Məhkəmə qərarları › İş №2(102)-6220/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6220/2019

02.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6220/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli 2(103)-1599/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddia çı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “əsas borcun, hesablanmış faizlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2 iqt(81)-2410/2012 saylı qətnaməsi ilə “xxxx” ASCnin müflis elan edilməsi və “xxxx” ASC-nə ləğvedici qismində «X1 Company» MMC-nin təyin edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli qərardadı ilə “xxxx” ASC-nin ləğvedicisi dəyişdirilərək, bankın ləğvetmə prosesi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2010-cu il tarixli, 755 sayl ı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə, illik 30 faiz olmaqla, 4400 (dörd min dörd yüz) manat məbləğində kredit verilmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən Cavabdeh müraciətlər edilmiş, lakin Cavabdeh verdiyi vədlərə əməl etməyərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Cavabdeh sözügedən kreditdən 1260,41 manat əsas məbləğdən, 710,59 manat faiz məbləğindən cəmi 1971 manat qismən ödəniş etmişdir. Bunun nəticəsi olaraq, Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə 11 fevral 2017-ci il tarixinə 3139,59 manat əsas borcu, 5562,43 manat faiz borcu, dəbbə pulu 1200 manat, cəmi 9902 manat məbləğində borcu mövcuddur. Göstərilənlərə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Ca vabdeh arasında bağlanmış 09 avqust 2010-cu il tarixli, 755 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti xeyrinə 3139,59 manat əsas borc, 5562,43 manat faiz borcu, dəbbə pulu 1200 manat, cəmi 9902 manat, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən Rəşid Səmədov) 25 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 3139,59 manat əsas borc, 852,92 manat faiz borcu, 100 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4122,51 manat məbləğində pulun alınaraq ləğv prosesində olan “xxxx” ASC-nə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Etibar Nəbiyev (sədrlik edən və məruzəçi), Aidə Hüseyn və Raqib Qurbanov) 27.05.2019-cu il tarixli 2(103)- 1599/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli 2(103)-1599/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Eksper tiza Mərkəzinin 23 aprel 2019-cu il tarixli 9469 nömrəli rəyi ilə “xxxx” ASC-nin 5 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 09.08.2010-cu il tarixli 755 nömrəli kredit müqaviləsinin “Borcalan” qrafalarındakı imzaların Cavabdeh tərəfindən deyil, başqa şəxs (və ya şəxslər) tərəfindən icra olunmasının müəyyən edilməsinə və bankdan götürülmüş 4400 manat məbləğində pulun kim tərəfindən alınması və kredit müqaviləsindəki imzaların kim tərəfindən icra edilməsi naməlum qalmasına baxmayaraq, məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə qətnamə qəbul edərkən həmin faktların araşdırıb müvafiq tədbir görülməsi üçün xüsusi qərardad qəbul etməmişdir. Məhkəmə Kollegiyası iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, məhkəməyə təqdim edilmiş iş üçün əhəmiyyət kəsb edən digər sübutl ara hüquqi qiymət verməmiş, kredit üzrə 1260 manat 41 qəpik əsas borc üzrə, 710 manat 59 qəpik məbləğində faiz borcu üzrə ödənişlərin aparılmasını nəzərə almamış, kredit məbləğinin bankın xəzinəsindən çıxarılmasını təsdiq edən xəzinə məxaric orderindəki imzalarla bağlı ekspertizanın keçirilməsinə təşəbbüs göstərməmiş, iddiaçı tərəfindən mübahisələndirilməsinə baxmayaraq məhkəməyə təqdim edilmiş ekspert rəyini əsas götürərək, bankın iddia tələbinin rədd edilməsi barədə əsassız qərar qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının vəkili XXX məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən işin faktiki halları ondan ibarətdir ki, “xxxx” ASC-nin 5 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 09.08.2010-cu il tarixli, 755 saylı istehlak krediti haqqı nda müqaviləyə əsasən bank Cavabdeh 18 ay müddətinə, illik 30 faiz olmaqla, 4400 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh şifahi vəsatətinə əsasən 07 yanvar 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertlər qarşısında “İş materiallarının 11-12-ci vərəqələrindəki “xxxx” ASC-nin 5 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 09.08.2010-cu il tarixli, 755 saylı istehlak krediti haqqında müqavilədəki “Borcalan” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra edilmişdirmi?” sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 23 aprel 2019-cu il tarixli, 9469 №-li rəyindən görünür ki, mülki işin 11-12-ci vərəqələrindəki “xxxx” ASC-nin 5 saylı fi lialı ilə Cavabdeh arasında bağlanmış 09.08.2010-cu il tarixli, 755 saylı istehlak krediti haqqında müqavilədəki “Borcalan” qrafalarındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Buna görə də, apellyasiya instansiya məhkəməsi iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğu ran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. İddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinə istinad edərək, müqavilə öhdəliklərinin icra edilməməsinə görə kredit borcunun tutulmasını tələb edir. Lakin işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, istinad olunan kredit müqaviləsi Cavabdeh tərəfindən imzalanmamış, yəni cavabdehin həmin kredit müqaviləsi üzrə hər hansı öhdəliyi yaranmamışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə kredit məbləğinin cavabdehə verilməsi barədə məxaric qəbzindəki imzanın cavabdehə məxsusluğunun yoxlanılmamasını məhkəməyə irad tutsa da, istinad etdiyi məxaric orderini məhkəməyə təqdim etməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan m əlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində gö stərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli 2(103)- 1599/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar