Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6211/2019 03.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsindən “xxxx” QSC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(001)-1357/2016, hakim K.B.Əsədov) “xxxx” ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 4.928 ABŞ dolları əsas borc, 11.599 ABŞ dolları faiz borcu, cəmi 16.528 ABŞ dollarının manat məzənnəsi ilə alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh1 məxsus olan “X5” markalı, **-DT-*** qeydiyyat nişanlı minik avtomobilinin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-557/2018, hakimlər E.M.Həsənov, X.A.Mərdanova, İ.Ş.Vəliyev) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edi lmiş, iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada əsas kredit borcu üzrə 9064 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış 29 may 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş 2009-cu il buraxılışlı “X5” markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtonəqliyyat vasitəsinin hərracda satılaraq onun satışından əldə olunmuş pul vəsaitinin hesabına banka ödənilməli olan kredit borcunun ödənilməsi, “xxxx” QSC-yə ödənilməli olan əsas kredit borcu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmiş; iddia qalan hissədə rədd edilmi şdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-4478/2018, hakimlər V.Ə.İbayev, A.K.Kalbalıyev, Ə.Ə.Əliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il il tarixli qətnaməsi ilə (iş № 2(103)-1568/2019, hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov, A.Ə.Hüseyn) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada əsas kredit borcu üzrə 9064,56 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə iddiaçının xeyrinə tutu lması, tələbin Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış 29 may 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş 2009-cu il buraxılışlı “X5” markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtonəqliyyat vasitəsinin hərracda satılaraq onun satışından əldə olunmuş pul vəsaitinin hesabına banka ödənilməli olan kredit borcunun ödənilməsi, “xxxx” QSC-yə ödənilməli olan əsas kredit borcu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin iddianın təmin edilməməsi hissəsində ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 29 may 2009-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh1 illik 20 faiz olmaqla, 36 ay müddətinə 27.670 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus avtomobil bankın xeyrinə yüklü edilmişdir. Eyni zamanda “xxxx” ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. 05 yanvar 2016-cı il tarixdə“xxxx” ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasi ya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iddianın faiz borcunun tutulması hissəsində rədd edilməsi barədə gəldiyi nəticə həm tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə, həm də mülki qanunvericiliyin normalarına uyğun deyildir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun borclu və zamindən müştərək qaydada tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini cavabdehə vermişdir. Borclu müqavil ə üzrə müəyyənləşdirilmiş pul məbləğini alsa da, müqavilə üzrə öhdəliyi yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçı qarşısında müqavilə üzrə öhdəliyin icra etmək vəzifəsi, iddiaçının isə həmin öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Cavabdehlər müqavilə üzrə öhdəliyi yerinə yetirmədiklərindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, cavabdehlərdən iddiaçı tərəfindən tələb edilən 16.528 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, həmin qətnamədən cavabdehlər tərəfindən ayrı-ayrılıqda veilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətn amə qəbul edilmiş, cavabdehlərdən 9.064 ABŞ dolları məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. İddiaçının şikayəti əsasında apellyasiya məhkəməsinin qətnaməsi kassasiya instansiya məhkəməsi tərəfindən ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən alınmış 21 fevral 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh1 “xxxx” ASC-yə 29.05.2012-ci il tarixə əsas borc üzrə 18906 ABŞ dolları, faiz borcu üzrə 5034 ABŞ dolları olmaqla, cəmi 23.941 ABŞ dolları borcu müəyyən edilmişdir. Cavabdeh1 tərəfindən edilmiş 14.876 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmaqla onun banka 9064 ABŞ dolları məbləğində borcu müəyyən e dilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və gəlirin, çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Apellyasiya məhkəməsi iddiaçının yalnız kredit müqaviləsinin müddəti bitən tarixə, yəni 29 may 2012-ci il tarixə kimi müqavilə üzrə hesablanmış faiz borcunun ödənilməsini tələb etmək hüququnu nəzərə alaraq və qeyd edilən ekspert rəyinə istinad edərək hesab etmişdir ki, iddiaçının tələbi 9.064 dolların manat məzənnəsi ilə tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətn aməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6211/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6211/2019
03.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver