Məhkəmə qərarları › İş №2(102)-6216/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-6216/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6216/2021 01.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov iddiaçı X2 vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X2 vəkili Vəkil Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)2049/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin tələblərinə cavab vermədiyindən, icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan orderdən görünür ki, iddiaçı X3 ona hüquqi xidmətin göstərilməsi üçün Vəkil ilə müqavilə bağlamışdır. Lakin kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalansa da, iddiaçı tərəfindən imzalan mamışdır. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 408.1.1.-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Göstərilən Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyas ı məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.3 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı X2 vəkili Vəkil tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2049/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və kassasiya şikayətinin geri qaytarılma məsələsinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar