Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-620/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-620/2019 11 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı “kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli 2(103)-7549/2018 nömrəli qətnaməsindən Cavabdeh3 və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" QSC cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 27.08.2014-cü il tarixli, 38R000001927 saylı kredit razılaşması üzrə 14869,07 ABŞ dolları əsas borc, 3027,10 ABŞ dolları faiz borcu, 4735,18 ABŞ dolları cərimə olmaqla, cəmi 22631.35 ABŞ dolları məbləğində borcun, 06.04.2015-ci il tarixli, 038R********** saylı kredit razılaşması üzrə 7130,75 ABŞ dolları əsas borc, 1396,36 ABŞ dolları faiz borcu, 2182.31 ABŞ dolları cərimə olmaqla cəmi 10709,42 ABŞ dolları məbləğində borcun, 19.12.2014-cü il tarixli, 038KK**********01 saylı kredit razılaşması üzrə 2999,68 ABŞ dolları əsas borc, 650,33 ABŞ dolları faiz borcu, 954 ABŞ dolları cərimə olmaqla cəmi 4604. 01 ABŞ dolları məbləğində borcun, ümumilikdə 37944,78 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Ağcabədi şəhəri, 20 Yanvar küçəsində, Cavabdeh2 mülkiyyətindəki 0.1329 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 227 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 6 otaqlı, 84 nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsinə, həmin fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki tikili və qurğular yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun və məhkəmə xərclərinin satışdan əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların evdən çıxarılması, torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 08 avqust 2017-ci il tarixli, 2(004)-1111/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh4, Ca vabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 27.08.2014-cü il tarixli 38R000001927 saylı kredit razılaşması üzrə 14869,07 ABŞ dolları əsas borc, 3027,10 ABŞ dolları faiz borcu, 135,18 ABŞ dolları cərimə olmaqla cəmi 18031,35 ABŞ dolları məbləğində, 06.04.2015-ci il tarixli, 038R********** saylı kredit razılaşması üzrə 7130,75 ABŞ dolları əsas borc, 1396,36 ABŞ dolları faiz borcu, 82,31 ABŞ dolları cərimə olmaqla 8609,42 ABŞ dolları məbləğində, 19.12.2014-cü il tarixli, 038KK**********01 saylı kredit razılaşması üzrə 2999,68 ABŞ dolları əsas borc, 650,33 ABŞ dolları faiz borcu, 54 ABŞ dolları cərimə olmaqla cəmi 3704,01 ABŞ dolları məbləğində, ümumilikdə 30344,78 ABŞ dolları (otuz min üç yüz qırx dörd dollar yetmiş səkkiz sent) ABŞ dolları məbləğində borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş məhkəmə xərclərinin 48 (qırx səkkiz) manat hissəsinin İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Ağcabədi şəhəri, 20 yanvar küçəsində, Cavabdeh2 mülkiyyətindəki 0,1329 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 227 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 6 otaqlı, 84 nömrəli fərdi yaşayış evinə və fərdi evinin tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, Ağcabədi şəhəri, 20 yanvar küçəsində, Cavabdeh2 mülkiyyətindəki 0,1329 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 227 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 6 otaqlı, 84 nömrəli fərdi yaşayış evinin və fərdi yaşayış evinin tərkibindəki həyətyanı tikili və qurğuların ilkin satış qiymətinin 37651,20 (otuz yeddi min altı yüz əlli bir manat qəpik) manat müəyyən edilməklə həmin mənzilin açıq hərracda satış yolu ilə realizə edilməsi, Ağcabədi şəhəri, 20 yanvar küçəsində, Cavabdeh2 mülkiyyətindəki 0,1329 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 227 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 6 otaqlı, 84 nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin evdən çıxarılması və mənzil boşadılması, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalan məbləğ cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, iddia tələb i “mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin evə istifadə hüququnun itirilməsi və alıcıya təhvil verilməsi” hissəsində təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi Xəyal Sarıyev, hakimlər Məmməd Məmmədov və Elmira Nağıyeva) 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(004)1111/2017 saylı qətnaməsi 27.08.2014-cü il tarixli, 38R000001927 saylı və 19.12.2014-cü il tarixli, 038KK**********01 saylı kredit razılaşmaları üzrə zamin Cavabdeh3 borcun tutulması hissələrində ləğv edilərək, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi 2 7.08.2014-cü il tarixli, 38R000001927 saylı və 19.12.2014-cü il tarixli, 038KK**********01 saylı kredit razılaşmaları üzrə zamin Cavabdeh3 kredit borcunun tutulması hissələrində təmin edilməmiş, 06.04.2015-ci il tarixli, 038R********** saylı kredit razılaşması üzrə həmçinin borcun Cavabdeh3 tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 və vəkili X1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması, işin faktiki hallarının araşdırılmaması ilə qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən bu xüsusatlara hüquqi qiymət verilməmişdir. Belə ki, Yasamal rayon Məhkəməsinin ərazi aidiyyəti ilə bağlı 17.02.2017-ci il tarixli 2(004)-1111/2017 saylı qərardadından 10 gün müddətində apellyasiya şikayəti verilmiş və həmin mülki iş bundan sonra Bakı Apellyasiya Məhkəməsinə oradan isə kassasiya şikayəti verildiyi üçün Ali Məhkəməyə göndərilmişdir. Bütün bunları nəzərə alınarsa mülki iş Yasamal rayon məhkəməsində olmadığı və ya yuxarıda qeyd olunan qərardaddan şikayət olunduğu halda iş üzrə 06 mart 2017-ci il tarixli 2(004)-1111/2017 saylı qətnamə qəbul olunması absurd və qanunsuzdur. "İddiaçı" QSC-nin iddia ərizəsində Cavabdeh4 tərəfindən 27.08.2014-cü il tarixli, 38R000001927 saylı kredit razılaşması əsasında 24 ay müddətinə ödəni ş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 ABŞ dolları məbləğində kredit götürməsi, götürdüyü kredit borcundan 20130.93 ABŞ dolları ödəməsi, 06.04.2015-ci il tarixli 038R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürməsi, götürdüyü kredit borcundan 2869.25 ABŞ dolları ödəməsi göstərilmişdir. Nə birinci instansiya, nə də apellyasiya məhkəməsi qətnamə çıxararkən bu faktları nəzərə alıb hüquqi qiymət verməmiş, əksinə iddiaçı "İddiaçı" QSC-nin cavabdehlərə qarşı qaldırılan iddiasında kredit müqaviləsinə görə olan borc göründüyü kimi süni şəkildə, hansı əsaslarla hesablanması məlum olmadan artırılmasına göz yumulmuş, baş vermiş devalvasiya nəticəsində ABŞ dolları Azərbaycan manatına nisbətində xeyli dəyər qazanması, cavabdehlər tərəfindən ödəmə qabiliyyətini məhdudlaşması faktı nəzərə alınmamış, nəticədə ədalətsiz qətnamə qəbul olunmuşdur. İşə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında Cavabdeh3 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə alaraq, birinci instansiya məhkəməsi qətnaməsinin qanuniliyini və əsaslığını zamin Cavabdeh3 aid hissədə yoxladığından və onun apellyasiya şikayətini qismən təmin edərək, iddianı bir hissədə ona mün asibətdə rədd etdiyindən, hazırki kassasiya baxışının predmetini qətnamənin Cavabdeh3 münasibətdə iddianın təmin edilmiş hissəsinin yoxlanılması təşkil edir. Mülki işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 21.08.2014-cü il tarixli 38L000001537 saylı kredit xətti müqaviləsinə əsasən borc alana 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 22.08.2014-cü il tarixli 38M000000049 saylı ipoteka müqaviləsinə əsasən Ağcabədi şəhəri, 20 yanvar küçəsində, Cavabdeh2 mülkiyyətindəki 0.1329 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 227 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 6 otaqlı, 84 nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki həyətyanı tikili və qurğular iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə DƏDRX tərəfindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müvafiq olaraq 25.08.2014-cü il tarixli 38S000002363 saylı, 25.08.2014-cü il tarixli 38S000002364 saylı və 27.08.2014-cü 1 tarixli 38S000002381 saylı zaminlik müqavilələrinin surətlərinə əsasən zaminlər borc alanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşlər. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2014-cü il tarixli 38R000001927 saylı kredit razılaşmasının surətindən görünür ki, borc alana 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşması zamin Cavabdeh3 tərəfindən imzalanmamışdır. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 06.04.2015-ci il tarixli 038R********** saylı kredit razılaşmasının surətinə əsasən borc alana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 29900 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşması zamin Cavabdeh3 tərəfindən imzalanmış, zamin razı olduğunu bildirmişdir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 19.12.201 4-cü il tarixdə bağladığı 038KK**********01 saylı kredit razılaşmasının surətinə əsasən borc alana 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 % olmaqla, müqavilə ilə müəyyən olunmuş kredit limiti daxilində plastik kart vasitəsi ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşması zamin Cavabdeh3 tərəfindən imzalanmamışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 21.08.2014-cü il tarixli 38L000001537 saylı kredit xətti müqaviləsində mühüm şərt olan faiz dərəcəsi göstərilməmiş, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 27.08.2014-cü il tarixli 38R000001927 saylı kredit razılaşmasında və eyni tərəflər arasında bağlanmış 19.12.2014-cü il tarixli 038KK**********01 saylı kredit razılaşmasında zamin Cavabdeh3 razılığı alınmamış və zamin tərəfindən imzalanmamışdır. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, zaminin razılığı olmadan onun təminat verdiyi öhdəlik 27.08.2014-cü il tarixli, 38R000001927 saylı və 19.12.2014cü il tarixli, 038KK**********01 saylı razılaşmalara əsasən dəyişdirildiyindən və bu dəyişdirilmə zaminin məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrə səbəb ola biləcəyindən, İddiaçı QSC zamin Cavabdeh3 həmin dəyişikliklər barədə məlumat vermək və onun dəyişdirilmiş öhdəliklərə zamin olmaq niyyətinin olub-olmamasını müəyyən etmək vəzifəsi olmuşdur. Lakin, iş materiallarından və işin araşdırılan hallarından göründüyü kimi zaminə bu barədə hər hansı məlumat verilməmiş, onun hüquqlarını və qanuni mənafelərini kobud şəkildə pozmaqla, borclu ilə kredit razılaşma ları imzalanmışdır. Belə olan halda, MM-nin 477.0.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli qərarına əsasən zamin Cavabdeh3 27.08.2014-cü il tarixli, 38R000001927 saylı və 19.12.2014-cü il tarixli, 038KK**********01 saylı razılaşmaları üzrə borc öhdəliyinə görə məsuliyyət daşımadığı, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 06.04.2015-ci il tari xli 038R********** saylı kredit razılaşmasının zamin Cavabdeh3 tərəfindən imzalandığını nəzərə alaraq isə cavabdehin yalnız bu kredit razılaşması üzrə öhdəlik daşımalı olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 06.04.2015-ci il tarixli 038R********** saylı kredit razılaşması üzrə 7130,75 ABŞ dolları əsas borc, 1396,36 ABŞ dolları faiz borcu, 82,31 ABŞ dolları cərimə olmaqla, 8609,42 ABŞ dolları məbləğində borcun müştərək qaydada Cavabdeh3 tutulması hissəsində, əsaslı və qanunidir. Belə ki, Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavi lə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya və zaminlərə qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. İş materiallarında olan, 06.04.2015-ci il tarixli 038R********** saylı kredit razılaşması və ona əlavə edilmiş ödəniş planından görünür ki, həmin kredit razılaşması və ona əlavə edilmiş ödəniş planı ilə zamin Cavabdeh3 tanış edilmiş və o, həmin ödəniş planını imzalamışdır. Buna görə də, həmin müqavilə üzrə borcun həm də cavabdeh Cavabdeh3 tutulması əsa slı olmuşdur. Kassasiya şikayətində mübahisənin ərazi aidiyyəti ilə bağlı dəlillərinə müvafiq qərardaddan verilmiş şikayətlər əsasında baxılıb qiymət verildiyindən və mübahisəyə baxılarkən aidiyyət qaydaları pozulmadığından, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyildir. Borcun məbləği ilə bağlı kassasiya şikayətinin dəlilləri isə əsassızdır, belə ki, kassator borcun düzgün hesablanmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı” QSC ilə Cavabdeh4 arasında bağlanmış 06.04.2015-ci il tarixli 038R********** saylı kredit razılaşması üzrə 7130,75 ABŞ dolları əsas borc, 1396,36 ABŞ dolları faiz borcu, 82,31 ABŞ dollar ı cərimə olmaqla, 8609,42 ABŞ dolları məbləğində borcun müştərək qaydada Cavabdeh3 tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.08.2018-ci il tarixli 2(103)-7549/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-620/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-620/2019
11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver