Məhkəmə qərarları › İş №2(102)-6193/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6193/2019

01.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6193/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X2, iddiaçının vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-1654/2019, hakim A.S.Məmmədov) İddiaçı Cavabdeh qarşı iddiası təm in edilmiş, cavabdehdən 110.000 ABŞ dolları əsas borc və 940 ABŞ dolları faiz borcunun ödəniş gününə manata məzənnəsi ilə alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-6887/2019, hakimlər Z.Ə.Əliyev, F.Ş.Talışinski, R.Ə.Eyvazov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulan faiz məbləği hissəsində dəyişdirilmiş, faiz məbləği 290 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehverdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 18 yanvar 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı hazırk i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 110.000 ABŞ dolları əsas borc və 529 ABŞ dolları faiz borcu ilə bərabər qətnamənin icra ediləcəyi günə qədər əsas borc məbləğinə hesablanacaq Mərkəzi Bankın uçot dərəcəsinə əsasən faiz məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən borc məbləği üzrə 13.515 ABŞ dolları və 26.000 manat məbləğində edilmiş ödənişlər apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə nəzərə alınmamış, onun hazırki maddi vəziyyətinin çox ağır olmasına qiymət verilməmişdir. Cavabdeh kassasiya şikayətinə qarşı y azılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının iddia tələbinin əsasını cavabdehə verdiyi borcun qaytarılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Deməli, sübutetmə yükünün əsasla rını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsi üzrə borcun verilməsini sübutetmə vəzifəsi kreditorun, aldığı pulun qaytarılmasını sübut etmək vəzifəsi borclunun üzərinə düşür. İddiaçının iddia ərizəsinə əlavə edilmiş notarial qaydada təsdiqlənmış 06 aprel 2018 və 07 aprel 2018-ci il tarixli müqavilələrlə cavabdeh hər bir müqavilə üzrə 55.000 ABŞ dolları olmaqla, cəmi 110.000 ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmiş, həmin məbləği 30 dekabr 2018-ci il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinin tələblərinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəs i vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 882.1-ci maddələrinə əsasən 110.000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Apellyasiya məhkəməsi eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi nə istinad edərək, cavabdehin borc məbləği ilə bərabər illik 5 % olmaqla faiz borcunun, borcun qaytarılmasının gecikdirilməsi əsası ilə 290 ABŞ dollarının tutulması barədə də düzgün nəticəyə gəlmişdir. Kassator həmin borcun bir hissəsinin qaytarıldığını göstərsə də, istinad etdiyi halı təsdiq edən heç bir yazılı sübut təqdim etməmiş, eyni zamanda qeyd olunan borc sənədini kreditor məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranın təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydl ə əvəz edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar