Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6197/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ö dənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2874/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı QSC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – borcalan) arasında bağlanmış 24.12.2013-cü il tarixli, 02L000011317 saylı kredit xətti müqaviləsinə əsasən, borcalana 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
2. Bank ilə borcalan arasında bağlanmış 29.12.2013-cü il tarixli, 02R000030846 saylı kredit razılaşmasına əsasən, borcalana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 350.000 manat məbləğində kredit verilmişdir.
3. Tərəflərin imzaladıqları 06.07.2015-ci il tarixli 02R000030846S saylı, 08.01.2016cı il tarixli 02R000030846SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir.
4. Bank ilə borcalan arasında bağlanmış 03.10.2014-cü il tarixli, 02R000034836 saylı kredit razılaşmasına əsasən, borcalana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
5. Tərəflərin imzaladıqları 06.07.2015-ci il tarixli 02R000034836S saylı, 08.01.2016cı il tarixli 02R000034836SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
6. Bank ilə borcalan arasında bağlanmış 18.09.2015-ci il tarixli, 002K** ********08 saylı kredit razılaşmasına əsasən, borcalana 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
7. Bank ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 28.12.2013-cü il tarixli, müvafiq olaraq 02S000023093 saylı və 02S000023020 saylı, Bank ilə Cavabdeh4 arasında bağlanmış 03.10.2014-cü il tarixli, 02S000025724 saylı zaminlik müqavilələrinə əsasən, zaminlər borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımalarına dair öhdəlik götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. Bank Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, borcalan ilə Bank arasında bağlanmış 24.12.2013-cü il tarixli, 02L000011317 saylı kredit xətti müqaviləsinə, 29.12.2013-cü il tarixli, 02R000030846 saylı, 03.10.2014-cü il tarixli 02R000034836 saylı və 18.09.2015-ci il tarixli, 002K**********08 saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə: 02R000030846 saylı kredit razılaşması üzrə 75.174.74 ABŞ dolları əsas, 31.130.89 ABŞ dolları faiz, 111158.40 ABŞ dolları cərimə olmaqla, cəmi 217.464.03 ABŞ dolları borcun; 02R000034836 saylı kredit razılaşması üzrə 35.787.40 ABŞ dolları əsas, 17.522.60 ABŞ dolları faiz, 57.070.89 ABŞ dolları cərimə olmaqla, cəmi 110.380.89 ABŞ dolları borcun; 002K**********08 saylı kredit razılaşması üzrə 45.338.60 ABŞ dolları əsas, 17.379.80 ABŞ dolları faiz, 42.172.71 ABŞ dolları cərimə olmaqla cəmi 104.891.11 ABŞ dolları borcun, ümumilikdə 432.736,03 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan kredit razılaşmalarının tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, nəticədə ümumilikdə 432.736,03 ABŞ dolları borcu yaranmışdır.
10. Bankın məhkəməyə təqdim etdiyi 24.10.2019-cu il tarixli maliyyə arayışlarında qeyd olunmuşdur ki, borcalanın Banka: - 29.12.2013-cü il tarixli, 02R000030846 saylı “Kredit razılaşması” üzrə 03.01.2019cu il tarixə 75.174,74 ABŞ dolları əsas, 19.398,90 ABŞ dolları faiz, 31.130 ABŞ dolları cərimə olmaqla, cəmi 143.883,13 ABŞ dolları; 28.06.2019-cu il tarixə isə 75.174,74 ABŞ dolları əsas, 31.130,89 ABŞ dolları faiz, 111.158,40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 217.464,03 ABŞ dolları borcu var; - 03.10.2014-cü il tarixli, 02R000034836 saylı “Kredit razılaşması” üzrə 03.12.2018-ci il tarixə 35.787,40 ABŞ dolları əsas, 9.819,09 ABŞ dolları faiz, 41.589 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 87.195,49 ABŞ dolları; 28.06.2019-cu il tarixə isə 35.787,40 ABŞ dolları əsas, 17.522,60 ABŞ dolları faiz, 57.070,89 ABŞ dolları cərimə olmaqla, cəmi 110.380,89 ABŞ dolları borcu var; - 002K**********08 saylı “Kredit razılaşması” üzrə 20.09.2018-ci il tarixə 45.338,60 ABŞ dolları əsas, 6.481,74 ABŞ dolları faiz, 28.501 ABŞ dolları cərimə olmaqla cəmi 80.321,34 ABŞ dolları; 28.06.2019-cu il tarixə 45.338,60 ABŞ dolları əsas, 17.379,80 ABŞ dolları faiz, 42.172,71 ABŞ do lları cərimə olmaqla cəmi 104.891,11 ABŞ dolları borcu var.
11. Məhkəmə iclasında borcalanın nümayəndəsi və vəkili X1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı təqdim etdiyi maliyyə arayışını özü tərtib etmiş və iddia ərizəsində göstərdiyi faiz borcu və cərimə məbləği iddiaçının öz mülahizəsinə əsasən müəyyən edilmişdir. Maliyyə arayışı faiz borcunun və cərimənin mövcud olmasını və ya hansısa məbləğdə mövcud olmasını təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Məhkəmə iddiaçının təqdim etdiyi maliyyə arayışındakı və digər sənədlərdəki borc məbləğinin, faizlərin və cərimə pulunun düzgün hesablanıbhesablanmaması, habelə cərimə pulunun nədən qaynaqlandığını, əsaslı olub-olmamasını araşdıraraq hüquqi qiymət verməlidir.
12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-7608/2019 nömrəli iş üzrə 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia qismən təmin edilmiş, Bank ilə borcalan arasında bağlanmış 24.12.2013-cü il tarixli, 02L000011317 saylı kredit xətti müqaviləsinə, 29.12.2013-cü il tarixli, 02R000030846 saylı, 03.10.2014-cü il tarixli 02R000034836 saylı və 18.09.2015-ci il tarixli, 002K**********08 saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlərdən müştərək qaydada 02R000030846 saylı kredit razılaşması üzrə 75.174.74 ABŞ dolları əsas, 31.130.89 ABŞ dolları faiz, 11.158.40 ABŞ dolları cərimə olmaqla, cəmi 117.464,03 ABŞ dolları, 02R000034836 saylı kredit razılaşması üzrə 35.787.40 ABŞ dolları əsas, 17.522.60 ABŞ dolları faiz, 7.070.89 ABŞ dolları cərimə olmaqla, cəmi 60.380,89 ABŞ dolları, 002K**********08 saylı kredit razılaşması üzrə 45.338.60 ABŞ dolları əsas, 17.379.80 ABŞ dolları faiz, 2.172.71 ABŞ dolları cərimə olmaqla cəmi 64.891,11 ABŞ dolları, ümumilikdə 242.736,03 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 16,80 manat hissəsinin Bankın xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş üzrə toplanmış sübutlarla borcalanın 02R000030846 saylı kredit razılaşması üzrə 75.174.74 ABŞ dolları əsas, 31.130.89 ABŞ dolları faiz, 02R000034836 saylı kredit razılaşması üzrə 35.787.40 ABŞ dolları əsas, 17.522.60 ABŞ dolları faiz, 002K**********08 saylı kredit razılaşması üzrə 45.338.60 ABŞ dolları əsas, 17.379.80 ABŞ dolları faiz borcunun qalması təsdiq olunduğundan iddia tələbi həmin borcun cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissədə təmin edilməlidir.
14. Bununla belə məhkəmə hesab etmişdir ki, borcun vaxtında ödənilməməsinə görə 02R000030846 saylı kredit razılaşması üzrə 111.158.40 ABŞ dolları, 02R000034836 saylı kredit razılaşması üzrə 57.070.89 ABŞ dolları, 002K**********08 saylı kredit razılaşması üzrə 42.172.71 ABŞ dolları məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməli və Bank tərəfindən tənasübsüz yüksək hesablanmış dəbbə məbləğləri müvafiq olaraq 11.158.40 ABŞ dolları, 7.070.89 ABŞ dolları, 2172.71 ABŞ dolları məbləğinədək azaldılmalıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 3 85.1, 386.1, 421.2, 425.1, 427.3, 442, 445.1, 448.1, 467, 470.1, 472.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
16. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Borcalan apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, əsas və faiz borcunun yenidən müəyyən edilərək, yeni qətnamə qəbul olunmasını xahiş etmiş, şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddia ərizəsi ilə tutulması tələb olunan faiz borcunun və cərimənin məbləği onunla Bank arasında bağlanmış kredit müqavilələrinin şərtlərinə uyğun hesablanmamış, işə baxmış birinci instansiya məhkəməsi isə buna əhəmiyyət verməmiş, həmin məbləğlərin həqiqətə uyğun ol ub-olmamasını araşdırmamışdır.
18. İşə apellyasiya qaydasında baxan məhkəmə cavabdehlərdən tutulması qət olunmuş əsas və faiz borcunun məbləğlərinin həqiqəti əks etdirib-etdirməməsini yoxlamaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş tədqiqatın nəticəsi ilə verilmiş 07.07.2020-ci il tarixli, 9/1779 saylı ekspert rəyində qeyd olunmuşdur ki: 29.12.2013-cü il tarixli, 02R000030846 saylı “Kredit razılaşması” üzrə əsas kredit borcunun məbləği 100.876,69 ABŞ dolları, faiz borcunun məbləği 13.816,78 ABŞ dolları; 03.10.2014-cü il tarixli 02R000034836 saylı kredit razılaşması üzrə əsas kredit borcunun məbləği 52.470,77 ABŞ dolları, faiz borcunun məbləği 13.601,58 ABŞ dolları; 18.09.2015-ci il tarixli, 002K**********08 saylı kredi t razılaşması üzrə əsas kredit borcunun məbləği 45.554,52 ABŞ dolları, faiz borcunun məbləği 17.044,98 ABŞ dolları təşkil edir.
19. Apellyasiya baxışı iclasında iştirak edən cavabdehin vəkili (nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən tutulması qət olunmuş əsas borcun məbləğini düzgün müəyyən etməmişdir. Məhkəmənin qərardadı əsasında keçirilmiş ekspert tədqiqatı nəticəsində əldə olunmuş ekspert rəyi ilə razı deyil. Çünki həmin rəydən görünür ki, sonradan edilmiş ödənişlər nəzərə alınmamışdır.
20. Apellyasiya baxışı iclasında iştirak edən Bankın nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, həmçinin ekspert rəyi ilə qismən razılaşaraq bildirmişdir ki, rəydə göstərilmiş əsas borcun məbləği ilə razı olsalar da, faiz borcunun məbləği az göstərilmişdir. Bundan başqa, cərimə borcu ilə bağlı ekspertin tədqiqat aparması da əsassızdır. Çünki hesabdan çıxarışda cərimə borcu ilə bağlı heç nə qeyd olunmamışdır. Cərimə borcu müqavilə şərtlərinə uyğun olaraq 5 faiz olmaqla hesablanmışdır. İşə mülki məhkəmə qaydasında baxılmağa başlanandan indiyədək cavabdehlər heç bir ödəniş etməmişlər.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2874/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) borcalanın apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin cavabdehlərdən Bankın xeyrinə hər 3 kredit razılaşması üzrə f aiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, cavabdehlərdən Bankın xeyrinə 29.12.2013-cü il tarixli 02R000030846 saylı kredit razılaşması üzrə əsas kredit borcuna hesablanmış faiz borcunun məbləğinin 13.816,78 ABŞ dolları, 03.10.2014cü il tarixli 02R000034836 saylı kredit razılaşması üzrə əsas kredit borcuna hesablanmış faiz borcunun məbləğinin 9.819,9 ABŞ dolları, 18.09.2015-ci il tarixli 02K**********08 saylı kredit razılaşması üzrə əsas kredit borcuna hesablanmış faiz borcunun məbləğinin 6.481,74 ABŞ dolları məbləğində müəyyən edilərək tutulması, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin cavabdehlərdən Bankın xeyrinə 29.12.2013-cü il tarixli 02R000030846 saylı və 03.10.2014-cü il tarixli 02R000034836 saylı kredit razılaşması üzrə dəbbənin məbləğinin müəy yən edilməsi hissəsində dəyişdirilməsi, cavabdehlərdən Bankın xeyrinə 29.12.2013-cü il tarixli 02R000030846 saylı kredit razılaşması üzrə tutulmalı olan dəbbə pulunun məbləğinin azaldılması və 7.517 ABŞ dolları məbləğində tutulması, cavabdehlərdən Bankın xeyrinə 03.10.2014-cü il tarixli 02R000034836 saylı kredit razılaşması üzrə tutulmalı olan dəbbə pulunun məbləğinin azaldılması və 3.578 ABŞ dolları məbləğində tutulması, hazırkı qətnamə və birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehlərdən Bankın xeyrinə tutulmalı olan cəmi məbləğlərin aşağıdakı kimi: 29.12.2013-cü il tarixli 02R000030846 saylı kredit razılaşması üzrə 96.508,52 ABŞ dolları, 03.10.2014-cü il tarixli 02R000034836 saylı kredit razılaşması üzrə 49.184,49 ABŞ dolları, 18.09.2015-ci il tarixli, 002K**********08 saylı kredit razılaşması üzrə 53.993,5 ABŞ dolları müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manatın iddiaçı ilə borcalana bərabər hissələr ilə aid edilməsi qət olunmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ekspert rəyi mötəbər sübut kimi qəbul olunmalıdır, çünki hər iki tərəf ekspert rəyi ilə qismən razı olsa da, ekspert rəyinin əsassızlığı ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişlər.
23. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Bankın tələbini 28.06.2019-cu il tarixədək olan dövrə aid olmasını nəzərə alaraq, həmin tarixə olan əsas, faiz və cərimə borcunu hesablamışdır. Lakin faiz borcu yalnız müqavilə müddətinə hesablana bilər. Bu halda faiz borcu müqavilə müddətinin bitdiyi tarix ədək olan müddətə hesablanmalı idi. İşə baxan məhkəmə isə faiz borcunun hesablanması ilə bağlı səhv qiymətləndirmə aparmış, müqavilə müddəti bitdikdən sonra da faiz hesablamışdır.
24. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, 29.12.2013-cü il tarixli 02R000030846 saylı kredit razılaşması üzrə faiz borcunun məbləği ekspert rəyinə uyğun dəyişdirilməli və 13.816,78 ABŞ dolları məbləğində müəyyən edilməli, 03.10.2014cü il tarixli 02R000034836 saylı və 18.09.2015-ci il tarixli 02K**********08 saylı kredit razılaşmaları üzrə faiz borclarının məbləğləri Bankın təqdim etdiyi 24.10.2019-cu il tarixli maliyyə arayışlarına uyğun olaraq müvafiq olaraq 9.819,09 ABŞ dolları və 6.481,74 ABŞ dolları müəyyən edilməli, hər 3 kredit razılaşması üzrə əsas borcun məbləği ekspertizanın verdiyi rəyə uyğun deyil, Bankın iddia ərizəsinə, 24.10.2019-cu il tarixli maliyyə arayışlarına uyğun müəyyən edilməlidir. Çünki rəydə göstərilmiş əsas borcların məbləği iddia ərizəsində göstərilən məbləğdən yüksəkdir.
25. Məhkəmə, həmçinin qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə görə cərimənin tutulması barədə işlərə baxan məhkəmələr tutulmalı olan cərimə məbləğini əsas borcun məbləğinin 10 faizi miqdarında müəyyən edirlər. Odur ki, qətnamə dəbbə pulunun müəyyən edilməsi hissəsində (iki kredit razılaşması üzrə) dəyişdirilməli və qeyd olunmuş faiz nisbətində müəyyən olunmalıdır.
26. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (Vəkil) kassasiy a şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir (§17).
29. Kassasiya şikayətinin əsası kimi MPM-in 14.1, 14.2-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, apellyasiya instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etdi.
32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 kassasiya şikayəti əsasında iddianın həmin şəxsə qarşı təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq
35. Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467).
36. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır.
39. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstəril ənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2874/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.