Məhkəmə qərarları › İş №2(102)-622/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-622/2019

04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-622/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 04 » fevral 2019-cu il İş № 2(102)-622/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh, onun vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili X2 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(007)1300/2018 saylı qətnaməsi ilə iddi a qismən təmin edilərək, Cavabdeh 12000 (oni iki min) manat məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər H.HHəmidov və E.Nağıyeva, İş № 2(103)-8241/2018) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(007)-1300/2018 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili X2 kassasiya şikayəti ve rərək şikayəti onunla əsaslandırmışlar ki, işə hərtərəfli və obyektiv baxılmamış, sübutlara düzgün qiymət verməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş edirlər. Məhkəmə kollegiyası, iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası məruzəç ini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 20 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 15 oktyabr 2014-cü il tarixdə İddiaçı içərisində yarı tikili olan torpaq sahəsini 12000 manata satmışdır. İddiaçı Cavabdeh torpaq sahəsinə görə 12000 manat məbləğində pul vermişdir. Cavabdeh məhkəmə iclasında bu faktı etiraf etmişdir. 14 noyabr 2014-cü il tarixl i etibarnamənin surətindən görünür ki, X1 İddiaçı ona məxsus olan, Bakı şəhəri Suraxanı qəsəbəsi, Hovsan kəndi kooperativ küçəsində yerləşən 06 sot torpaq sahəsini özəlləşdirməyi, həmin torpaq sahəsinin 400 kv.m sahəsi üzərində sərəncam verməyi tikinti işləri aparmağı, tikintini özəlləşdirməyi, aidiyyatı orqanlarda onu təmsil etməyi və digər hərəkətlər etməyi həvalə etmişdir. İddiaçı 06 sot torpaq sahəsini özəlləşdirdikdən sonra, həmin torpaq sahəsinin 400 kv.m sahəsi üzərində sərəncam vermək (satmaq, bağışlamaq və s.) hüququ əldə edə bilərdi. Buna baxmayaraq İddiaçı etibarnamə üzrə verilmiş səlahiyyətlərdən kənara çıxaraq, etibarnaməni aldıqdan bir gün sonra 400 kv.m sahəni iddiaçıya satmışdır. Alqı-satqı müqaviləsi şifahi bağlanmış, hər hansı bir sənədlə (etibarnamə olunmaqla) rəsmiləşdi rilməmişdir. Nəticədə mülki qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməyən əqd bağlanmış və iddiaçıya maddi ziyan dəymişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə bu nəticəyə gəlmişdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlansa da cavabdehin həmin torpaq sahəsini satmağa səlahiyyəti olmamışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh etibarnamə üzrə verilmiş səlahiyyətlərdən kənara çıxmış üçüncü şəxslərin hüquqları ilə yüklü olan əmlakı iddiaçıya satmaqla etibarsız əqd bağlamışdır. Ona görə də, cavabdeh həmin torpaq sahəsinə görə aldığı 12000 manat pulu geri qaytarmalıdır. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll et mişdir. Apellyator iddiaçıya 10000 manat borcunun olmasını qeyd etsə də, kollegiya onun bu dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfə iradə ifadə si bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işlərə baxarkən sübutlara düzgün qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahif ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstutisuya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməıyi zəruri hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda, eləcə də məcmu halda qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntusuna yol verməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin 20.06.2018-ci il tarixli qətnaməsinin ləğvi üçün əsaslı hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu mad dələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 20 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar