Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6197/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh1 vəkili Əliyev Saleh Əliheydər oğlunun iştirakı ilə, Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 9 saylı Notariat Kontoruna qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələri aradan qaldırılmaqla həmin kredit müqaviləsi əsasında verilmiş icra qeydinin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Mirzəyev, iş 2(007)353/2019) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 9 saylı Notariat Kontorunda bağlanmış 10 avqust 2017-ci il tarixli kredit müqaviləsi etibarsız hesab olunmaqla onun hüquqi nəticələrinin aradan qaldırılması, həmin müqaviləyə əsasən verilmiş 8İ-4067 nömrəli 15.09.2018-ci il tarixli icra qeydinin ləğv edilməsi qə t edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), E.Kazımov və İ.Şirinov, iş № 2(103)-4995/2019) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında işti rak edənlərin izahatları: Cavabdeh1 vəkili Əliyev Saleh Əliheydər oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilm ədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 9 saylı Notariat Kontorunda bağlanmış 10 avqust 2017-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının cavabdehdən 40000 manat və 12000 ABŞ dolları borc alması işin faktiki halları ilə öz təsdiqini tapmır. Borc müqaviləsi bağlanarkən həmin müqavilədə göstərilən məbləğ depozit hesabına mədaxil edilməmişdir. Belə olan halda Cavabdeh1 maddi imkanları yüksək olmayan 55 yaşlı bir qadına heç bir girov tələb etmədən 40.000 manat və 12.000 ABŞ dolları pul verməsi, pulun depozit vasitəsi ilə ödənilməsini notariusdan tələb etməməsi iddiaçının öz izahatında və şahi d ifadələrində göstərilən işin faktiki hallarının həqiqilik ehtimalını artırır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddə sinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur: Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Görünüdüyü kimi, iddiaçının müqavilə bağlanan ərəfədə üzərinə qaynar su tökülərək yanması nəticəsində ağır maddi-psixoloji vəziyyətə düşməsi, digər tərəfin bundan istifadə edərək borcalan üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlanmasına nail olması iddiaçının öz izahatı və şahid ifadələri ilə təsdiqini tapmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apelyasiya instansiyası məhkəməsi iş üzrə şahidlərin ifadələrinə istinad etsə də iş üzrə yalnız iki nəfər X2 və X3 birinci instansiyası məhkəməsində dindirilmiş və onların hər ikisi borc müqaviləsi ilə əlaqədar başqalarından məlumat aldıqlarını, “Adilin Rozanı xəstə və əlləri qaynar suda yanmış vəziyyə tdə olmasından istifadə edib, ona hədə qorxu gələrək Notariat Kontoruna aparması və guya Adilə 60.000 manat borclu olması barədə müqaviləyə imza etdirməsini eşirdiklərini” qeyd etmişlər. Hər iki şahid borc müqaviləsi imzalanarkən iştirak etməmiş, məlumatı kimdən almaları aydınlaşdırılmamışdır. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab edərkən Mülki Məcəllənin həm 337.1, həm 339.1, həm də 340.2-ci maddələrinə istinad etməklə əslində müqavilənin etibarsız hesab edilməsinin hüquqi əsasını müəyyən edə bilməmişdir. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmasına görə, 339.1-ci maddəsi hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndənin digər tərəfə pis niyyətlə razılığ a gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə əqd bağlamağa məcbur etməsi, Mülki Məcəllənin 340.2-ci maddəsi isə başqa əqdi pərdələmək məqsədi ilə əqd bağlanmasına görə əqdin etibarsızlığını nəzərdə tutur. Apelyasiya instansiyası məhkəməsinin hər üç maddəyə istinad etməsi onun konkret nəticəyə gələ bilməməsinə dəlalət edir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi qətnaməsində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 oktyabr 2009-cu il tarixli qərarına əsasən Təlimatın 1.7.2-ci bəndinin ikinci abzası çıxarılmış, üçüncü abzas ikinci abzas hesab edilmiş, aşağıdakı məzmunda üçüncü-səkkizinci abzaslar əlavə edilmişdir. Apelyasiya instansiyası məhkəməsi istinad etdiyi Təlimatın 1.7.2-ci bəndi mövcud deyil və mövcud olmamışdır. Apelyasiya instansiyası məhkəməsi Təlimatın 160-1-ci bəndi üzrə edilmiş dəyişikliyi qətnaməsində düzgün əks etdirməmiş və qətnamədə yanlışlığa yol vermişdir. Bundan əlavə Apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad etdiyi halda ilkin olaraq əqd bağlanarkən Mülki Məcəllədə müəyyən edilmiş hansı şərtin pozulduğunu qeyd etməli olduğu halda bunu etməmişdir. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbu
Məhkəmə qərarları › İş №2(102)-6197/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6197/2019
13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver