarşısında kredit öhdəliyi yoxdur və bu barədə Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumat həqiqi deyil.
18. Azərbaycan Respublikası Mərkəzi Bankının xx. xx.2021-ci il tarixli 32/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, bu Qayda kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatın X2 Kredit Reyestrinə verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir.
19. Cavabdeh məlumat təchizatçısı sayılır. Belə ki, Qaydanın 2.1.2-ci bəndinə görə, məlumat təchizatçısı – Mərkəzləşdirilmiş Kredit Reyestrinə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatıdır. Cavabdeh Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilən məlumatın dəqiqliyini təmin etməlidir. Belə ki, Qaydanın 3.9-cu bəndinə görə, məlumat təchizatçıları Mərkəzləşdiril miş Kredit Reyestrinə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. Cavabdeh Mərkəzləşdirilmiş Kredit Reyestrindəki məlumata düzəliş aparılması üçün yazılı müraciət etmək öhdəliyi daşıyr. Belə ki, Qaydanın 3.10-cu bəndinə görə, Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5585/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 2 saylı Sabunçu rayon (hal-hazırda Bakixanov) filialı arasında bağlanmış 17 avqust 2009-cu il tarixli kredit müqaviləsinə əsasən illik 28% hesablanması şərti ilə 1 (bir) il müddətinə 3000 (üç min manat) AZN məbləğində kredit verilmişdir. Hazırki şikayətə əlavə edilmiş cari hesabdan çıxarışdan da müəyyən edilir ki, həmin müqaviləyə əsasən kassadan məxaric edilmişdir. Həmçinin həmin hesabdan çıxarışdan müəyyən edilir ki, kredit borcunun ödənilməsi məqsədi ilə ayrı-ayrı tarixlərdə müvafiq məbləğlərdə kassada ödənişlər edilmişdir. Hesab edirlər ki, kredit alan tərəfindən kredit müqaviləsi üzrə götürülən borcun qaytarılması məqsədi ilə ödənişlərin edilməsi həmin kreditin ona verilməsini, yəni kredit müqavi ləsinin olmasını təsdiq edir. Təsadüfi deyil ki, sözügedən kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun qalıq məbləği 2062,60 (iki min altmış iki manat 60 qəpik) AZN təşkil edir. Buna səbəb həmin borcun ödənilməsi məqsədi ilə ödənişlərin edilməsidir. Belə ki, həmin ödənişlər müvafiq olaraq əsas və faiz borcun ödənilməsinə yönəldilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarına əlavə edilmiş iddiaçının Banka etdiyi müraciətindən də göründüyü kimi iddiaçı 2016-cı ildə sözügedən kredit borcundan məlumatlı olmuşdur. Belə ki, o müraciətində bildirmişdir ki, ona Bank tərəfindən zəng edilmiş və borcun olması bildirilmişdir. Həmin tarixdən bu vaxta qədər 8 (səkkiz) ilə yaxın müddət ərzində iddiaçının susmasının, hərəkətsiz qalmasını səbəbi başa düşülən deyildir. Susmaq müvafiq hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Hazırki halda nəzərə alınmalıdır ki, iddiaçın tərəfindən kredit 2009-cu il tarixdə verilmiş və həmin tarixdən bu vaxtadək 15 (on beş) ilə yaxın müddət keçmiş, lakin iddiaçı susmuş, hərəkətsiz qalmış və yalnız 2024-cü ildə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddiaçı susmaqla sözügedən kredit müqaviləsi üzrə borcun olmasını qəbul etmişdir, yəni mərkəzləşdirilmiş kredit reyestrində olan məlumatlar əsaslıdır və həmin məlumatların silinməsi üçün əsas yoxdur.
22. Birinci və apellyasiya instansiyaları məhkəmələrinin müvafiq qətnamələrində mərkəzləşdirilmiş kredit reyestrində iddiaçı tərəfindən mübahisələndirilən məlumatların olmasını təsdiq edən müvafiq sənədə istinad edilməməsi və Elektron Məhkəm ə Sistemində şəxsi kabinetdə sözügedən mülki işə əlavə edilmiş sənədlər sırasında həmin sənədin olmaması onu deməyə əsas veriri ki, iş materiallarında belə bir sənəd mövcud deyil, yəni iddiaçı tərəfindən bildirilən və mübahisələndirilən məlumatların mərkəzləşdirilmiş kredit reyestrində olmasını təsdiq edən sübut iş materiallarında yoxdur. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri sübutlara hərtərəfli və tam baxmamış, araşdırmamış və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir.
24. Cavabdeh tərəfindən sözügedən kredit müqaviləsinin, həmin kassa məxaric və mədaxil sənədlərinin məhkəməyə təqdim edilməsi istiqamətində Bankda həmin dövrə aid sənədlər üzrə axtarış aparılmış və iddiaçıya aid sənədlər aşkar edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyasının nəzərinə çatdırırlar ki, həmin dövrdə Bankın sözügedən filialının kredit-iqtisad bölməsinin rəhbəri olmuş X3 vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş külli miqdarda özgə əmlakını mənimsəməklə talamış, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, bilə-bilə rəsmi sənədlərdə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-115/2014 nömrəli xx.xx.2014-cü il tarixli hökmü (çıxarış edilərək surəti hazırki şikayətə əlavə edilir) ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügedən cinayət işi üzrə zəruri olduğundan həmin dövrə aid kreditlərin ayrılması ilə bağlı tərtib edilmiş bank və mühasibatlıq sənədləri, yəni ərizələr, kredit müqavilələri, kassa məxaric sənədləri, ödəniş cədvəlləri və s. maddi sübutlar olaraq götürülmüşdür. Sözügedən hökm ilə maddi sübutlar olan həmin sənədlər cinayət işinin materiallarında saxlanılmışdır. Həmin hökmdən müəyyən edilir ki, X3 tərəfindən kreditin alınması ilə əlaqədar müraciət etmiş, eləcə də əvvəllər kredit almış şəxslərin müraciətləri əsasında filiala təqdim etdikləri saxlanılan rəsmi sənədlərindən istifadə edilərək, pul vəsaitlərinin verilməsinə dair kredit müqavilələrinin, müvafiq ərizələrin, ödəniş cədvəllərinin, məxaric orderlərinin məzmununa bilə-bilə yalan məlumatların daxil edilməsi, eyni zamanda, həmin məlumatların bankın kompüter əməliyyat sisteminə işlənilməsi təmin edilməklə, kredit almaq istəyən şəxslərə kredit verilməsinin güya mümkün olmaması barədə yalan məlumatlar verilməklə, həmin şəxslərin imzaları saxtalaşdırılaraq onların adlarına kreditlər götürülmüşdür. Hökmdə həmin şəxslər zərər çəkmiş şəxslər qismində çıxış etmiş və həmin şəxslər sırasında iddiaçının adı yoxdur. Lakin güman edilir ki, sözügedən cinayət işi üzrə maddi sübut kimi götürülən sənədlər arasında iddiaçıya məxsus sənədlərin də olması mümkündür. Bu səbəbdən həmin sənədlərin hal-hazırda məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.
25. Kassasiya şika yəti Azərbaycan Respublikasının Mülki Məcəllənin 329.4, 385.1 və 386.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88-ci maddəsinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 2.4.Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
31. Maddə 10.4. İnformasiya sahibi:...10.4.8. həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli 32/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”
32. Bənd 1.2. Kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatın X2 Kredit Reyestrinə verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir.
33. Bənd 2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:...2.1.2. məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı;
34. Bənd 3.9. Məlumat təchizatç ıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər.
35. Bənd 3.10. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
42. Maddə 418.3. P rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazı rkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçı tərəfindən bildirilən və mübahisələndirilən məlumatların mərkəzləşdirilmiş kredit reyestrində olmasını təsdiq edən sübutun iş materiallarında olmaması barədə dəlili ilə əlaqədar bildirir ki, həmin dəlil apellyasiya şikayətində irəli sürülməmişdir. Apellyasiya şikayəti ilə mübahisələndirilmədiyinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılıb hüquqi qiymət verilməyən hissələrdən isə kassasiya şikayəti verilməsi mülki prosessual hüquq normalarının tələbinə uyğun deyil.Ona görə də həmin dəlilə hüquqi qiymət verilmir.Digər tərəfdən kassasiya şikayətində mərkəzləşdirilmiş kredit reyestrində olan məlumatların əsaslı olduğu və həmin məlumatların silinməsi üçün əsas olmadığı qeyd edilmişdir.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əs asən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2024-cü il tarixli 2(103)5585/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.