Məhkəmə qərarları › İş №2(102)-62/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-62/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-62/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi üzrə pul tələbi, sübutetmə yükünün bölüşdürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1015/2020 nömrəli iş üzrə 27 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri 5 saylı notariat kontorunda İddiaçı1 (borcverən) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 11 dekabr 2018- ci il tarixli kredit müqaviləsinin 1-ci və 2-ci bəndlərindən görünür ki, borcverən borcalana 49000 (qırx doqquz min) manat məbləğində pulu borc verir və borcalan isə həmin məbləği 30.06.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürür. Həmçinin, borcalan 49000 manat pulu nağd şəkildə aldığını müqavilədə əlavə qeyd yazaraq öz imzası ilə təsdiq etmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhəri 5 saylı Notariat Kontorunun 08 avqust 2019-cu il tarixli 628 nömrəli məktubundan görünür ki, İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh1 notariat ofisinə dəvət edilmiş, icra qeydinin aparılacağı bildirildikdə, o pulun xeyli hissəsini ödədiyini bildirmiş, borc müqaviləsi üzrə icra qeydinin aparılmasına etiraz etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 49000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 dekabr 2018-ci il tarixdə Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanaraq təsdiq edilmiş kredit müqaviləsi ilə 30.06.2019cu il tarixədək qaytarmaq şərti ilə Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, ev 31, mənzil 38-də yaşayan Cavabdeh1 49000 manat borc pul vermişdir. Kredit müqaviləsin də nəzərdə tutulmuş müddətin başa çatmasına baxmayaraq, Cavabdeh1 ona olan borcunu qaytarmır, hər dəfə bu barədə ona müraciət etdikdə borcu qaytaracağı barədə ona yalan vədlər verir. Belə ki, Cavabdeh1 onun şahidlərinin yanında dəfələrlə bir neçə günə borcunu qaytaracağını bildirsə də, bu günədək verdiyi borcun heç bir hissəsini qaytarmamışdır.

5. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 oktyabr 2019-cu il tarixli, 2(043)-3165/2019 saylı qətnaməsi ilə (hakim Z.Hüseynov) iddia təmin edilmiş, Cavabdeh1 49000 (qırx doqquz min ) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı1 verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsində n irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 49000 manat məbləğində pulu cavabdehə borc kimi vermiş, lakin cavabdeh öhdəliyin icrası müddətinin başa çatmasına baxmayaraq, müqavilə üzrə öhdəliyini icra etməmiş, borc kimi aldığı pul məbləğini iddiaçıya qaytarmamışdır. Odur ki, iddiaçı cavabdehə borc kimi verdiyi pul məbləğini tələb etməkdə haqlıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 739.2-ci maddələri, Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1015/2020 nömrəli iş üzrə 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və R.Mamedov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(043)-3165/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apelyasiya dəlillərində müqavilə bağlanarkən ona 49000 manat pul verilmədiyini, müqavilənin formal olaraq bağlandığını göstərsə də kredit müqaviləsinin bağlanmasından hazırkı vaxta qədər həmin müqaviləni mübahisələndirməmiş, onun etibarsız hesab edilməsi və ya ləğv edilməsi barədə məhkəmədə id dia qaldırmamışdır. Həmin müqavilə hazırda qüvvədə olmaqla, tərəflər üçün hüquqi nəticələr doğurur.

11. Bundan başqa cavabdeh iddiaçıya hissə-hissə 40000 manat məbləğində pul qaytardığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutları, ödənişlərə dair sənədləri apelyasiya şikayətinə əlavə etməmiş, həmçinin heç bir üzürlü səbə olmadan məhkəmə kollegiyasının iclasına gəlməyərək, istinad etdiyi hallara dair sübutlar təqdim etməmişdir.

12. Eyni zamanda cavabdeh bir tərəfdən iddiaçı tərəfindən ona 49000 manat məbləğində pul verilmədiyini və müqavilənin formal bağlandığını göstərmiş, digər tərəfdən isə 49000 manat borcun 40000 manatını hissə-hissə qaytardığını göstərmişdir ki, bu da cavabdehin öz dəlilləri arasında zidiyyət yaratmaqla, onun qeyri-səmimi olduğunu göstərir. Kassasiya şikayə tinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi 49000 manat məbləğində pulun verilməsinin notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilib-keçirilməməsini araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məl umatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

18. MPM-ə əsasən kassasiya instansiya sı məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

21. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

22. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərd ə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

23. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

24. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

25. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə gö türür. (maddə 739.1)

26. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

27. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (maddə 740.1)

28. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (maddə 740.2) Mülki Prossesual Məcəllə

29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri ə sassızdır belə ki, cavabdeh 49000 manat məbləğində pulu almasını 11.12.2018-ci il tarixli müqavilədə qeyd aparmaqla təsdiqləmişdir.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1015/2020 nömrəli iş üzrə 27 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar