Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6218/2019 19.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlundan və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi,cavabdeh Ləğv prosessində olan Cavabdeh ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Cavabdeh Ləğv prosessində olan Cavabdeh ASC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 mart 2018-ci iltarixliqətnaməsiilə (hakim A.R.Tağıyev; 2(009)-12/2018) iddi təmin edilməmiş, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 50(əlli) manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq dövlət büdcəsinə (hesab;X5 VÖEN**********, Kod: ********** m/h AZ41NABZ******************** SFİFT Bik: CTREAZ22,Azz.MEM VÖEN**********, hesab AZ4CTRE********************) köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2018-ci tarixli qətnaməsi ilə (hakimlərR.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), S.F.Hacıyev və F.Ş.Talışınski; 2(103)-6250/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 mart 2018-ci iltarixliqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu tarixli qər arı ilə (hakimlərƏ.A.Əhmədov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.K.Dəmirov; 2(102)-140/2019) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2018-ci tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2019-cu tarixli qətnaməsi ilə (hakimlərİ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov; 2(103)-3632/2019) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 mart 2018-ci iltarixliqətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh ASC-yə 14 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə borcundan artıq hesablanmış (həm əsas, həm də faiz borcuna görə) 3473,63(üç min dörd yüz yetmiş üç manat, altmış üç qəpik) manat pul məbləğinin silinməsini, iddia ərizəsi,apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 40(10+15+15) manat Cavabdeh ASC-nin ləğvedicisi “X1 Company”dən alınaraq iddaçıya ödənilməsi, Cavabdeh ASC-nin ləğvedicisi “X1 Company”dən ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat alınaraq X5 Kod: ********** VÖEN**********, m/h AZ41NABZ******************** SFİFT Bik: CTREAZ22,Azz.Məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh ASC-nin ləğvedicisi “X2 Company”-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabeh arasında bağlanmış 14 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə ödənməmiş məbləğ üçün hesablanmış 8881.08 manat m əbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14 iyul 2011-ci il tarixli kredit müqaviləsinə əsasən onunla Cavabdeh ASC arasında bağlanmış müqaviləyə əsasən onunla bankdan 27800 manat kredit götürülmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq 31 yanvar 2014-cü il tarixədək 27 ay kredit ödənişlərini etməyinə baxmayaraq son zamanlar maddi durumun çətinləşməsi ilə bağlı ödənişləri vaxtında təmin edə bilməmişdir. Bundan başqa banka yeni cədvəl üzrə ödəmənin və ödəyəcəyi məbləğ üzərinə artıq faizlərin silinməsi ilə bağlı müraciət etməyinə baxmayaraq, bankdan bununla bağlı heç bir müsbət dəyişiklik edilməmiş və onun müraciətinə cavab verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Ləğv prosessində olan Cavabdeh ASC-nin l əğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 76.2, 101.1, 103.1, 217.3-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 443.2, 445.7, 449.1-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, maddi və prosessual hüquq normaları pozulmuş əsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəməkollegiyasınıniclasında cavabdeh Ləğv prosessində olan Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kas sasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahişetdi. İddiaçı X7 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onların izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş görünür ki, Cavabdeh ASC tə rəfindən iddiaçıya 14 iyul 2011-ci iltarixli kredit müqaviləsinə əsasən illik 30% olmaqla 48 ay müddətinə 27800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan hesabatda göstərmişdir ki, iddiaçının müqavilənin müddətinin bitdiyi 14 iyul 2015-ci il tarixədək illik 30 faiz hesablanmaqla faiz borcu 5.961,13 manat təşkil edir. Həmin hesabatdan sonra verilmiş 14 iyul 2011-ci ildən 14 yanvar 2016-cı il tarixədək olan hesabatda qalıq faiz borcu 8.881,08 manat göstərilmişdir. Bankdan verilən arayışa görə 14 iyul 2011-ci ildən 06 fevral 2015- ci il tarixədək faiz borcu 23768,11 manat hesablandığı halda, bu müddətdən altı ay keçdikdən sonra faiz borcu 6.000 artırılaraq 29.357 manat müəyyən edilmişdir. Bu səbəbdən artıq hesablanmış borcun (həm əsas, həm faiz borcuna) silinməsini xahiş ed ir. Mülki iş materiallarında olan 06 oktyabr 2017-ci il tarixli, 10222 nömrəli ekspert rəyindən də məlum olur ki, iddiaçının banka olan borcu 25883,4 manat məbləğində müəyyən edilir, həmin borcdan 19.922,27 manat əsas borcu, 5961,13 manat isə faiz borcunu təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2017- ci il tarixli, ******** nömrəli ekspert rəyindən görünür ki, kassa mədaxil orderləri, hesabdan çıxarış orderləri, eləcə də 14 iyul 2011-ci il tarixli 1135 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla:ddiaçınm 15 iyul 2011-ci il tarixdən 14 iyul 2015-ci il tarixədək illik 30% dərəcəsi ilə hesablanmaqla Cavabdeh ASC-yə olan kredit borcu 25883,4 manat məbləğində müəyyən edilir, həmin borcdan 19.922,27 manat əsas borcu, 5961,13 man at isə faiz borcunu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa dü şülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki: “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilə rək, 14 iyul 2011-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçının banka olan borcundan 06 oktyabr 2017-ci il tarixli, ********* nömrəli ekspert rəyinə uyğun olaraq artıq hesablanmış (həm əsas, həm də faizə borcuna) (29357,03-25883,4=3473,63) 3473,63 manat pul məbləği silinməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 26 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6218/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6218/2019
19.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver