Məhkəmə qərarları › İş №2(102)-621/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-621/2019

06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-621/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2019-cu il İş 2(102)-621/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, İddiaçı və vəkili X Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin19 aprel 2018-ci il tarixli qətnaməsiilə (T.S.Kərimov, iş2(001)-887/2018) İddiaçı cavabdehlər x2 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə (X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.E.Nağıyeva, iş2(103)-8311/2018) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(103)-887/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili X kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəişinyeniapellyasiyabaxışınagöndərilməsinixahişetmişlər. Məhkəməiclasınınvaxtıvəyeribarədətərəflərəlazımiqaydadaxəbərverilmiş, tərəflər üzürsüzsəbəbdənməhkəməiclasınagəlmədiklərindənkassasiyakollegiyasıişəonlarıniştirakıolmadan baxılmasınımümkünhesabetmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər x2 və X6 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək cavabdehlərdən müştərək qaydada 130.000 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili X kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman sübutlara düzgün hüquqi qiymət verilməmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarına ə lavə edilmiş Cavabdeh1 Cavabdeh2 qarşı nikahın pozulması, uşağın himayədə saxlanılması və alimentin tutulması tələbinə dair iddiası üzrə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək tərəflər arasında Binəqədi “Leyla” Nikah evində 25 dekabr 2002-ci il tarixdə nikahın bağlanması haqqında akt kitabında 892 nömrə ilə qeyd edilməklə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 25 noyabr 2009-cü il təvəllüdlü X4 anası Cavabdeh1 yanında qalması və 30 mart 2017-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh2 hər ay qazancının (başqa gəlirinin) 1/4 hissəsi miqdarında və 87 manat sabit pul məbləğində alimentin Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. İşdə olan Cavabdeh2 cavabdeh X2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)11395/2017 saylı, 01 dekabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, mübahisənin predmetini cavabdehlə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Masazr qəsəbəsi, “Park Solero” yaşayış kompleksi, 7-ci sırada yerləşən torpaq sahəsində inşa edilmiş 3-cü evin və evin yerləşdiyi torpaq sahəsinin aralarında bölünərək, torpaq sahəsinin 1/2 hissəsində mülkiyyət hüququnun tanınması, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə yaşayış hüquqları tanınaraq köçürülməsi tələbi təşkil etmişdir. İş materiallarından məlum olur ki, Cavabdeh1 və nümayəndəsi evin alınması üçün bütün ödənişlərin cavabdeh t ərəfindən edildiyini bildirmişlər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)11395/2017 saylı, 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş ümumi əmlakın bölünməsi tələbinə dair iddiası qismən təmin edilərək tərəflərin birgə nikahları dövründə əldə edilmiş ünvan 1ində yerləşən RX, ******* saylı çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin 1/3 hissəsinə iddiaçı Cavabdeh2 pay hüququnun tanınması, qalan 2/3 hissəsinin X1 mülkiyyətində saxlanılması, iddiaçı Cavabdeh2 oğlunun ünvan 1ində yerləşən RX, ******* saylı çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi, hüquqi xidmətə görə ödənilmiş 200 manat vəsaitin Cavabdeh1 alın araq iddiaçı Cavabdeh2 ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı ilə X3 arasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli mövcud borcun etirafı haqqında müqavilədən görünür ki, İddiaçı tərəfindən 25 yanvar 2014-cü il tarixdə Cavabdeh1 130000 ABŞ dolları məbləğində borc pul verilməsi, Cavabdeh1 tərəfindən İddiaçı həmin məbləğdə borc pul aldığının etiraf edilməsi müqavilənin predmetini təşkil etmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh1 borca aldığı pul vəsaitini 31 dekabr 2016-cı il tarixinədək qaytarmağı öhdəlik olaraq üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında 27 fevral 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən illik faiz dərəcəsi 9% müəyyən edilməklə 84 ay müddətinə qaytarılması şərti ilə 96550 manat məbləğində kreditin cavabdehin mülkiyyətinə verilməsi, cavabdeh tərəfindən isə həmin kreditin qəbul edilməsi və faizi ilə birlikdə iddiaçıya qaytarılması müqavilənin predmetini təşkil etmişdir (müqavilənin 1- ci bəndi). İşdə olan kreditor-ipoteka saxlayan “xxxx” ASC ilə alıcı-ipoteka qoyan Cavabdeh1 və satıcı X9 arasında 27 fevral 2014-cü i İ tarixdə bağlanmış "alğı-satqı və ipoteka müqaviləsi"ndən görünür ki, satıcı tərəfindən mülkiyyət hüququ əsasında özünə məxsus ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsini 11400 manata satılması, əmlakın satış qiymətinin tam olaraq kreditor-ipoteka saxlayan tərəfindən 27 fevral 2014-cü il tarixli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabın a ödənilməsi, alıcı-ipoteka qoyan tərəfindən torpaq sahəsini (ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən kreditor-ipoteka saxlayan qarşısında 27 fevral 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq ipotekaya qoyulması müqavilənin predmetini və əsas şərtlərini tiəşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 25 dekabr 2002-ci il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuşlar və birgə nikahlarından 25 noyabr 2009-cu il tarixdə X7 adında övladları dünyaya gəlmişdir. Münasibətləri 2016-cı ilin əvvəllərindən pozulmuş, faktiki olaraq həmin vaxtdan ayrı yaşayaraq aralarında nikahın pozulması barədə dəfələrlə şifahi söhbətlər aparmış və 30 mart 2017-ci il tarixdə Cavabdeh1 tərəfindən qaldırılan iddia əsasında 03 may 2017-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulmuşdur. Daha sonra Cavabdeh2 iddiası ilə Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın bölgüsü aparılmış və həmin iddiaya baxılan zaman hazırkı mübahisənin predmetini təşkil edən 16 sentyabr 2016-cı il tarixli “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” üzrə Cavabdeh1 tərəfindən Cavabdeh2la birgə nikah dövründə qazanılmıış borc öhdəliyi üzrə payların müəyyən edilməsinə dair qarşılıqlı iddia verilməmiş, həmin məhkəmə çəkişməsi zamanı bununla bağlı hər hansı fikir səslənməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların h ər birinin mülkiyyəti hesab edə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. -324.6-cı maddəsinə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etib arsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. -337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -340.1-ci maddəsinə əsasən üydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. -340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İş materiallarından məlum olur ki, Cavabdeh1 2014-cü ilin 25 yanvar tarixində qardaşından evin tikintisi üçün 130000 ABŞ dolları məbləğində borca pul götürdüyü halda, hansı zərurətdən yenidən bir ay sonra-27 fevral 2014-cü il tarixdə 96550 manat pulun götürüldüyünü izah edə bilməmiş, alınan pulların hamısının fərdi yaşayış evinin tikintisinə xərclədiyini göstərsə də, bunlara dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən dəvət edilmiş şahid Vüqar Mamedov evin tikintisinin və təmirinin tam əvvəldən başlayaraq, sona qədər tərəfindən aparıldığını, bütün alınan materialların onun iştirakı ilə alındığını, ustalara 30000 manat pulun verildiyini, materiallara təxminən 60000 manat pulun xərcləndiyini göstər mişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan imzasız qaimələr məhz Cavabdeh1 tərəfindən evin tikintisi üçün materialların alınması üçün xərclənmiş pulun sübutu kimi qəbul edilə bilməz. İş materiallarından məlum olur ki, iddiaçı sözügedən mənzilin məhz onun cavabdehlərə borc olaraq verdiyi 130.000 ABŞ dolları məbləğində pul ilə tikildiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi 16 sentyabr 2016-cı il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanılaraq görünüş xarakteri daşıdığından uydurma əqd hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birin ci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər 16 sentyabr 2016-cı il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləni Cavabdeh1 əri olan digər Cavabdeh2la münasibətlərinin faktiki olaraq pozulduğu, ayrı yaşadıqları və nikahlarının rəsmi şəkildə pozulması söhbətləri gedən bir vaxtda bağlamaqla məqsədləri gələcəkdə cavabdehlər arasında olması gözlənilən əmlak bölgüsü zamanı ondan istifadə edilməsi olmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kass asiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 15 avqust 2018-ci il tarixli, 2(103)-8311/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar