Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6205/2019 19.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi),Quliyev Gündüz Ağababa oğlundan və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi,iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisinin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedisinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2019-cu iltarixliqətnaməsiilə (hakim A.S.Məmmədov; 2(004)-1/2019)İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılmasına” dair iddia tələbi təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu tarixli qətnaməsi ilə (hakimlərİ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C. Kazımov; 2(103)-5789/2019) iddiaçı İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2019-cu iltarixliqətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ASC cavabdehlər Cava bdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılmasına dair iddia ərizəsi ilə məkəməyə müraciət edərək, ipoteka predmeti olan X2 məxsus olan Bakı şəhəri,********************************** mənzili satıldıqda həmin evdə qeydiyyatda olan cavabdehlərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılması; iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "İddiaçı" ASC filialı ilə Cavabdeh2 arasında bağlanmış 03.12.2008-ci il tarixli, ********** saylı Kredit müqaviləsinə əsasən iri və xırda buynuzlu mal-qara alınması məqsədilə istifadə etmək üçün ca vabdehə 3 (üç) il müddətinə 60 000 (altmış min) manat məbləğində kredit verilmişdir.Kredit Müqaviləsinin 2.4.-cü bəndinə borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit Müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq, 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 %-lə hesab olunur.Kredit Müqaviləsinin 6.3-cü maddəsinə əsasən Borc alan tərəfindən kredit üzrə Borc verənə çatmalı olan faizlər rübün son ayı başa çatanadək ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur.Kredit öhdəliyinin təmin edilməsi üçün 03.12.2008-ci il tarixli ********** İpo teka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə X2 məxsus olan Bakı şəhəri, ********************************** mənzili (ümumi sahə 62 kv.m., yaşayış sahəsi45 kv.m., Çıxarış Seriya MH№ ************, qeydiyyat nömrəsi **********, verilmə tarixi 15.01.2008-ci il) ipoteka ilə yüklü edilmişdir.İpoteka müqaviləsi dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmişdir. AR DƏDRX HDQHDƏD Reyestrindən Çıxarışa əsasən (Seriya MH№ **********, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 16.12.2008-ci il) yüklülüyün qeydiyyatı aparılmışdır. İpoteka müqaviləsinə əsasən 03 dekabr 2008-ci il tarixli Kredit müqaviləsi üzrə borcun əsas məbləğinin, faizlərin, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin və dəbbə pulunun, həmçinin Cavabdeh2 Şabi oğlunun Bank qarşısında yaranacaq bütün digər öhdəliklərin təminatıdır.Cavabdeh2 Şabi oğlu kredit vəsaitindən istifadə etmiş, lakin kreditin ödənmə qrafikini pozaraq, əsas kredit borcunu və hesablanmış faizləri ödəməmiş, bununla da müqavilə şərtlərini və AR Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur.Cavabdehə kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, habelə bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər kredit borcunun və hesablanmış faizlərin ödənilməsi təmin edilməmişdir.Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən Borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 20 % miqdarı nda Banka dəbbə pulu ödəməlidir. 19 sentyabr 2013-cü il tarixinə Cavabdeh2 Şabi oğlunun Banka 15059,56 (on beş min əlli doqquz) manat (əlli altı) qəpik əsas, 618,49 (altı yüz on səkkiz) manat (qırx doqquz) qəpik faiz, 12 334,26 (on iki min üç yüz otuz dörd) manat (iyirmi altı) qəpik dəbbə pulu, ümumilikdə 28 012,31 (iyirmi səkkiz min on iki) manat (otuz bir) qəpikməbləğində borcu var. Yasamal MTK tərəfindən verilmiş 04.11.2008-ci il tarixli, 120 saylı arayışa əsasən X2 məxsus olan Bakı şəhəri, ****************************** mənzildə Cavabdeh1 başqa onun ailə üvləri, Cavabdeh4 (həyat yoldaşı- təvəllüdü 1938), Cavabdeh3 (oğlu - təvəllüdü 1967), Cavabdeh5 (gəlini - təvəllüdü 1975) və X8 (nəvəsi - təvəllüdü 2007) qeydiyyatdadır. Kredit Müqaviləsinə əsasən Borc alanın əmlak vəziyyətinin pisləşm əsi, borcu ödəmək qabiliyyətinin olmaması müəyyən olunan hallarda kreditin verilməsini dayandırmaq və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək Bankın hüququdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosessində olan Ləğv prosessində olan İddiaçı ASC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək həmin işin yenidən baxılması üçün və kassasiya şikayətində qeyd edilən məsələlərin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 26, 61, 125,127-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 15.4, 76.1, 77.1, 80, 88-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 507, 1360.1-ci maddələrinin pozulması ilə çıxarılmış,işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək ipoteka müqaviləsinin tam əsaslı və qanunla müəyyən edilmiş qaydada bağlanmaslna əhəmiyyət verilməmişdir. Tərəflərin İzahatları Məhkəməkollegiyasınıniclasında iddiaçı Ləğv prosessində olan ASC-nin İddiaçı ASC-nin ləğvedicisinin vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahişetdi. Cavabdeh3 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün iş in kassasiya baxışında onların izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instan siyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-05/2018 saylı, 01 mart 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə Cavabdeh3 qarşılıqlı iddia tələbi təmin edilmiş, X4 ilə İddiaçı ASC arasında bağlanmış 03.12.2008-ci il tarixli, 579 İ saylı İpoteka müqaviləsinə xitam verilmiş, Bakı şəhəri, ******************************** mənzili İddiaçı ASC qarşısında olan ipoteka yüklül üyündən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan qətnaməyə əsasən X4 ilə İddiaçı ASC arasında bağlanmış 03.12.2008ci il tarixli,*********** saylı İpoteka müqaviləsinə xitam verilmişdir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğuna görə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1 -ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmaqla qanuni və əsalı olduğuna həmin qətnaməni dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və p rosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6205/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6205/2019
19.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver