Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-620/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3 cavabdeh “xxxx” MMC-nin vəkili X3, 3-cü çəxs vəkili X4 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı19, İddiaçı17, İddiaçı18, İddia çı20 və İddiaçı21 cavabdeh “xxxx” MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin sökülməsi” tələbinə dair ilkin və “xxxx” MMC-nin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı8, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı15, İddiaçı16, İddiaçı19, İddiaçı17, İddiaçı18, İddiaçı20, İddiaçı21 və İddiaçı14 qarşı “borcun tutulması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadlarından cavabdeh “xxxx” MMC və 3-cü çəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) ilkin iddia təmin edilərək, “xxxx” MMC-nin Zahid Xəlilov küçəsində yerləşən 26 saylı ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikilinin ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-nin hesabına sökülməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli əlavə qətnaməsi ilə (hakim K.Əmirxanova) qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən V.Sadıqov, hakimlər İ.Xəlilov və A.İmanov) İddiaçı19 iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən – İddiaçı19 aid hissədə ləğv edilmiş və həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edə n V.Sadıqov, hakimlər İ.Xəlilov və A.İmanov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)236/2019 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı20 və İddiaçı21 cavabdeh “xxxx” MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin sökülməsi” tələbinə dair hissədə, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının maraqlı şəxs Əliyev Yaşar Şamil oğluna münasibətdə qəbul edilənxx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən V.Sadıqov, hakimlər İ.Xəlilov və A.İmanov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən maraqlı şəxs Əliyev Yaşar Şamil oğlu tərəfdən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının cavabdeh “xxxx” MMC-yə münasibətdə qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən V.Sadıqov, hakimlər İ.Xəlilov və A.İmanov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh “xxxx” MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelly asiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının cavabdeh “xxxx” MMC-yə münasibətdə qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardadının tamamilə ləğv edilməsini və işin üzrə verilmiş kassasiya şikayətinin icraata götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları ay dınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının maraqlı şəxs Əliyev Yaşar Şamil oğluna münasibətdə qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardadının tamamilə ləğv edilməsini və işin üzrə verilmiş kassasiya şikayətinin icraata götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı19, İddiaçı17, İddiaçı18, İddiaçı20 və İddiaçı21 cavabdeh “xxxx” MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin dayandırılması və zirzəmiyə giriş qapısının açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz fəaliyyət göstərən “xxxx” MM C-nin göstərilən ünvanda fəaliyyətinə xitam verilməsi, avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin dərhal dayandırılması və sökülməsi, 2-ci blokun zirzəmiyə giriş qapısının dərhal açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “xxxx” MMC-nin Zahid Xəlilov küçəsində yerləşən 26 saylı ünvanda qanunsuz idarəetmə fəaliyyətinə xitam verilməsi və həmin ünvanda yerləşən qanunsuz tikilən avtomobillərin yuma məntəqəsinin sökülməsi 2-ci blokun zirzəmiyə giriş qapısının təxliyyə yolu kimi fəaliyyət göstərməsi üçün dərhal açılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan yenə iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “xxxx” MMC-nin Zahid Xəlilov küçəsi 26 saylı ünva nda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikilinin sökülməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh “xxxx” MMC cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı8, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı15, İddiaçı16, İddiaçı19, İddiaçı17, X5, İddiaçı20, İddiaçı21 və İddiaçı14 qarşı kommunal xərclərin ödənilməsi və müqavilə bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən göstərilən xidmətlərə və istilik sistemindən istifadəyə görə yaranmış borclar üzrə: İddiaçı1-1290 manat; İddiaçı2-336 manat; İddiaçı8-1215 manat; İddiaçı13-567 manat; İddiaçı7-414 manat; İddiaçı4-460 manat; İddiaçı14- 90 0 manat; İddiaçı16-696 manat borcun tutularaq “xxxx” MMC-yə ödənilməsi, adı çəkilən mənzil mülkiyyətçilərinin üzərinə istifadə etdikləri kommunal xidmətlərə, o cümlədən istilik təchizatına görə “xxxx” MMC ilə müqavilə bağlanması öhdəliyinin qoyulmasına, “xxxx” MMC tərəfindən göstərilən xidmətlərə və istilik sistemindən istifadəyə görə yaranmış borclar üzrə: İddiaçı3-3156 manat; İddiaçı12-1070 manat; İddiaçı5-360 manat, İddiaçı10-507 manat; İddiaçı11-395 manat; İddiaçı15 -696 manat; İddiaçı19-594 manat, İddiaçı17-424 manat; İddiaçı18-265 manat; İddiaçı20 -691 manat, İddiaçı21 -432 manat; 154 saylı mənzil üzrə kommunal 216 manat və 157 saylı mənzil üzrə 216 manat borcun tutularaq “xxxx” MMC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra “xxxx” MMC iddia ərizəsinə də qiqləşmə təqdim edərək, “xxxx” MMC tərəfindən göstərilən xidmətlərə və istilik sistemindən istifadəyə görə yaranmış borclar üzrə: İddiaçı1-1485 manat; İddiaçı2-896 manat; İddiaçı8-1600 manat; İddiaçı13-1082 manat; İddiaçı7-939 manat; İddiaçı4-780 manat; İddiaçı14-1700 manat; İddiaçı16-1416 manat, İddiaçı3-3726 manat; İddiaçı12-1950 manat; X1-1007 manat, İddiaçı10-1047 manat; İddiaçı11-1083 manat; İddiaçı15 -1416 manat; İddiaçı19-1154 manat, İddiaçı17954 manat; İddiaçı18-795 manat; İddiaçı20 -1251 manat, İddiaçı21 -1512 manat borcun tutularaq “xxxx” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra “xxxx” MMC iddia ərizəsinə dəqiqləşmə verərək, “xxxx” MMC tərəfindən göstərilən xidmətlərə və istilik sistemindən istifadəyə görə yaranmış borclar üzrə: İddiaçı12199 ma nat; İddiaçı2-883 manat; İddiaçı8-1600 manat; İddiaçı13-1082 manat; İddiaçı7939 manat; İddiaçı4-780 manat; İddiaçı14-1700 manat; İddiaçı16-1416 manat, İddiaçı33726 manat; İddiaçı12-1950 manat; X1-1007 manat, İddiaçı10-1047 manat; İddiaçı111083 manat; İddiaçı15 -1416 manat; İddiaçı19-1154 manat, İddiaçı17-954 manat; İddiaçı18-795 manat; İddiaçı20 -1251 manat, İddiaçı21 -1512 manat borcun tutularaq tutularaq “xxxx” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, “xxxx” MMC-nin Zahid Xəlilov küçəsində yerləşən 26 saylı ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikilinin ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-nin hesabına sökülməs i qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli əlavə qətnaməsi ilə qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı19 iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən – İddiaçı19 aid hissədə ləğv edilmiş və həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaç ı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı20 və İddiaçı21 cavabdeh “xxxx” MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin sökülməsi” tələbinə dair hissədə, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının maraqlı şəxs Əliyev Yaşar Şamil oğluna münasibətdə qəbul edilənxx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən V.Sadıqov, hakimlər İ.Xəlilov və A.İmanov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən maraqlı şəxs Əliyev Yaşar Şamil oğlu tərəfdən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının cavabdeh “xxxx” MMC-yə münasibətdə qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən V.Sadıqov, hakimlər İ.Xəlilov və A.İmanov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Hazırda maraqlı şəxs tərəfdən Bakı Apellyasiya Məhkəməsinin maraqlı şəxs münasibətdə qəbul edilənxx xxxxxx 2019-cu il tarixli qərardadından və cavabdeh “xxxx” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının cavabdeh “xxxx” MMC-yə münasibətdə qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməmə li, apellyasiya instansiyası məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, hər iki kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətlərini qanunla nəzərdə tutulmuş 2 aylıq müddət ötdükdən sonra vermişlər. Qətnamədən vaxtında kassasiya şikayəti verilməsi ilə əlaqədar maraqlı şəxs tərəfdən verilmiş kassasiya şikayətinin dəlilləri ilə bağlı nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnamə sinin və qərardadının surəti maraqlı şəxs iş materillarına əsasən məlum olan, həmçinin özü tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilən ünvan üzrə poçt vasitəsilə göndərilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi tərəfindən xx.xx.2019-cu il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi olaraq qəbul edilmişdir. Qətnamə təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda, tərəfdən kassasiya şikayəti qanunda nəzərdə tutulduğundan gec, xx.xx.2019-cu il tarixdə verilmiş və eyni zamanda “Müddətin bərpa edilməsi barədə” vəsatət verilməmişdir. Eyni zamanda qətnamədən vaxtında kassasiya şikayəti verilməsi ilə əlaqədar cavabdeh “xxxx” MMC tərəfdən verilmiş kassasiya şikayətinin dəlilləri ilə bağlı nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surəti cavabdeh “xxxx” MMC-nin iddia ərizəsində, həmçinin MMC tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilən ünvan üzrə poçt vasitəsilə göndərilmişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surəti cavabdeh “xxxx” MMC-nin nümayəndəsi tərəfindən xx.xx.2019-cu il tarixdə xəbərnaməyə imza edilməklə rəsmi olaraq qəbul edilmişdir. Qətnamə təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda, cavabdeh “xxxx” MMC tərəfindən kassasiya şikayəti qanunda nəzərdə tutulduğundan gec, xx.xx.2019-cu il tarixdə verilmiş və eyni zamanda “Müddətin bərpa edilməsi barədə” vəsatət də verilməmişdir. Azərbaycan Respubl ikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadların ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs və cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının cavabdeh “xxxx” MMC-yə münasibətdə qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının maraqlı şəxs münasibətdə qəbul edilən xx xxxxxx 2019-cu il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-620/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-620/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver