Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-621/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, öhdəliyin icra edilməməsi, kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2(103)5189/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 4 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazıl ı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 17 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 18.000 manat məbləğində faizsiz borc vermis, cavabdeh borcu xx.xx.2024-cü il tarixinədək iddiaçıya qaytarmaq öhdəliyini üzərinə götürmüşdür.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə prentenziya ilə müraciət edərək, borcun 5 gün müddətində iddiaçının hesabına ödənilməsini təmin edilməsi tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.000 manat, eləcə də pul vəsaitini uzun müddət ərzində gecikdirdiyi üçün, onu qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini gecikdi rdiyi üçün 1800 manat, müdafiəçiyə ödənilmiş 320 manat, kredit müqaviləsi üzrə xərc 36 manat, etibarnaməyə ödənilmiş 18 manat, ümumilikdə 20.174 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, o, dəfələrlə müraciət etsə də, cavabdeh borc məbləğini qaytarmamışdır. Müqavilənin 8-ci maddəsində göstərilmişdir ki, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək iddia tələbini qəbul etmədiyini, əlavə olaraq borc müqaviləsini oxumadan imzaladığını, notariusda olarkən ona müqavilədə qeyd olunan pul vəsaitinin v erilmədiyini, iddiaçıya yalnız icarə haqqı olaraq 18.000 manat borcu olduğunu bildirmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 21 may 2024-cü il tarixli, 2(005)-2058/2024 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi qismən təmin edilərək, cavabdehdən 18000 manat əsas borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 320 manat xidmət haqqı, kredit müqaviləsi üzrə 36 manat xərc və etibarnaməyə görə ödənilmiş 18 manat olmaqla, cəmi 18374 manatın iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı notarial qaydada təsdiqlənmiş borc müqaviləsi üzrə cavabdehə 18000 manat pul vəsaitinin verilməsini iddia edir, cavabdeh həmin müqavilə üzrə ona heç bir vəsaitin verilmədiyini, həmin müqavilənin aldadılma nəticəsində imzaladığını bildirir, lakin iddiaçı iddia tələbinin dəlillərini əsaslandıran müvafiq sübutları təqdim etsə də, cavabdeh etirazın dəlilləri ilə bağlı, həmin borc məbləğinin geri qaytarılmasına dair ödəniş qəbzi və ya borcunu ödəməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, bundan başqa etirazında qeyd olunanlar öz təsdiqini tapmamış, xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsinin aldatma nəticəsində bağlanmış əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qanuni və əsaslı olduğundan təmin olunmalı, cavabdehdən 18000 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməlidir.
8. Məhkəmə qeyd etm işdir ki, borc müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur.
9. İddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir.
10. Məhkəmə iddia tələbinin “bank uçot dərəcəsinə əsasən əldən çıxmış faydanın tutulması” ilə bağlı Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında şərh olunan hüquqi mövqeyə əsasən hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 425.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2, 337.1, 337.2, 339.2, 339.3, 339.6, 449.1ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarıa; Azərbaycan Respublikası “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 121.1, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şik ayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsində borcverənin borcalana borc verdiyi pulun hansı formada borcverənə təqdim olunacağı barədə müddəa öz əksini tapsa da (notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir), bununla bağlı, cavabdehə 18.000 manat pulun verilməsi barədə qəbz iş materiallarına əlavə edilməmişdir. Belə ki, iddiaçının özü tərəfindən ilkin olaraq öhdəliyin, həqiqətən, yerinə yetirilməsi, 18.000 manat məbləğində borcun, həqiqətən də, hansısa formada (nağd və ya nağdsız, notarius depozitinə qoyulma vasitəsilə və s.) borcalana verilməsini təsdiq edən hər hansı sübut iddia ərizəsinə əlavə edilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsində borcun hansı formada verildiyi qeyd olunmamış, iddiaçı tərəfindən 18.000 manat pul məbləği depozitə qoyulmuş və sonradan özü tərəfindən götürülmüşdür. Cavabdehə həmin gün heç bir məbləğ verilməmişdir. Bu fakt da müqavilənin qanunsuz və əsassız olduğunu sübut edir. Məhkəmə tərəfindən 9 saylı notariat ofisinə bununla bağlı hər hansı bir sorğu verilməmişdir. Məhkəmə iş üzrə heç bir araşdırma aparmamış, tərəflər arasında daha əvvəllər hansı münasibətin olması müəyyənləşməmiş, iddiaçının cavabdehə 18.000 manat məbləğində kifayət qədər vəsaitin hansı səbəbdən verilməsini sübuta yetirməmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, Dəmir yol vağzalının şərq hissəsində yerləşən ünvanda qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanmışdır. Qeyd olunan qeyri-yaşayış sahəsi 600 manat məbləğinə icarə verilmiş, icarə müqaviləsinin müddəti 2 il müddətinə nəzərdə tutulmuşdur. Cavabdehin qeyd edilən icarə müqaviləsi üzrə 3 aylıq 1800 manat məbləğində borcu qaldığından, iddiaçı cavabdehə qeyd olunan icarə müqaviləsinin bitməsindən sonra borc müqaviləsini imzalatmışdır. Cavabdeh 1800 manat borcunun əvəzinə 18.000 manat məbləğində yüksək borc müqaviləsinə imza etdirilmişdir. Nərimanov Rayon Məhkəməsi isə qeyd olunan xüsusatların heç birini araşdırmamışdır. Bundan əlavə, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dəmir yol vağzalının şərq hissəsində yerləşən ünvanda qeyri-yaşayış sahəsinin idarə edilməsi ilə bağlı etibarnamə verilmişdir. Cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan ünvan 2bad qəsəbəsi, ev 22, mənzil 30 ünvanıdır. Lakin iddia əri zəsi isə Nərimanov Rayon Məhkəməsinə verilmişdir ki, bu xüsusatda AR MPM-nin 35.1-ci maddəsinin tələblərinin aşkar şəkildə pozulmasını sübut edir. Belə ki, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu Cəbrayıl Rayon Məhkəməsinə, ya da faktiki yaşadığı Qaradağ Rayon Məhkəməsinə verilməli idi. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədə icra yeri birmənalı olaraq göstərilməmişdir.
14. Məhkəmə kollegiyasının iclasında məhkəmə iclas katibi tərəfindən cavabdehin nümayəndəsi və vəkili ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq istinad olunan 17 fevral 2023-cü il tarixli qəbzdəki imzanın cavabdehə məxsus olub-olmaması soruşulmuş, cavabdehin vəkili cavabdehlə əlaqə saxladığını, qəbzdəki imzanın ona məxsus olduğunu təsdiq etdiyini bildirmişdir.
15. Bakı Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5189/2024 nömrəli 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), G.T.Axundova və F.H.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı qanunvericiliklə mübahisə edilən kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmiş, cavabdehin iddia ərizəsinə etirazında və apellyasiya şikayətində etirazının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.
17. Kollegiya apellyatorun məhkəmə tərəfindən aidiyyət qaydalarının pozulması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 4-cü bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. Göründüyü kimi öhdəliklərin yarandığı yer Nərimanov rayonu ərazisidir (9 saylı notariat kontoru-ünvan 5 ünvanında yerləşir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Belə olan halda, kollegiya hesab etmişdir ki, hazırki iddia iddiaçının seçiminə görə düzgün olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmiş, aidiyyət qaydaları pozulmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445.2.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış əqdin etibarlılığı ilə bağlı araşdırma aparılmamışdır. Belə ki, məhkəmə notarial kredit müqaviləsinin bağlanma şərtləri ilə bağlı araşdırma aparsa da, idd iaçının cavabdehə hansı səbəbdən 18.000 manat məbləğində borcu verməyini, tərəflər arasında etibarlı əlaqələrin olub-olmamasını araşdırmamışdır. İş materilallarında olan xx.xx.2020-ci il tarixli etibarnamənin məzmunundan müəyyən olunur ki, iddiaçı cavabdehə Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmiryolu vağzalının şərq hissəsində yerləşən 21 kv.m qeyri-yaşayış binasından istifadə etməyi, idarə etməyi və digər səlahiyyətləri vermişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixdə qeyd olunan qeyriyaşayış sahəsinin icarəsi ilə bağlı tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Müqavilə 2 il müddətinə bağlanmış və müqavilənin bitmə müddəti xx.xx.2023-cü il olaraq tərəflər arasında qəbul edilmişdir. İddia tələblərinin əsasını təşkil edən və tərəflər arasında 18.000 manat borc öhdəliyinin yaranması ilə bağlı olan kredit müqaviləsi icarə müqaviləsinin müddətinin bitməsindən 15 gün sonra xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan bu xüsusatlar araşdırılsa idi, cavabdehin verdiyi izahatlar və mövqeyində bildirdiyi 1800 manat icarə haqqına görə borcunun olması məsələsi aydınlaşar və xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin etibarsızlığı ilə bağlı xüsusatlara cavab tapılardı. Bundan əlavə, tərəflər arasındada icarə müqaviləsinin olması işin danılmaz hissəsidir, lakin mübahisənin icarə müqaviləsi üzrə və yaxud kredit müqaviləsi üzrə olması ilə bağlı məhkəmə tərəfindən hər hansı bir araşdırma aparılmamışdır.
21. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 700.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 106.1, maddəsinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004–cü il tarixli qərarına istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki bağlanarkən qüvvədə olan redaksiyada) Məcəlləsi (tərəflər arasında müqavilə
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə
442. Öhdə liyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür.
25. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
27. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı fo rmada bağlanır.
28. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiya sı belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.
34. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
35. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə əsasında iddiaçıdan aldığı 18.000 manat borcu öhdəliyin icra müddəti xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürdüyü halda borcu qaytarmamışdır.
36. Cavabdeh in iddiaya etirazının və kassasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, tərəflər arasında əslində kredit müqaviləsi deyil, icarə münasibətlərindən yaranmış 18.000 manat borcun etirafı barədə müqavilə bağlanmış, məhkəmə mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin bu dəlilləri yoxlanaraq iddiaya etirazın əsası kimi istinad edilmiş halların sübutlarla təsdiq edilmədiyi, kredit müqaviləsi bağlanarkən pul vəsaitinin iddiaçıya verildiyi təsdiq edilmişdir.
38. İşin faktiki hallarını araşdırmaq və sübutları qiymətləndirmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olduğundan kollegiya yalnız kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual normaların pozuntusuna yol verilibverilmədi yini araşdıraraq belə nəticəyə gəlir ki, işə baxmış məhkəmə tərəfindən maddi və prosessual pozuntulara yol verilməmişdir. Buna görə də kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 2(103)-5189/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.