Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6207/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli 2(103)-6766/2019 nömrəli qətnaməsindən İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və vəkil Nəvazi Əz izli tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 30.01.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 2.637,68 ABŞ dolları əsas, 1.614,96 ABŞ dolları faiz, 1.066,85 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5.319,49 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən Sərdar Mehrəliyev) 30.01.2019-cu il tarixli 2(011)-135/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.01.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 2.637,68 ABŞ dolları əsas, 686,24 ABŞ dolları faiz, 66,85 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3390,77 ABŞ dol ları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borcun və ödənilmiş dövlət rüsumunun 18,90 manat hissəsinin tutularaq İddiaçı ASC-nə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 94,50 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 55,50 manatının iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutulub dövlət nəfinə keçirilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Zaur Əliyev - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) 15.05.2019-cu il tarixli 2(103)-6766/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-135/2019 saylı iş üzrə 30 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. Kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarılmadığınd an Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili X2 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəb ləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddia qismən təmin edildiyindən və iddiaçı iddianın təmin edilməmiş hissəsini mübahisələndirdiyindən, iddiaçının kassasiya şikayəti əsasında qətnamənin iddianın təmin edilməmiş hissəsinin qanuniliyi yoxlanılır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 30.01.2015-ci il tarixli kredit kartının verilməsi və istifadəsinə dair müqaviləsinə əsasən bank tərəfindən borcalana 12 ay müddətinə illik 32% hesablanması şərti ilə 5.100 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabd eh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, kredit məbləğini Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Buna baxmayaraq, əsas borclu Cavabdeh1, ödəmələri qrafik üzrə aparmamış və öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, 15.11.2017-ci il tarixə cavabdehin əsas borcunun 2.637,68 ABŞ dolları, faiz borcunun 1.614,96 ABŞ dolları və cərimə borcunun isə 1.066,85 ABŞ dolları təşkil etməsini təsdiqləyən sübut kimi maliyyə arayışı vermişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04.01.2019-cu il tarixli rəyi ilə Cavabdeh1 banka 12.10.2016-cı il tarixə əsas borc üzrə 2.608,18 ABŞ dolları, faiz borcu üzrə 686,24 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəm əsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında təd qiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Kassator kredit borcun düzgün hesablanmamasını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, iş üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək keçirilmiş, kredit borcunun məbləği ekspert rəyinə uyğun olaraq müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiya məhkəməsi göstərilən normada əks olunmuş imkandan istifadə edərək, dəbbə pulunu a zaltmış və bu zaman hər hansı maddi hüquq normasının tələbini pozmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsihazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndiril ən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli 2(103)6766/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6207/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6207/2019
02.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver