Məhkəmə qərarları › İş №2(102)-6196/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6196/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6196/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə, Cavabdeh2 qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, pul tələbi, sübutların qiymətləndiriməsi, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh2, onun vəkili Vəkil4, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və C avabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası, Cavabdeh2 pul tələbi və tutmanın girov predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılmasına dair qarşılıqlı iddia tələbi barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3402/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh2 (bundan sonra – cavabdeh) arasında 28.11.2018-ci il tarixdə bağlanmış 27.200 ABŞ dolları məbləğində pulun verilməsi barədə borc müqaviləsinə əsasən, iddiaçı cavabdehdən aldığı borcu hissə-hissə 2 dəfəyə, yəni 28.02.2019-cu il tarixədək 12.000 ABŞ dolları və 01.05.2019-cu il tarixədək qalıq borc olan 15.200 ABŞ dollarını qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı ilə cavabdeh arasında 09.01.2019-cu il tarixdə iddiaçıya məxsus «X3» markalı, 2003-cü il buraxılışlı, ** LD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqısatqısına dair müqavilə bağlanmışdır.

3. Həmin tarixdə cavabdeh iddiaçıya aşağıdakı məzmunda qəbz vermişdir ki, iddiaçıya məxsus olan ** LD *** nömrəli «X3» markalı, 2003-cü il buraxılışlı nəqliyyat vasitəsini 27.200 ABŞ dolları (46.321 AZN) borcunun dediyi vaxtda qaytarılmasını tam təmin etdikdən sonra geri qaytarmasına zəmanət verir.

4. Cavabdeh tərəfindən yazılmış 10.12.2019-cu il tarixli qəbzdə qeyd olunmuşdur ki, iddiaçı qalıq borc olan 8.980 manat pulu ən geci 30 dekabr 2019-cu il tarixədək qaytarmadığı təqdirdə 31.12.2019-cu il tarixdən avtomaşını satışa çıxaracaqdır.

5. Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Şöbəsində cavabdehin şikayəti əsasında toplanmış təhqiqat materialına əsasən, cavabdeh Nərimanov RPİ-nin rəisinə ünvanlanmış izahatında borcun təminatı kimi iddiaçıdan hər hansı bir əmlakının onun adına keçirilməsini istəmiş, iddiaçı da özünə məxsus «X3» markalı, ** LD *** qeydiyyat nişanlı avtomaşını onun adına keçirilməsini təklif etmiş və o, buna razı olmuşdur. Qeyd olunan avtomaşının sənədləri onun adına olsa da, iddiaçıya avtomaşını idarə etmək üçün etibarnamə vermişdir. İddiaçıya bildirmişdir ki, borcunu ödəməsə maşını ona qaytarmayacaq. Bununla yanaşı, maşını satmaq yox, iddiaçıdan pulunun qaytarılmasını istəyir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə və digər Cavabdeh1 (bundan sonra – Cavabdeh1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış «X3» markalı, 2003-cü il buraxılışlı, ** LD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqısatqısına dair 09.01.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitəsinin ona qaytarılması, cavabdehlərə artıq ödənilən 45.400 manat pul vəsaitinin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir tanıdığı, birlikdə təhsil aldığı Cavabdeh1 müəyyən ehtiyaclarını ödəmək məqsədi ilə 21.11.2017-ci il tarixdən başlayaraq 11.08.2018-ci il tarixədək müxtəlif v axtlarda hissə-hissə pul vəsati borc almışdır. Həmin dövrdə hissə-hissə götürdüyü pul vəsaitlərini hissə-hissə də vaxtında sonuncuya qaytarmışdır. Nəticədə, ayrı-ayrı vaxtlarda götürdüyü 110.000 manata yaxın pul vəsaitini Cavabdeh1 tam olaraq faizi ilə birlikdə qaytarmışdır. Bunu Cavabdeh1 imzaladığı 15.12.2018-ci il tarixli borcun qaytarılması müqaviləsi tam təsdiq edir. Buna baxmayaraq, sonuncu, borcunu tam qaytardıqdan sonra bildirmişdir ki, bu pulların müəyyən hissəsini cavabdehdən faizlə və tanışı X1 isə borc olaraq alıb ona vermişdir və o, həmin pulları bu günə qədər onlara qaytarmamışdır. Götürdüyü bütün borcu ona qaytardığını desə də, Faiq həmin məbləğləri, yəni cavabdehdən götürülən 27.200 ABŞ dollarını və X1 götürülən 15.000 manatı əvvəllər ondan qəbul etdiyini etiraf etsə də, onları faizə hesabladığını və hazırda isə qeyd olunan məbləğlərin ana borc kimi sonunculara qaytarılmalı olduğunu ona bəyan etmişdir. Uzun müzakirələrdən sonra, cavabdehlərin ona təzyiqi nəticəsində, onların iştirakı və imzası ilə yazılı akt və müqavilələr tərtib edərək, guya 27.200 ABŞ dolları əvvəllər tanımadığı və heç vaxt rastlaşmadığı cavabdehə və 15.000 manat pulu X2 borclu olduğunu qeyd etmişlər. Qeyd olunan akt və müqavilələr yazılarkən heç bir pul vəsaiti ona verilməmişdir. Həmçinin, cavabdehlər ona xəbərdarlıq etmişlər ki, pulları qaytarmadığı təqdirdə ona ciddi problemlər yarada bilərlər. Ailəsinin təhlükəsizliyini düşünərək cavabdehlərin ona göstərdikləri təzyiq nəticəsində mülkiyyətində olan «X3» markalı, ** LD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 09.01.2019-cu il tarixd ə cavabdehin adına formal alqı-satqı müqaviləsi rəsmiləşdirməklə ona vermişdir. Bundan sonra, 28.02.2019-cu il tarixdə 12.000 ABŞ dolları məbləğində pul düzəldərək şəxsən cavabdehə vermiş və o, pulu almağına dair yazılı qəbz vermişdir. Daha sonra, həyat yoldaşına məxsus Ford Fiesta markalı avtomobil də cavabdehin adına formal alqı-satqı müqaviləsi rəsmiləşdirilməklə girov qoyulmuşdur. 11.10.2019 və 20.10.2019-cu il tarixlərində birini Cavabdeh1 vasitəsilə olmaqla, iki dəfəyə 5.000 manat, ümumilikdə 10.000 manat pulu cavabdehə vermişdir. Bir müddət keçdikdən sonra, böyük çətinliklə 15.000 manat kreditə götürərək, cavabdehə müraciət etmişdir ki, avtomobillərini geri qaytarmaq şərti ilə həmin pulu ona ödəsin. Lakin sonuncu bu pulun müqabilində maşınları qaytarmayacağını və onun daha böyük məb ləğdə pul qaytarmalı olduğunu bildirmişdir. Uzun müzakirələrdən sonra cavabdeh ondan 15.000 manat məbləğində pulu alaraq, Ford Fiesta markalı avtomobili qaytarmışdır. Lakin 8.980 manat borcunun qaldığını və bu pulu qaytarmadığı təqdirdə onun adına rəsmiləşdirdiyi «X3» markalı nəqliyyat vasitəsini 31.12.2019-cu il tarixindən satışa çıxaracağını bildirmişdir. Beləliklə, Cavabdeh1 ona borc pul verərək, sonradan ondan aldığı bütün pulları ona qaytarmağına baxmayaraq, faiz kimi ondan əlavə pullar tələb etmiş və cavabdehlər nəticədə ondan borc aldığı məbləğdən daha artıq məbləği akt və müqavilə tərtib etməklə rəsmiləşdirməyə və ondan həmin pulları almağa nail olmuşlar. Bu müqavilələr cavabdehlərin hədə-qorxusu və təzyiqləri altında və başqa (girov) müqaviləni pərdələmək məqsədi ilə rəsmiləşdiril mişdir. Bu səbəbdən həmin akt və müqavilələr əhəmiyyətsizdir. Hesab edir ki, cavabdehlə bağlanılan «X3» markalı nəqliyyat vasitəsinin alqı-satqısına dair 09.01.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməli və nəqliyyat vasitəsi ona qaytarılmalıdır. Həmçinin, artıq ödənilən 45.400 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir.

8. Cavabdeh, öz növbəsində, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 10.840 manat pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 10.870 manat pulun tutularaq ona ödənilməsi, iddiaçının öhdəliyinin icrasını təmin etmək məqsədilə girov predmetinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçının borcunun və məhkəmə xərclərinin ödənilməs i barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya 28.11.2018-ci il tarixdə 27.200 ABŞ dolları borc pul vermişdir. Qeyd olunan məbləğin verilməsində iddiaçı, onun anası xxxx iştirak etmişlər və onların hamısının imzaları ilə təsdiq edilmiş akt tərtib olunmuşdur. Həmin akta əsasən imza edənlər, həmçinin iddiaçı da, öz imzaları ilə təsdiq etmişlər ki, o, 28.11.2018-ci il tarixdə 27.200 ABŞ dolları məbləğində pul vəsaitini onların iştirakı ilə iddiaçıya vermiş, iddiaçı isə ondan 18.11.2018ci il tarixdə 27.200 ABŞ dolları məbləğində pul vəsaitini almışdır. Aktda qeyd olunanlar iddiaçının öz xətti ilə yazılmışdır. Daha sonra iddiaçı yenə öz xətti ilə yazaraq qeyd etmişdir ki, ondan aldığı pulu iki dəfəyə, 28.02.2019-cu il t arixdə 12.000 ABŞ dolları, 01.05.2019-cu il tarixdə isə qalan məbləği - 15.200 ABŞ dollarını tam qaytaracaqdır. İddiaçı bu barədə öhdəlik götürmüş və öz imzası ilə təsdiq etmişdir. İddiaçı ondan aldığı borcdan 12.000 ABŞ dollarını qaytarmışdır. İddiaçının ona 15.200 ABŞ dolları borcu qalmışdır (15.200 ABŞ dolları x 1.7 AZN = 25.840 AZN). Daha sonra aldığı borcdan 15.000 manat qaytarmış (25.840 AZN - 15.000 = 10.840 AZN) və iddiaçının ona hazırkı borcu 10.840 manat təşkil edir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, borcunu ödəməkdən imtina etmişdir. İddiaçı pulu qaytarmadığı üçün polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəyə baxılarkən iddiaçı izahatında həqiqətən də ona borclu olduğunu və qalan 10.840 manat məbləğində pulu qaytaracağını bildirmişdir.

10. Bakı Şəhəri Səbail R ayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-464/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il qətnaməsi ilə (hakim – M.Bağırova) iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında “X3” markalı, 2003cü il buraxılışlı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair 09.01.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan 840 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manatın tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sübutların tədqiqi, iddiaçının izahatı, qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə müəyyən olunmuşdur ki, alqı-satqı müqaviləsi yalan əqd olub başqa bir əqdi, yəni girov müqaviləsini pərdələmək məqsədi ilə bağlanmışdır. Digər tərəfdən, cavabdeh özü qarşılıqlı iddia tələbində iddiaçıya məxsus sözügedən nəqliyyat vasitəsinin alqı-satqısına dair 09.01.2019-cu il tarixli müqavilənin əslində başqa bir müqaviləni (girov müqaviləsini) pərdələmək məqsədi ilə rəsmiləşdirilməsini etiraf etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi cavabdehlə bağlanılan nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin ona qaytarılması hissəsində əsaslıdır və ona görə də, təmin edilməlidir.

12. Məhkəmə iddia tələbinin cavabdehlərə artıq ödənilən 45.400 manat pul vəsaitinin onlardan müştərək qaydada tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin hissədə iddia tələbini əvvəllər Cavabdeh1 götürdüyü və tam qaytardığı pullardan başqa nə sonuncudan, nə də cavabdehdən başqa heç bir pul almadığı və qəbzlərdə göstərilən 27.200 ABŞ dolları məbləğində pul vəsaitinin əvvəllər götürdüyü pulların faizləri kimi ondan tələb edildiyi ilə əsaslandırmış və bildirmişdir ki, ümumilikdə cavabdehlər ondan faiz kimi 45.400 manat məbləğində pul almışlar. Lakin müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 28 noyabr 2018-ci il tarixdə 27.200 ABŞ dolları vəsaitin cavabdeh tərəfindən iddiaçıya verilməsi barədə borc müqaviləsi bağlanmış, 11 dekabr 2018-ci il tarixdə isə tərəflər arasında iddiaçı tərəfindən 28.02.2019-cu il tarixinədək borcun 12.000 ABŞ dolları məblə ğinin, 01.05.2019-cu il tarixinədək isə qalıq borcun, yəni 15.200 ABŞ dollarının qaytarılması barədə borc müqaviləsi imzalanmışdır. Borc müqavilələrində qaytarmanın obyektinin borc deyil, faiz olması öz əksini tapmamışdır. İddiaçı həmin məbləğlərin faiz olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.

13. Məhkəmə qarşılıqlı iddia tələbinin iddiaçıdan 10.840 manat pulun tutularaq cavabdehə ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında sübutların tədqiqi, tərəflərin izahatları ilə iddiaçı tərəfindən 27.200 ABŞ dolları borcdan 28.02.2019cu il tarixdə 12.000 ABŞ dolları məbləğinin cavabdehə qaytarılması və cavabdeh tərəfindən bu pulu almağına dair yazılı qəbz verildiyi müəyyən olunmuşdur. Nəticədə iddiaçının 15.200 ABŞ dolları (15.200 x 1.70=25.840 manat) borcu qalmışdır. Daha sonra, iddiaçı 11.10.2019 və 20.10.2019-cu il tarixlərində birini Cavabdeh1 vasitəsilə olmaqla, iki dəfəyə 5.000 manat, ümumilikdə 10.000 manat cavabdehə vermişdir ki, cavabdeh həmin pulu aldığını Nərimanov RPİ-nin rəisinin adına yazdığı 17.12.2019-cu il tarixli izahatında etiraf etmişdir. Bundan sonra, iddiaçı 10.12.2019-cu il tarixində qalıq (25.840 manat-10.000 manat=15.840 manat) borcundan 15.000 manat qaytarmış və cavabdeh bu pulu almağına dair yazılı qəbz vermişdir. Nəticədə iddiaçının 840 manat (15.840 manat-15.000 manat) borcu qalmışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə 840 manat məbləğində borcu vardır, ona görə də qarşılı qlı iddia həmin hissədə qismən təmin olunmalıdır.

14. Məhkəmə qarşılıqlı iddia tələbinin cavabdehin öhdəliyinin icrasını təmin etmək məqsədilə girov predmetinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi hissəsinə qiymət verərək belə nəticəyə gəlmişdir ki, həmin hissədə iddia tələbi əsassızdır, çünki cavabdeh tərəfindən tələbin həmin hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1-337.3, 340.2, 385.1, 390.1, 390.5, 425.1, 427.3, 442, 739, 740.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 106.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmı şdır.

16. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən, ilkin iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş olunmuşdur.

18. Cavabdehin şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla ədalətsiz qətnamə qəbul etmiş, işin faktiki hallarını hərtərəfli araşdırmamışdır. Belə ki, məhkəmə qarşılıqlı iddianın iddiaçıdan ümumilikdə 10.870 manat pul vəsaitinin tutul ması tələbini qismən təmin edərək yanlışlığa yol vermişdir. Göstərilənlərə əsasən, qarşılıqlı iddianın iddiaçıdan ümumilikdə 10.870 manat pul vəsaitinin tutulması hissəsində tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3402/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddia tələblərini qismən təmin edərək düzgün qənaətə gəlmişdir, qətnam ə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan şikayətlər təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Qətnamədən iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçının kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində və qarşılıqlı iddianın təmin edilən hissədə ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilm əməsi ilə qəbul olunmuşdur, məhkəmə göstərilən hissələrdə qanunsuz və əsassız nəticəyə gəlmişdir.

24. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə iş üzrə maddi hüquq normalarını ümumiyyətlə tətbiq etməmiş, Mülki Məcəllənin 385.1, 427.3 və 442-ci maddələrini qeyd etməklə kifayətlənmiş, ümumi müddəaları ehtiva edən həmin maddələrin mübahisənin hansı aspektinə tətbiq edildiyi qətnamədə göstərilməmişdir. Apellyasiya məhkəməsi mübahisənin borc münasibətləri ilə əlaqədar yarandığını öz qətnaməsində qeyd etsə də, həmin münasibətlərə aid olan Mülki Məcəllənin 37-ci fəslinə (Xüsusi hissə) müraciət etməmişdir.

25. Bundan başqa, məhkəmə prosessual hüquq normalarının, o cümlədən MPM-in 14.1, 217.1, 217.4-cü maddələrinin tələblərini pozaraq işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır. İddiaçı tərəfində n təqdim olunmuş sms yazılar və cavabdehin səs yazıları məhkəmədə ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə sübutları iş materiallarına əlavə etsə də, onlar diqqətdən kənarda qalmışdır. Halbuki həmin sms yazılarda və səs yazılarında cavabdeh aşkar şəkildə iddiaçıya faizlə borc verilməsini etiraf etmişdir. Həmin sübutlar onu təsdiq edir ki, Cavabdeh1 və onun tanışı olan cavabdeh iddiaçıdan borc kimi götürdüyü, sonra qaytardığı pulların faizlərini tələb etmişlər. Məhz bu faizlərə görə onlar iddiaçıya və ailəsinə psixoloji təsir və təzyiqlər göstərməklə yazılı qəbz və aktın tərtib edilməsinə nail olmuşlar. Halbuki, iddiaçı əvvəllər Cavabdeh1 götürdüyü və tam qaytardığı pullardan başqa nə sonuncudan, nə də cavabdehdən başqa heç bir pul almamış və qəbzlərdə göstərilən 27.200 ABŞ dolları məbləğin də pul vəsaiti əvvəllər götürdüyü pulların faizləri kimi iddiaçıdan tələb edilmişdir.

26. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində də tamamilə əsassızdır. İddiaçının cavabdehlərə heç bir borcu olmamış, cavabdehin ondan tələb etdiyi pul vəsaiti isə sırf faiz olmuşdur. Müqavilə və qəbzlər yazılarkən iddiaçıya faktiki olaraq heç bir pul vəsaiti verilməmişdir. Cavabdehlər məhkəmə iclasında heç bir faizin olmamasına istinad etsələr də, iddiaçıya külli miqdarda borc pul verilməsində cavabdehin, xüsusilə də digər Cavabdeh1 hansı maraqlarının olmasına aydınlıq gətirə bilməmişlər. Bu səbəbdən, qarşılıqlı iddia tam rədd edilməlidir. b) Cavabdeh2 kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil4) kassasiya şikayətində apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi şikayətin dəlillərini ətraflı və obyektiv araşdırmamış, məhkəmə iclasında şahidlərin dindirilməsi təmin olunmamış, məhkəmə bununla bağlı təqdim olunmuş vəsatətə münasibət bildirməmişdir. Halbuki həmin şəxslərin iştirakı ilə cavabdeh iddiaçıya 27.200 ABŞ dolları yox, 31.400 ABŞ dolları məbləğində borc pul vermişdir.

29. Ödənişlərin xronologiyasına nəzər yetirildikdə müəyyən olunur ki, iddiaçı cavabdehə 12.000 ABŞ dolları 28 fevral 2019-cu il tarixdə, daha sonra 10.000 manat və 10 dekabr 2019-cu il tarixdə 15.000 manat pul vermişdir. İddiaçının təqdim etdiyi 10 dekabr 2019-cü i l tarixli qəbzdən görünür ki, iddiaçının 8980 manat borcu qalmışdır.

30. Şikayətin əsası kimi MPM-in 14.1, 217.1, 217.4-cü maddələrinə istinad olunmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda iddiaçının kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını xahiş etdilər.

33. Cavabdeh2 və vəkili ayrı-ayrılıqda cavabdehin kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər.

34. Digər Cavabdeh1 vəkili cavabdehin kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarına olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin aktını iddiaçının kassasiya şikayəti əsasında ilk iddianın təmin olunmayan və qarşılıqlı iddi anın təmin olunan hissəsində, cavabdehin kassasiya şikayəti əsasında qarşılıqlı iddianın iddiaçıdan pulun tutulması tələbinin rədd olunan hissəsində yoxlamış və qətnaməni mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlamışdır. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi eyni tərəflərin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq

37. Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məblə ği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur (maddə 1091.2).

38. MPM (işə baxıldığı dövrdə qüvvədə olmuş redaksiyada) Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qan unlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76). Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (maddə 80). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 8 8). Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.1 və 95.2). Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur (maddə 175.1). Şəxsi yazışmaların və teleqraf məlumatlarının gizliliyin i qorumaq məqsədi ilə bu yazışmalar və məlumatlar ancaq ünvanlanan şəxsin razılığı ilə məhkəmə tərəfindən elan və tədqiq edilə bilər (maddə 200). Şəxsi məlumat xarakterli səsyazma və videoyazının səslənməsi, habelə onların tədqiqinə bu Məcəllənin 200-cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Zəruri hallarda səsyazma və videoyazı təkrarən tam və ya qismən səsləndirilə bilər. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri ha llarda məhkəmə ekspertiza təyin edə bilər (maddə 203). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (maddə 220.4). Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansi ya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar (maddə 392.1). Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur (maddə 392.2). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın pul tələbinin təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Cavabdeh2 kassasiya şikayətində apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul olunduğu qeyd olunsa da, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Nəzərə alınmalıdır ki, MPM-in 372.2-ci maddəsinə əsasən əlavə sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. İddiaçının kassasiya şikayətinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakı ların qeyd olunmasını zəruri hesab edir.

42. İddiaçı birinci instansiya məhkəməsinə tələbini təsdiq edən sübut qismində mobil telefon vasitəsilə göndərilmiş qısa mesaj mətnlərdən çıxarış və səs yazıları əks etdirən elektron daşıyıcı (flash card) təqdim etmiş və birinci instansiya məhkəməsi həmin sübutu iş materiallarına əlavə etmişdir.

43. MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiy i bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

45. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

46. Buna baxmayaraq, işə baxmış birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi mesaj mətnlərinə və elektron daşıyıcıda olan səs yazılarına ümumiyyətlə qiymət verməmişdi r.

47. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində təqdim etdiyi sms yazıları və səs yazılarının ümumiyyətlə nəzərə alınmadığını və məhkəmənin həmin sübutları iş materiallarına əlavə etsə də, onlara lazımi qiymət vermədiyini qeyd etmişdir. İddiaçı hesab etmişdir ki, həmin yazılarda cavabdeh aşkar şəkildə ona borc pul verməsini, hətta faiz şərtlərini etiraf etmişdir.

48. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi də eyni prosessual hüquq normalarının pozulmasına yol vermiş, həmin sübutlara və bununla bağlı apellyasiya şikayətinin dəlilinə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı aldığı pul məbləğinin faiz olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki MPM-in 392.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnam əsini yoxlayan apellyasiya instansiyası məhkəməsi məhkəmə aktını qanuni və əsaslı hesab edərək, dəyişdirilmədən saxlayarsa mütləq şəkildə apellyasiya şikayətinin hüquqi qiymət verilməsi tələb edən dəlillərinə münasibət bildirməli və həmin dəlillərin rədd olunması barədə mövqeyini əsaslandırmalıdır.

49. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

50. Məhkəmələr tə rəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Məhkəm ə qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).

52. Ona görə də cavabdehin kassasiya şikayəti təmin olunmamalı, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan hissələrində ləğv edilməli və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara obyektiv, qə rəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan maddi hüquq normalarına müvafiq olaraq qiymət verməklə mübahisəni həll etməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3402/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi qismən - ilkin iddia tələbinin təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan hissələrində ləğv edilsin və iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılsın. Cavabdeh2 kassasiya şikayəti təmin olunmasın. Qətnamə qarşılıqlı iddianın pul tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar