Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6190/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X32 cavabdeh X17 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6190/21 (Açar sözlər: işgüzar nüfuza, şərəfə ziyan vurma, maddi və mənəvi zərər) Bakı şəhəri, 11 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X32 vəkili Eyyubova Şəms Məzəddin qızının və cavabdeh X15 vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-946/2021 nömrəli iş üzrə 09 iyun 2021-c i il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X41 cavabdeh X17 qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 xeyrinə 2020-ci ilin iyun ayından ilin sonunadək 6 ay sabit şəkildə gələcəkdə ala bilmədiyi, itirdiyi əmək haqqı cəmi 37.000 AZN və ya 30.600 ABŞ dolları əldən çıxmış fayda, kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilə n vəsait, dövlət rüsumu cəmi 541 AZN real zərər, həmçinin mənəvi sarsıntı keçirməsinə görə cəmi 50.000 AZN mənəvi ziyanın cavabdeh X10 tam şəkildə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X41 iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildən 2020-ci ilin fevral ayınadək cavabdeh X22 ilə yaxın qardaş münasibətlərində olub. O, Türkiyə Respublikasında uzun müddət “Ancl” şirkətlər qrupunda, əsasən mexanika mühəndisi kimi işləyib. Həmin vaxtlarda cavabdeh M də eyni şirkətdə elektrik mühəndisi kimi çalışırdı. 2004-cü ildə Türkiyə Respublikası İstanbul şəhəri Bakırköydə “Carouscl” alış-veriş mərkəzində birgə işləyiblər. 2006-cı ildə o, “ANELTECİP firmasının Avca layihəsində mexanika mü həndisi kimi işləyirdi, cavabdeh M “ANELTECH” firmasının Cevizli bağda Türkcell layihəsində elektrik mühəndisi kimi işləyib. O, uzun müddət işlədikdən sonra şirkətdən ayrılmış və öz işini quraraq “Klima havalandırma" işləri ilə məşğul olub. O, öz işini qursa da, cavabdehlə sıx münasibətdə olub. O, “ANEL” şirkətlər qrupundan ayrılsa da, şirkət əməkdaşlarının yaddaşında qabiliyyətli, işgüzar, işini yaxşı bilən və görən işçi kimi yaddaşda qalmışdı. Uzun müddət sonra 2019-cu ilin avqust ayında şifahi şəkildə “ANELGRUP” şirkəti tərəfindən təkrar aylıq maaşlı iş təklifi edilib. O, cavabdehin azı 4 il ailəsi ilə birgə Bakı şəhərində yaşadığını və işlədiyini öyrəndikdən sonra “Abi" böyük qardaşı ilə birgə əvvəlki kimi işləmək, ona dəstək olmaq qərarına gəlir. “AnelGrup” şirkətlə əmək müqaviləsi il ə işləmək müddətsiz nəzərdə tutulurdu. O, yazılı şəkildə təklifi 09.09.2019-cu ildə alır və qəbul edir və 18 sentyabr 2019-cu ildə Bakı şəhərinə gəlmiş, 20 sentyabr tarixində EM Consulting and Maintcnance MMC-də işə başlamışdır. Bu razılaşmaya etibar etdiyindən o, öz ailəsini Bakıya gətirmiş, azyaşlı övladlarını müvafiq təhsil haqqı tutulan məktəbə və baxçaya yazdırıb. Cavabdeh ona qaldığı eyni binadan kirayə ev tutmasından uşaqlarının məktəbə yazılmasına kimi istiqamət verib. Belə ki, o, öncədən Azərbaycanda olmayıb yaşamayıb. Yalnız “Abi” böyük qardaşa etibar etdiyindən bir çox şeyləri cavabdehdən soruşurdu. Onun həyat yoldaşı cavabdehin həyat yoldaşı Özləm xanıma “Abla" böyük bacı deyə müraciət edir və yalnız ona etibar edirdi. Onlar bir binada qonşu kimi yaşadıqlarından tez-tez bir-bir lərinə gedib-gəlir, kömək edirdilər. O, EM Consulting and Maintcnance MMC-də böyük mexanika-istismar texniki kimi işləyirdi, cavabdeh isə “ORİON O and MM MMC-də texniki xidmət rəhbəri kimi işləyir. Amma iddiaçının özünə “ORİON O and M" MMC-nin əməkdaşı kimi “Socaf' tərəfindən buraxılış müvəqqəti vəsiqə verilmişdir. Tərəflər arasında münasibət ilk olaraq 2019-cu ilin noyabr ayından pozulmağa başlayır. Səbəb odur ki, cavabdeh ona müraciət edib bildirib ki, ‘'iddiaçının işlədiyi şirkətdə Erdal Keskendir pis adamdı, davaçıdır, onun yerində gözü var. Təhrik edir ki, onun işində ona hər hansı yardım etməsin, işində çətinliklər yaratmasını təmin etsin. Nəticədə həmin adamın işindən şirkət rəhbəri narazı qalaraq onu işdən çıxardacaqlar.” İlk əvvəl o, cavabdehə inanır, lakin onun işlədiyi şirkətdə Erdal Keskendirin öz işinə ciddi yanaşdığını, işini düz gördüyünü, vicdanlı və ailəli olmasını müəyyən etdiyindən cavabdehin təklifindən qəti imtina edir. O, qaydasında, vaxllı-vaxtında işləyir, Erdal Keskendirə heç bir xətər yetirmir, ona heç bir söz demir ki, bəlkə nə vaxtsa onlar aralarındakı məsələni özləri həll edər. 2019-cu il yeni il ərəfəsində münasibətlər daha da pozulur. Səbəb odur ki, yeni il gecəsi cavabdeh onun evində, 4-dən çox olan türk qonaqların qarşısında birbaşa onu təhqir edir, dava salır. Bununla onun qüruru digər kənar şəxslərin qarşısında alçaldılır. Bu hadisədən sonra o, cavabdehin hərəkətlərindən mənəvi sarsıntı alaraq ondan küsür. Lakin, cavabdeh hərəkətlərinə davam edib onun işlədiyi şirkətdə onun barəsində nüfuzuna xələl gətirən məlumatlar yayır. Hətta, pis ad am dediyi Erdal Keskendir ilə münasibət qurur və şirkətin rəhbərliyinə mütəmadi deyirdi ki, əgər onun işindən narazıdırlarsa, dərhal onu işdən göndərə bilər. Digər tərəfdən onu təhrik etmişdi ki, Erdalın işində problemlər yaratsın. Lakin, onun bu hadisələrdən xəbəri olmur. Rəhbərliyin və əməkdaşların ona qarşı soyuq davranışlarına fikir vermir, ümid edir ki, ona qarşı anlaşılmaz münasibət aradan qalxacaq. Cavabdeh isə yenə onunla yaxın qardaş münasibətlərində olmağa çalışır, guya ona məsləhətlər verərək istiqamətləndirməyə çalışdırdı. Onun qüruru incilsə də, bir müddət cavabdehə “Abi" böyük qardaş deyə müraciət edirdi. Onlar arasında münasibət 2020-ci ilin iyun ayında daha gərginləşir. Belə ki, 2020-ci ilin may və iyun aylarında başqa yerdən iş təklifi alsa da, işəgötürənlə əmək müqaviləsi müddətinin davamlı olmasına əmin oldmadığından həmin iş təklifindən imtina edib. Cavabdeh onun barəsində şirkət rəhbəri, Erdal Keskendir və digər şirkət əməkdaşlarında nüfuzunu alçaldan məlumatlar yaydığından 16 iyun 2020-ci il tarixdən onunla əmək münasibətlərinə xitam verilir və o, işsiz qalır. Bununla o, maddi və mənəvi ağır vəziyyətə düçar olur. Bu hadisədən sonra 2020-ci ilin iyul ayında o, alçalmış şərəfini, işgüzar nüfuzunu bərpa etmək, pozulmuş hüquqlarını bərpa etmək üçün yaşadıqları binada və məhəllə türk qonşularını və cavabdehi məhəllədə üzləşməyə dəvət edir. Üzləşmə ərəfəsində onun çalışdığı şirkətdən Erdal Keskendir də iştirak edir. Nəticədə bir sıra qaçılmaz faktlar, həqiqətlər aşkar olur, cavabdehin əxlaq normalarına sığmayan ikili hərəkətləri müəyyən olur. Həmin faktlarla üzləşən cavabdeh əvvəl etdiyi hərəkətlərindən zərrə qədər peşman olmadığını bəyan edir və əməlinə davab edib onu məhəllədə qonşuların və üzləşmədə iştirak edən digər şəxlərin aydın eşitdiyi tərzdə, ağır şəkildə bir neçə dəfə təhqir edir. Bununla da onun şərəfini ağır və kütləvi şəkildə kobudcasına alçaldıb. Nəticədə ona bir daha ağır mənəvi ziyan vurulub. Onun barəsində pis təqdimata imza edən Erdal Keskendir yanlış etdiyini gec başa düşür. Lakin vəziyyəti bərpa etmək qeyri-mümkündür. Vurulmuş ziyan həddən ağırdır. Sonuncu iş yeri onun yeganə qazanc yeri olub. Himayəsində 2 azyaşlı uşağı var, özü əcnəbi, türk vətəndaşıdır. Kirayədə qalaraq ayda 850 AZN icarə haqqı ödəyir. Yeganə qazanc yerini itirib uzun müddət işsiz qalaraq qazanc əldə edə bilmədiyi iıçün maddi vəziyyəti ağırlaşıb. Övlad larının təhsil haqqısını, evin icarə haqqısını və həyat yoldaşının sağlamlığındakı problemin müalicə haqqını ödəmək iqtidarında deyil. Həm də onun barəsində şirkət rəhbərliyi və işçilərdə neqativ fikirlərin aşılanması, neqativ rəylərin olmasına dair təqdimatın qəbul edilməsi nəticəsində o, həm də mənəvi sarsıntı keçirir. Aşağıda qeyd edilən kobud qanunsuz aktiv hərəkətlər nəticəsində hesab edilməlidir ki, cavabdeh onun işgüzar nüfuzuna xələl gətirərək onun barəsində iş yerində neqativ fikirlər və mənfi rəylə təqdimat verilməsinə səbəb olaraq əmək müqaviləsinin xitam edilməklə uzun müddət işsiz qalması nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurub. Maddi ziyan dedikdə - onun pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi xərclər, övladlarının borc pulla ödədiyi təhsil haqqısını, işsiz qaldığı üçün borc pulla ödədiyi icarə haqqı və aylıq əmək haqqı verilən digər iş təkliilərindən imtina etdiyindən əldən çıxmış fayda nəzərdə tutulur, mənəvi ziyan dedikdə - iş yerində nüfuzuna xələl gətirilməsi, barəsində mənfi fikir aşılanması və təkrar, kütləvi və ədəbsiz şəkildə təhqir olunaraq şərə fənin alçaldılması nəzərdə tutulur. Cavabdeh məhəllədə kütləvi şəkildə üzləşmədə iştirak edən və eşidən kənar şəxslərin qarşısında onu ağır, ədəbsiz şəkildə təhqir edərək onun öncədən incildilmiş qürununu və şərəfini təkrar alçaldaraq mənəvi sarsıntı keçirtməsinə səbəb olub. Belə qanunsuz hərəkətlərinə görə cavabdeh məsuliyyətə cəlb edilərək on vurduğu maddi və mənəvi ziyanın tam ödəməsi ilə bağlı qətnamə qəbul edilməlidir. Onun xarici Türkiyə Respublikası pasportu- bu sənədlə sübut olunu r ki, o, həqiqətən 18 sentyabr 2020-ci il tarixdə Bakıya daxil olmuş və 20 sentyabr tarixindən etibarən cavabdehin müəssisəsində çalışmağa başlayıb. MVİ № 0******, 04.11.2019 tarixli AR ərazisində Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi-əmək fəaliyyəti üçün iş icasəsi 1 il müddətinə, 04.11.2019-cu il tarixdən 14.10.2020-ci il tarixədək verilib. Sübut edir ki, onunla azı 1 il müddətində iş razılaşması olub. 06.2020-ci il tarixli İnternet Vergi İdarəsinin məlumatları - rəsmi məlumata əsasən KM Consulting and Maintenance MMC 23.08.2019-cu il tarixdə ilk dəfə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçi X2r. "xxxx" MMC 04.03.2015-ci il tarixdə ilk dəfə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçi X24. Qeydiyyat ünvanı fərqli olsa da, hər ikisi Bakı Olimpiya Stadionda fəaliyyət göstərir. 28 sentyab r 2019-cu il tarixli mənzil kirayə müqaviləsi - bu sənədə əsasən o, mənzili 28.09.2023-cu il tarixədək kirayə götürüb. Səbəb budur ki, ona öncədən vəd verilib ki, əmək münasibəti müddətsiz olacaq. 01.12.2021 tarixədək etibarlı olan SOCAR-dan "xxxx" MMC iddiaçıya verilən müvəqqəti vəsiqə - bu sübut edir ki, o, təkcə rəsmi digər şirkətdə işləmirdi, həm də cavabdehin işlədiyi müəssisədə, həm də Socarda müəyyən kollektiv əməkdaşları ilə yaxşı münasibətdə olub. Onun barəsində müsbət rəy, etimad var idi. 10 iyul 2020-ci il tarixli onun kart hesabından çıxarış - bu sənəd 1 daha sübut edir ki, əmək haqqı kartı müddəti 30.10.2019-30.10.2020-ci il tarixinədək 1 il müddətinə işlək vəziyyətdədir. Müqavilə üzrə əmək haqqı 6200 manat olsa da, hesabdan məlum olur ki, ona ilk dəfə 01.10.2019-cu il tarixdə 7704.79 AZN əmək haqqı ödənilib. Sonra 29.11.2919-cu il tarixdə daha çox, 7947,83 AZN əmək haqqı ödənilib. Sonra 28.12.2019-cu ildə 6445,60 AZN əmək haqqı ödənilib. Növbəti aylarda da bu məbləğ ödənilib. Bu məbləğ müqavilədə nəzərdə tutulan əmək haqqından çoxdur. Bu fakt onu sübut edir ki, o, həqiqətən 2019-cu ilin sentyabr ayının 20-dən etibarən cavabdehin şirkətində işləyib. İşçi müqavilə üzrə işini yaxşı gördüyündən və çalışdığından buna görə əmək haqqı artıqlaması ilə rəsmi ödənilib. Birdən-birdə işəgötürənin və kollektivin ona münasibətinin dəyişməsi səbəbi bilavasitə cavabdehdir. 05.06.2020-ci il tarixli “Prokon”-dan iş təklifi - bu sənəd sübut edir ki. həqiqətən ona 6 ay müddətinə ayda 3000 ABŞ dolları məbləğində iş təklifi edilib. Lakin, o, artıq əmək müqaviləsi ilə işlədiyindən h əmin iş təklifindən imtina edib. Hazırda həmin yerdə başqa işçi çalışdığından işə qəbul mümkün deyil. 19.05.2020-ci il tarixdə “X25” şirkətində iş görüşməsində olmasına dair VVhatsap yazışma- o, bu işdən də imtina edib. Səbəb odur ki, öncədən razılaşdığı kimi uzun müddət müqavilə bağladığı şirkətdə işləyəcək. İşə qəbul mümkün deyil. Cavabdeh onun işgüzar nüfuzuna xələl gətirən mənfi fikirlər, məlumatlar yaydığından onun barəsində neqativ fikirlər aşılanmış və onunla əmək münasibətlərinə xitam verilmiş, o, işsiz qalaraq maddi ziyana düşar olub. 07 iyul 2010 təvəllüdlü Ozan Erdoğan və 21.05.2016 təvəllüdlü Eren Erdoğanın və 28 iyul 1980 təvəllüdlü Fəryal Erdoğanın pasportları - bu sənədlərlə 10 və 4 yaşlı azyaşlı uşaqlar onun övladlarıdır və həyat yoldaşı yalnız onun himayəsindədirlər. Onlar 3-ü Bakı şəhərinə onunla birgə gəliblər, çünki əmin idilər ki, o, Bakıda uzun müddət daimi işləyəcək. Əgər bu haqda öncədən qəti vəd verilməsə idi, o, ailəsini Bakıya gətirməzdi. 10.21.11.2019-cıı il tarixli Dövlət Miqrasiya Xidmətinə dövlət rüsumları - bu mədaxil qəbzləri bir daha sübut edir ki, o, ailəsinin Bakı şəhərində müvəqqəti 1 il müddətində qalmaları üçün hər birinə ayrılıqda 100,4 AZN, 100,4 AZN və 160.4 AZN, ümumilikdə 361,2 AZN rüsum ödəmişdir. 01.11.2019-cu il tarixli 863 və 864 nömrəli təhsil müqavilələri - bu müqavilələr “Azərbaycan British College" Təhsil Kompleksində onun oğulları Ozan Erdoğan və Eren Erdoğanın təhsil almaları ilə bağlı bağlanmışdır. 864 nömrəli müqavilə üzrə Ozan Erdoğanın ibtidai təhsil bölməsində tədris ili üçün illik haqqısı 12320 AZN təşkil edir. 863 nömrəli müqavilə üzrə Eren Erdoğan məktəbəqədər təhsil bölməsində tədris ili üçün illik haqqısı 4400 AZN təşkil edir. 01.11.2019-cu il tarixli 11 və 12 nömrəli məktəbli daşıma xidmətlərin göstərilməsi müqaviləsi - bu müqavilələr üzrə o, hər bir övladı üçün daşıma haqqı kimi hər ay 110 AZN və 180 AZN ödəməlidir. Rabitəbank ASC ilə X14 Təhsil Kompleksinə ödənişlər bu qəbzlər sübut edir ki, iddiaçı şirkətlə müqavilə bağladıqdan sonra öz övladlarını həmin kollecə yazdırmış və bunun üçün illik təhsil haqqını hissəvi şəkildə köçürüb. Ümumilikdə hər iki uşağı üçün ümumilikdə 11,550 AZN təhsil haqqı keçirib. İddiaçı heç vaxt Azərbaycanda olmayıb. Burada nəyin yaxşı, pis olmasını cavabdehdən öyrənirdi. İddiaçı hesab edib ki, həmin tehsil müəssisəsi ölkədə ən yaxşısıdır. Başqa yerləri araşdırmayı b, çünki qonşuları və iş yoldaşlarının 1 qisminin övladları həmin müəssisədə təhsil alır. Cavabdeh isə iddiaçının övladlarının həmin təhsil müəssisəsində təhsil almasını ona görə məsləhət bilib ki, həmin yerdə pis adam Eıxlal Keskcndirin övladlarının təhsil almaları üçün yer qalmasın. Lakin, Erdal Keskendir öz övladını həmin təhsil müəssisəsinə qeydiyyata aldırır. Cavabdeh istəyinə nail ola bilmir, amma nəticədə iddiaçı xeyli miqdarda borc alaraq təhsil haqqı ödəmək məcburiyyətində qalır. 16 iyun 2020-ci il tarixdən işsiz qaldığından övladlarının gələcək təhsil haqlarını ödəmək iqtidarında deyil, həm də aldığı borcları qaytarmaq iqtidarında deyildir. 15.04.2020-ci il tarixli Təqdimat - iddiaçının işlədiyi şirkətdə işçi Erdal Keskendirin iddiaçı barədə qeyri-qənaətbəxş rəyidir. Sonda yazılı b ki, uzun müddət işlədikdən sonra işveren tərəfindən verilən neqativ paylaşımları nəzərə alıb belə qənaətə gəlib ki, cihazdan gərəkli texniki biliklərə sahib deyil. Bu sənəd guya əmək müqaviləsi müddətinin bitməsinə 15 gün qalmış tərtib edilib! Səbəb aydın deyil! № 01/04.20, 17.04.2020-ci il tarixli Komissiya iclasının protokolu - bu sənədi ümumiyyətlə iddiaçının və təqdimatı tərtib edən şəxsin işinə hər hansı təsir etmək səlahiyyətinə malik olmayan işçilər tərtib ediblər. İclas iddiaçının əmək funksiyalarının qeyri-qənaətbəxş icra etməsi ilə bağlı araşdırılması və iddiaçının əmək müqaviləsinin müddətinin nəzərdən keçirilməsi ilə bağlı təşkil olunub. Komissiya sədri Adil Həsənov əmək müqaviləsinin 1 ay müddətinə uzadılmasını və bu müddətdə təqdimatda yazılanların həqiqətə uyğunluğunun ara şdırılmasını məqsədəuyğun hesab etdiyini bildirib. Sonda qərara alınıb ki, iddiaçının işində yol verdiyi nöqsanların araşdırlmasına və pandcmiyanın yayılması ilə bağlı ölkədə tətbiq edilmiş karantin şəraitinin səbəb olduğu çətinliklərin müəyyən hissəsinin aradan qalxmasına kimi əmək müqaviləsi müddəti uzadılması işəgötürənə tövsivyə edilib. Qeyd edilən 2 sənəd iyul ayında hazırlanıb. İddiaçını həmin sənədlərdən xəbəri olmayıb. Maraqlıdır ki, təqdimat tərtib edildiyi və iclas keçirildiyi vaxtda işçilərin hər ikisi normal iş vaxtı müəssisədə işləyiblər, lakin iclas nə təqdimatı tərtib edən şəxsin, nə də iddiaçının iştirakı olmadan keçirilib! Heç birinin iclasda iştirakı təmin edilmir! 27.07.2020-ei il tarixli və 07.2020-ci il tarixli AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin sorğuya cavablar- qeyd edilib ki. X31 adma “Əmək müqaviləsi bildirişi'* altsisteminə əmək müqaviləsi 19.10.2020-ci il tarixdə daxil edilib. Xitamın sistemə işlənməsi 16.06.2020-ci il tarixdə 68.2) b bəndinə əsasən icra olunub. Təqdimatla bağlı komissiya iclasının iştirakçıları və təqdimatı tərtib edən şəxsin əmək müqaviləsinə dair məlumatlar elektron altsistemə mövcuddur. Sorğuya cavaba əsasən müəyyən olunur ki, X7kadrlar üzrə böyük mütəxəssis öncə 2015-ci ildən "xxxx" MMC (VÖEN **********) şirkətində çalışmış, 02.12.2019- cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, Erdal Keskcndir öncə 2016-ci ildən "xxxx" MMC (VÖEN **********) şirkətində çalışmış, 19.10.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, X11 öncə 2015-ci ildən "xxxx" MMC (VÖEN **********) şirkə tində çalışmış, 02.12.2019-cu il tarixdə cavabdehlə əmək müqaviləsi bağlanılıb, X16 2015-ci ildən "xxxx" MMC (VÖEN **********) şirkətində çalışır. Əmək müqaviləsinin surəti - bu sənəd sübut edir ki, o, ayda 6200 manat əmək haqqı alırdı. Whapsap yazışmalar bu yazışmalar birbaşa onun cavabdeh və ailəsi ilə yaxın münasibətdə olmasını sübut edir. Məhəllədə cavabdehlə üzləşmədə cavabdehin iddiaçını ağır şəkildə təhqir etməsinə dair səs yazıları disk - bu səs yazıları yazılarkən öncədən tərəflərə elan edilib ki, danışıqlar audio yazılır. Həmin yazıları Erdal Keskendir və iddiaçı yazır. Üzləşmədə iştirak edən şəxslər bilirdilər ki, danışıqlar yazılır. 2 səs yazısı Erdal Kcskendir elan edir ki, cavabdeh iddiaçıya 0:20-0:23-cü. 0:350:48-cı, 7:35-7:42-ci, 18:25-18:30 saniyələrdə “şerefsizin tekisin, səni bura gətirdiyim günə lanet olsun, şerefsizliyindən qapına dalacam, şerefsizliyindən bitirdin" deyir. 6:20-6:30-cı və 9:00-9:30-cı saniyələrdə “Erdal səni ona istəmir ki, sən mənim adamımsan”, 17:00 saniyədə “mənim uğraşdığım sənsən” deyir ki, 17:40-17:50 ci saniyələrdə “nah çalışıyordun” deyir. 17:50-18:00-cı saniyələrdə Erdal Keskendir sual edir ki, madam “nah çalışırdı, niyə gətirilməsinə vasitə oldun. Niyə hayvan kimi çalışır dedin”. Cavabdeh 21:4021:45-ci saniyələrdə iddiaçını ******* ədəbsiz ağır tərzdə təhqir edir. 26:52-27:16-ci saniyələrdə Erdal Keskendir təkrar cavabdehə sual edir ki, “madam işləmirdi niyə tərif edirdin", 28:14-28:48- ci saniyələrdə Erdal Keskendir cavabdehə deyir ki, "sən demişsin ki, iddiaçını toplantılara dair götürmə, 3 ayda adamın nə olduğunu anlamadı m, işinə yaramırsa, göndərəlim, bu dediklərini 6 ay sonra dedin, net hatırlıyorum.” 31:00 saniyələrdə cavabdeh qarşı tərəfə "şirkəti batırmaq istəyirsiz?” deyir. 31:17-31:40 saniyələrdə Erdal Keskendir cavabdehə sual edir “şirkətin rəhbərisiz, şantiyəyə getdikdə, çıxıb Fəridi aradız. Şantiyəyə gedib məni rəzil etdiz. Ona-buna yaxınlaşıb puantajlar açıq amma mənim burda olmağımdan kimsənin xəbəri olmasın nə deməkdir?”. Qeyd edilən sübutlardan müəyyən olur ki, cavabdehin aktiv əxlaqa sığmayan hərəkətləri nəticəsində iddiaçıya ilk maddi ziyan vurulmuş, Ona vəd verilən müddətsiz əmək münasibətlərinə son qoyuldu. O, şirkətdə əmək müqaviləsi ilə uzun müddət işləyəcəyindən əmin olduğundan ona müsahibədə təklif edilmiş işlərdən imtina edib. 16 iyun 2020-ci il tarixdə 30.04.2020-ci il tarixdə bitmi ş müqavilə münasibətlərinə xitam verildiyindən tam işsiz qalıb. Gələcəkdə ilin sonunadək hər ay sabit şəkildə alacağı 6200 AZN və ya 3000 ABŞ dolları əmək haqqı onun əldən çıxmış faydası hesab olunur. Cəmi şəkildə 6 ayda 37.000 AZN və ya 30.600 ABŞ dolları onun əldən çıxmış faydası hesab olunur. Maddi ziyanına həm də kirayədə qaldığı mənzil üçiin 850 AZN borcla ödəmək məcburiyyətində qaldığından, cəmi 3 ay üçün 2550 AZN icarə haqqı daxildir. Maddi ziyana təhrik nəticəsində uşaqların təhsil haqqısı üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı onun maddi ziyanı hesab olunur. Pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu 541 AZN çəkilməli məhkəmə xərci hesab olunur. Son hadisələrdən o, mənəvi sarsıntı keçirir, cəmi 50.000 AZN ona vurulan mənəvi z iyan hesab olunur. Söyüş söymək dedikdəqaba, nalayiq, ədəbsiz təhqiredici sözlər demək başa düşülür. Söyüş insanın daxili aləminin təzahürüdür. Başqasını alçaldıcı sözlərlə təhqir edən şəxs öz eqosunu tamamlayır və qarşı tərəfi özünün yaratdığı obrazda görməyə başlayır. Söyüşlər, adətən insanların dəyər verdiyi əxlaq normalarına aid etdiyi şeylər üzərindən olur. Yəni, söyüş söymək əksər insanların, toplumun əxlaq çərçivəsinə daxil edərək dəyər verdiyi şeyləri alçaltmaq, əzmək deməkdir. Söyüş söyən şəxs bilir ki, bu zaman qarşı tərəfin qürurunu incitmiş, şərəfini alçaltmış olur və bu halda incidilmiş şəxsdə gizli və ya açıq qəzəb, nifrət, stres, mənəvi sarsıntı yaranır. Bununla söyüş söyən şəxs qarşı tərəfi söyməklə onu incidərək öz istəyinə tez bir zamanda nail olur. Söyüş birbaşa və bilav asitə qarşı tərəfin şəxsiyyətinə yönəldilmiş təhqirdir. Təhqir etmək dedikdə - Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini alçaltmaqdır. Təhqir edən şəxs başqa şəxsi təhqir etdikdə
1. Təhqir edənin özünüqiymətləndirməsi aşağı olduğuna görə qarşı tərəfi alçaldıb özünü yüksəltməyi nəzərdə tutur və bu yolla təhqir edən özünü təsdiqləmiş olur;
2. Qarşı tərəfə bu yolla birbaşa zərər vuraraq öz. apresiyasını, qəsdini, təhqirlə ifadə edir;
3. Təhqir vasitəsilə özünü qarşı tərəfdən üstün olduğunu isbatlamış olur. Nəticədə təhqir olunan şəxsdə elə bir hiss olur ki, əvvəlcə əsəb və aqressiya, nifrət, ardınca depressiya, unudulmayan və düzəldilməsi illər sürən bir acılıq, mənəvi iztirab olur. 21 fevral 2014-cü il tarixli Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun Qərarı ilo müəyyən olunub ki, bir sıra hallarda bəzi şəxslər, onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. Qeyd edilən qərarda şərəf ləyaqət və nüfuz sözlərinə hüquqi anlayışlar da verilib. Belə ki, həmin qərara görə, “hər kəsin şərəfi” dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət başa düşülür. “Hər kəsin ləyaqəti” dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün-özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Hesab edirik ki, maddi zərər hər bir halda qiymətləndirilib pulla kompensasiya edilə bilər. Həyat eşqinin azalması, şərəf və ya ləyaqətinin ləkələnməsi, hər hansı qabiliyyətinin it irilməsi və s. kimi mənəvi zərərin əvəzinin ödənilməsi, şəxsin məruz qaldığı zərərin pulla kompensasiya etməsi barədə hüquqi qiymət verməyə söykənir. Həmin kompensasiya ağrını azaldacağına və ya hər hansı qabiliyyəti bərpa edəcəyinə, yaxud həyat eşqini bərpa edəcəyinə zəmanət verməsə də, belə qiymətləndirmənin pulla ödənilməsi qabul ediləndir. Bu zaman itirilmişin qiymətləndirilməsi ilə geri qaytarılacağına ümid olmur, lakin mövcud şəraitdə pul kompensasiyası təsəlli vəsaiti kimi çıxış edir. İşin materiallarında olan sübutlardan aydın olur ki, cavabdeh onu şərəfsiz, pul üçün hər şey edən şəxs kimi tanıdır. Belə səslənmiş fikirlərdən müəyyən olunur ki, həqiqətən ona mənəvi zərər vurulub. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 noyabr 2020-ci il tarixli, 2(005)-2932/2020 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" MMC ilə X29 arasında 19 oktyabr 2020-ci il tarixli Əmək müqaviləsi bağlanmışıdır. Əmək müqaviləsinin müddəti 30 aprel 2020-ci il tarixinədək müəyyən edilmişdir. 17 aprel 2020-ci il tarixli 01/04.20 tarixli protokola əsasən, işçi X3 işində yol verdiyi nöqsanların tam araşdırılmasına, həmçinin koronavirus pandemiasının yayılması ilə əlaqədər ölkədə tətbiq edilmiş karantin şəraitinin səbəb olduğu çətinliklərin müəyyən hissəsinin aradan qalxmasına kimi, işçi ilə bağlanmış əmək müqaviləsi l (bir) ay müddətinə uzadılması üçün işəgötürənə tövsiyə edilməsi qər ara alınmışdır. AR ƏƏSMN yanında DƏMX-nin 23.07.2020-ci il tarixli məktubundan görünür ki, X4 adına "xxxx" MƏHDUD MƏSUİ İYYƏTLİ CƏMİYYƏTİ tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsisteminə 19.10.2019-cu il tarixli müqavilə daxil edilmiş, 16.06.2020ci il tarixli müqavilənin xitam edilməsi barədə məlumat daxil edilmişdir. İddiaçı öz tələbini “cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna xələl gətirərək onun barəsində iş yerində neqativ fikirlər və mənfi rəylə təqdimat verilməsinə səbəb olmaqla əmək müqaviləsinin xitam verilməsinə və bu səbəbdən də iddiaçının uzun müddət işsiz qalması nəticəsində ona həm maddi, həm də mənəvi ziyanın vurulması” ilə əsaslandırır. Belə ki, bu aspektdən çıxış edər ək, iddiaçı iddia edir ki, işgüzar nüfuzuna xələl gətirildiyindən ona maddi ziyan vurulmaqla yanaşı iddiaçı ilə əmək münasibətlərinə son qoyulduqdan sonra kütləvi şəkildə üzləşmədə iştirak zamanı kənar şəxslərin qarşısında ağır, ədəbsiz şəkildə təhqir edildiyindən onun mənəvi sarsıntı keçirtməsinə səbəb olmaqla mənəvi ziyan da vurulmuşdur. Göründüyü kimi tərəflər arasında ilk öncə ailə-məişət səviyyəsində yaranmış münasibətlər daha sonra iş yoldaşlığı səviyyəsinə qalxmış, bundan sonra tərəflər arasında mübahisə mövcuddur. Bu mübahisələrə görə iddiaçı cavabdeh tərəfindən onun işgüzar nüfuzunun alçaldılmasını, bunun nəticəsində əmək müqaviləsinə xitam verilməsini, habelə daha sonra yaşayış binasının qarşısında cavabdeh tərəfindən söyüşlərlə təhqir edildiyini bildirir, yuxarıda sadalananlara əsaslanaraq 2020-ci ilin iyun ayından ilin sonunadək 6 ay sabit şəkildə gələcəkdə ala bilmədiyi, itirdiyi əmək haqqı cəmi 37.000 AZN və ya 30.600 ABŞ əldən çıxmış fayda, kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN real zərər, həmçinin mənəvi sarsıntı keçirməsinə görə cəmi 50.000 AZN mənəvi ziyanın cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçının 37000 manat kompensasiyanın alınması barədə onun işəgötürəninə qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldırıldığını, bundan əlavə onlar arasında əmək müqaviləsi bağlanmadığı halda bu kompensasiyanın nəyə görə ödəməli olduğunu, iddiaçının xərclədiyi 11.500 manatın təhsil haqqı kimi uşaqlarının təhsil aldıqları üçün ödənildiyini, iddiaçı ilə mənzil sahibi arasında bağlanmış kirayə müqaviləsinin ona heç bir aidiyyətinin olmamasını, mənəvi ziyanın ödənilməsini tələb edərkən keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməli olduğu halda sadəcə söz yığınından ibarət cümlələrlə ona mənəvi zərərin vurulmasını bildirir. Bu səbəbdən də iddia tələbinin əsassız olduğunu və rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı əldən çıxmış fayda, maddi ziyan və mənəvi ziyan tələb etməsini şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzuna xələl gətirilməsi ilə əlaqələndirməsinə görə hesab edir ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən xüsusatlarla bağlı əsaslı sübut lar məhkəməyə təqdim edilməmiş, sadəcə tərəflər arasında münasibətlərin gərgin olmasına əsas yaradan halların mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənən hallar, yəni iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması və belə məlumatların yayılma hallarının mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu baxımdan iddiaçı əldən çıxmış fayda, icarə haqqı, uşaqlarının təhsili üçün borcla ödənilən təhsil haqqı, real zərərin ödənilməsini tələb etməsini cavabdehin qanunsuz hərəkətləri ilə əlaqələndirərək işgüzar nüfuzuna xələl gətirildiyinə və sonda işsiz qaldığından bir sıra xərclərini borcla təmin etməsi ilə əsaslandırmışdır. Məhkəmə belə olan təqdirdə, ilk ö ncə iddiaçının işgüzar nüfuzuna xələl gəlməsini yoxlayaraq mülki mübahisəyə qiymət verməyi zəruri hesab etmişdir. Eyni zamanda məhkəmə iddiaçının iddia tələbinin “iddiaçının itirdiyi əmək haqqı cəmi 37.000 və ya 30.600 ABŞ dolları əldən çıxmış fayda” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanın cavabdehin qanunsuz hərəkətləri, o cümlədən təqsiri nəticəsində meydana gəldiyi sübuta yetmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir. Bu mövqedən çıxış edərək, məhkəmə iddiaçının iddia tələbinin “kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN real zərər”ə dair tələbi ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə “kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN real zərər”ə dair əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı X35 fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin o lunmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X5 cavabdeh X17 qarşı “işgüzar nüfuza ziyan vurma, qəsdən şərəfin alçaldılması nəticəsində vurulmuş bütün növ ziyanın ödənilməsi” tələbinə dair iddianı əsassız hesab edir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 46-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 23.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 107, 119.1, 217.4, 218.1, 220.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı və "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 16 iyul 2021-ci il tarixli, 2(103)5590/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(005)-2932/2020 saylı nömrəli qətnаməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdı rması zamanı yuxarıda qeyd edilən xüsusatlarla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə tərəflər arasında münasibətlərin gərgin olmasına əsas yaradan halların mülahizə xarakterli olması müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənən hallar, yəni iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması və belə məlumatların yayılma hallarının mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı 18 səhifədən ibarət apellyasiya şikayətində qeyd etdiyi əsasları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallrında aşkar edilməmişdir. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində iş mat eriallarına əlavə edilmiş diskə (i.v. 333) istinad etsə də, məhkəmə araşdırması zamanı həmin diskə baxış keçirərkən müəyyən olunmuşdur ki, disk açılmır, bu səbəbdən də orada hər hansı bir qeydin olması sübuta yetirilmir. Bu baxımdan iddiaçı əldən çıxmış fayda, icarə haqqı, uşaqlarının təhsili üçün borcla ödənilən təhsil haqqı, real zərərin ödənilməsini tələb etməsini cavabdehin qanunsuz hərəkətləri ilə əlaqələndirərək işgüzar nüfuzuna xələl gətirildiyinə və sonda işsiz qaldığından bir sıra xərclərini borcla təmin etməsi ilə əsaslandırmışdır. Kollegiya hesab edir ki, belə olan təqdirdə, birinci instansiya məhkəməsi ilk öncə iddiaçının işgüzar nüfuzuna xələl gəlməsi məsələsini yoxlayaraq mülki mübahisəyə qiymət verməyi zəruri hesab etməkdə haqlı olmuşdur. Eyni zamanda kollegiya iddiaçının id dia tələbinin və apellyasiya şikayətinin “iddiaçının itirdiyi əmək haqqı cəmi 37.000 və ya 30.600 ABŞ dolları əldən çıxmış fayda” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanın cavabdehin qanunsuz hərəkətləri, o cümlədən təqsiri nəticəsində meydana gəldiyi sübuta yetmədiyindən həmin hissədə iddia tələbinin təmin edilməməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə iddiaçının iddia tələbinin və apellyasiya şikayətinin “kirayə mənzildə yaşamaq üçün borcla ödədiyi 3 aylıq 2550 AZN icarə haqqı, uşaqların təhsili üçün borcla ödənilən 11.500 AZN təhsil haqqı, pozulmuş hüquqlarının bərpa edilməsi üçün vəkilə, nümayəndəyə ödənilən vəsait, dövlət rüsumu cəmi 541 AZN real zərər”ə dair tələbi ilə bağlı kollegiyanın mövqeyi ondan ibarətdir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı X41 (vəkili Eyyubova Şəms Məzəddin qızı) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətn aməsinin sübutlar hissəsində heç də bütün sübutlar qeyd edilməyib, sübutlar arasında ziddiyyətlər qeyd edilməyib. Həmçinin, məhkəmə baxışı vaxtı müəyyən edilib ki, həqiqəti olduğu kimi aşkar edən, səs yazılarının yazıldığı disk məhkəmə iclasında olan kompyuterdə açılmır. Həmin yazı öncədən ilkin iddia ilə birgə məhkəməyə təqdim edilib və iddia ərizəsində, həm də apellyasiya şikayətində yazılı şəkildə saniyə və dəqiqələrdə tərəflərin bir- birlərinə dedikləri ifadələr qeyd edilib. Həmin səsli yazılar diskə yazılmış və öncədən bir neçə dəfə müxtəlif kompuyerlərdə açılıb dinlənildiyindən əmin idik ki, həmin yazılar məhkəmə kompyuterlərində heç bir maneə olmadan təkrar şəkildə dinlənilib. Məhkəmə baxışı vaxtı təsadüfən məlum olub ki, həm ilkin məhkəmədə, həm də apellyasiya məhkəməsində məhkəmə hakimləri “işlə tanış olmuşuq və sübutları araşdırmışıq ” desələrdə tərəfimizdən təqdim edilən mötəbər sübut olan audio yazılar heç bir məhkəməyə aid avanlıqlarda açılmayıb, dinlənilməyib. Bəlli olmayan səbəblərdən səsli yazıların məhkəmə kompyuterlərində açılıb dinlənilə bilinməməsi halı apellyasiya məhkəmə baxışı vaxtı təsadüfən bizə məlum oldu. Baş verən hal ilə bağlı məhkəmə tərkibindən çox deyil, cəmi 1 saat fasilə verilərək tərəfimizdən müvafiq avadanlıqların, məsələn kompyuter, yaddaş kartı ilə birgə həmin sübutların məhkəməyə təkrar təqdim edilməsi üçün vaxt verilməsini xahiş etdik. Səbəbi odur ki, əgər məhkəmə avadanlıqlarında (kompyuterlərdə) disk tam açılıb dinlənilə bilinmirsə, sübutun araşdırıla bilinməməsi iddiaçıdan asılı olmayan obyektiv hal ilə bağlıdır. Öncədən də məhkəmə tərkibindən heç kim həmin sübutlarla bağlı problemin olmasını bizə bildirmədiyindən, məhkəmə baxışı vaxtı onların açılıb dinlənilə bilməsini təmin edən heç bir avadanlıq tərəfimizdən məhkəməyə gətirilməmişdir. Qəribə hal odur ki, iddiaçı tərəfindən 1 video görüntü və 2 səs yazısı təqdim edilib. Bu video yazılardan biri iddiaçının özünə məxsusdur, yəni özü məhkəməyə görüntülü ifadə verib. Həmin görüntülü müraciət məhkəmə iclası kompyuterində aydın görünür və eşidilirdi. Amma audio yazılar ümumiyyətlə diskdə görünmürdü. Sanki, həmin sübutlar ümumiyyətlə yox idi. İ səsli yazı, iddiaçının qeyd edilən cavabdehin çalışdığı şirkətdə Ayxan Hümbətovla danışığı ilə bağlıdır. Ayxan Hümbətovün cavabdehlə münasibəti və cavabdehin Ayxan Hümbətova nə dərəcədə təsir etməsi real sübut olunur. İİ səsli yaz ı, 01.07.2020-ci il tarixdə günün İİ yarısında məhəllədə tərəflərin - 4 nəfər şəxsin (həmçinin 2-dən çox şəxsin görə, eşidə bildiyi yerdə), üzləşməsi ilə bağlıdır. Bu səs yazısını üzləşmədə iştirak edən hər bir şəxs yazıb və səs yazılardan xəbəri olub. Bu yazı birbaşa və aydın şəkildə cavabdehin birbaşa əxlaqsız əməllərini ifşa edir, iddia ərizəsində qeyd edilən işə adi sənədlərin saxta olmasını sübut edir və cavabdehin iddiaçını təkrar şəkildə şəxsiyyətinin və ləyaqətinin kobut və ağır şəkildə söyüş söyüb təhqir edərək alçaltmasını sübut edir. Lakin, məhkəmə tərkibi özləri ilə bilavasitə bağlı qərəzli səhvləri, problemi düzəltmək, həqiqəti müəyyən etmək və ədalətli araşdırma aparıb sonda yekun məhkəmə aktı çıxarmaq əvəzinə əsassız şəkildə heç bir səbəb bildirmədən sübutun təmin edilməsi ü çün vaxt verilməsindən imtina etdi. Qətnamə isə qeyd edilib ki, iddiaçı heç bir sübutu təqdim etməyib. Sual olunmalıdır ki, əgər məhkəmə tərkibi həmin sübutların məhkəmə avadanlığı - kompyuterlərində açılıb dinlənilə bilinmirdirsə, niyə öncədən iddiaçı tərəfə bu haqda məlumat verilməyib, əvəzində məhkəmə hakimləri “sübutların hamısı ilə tanış olmuşuq” bizə deyirdilər? Əgər məhkəmə tərkibi problemin iddiaçı ilə bağlı olmadığım aydın görür və dərk edirsə, niyə sübutun təmin edilməsi üçün şərait, imkan yaradılmır? Əgər qətnamədə iddia ərizəsi “söz vığınağıdır” qeyd edilirsə, bəs saniyə və dəqiqələrlə qeyd edilən ifadələrin hardan yarandığı niyə müəyyən edilmir? Əgər audio yazılar diskdə proqram təminatı və proqram formatında olan çatışmazlıqla bağlı oxunmursa, sübutun təmin edilməsi üçün vaxt verilərək sübutun yaddaş sartda oxunula bilinərdi və ya emailə göndərilməklə oxuna bilinən proqramla təmin edilə bilərdi və səs yazıları ayrılmış vaxtda təkrar məhkəmə iclası vaxtı səsləndirilə bilərdi. Bir halda ki, cavabdeh tərəf özü hadisələrin olmasını, audio yazıların tərəflərin hər biri tərəfindən yazılmasını və özlərinin hər birində olmasını etiraf edirsə, məhkəmə tərkibinin həqiqəti müəyyən etməkdən imtinasının səbəbi müəmmalıdır. Lakin, məhkəmə tərkibi iddiaçının video ifadəsinə, müraciətinə ümumiyyətlə əhəmiyyət verməyib. Bildiyimiz kimi ölkə qanunvericiliyində iddiaçının özünə aid olan, şəxsən video görüntülü verdiyi izahatından imtina edilməsinə dair heç bir qadağanedici norma yoxdur. İddiaçının görüntülü izahatının səbəbi odur ki, məhkəmə prosesinin getdiyi vaxtda iddiaçı T ürkiyəyə ailəsi ilə birgə qayıtmağa məcbur olub. Məhkəmə bunların heç birini sübut kimi qəbul etməyib, hüquqi əsaslandırmayıb. Üzləşmədə iştirak edən şəxslərin məhkəməyə şahid qismində çağırılmasını təmin etməyib, ümumiyyətlə səs yazılarının saxta, uydurma olubolmamasını belə müəyyən etməyib. Erdan Keskendir ilə whatsap yazışmlarından görünür ki, üzləşmədə danışıqları hər bir tərəf mobil telefonda səs yazısına alıb. Yəni, üzləşmədə iştirak edən şəxslər bilirdilər ki, danışıqlar yazılır. Erdal Keskendir elan edir ki, cavabdeh iddiaçıya 0:20-0:23-cü, 0:35-0:48-cı, 7:35-7:42-ci, 18:25- 18:30 saniyələrdə “şerefsizin tekisin, səni bura gətirdiyim günə lanet olsun, şerefsizliyindən qapma dalacam, şerefsizliyindən bitirdin“ deyir. 6:20-6:30-cı və 9:00-9:30-cı saniyələrdə “Erdal səni ona görə istə mir ki, sən mənim adamımsan”, 17: 00 saniyədə “mənim uğraşdığım sənsən”deyir, 17:40-17:50 ci saniyələrdə “nah çalışıyordun” deyir. 17:50-18:00-cı saniyələrdə Erdal Keskendir sual edir ki, madam "nah çalışırdı, niyə gətirilməsinə vasitə oldun. Niyə hayvan kimi çalışır dedin”. Cavabdeh 21:40-21:45-ci saniyələrdə iddiaçını ******* ədəbsiz ağır tərzdə təhqir edir. 26:52-27:16-ci saniyələrdə Erdal Keskendir təkrar cavabdehə sual edir ki, “madam işləmirdi niyə tərif edirdin”, 28:14-28:48-ci saniyələrdə Erdal Keskendir cavabdehə deyir ki, “sən demişsin ki, iddiaçını toplantılara dair götürmə, 3 ayda adamın nə olduğunu anlamadım, işinə yaramırsa, göndərəlim, bu dediklərini 6 ay sonra dedin, net hatırlıyorum.” 31:00 saniyələrdə cavabdeh qarşı tərəfə “şirkəti batırmaq istəyirsiz?” deyir. 31:17-31:40 saniyələrdə Erdal Keskendir cavabdehə sual edir “şirkətin rəhbərisiz, şantiyəyə getdikdə, çıxıb Fəridi aradız. Şantiyəyə gedib məni rəzil etdiz. Onabuna yaxınlaşıb puantajlar açıq amma mənim burda olmağımdan kimsənin xəbəri olmasın nə deməkdir?”. Üzləşmədən aydın olur ki, 1) cavabdeh və Erdal Keskendir arasında münaqişə var. 2) Cavabdehin yazılı etirazında iddiaçıya işlədiyi şirkətin ona ödədiyi maaşdan bəhs edilir ki. bunun cavabdehə heç bir aidiyyatı yoxdur. 3) Cavabdehin işlədiyi şirkət "xxxx" MMC Erdal Keskendirin çalışdığı işlərə nəzarət etməsi yazılı etiraf etməsi təkrar sübut edir ki, tərəfər arasında münaqişə var. Beə ki, iddiaçının işlədiyi şirkətin rəhbəri Məhəbbət Bağırovdur, Erdal Keskendir deyildir. İddiaçı bu münaqişənin arasında qalaraq maddi və mənəvi ziyan ona vurulub. Mə hkəmə tərəfindən iddia ərizəsində və apellyasiya şikayətində qeyd edilən təhqir və söyüşlərin nədən ibarət olmasını, Həmçinin, “kiməsə şərəfsizsən” deməyin təhqir olub-olmasına, “....” ifadəsinin söyüş olubolmamasına, onun ağırlıq dərəcəsinə hüquqi qiymət verilməyib. Söyüş söymək dedikdə qaba, nalayiq, ədəbsiz təhqiredici sözlər demək başa düşülür. Söyüş insanın daxili aləminin təzahürüdür. Başqasını alçaldıcı sözlərlə təhqir edən şəxs öz eqosunu tamamlayır və qarşı tərəfi özünün yaratdığı obrazda görməyə başlayır. Söyüşlər, adətən insanların dəyər verdiyi əxlaq normalarına aid etdiyi şeylər üzərindən olur. Yəni, söyüş söymək əksər insanların, toplumun əxlaq çərçivəsinə daxil edərək dəyər verdiyi şeyləri alçaltmaq, əzmək deməkdir. Söyüş söyən şəxs bilir ki, bu zaman başqa şəxslərin qarşısı nda qarşı tərəfin qürurunu incitmiş, şərəfini alçaltmış olur və bu halda incidilmiş şəxsdə gizli və ya açıq qəzəb, nifrət, stres, mənəvi sarsıntı yaranır. Bununla söyüş söyən şəxs qarşı tərəfi söyməklə onu incidərək öz istəyinə tez bir zamanda nail olur. Söyüş birbaşa və bilavasitə qarşı tərəfin şəxsiyyətinə yönəldilmiş təhqirdir. Təhqir etmək dedikdə - əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən, yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud şəkildə özünüqiymətləndirməsini alçaltmaqdır. Təhqir edən şəxs başqa şəxsi təh qir etdikdə
1. Təhqir edənin özünü qiymətləndirməsi aşağı olduğuna görə qarşı tərəfi alçaldıb özünü yüksəltməyi nəzərdə tutur və bu yolla təhqir edən özünü təsdiqləmiş olur;
2. Qarşı tərəfə bu yolla birbaşa zərər vuraraq öz. apresiyasım, qəsdini, təhqirlə ifadə edir;
3. Təhqir vasitəsilə özünü qarşı tərəfdən üstün olduğunu isbatlamış olur. Nəticədə təhqir olunan şəxsdə elə bir hiss olur ki. əvvəlcə əsəb və aqressiya, nifrət, ardınca depressiya, unudulmayan və düzəldilməsi illər sürən bir acılıq, mənəvi iztirab olur. Digər məsələ odur ki, məhkəmə ziddiyyətli faktları müəyyən etməyib. Həmçinin məhkəmə bir-birinə uyğun gələn kasasiya şikayətində göstərilmiş sübutlara əhəmiyyət verməmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin əxlaqsız davranışı ilə bağlı audio səs yazıları və iddiaçın ın video izahatı mötəbər hesab edilməli və digər sübutlarla əlaqəli qiymətləndirilməli idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh X27 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, iddia ərizəsində iddiaçı real zərər kimi, işə bərpa olunacağı halda ala biləcəyi 37000 Manat, uşaqlarının təhsilinə xərclədiyi 11.500 manatı, mənzil kirayəsinə görə ödədiyi 2550 manatı məndən istəyir. Bununla əlaqədar bildirir ki, 37000 manat kompensasiyanın alınması barədə onun işəgötürəninə qarşı özü tərəfindən Suraxanı rayon məhkəməsində iddia qaldırılıb. Bundan əlavə o, iddiaçı ilə əmək müqaviləsi bağlamadığı halda bu kompensasiyanı nəyə görə ödəməlidir. Onun xərclədiyi 11.500 manat təhsil haqqı barəsində onu deyə bilər ki, uşaqları həmin müəssisədə təhsil aldıqları üçün o pul ödənilmişdir və uşaqlar da orada təhsil almışlar. Daha sonra onun 2550 manat məbləğində kirayə haqqının kompensasiyasının ödənilməsi barəsində barəsində tələbi də əsassızdır. Belə ki, iddiaçı ilə mənzil sahibi arasında bağlanmış kirayə müqaviləsinin ona heç bir dəxli yoxdur. İddianın mənəvi zərərin ödənilməsi barədə hissəsinə gəldikdə bildirmək istəyir ki, o yox, X30 haqqında böhtan xarakterli məlumatlar yaymaqla onun ləyaqətinə və işlədiyi müəssisədə işgüzar nüfuzuna zərər vurmuşdur. Belə ki, guya onun tərəfindən iddiaçıya təlimat verilmişdir ki, digər bir türk vətəndaşı Erdel Keskenderi müəssisədə nüfuzdan salsın və həmin şəxs guya onun yerimə iddialıdır. Bunların hamısı iddiaçı tərəfindən işdən çıxdıqdan sonra uydurulmuş böhtanlardır. X36 bu böhta nları 5 ildən çox bir müddətdə işlədiyi Azərbaycan Respublikasında onun işgüzar nüfuzuna zərər yetirir. Sual olunur: Niyə bütün bu böhtanlar yalnız işdən çıxdıqdan sonra uydurulur. Niyə o işlədiyi zaman bu barədə heç kəsə məlumat verməmişdir?. Ali Məhkəmənin 08 may 1999-cu il tarixli plenum qərarının İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir və 03 noyabr 2008-ci il tarixli plenum Qərarında göstərilən “zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını” tələblərini iddiaçı sübut edə bilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı X41 və cavabdeh X23 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X32 vəkili Eyyubova Şəms Məzəddin qızı kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X15 vəkili İskəndərov Fərman Məmmədtağı oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üç ün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya kollegiyası apelyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirir ki, apellyasiya kollegiyası qənaətini iddiaçı tərəfindən tələblərinin sübuta yetirilmədiyi ilə əsaslandırsa da, kasasiya şikayətində qeyd edildiyi kimi iddiaçının şərəfinin alçaldılması ilə bağlı olduğu iddia edilən audio və kağız üzərində olan yazıları, iddiaçının şərəfinin alçaldılması iddia edilən şəraitdə iddiaçının həmin zaman yanlarında olan şəxslərinin kimliyinin müəyyən edilməsi, həmin şəxslərin müəyyən edilib şahid qismində məhkəməyə dəvət edilərək dindirilməsi, iddiaçının həqiqətən də şərəfinin alçaldılmasına məruz qalıb-qalmaması istiqamətində hər hansı araşdırma aparmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf v ə ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.» Eyni zamanda həmin qərarda məhkəmələrə izah edilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsində bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Beləliklə göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini sübutların müqayisəli tədqiqatı əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçının şərəfinin alçaldılmasına yol verilib-verilməməsi barədə ətraflı məhkəmə araşdırmasını həyata keçirməmişdir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların a müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İn san Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etmə li və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.07.2021-ci il tarixli, 2(103)-5590/2021 nömrəli qətnaməsi ləğv ed ilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X41 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16.07.2021-ci il tarixli, 2(103)5590/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbu