Məhkəmə qərarları › İş №2(102)-6229/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6229/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6229/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, zaminin məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(106)14/2022 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmi ş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 19 fevral 2014-cü il tarixli, 37L000001414 saylı Kredit xətti müqaviləsi ilə "xxxx" QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. Kredit xətti çərçivəsində "xxxx" QSC tərəfindən Cavabdeh1: 2.1. 19 fevral 2014-cü il tarixli, 037R00001522 saylı Kredit razılaşması ilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % olmaqla 130000 ABŞ dolları; 2.2. 11 aprel 2014-cü il tarixli, 37R000002016 saylı Kredit razılaşması ilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % olmaqla 56000 ABŞ dolları; 2.3. 13 iyun 2014-cü il tarixli, 037R00002607 saylı Kredit razılaşması ilə 36 ay müddət inə, aylıq faiz dərəcəsi 1,667 % olmaqla 120000 ABŞ dolları; 2.4. 03 oktyabr 2014-cü il tarixli, 037R00003661 saylı Kredit razılaşması ilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 % olmaqla 100000 ABŞ dolları; 2.5. 05 dekabr 2014-cü il tarixli, 037KK**********01 saylı Kredit razılaşması ilə 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 10000 ABŞ dolları; 2.6. 19 mart 2015-ci il tarixli, 037R********** saylı Kredit razılaşması ilə 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 % olmaqla 60000 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. Sonradan Kredit razılaşması və ödəniş planında dəyişiklik edilməsi haqqında 03 iyul 2015-ci il tarixli Sazişlərlə: 3.1. 19 fevral 2014-cü il tarixli, 037R00001522 saylı Kredit razılaşması üzrə son ödəniş tarixi 19 iyun 2019-cu il; 3.2. 11 aprel 2014 -cü il tarixli, 37R000002016 saylı Kredit razılaşması üzrə son ödəniş tarixi 11 iyun 2019-cu il; 3.3. 13 iyun 2014-cü il tarixli, 037R00002607 saylı Kredit razılaşması üzrə son ödəniş tarixi 13 iyun 2019-cu il; 3.4. 03 oktyabr 2014-cü il tarixli, 037R00003661 saylı Kredit razılaşması üzrə son ödəniş tarixi 03 iyun 2019-cu il tarixləri müəyyən olunmuşdur.

4. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün 19 fevral 2014-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.

5. Bundan başqa, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə aşağıdakı əmlaklar ipoteka ilə yüklü edilmişdir: 5.1. 19 fevral 2014-cü il ta rixli ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 648 kv.m əsas, 547,1 kv.m köməkçi, 1195,1 kv.m ümumi sahəsi olan 4 girişli 1 mərtəbəli qeyri-yaşayış binası; 5.2. 13 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus Sabirabad şəhəri, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 154,8 kv.m yaşayış, 238,4 kv.m yardımçı, 393,2 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 3 saylı fərdi yaşayış evi; 5.3. 03 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 72,7 kv.m əsas, 51,6 kv.m yardımçı, 124,3 kv.m ümumi sahədən ibarət 3 otaqlı, 164 nömrəli mənzil.

6. Hər üç əmlak üzrə "xxxx" QSC-nin ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə (məhkəmə əmrinin verilməsinə dair ərizə ilə), sonradan isə Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə: 7.1. 37R000001522 saylı kredit razılaşması üzrə 78394,69 ABŞ dolları əsas borc, 43865,94 ABŞ dolları faiz borcu, 86226,79 ABŞ dolları cərimə olmaqla, cəmi 208487,42 ABŞ dolları, 7.2. 37R000002016 saylı kredit razılaşması üzrə 36655,83 ABŞ dolları əsas borc, 20673,89 ABŞ dolları faiz borcu, 39567,53 ABŞ dolları cərimə olmaq la, cəmi 96897,25 ABŞ dolları, 7.3. 37R000002607 saylı kredit razılaşması üzrə 58832,95 ABŞ dolları əsas borc, 36803,29 ABŞ dolları faiz borcu, 65223,76 ABŞ dolları cərimə olmaqla, cəmi 160860 ABŞ dolları, 7.4. 37R000003661 saylı kredit razılaşması üzrə 49558,04 ABŞ dolları əsas borc, 27020,99 ABŞ dolları faiz borcu, 90114,25 ABŞ dolları cərimə olmaqla, cəmi 166693,28 ABŞ dolları, 7.5. 037KK**********01 saylı kredit razılaşması üzrə 9891,02 ABŞ dolları əsas borc, 1742,31 ABŞ dolları faiz borcu, 9850,53 ABŞ dolları cərimə olmaqla, cəmi 21483,86 ABŞ dolları; 7.6. 037R157824872 saylı kredit razılaşması üzrə 44744,99 ABŞ dolları əsas borc, 23852,13 ABŞ dolları faiz borcu, 61516,39 ABŞ dolları cərimə olmaqla, cəmi 130113,51 ABŞ dolları, yəni 6 kredit razılaşması üzrə ümumilikdə cəmi 784535,32 A BŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumun və 60 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh1 məxsus Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 4 girişli 1 mərtəbəli qeyri-yaşayış binasına; Sabirabad şəhəri, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 saylı fərdi yaşayış evinə; ünvan 1 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı 164 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 784535,32 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsum unun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması; Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən 4 girişli 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin qeyri-yaşayış sahəsindən çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Sabirabad şəhəri, X1 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 saylı fərdi yaşayış evinə tutma yönəldildikd ən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; ünvan 1 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı 164 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, borcalan tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklər tam icra edilmədiyindən, onun iddiaçı qarşısında borcu yaranmışdır.

9. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 12 mart 2018-ci il tarixli rəyinə əsasən, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 19 fevral 2014-cü il tarixli, 37R000001522 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 03 iyul 2015-ci il tarixədək banka olan borcu 80993,05 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc 80430,04 ABŞ dolları, faiz borcu 563,01 ABŞ dolları təşkil edir. Qeyd edilir ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən 21 sentyabr 2015-ci il tarixədək 4802,28 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 03 iyul 2015-ci il tarixə göstərildiyindən 480 2,28 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır.

10. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 30 avqust 2018-ci il tarixli qiymətləndirilmə hesabatlarına əsasən Cavabdeh1 məxsus: - Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən 4 girişli 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 250000 manat; - Sabirabad şəhəri, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 saylı fərdi yaşayış evinin bazar qiyməti 150000 manat; - ünvan 1 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı 164 nömrəli mənzilinin bazar qiyməti 185000 manat təşkil edir.

11. Sabirabad Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(056)-04/2019 nömrəli qətnaməsi ilə (hakim F.N.Pənahov) iddia qismən təmin edilmiş, cavabdehlər Cava bdeh1 və Cavabdeh2 bərabər qaydada ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq 37R000001522 saylı kredit razılaşması üzrə 78394,69 ABŞ dolları əsas borc, 8235,56 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 86730,25 ABŞ dolları kredit borcunun, 37R000002016 saylı kredit razılaşması üzrə 36655,83 ABŞ dolları əsas borc, 4013,82 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 40769,83 ABŞ dolları kredit borcunun, 37R000002607 saylı kredit razılaşması üzrə 58832,95 ABŞ dolları əsas borc, 7092,65 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 66025,60 ABŞ dolları kredit borcunun, 37R000003661 saylı kredit razılaşması üzrə 79558,04 ABŞ dolları əsas borc, 8524,87 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 88182,91 ABŞ dolları kred it borcunun, 037KK**********01 saylı kredit razılaşması üzrə 9891,02 ABŞ dolları əsas borc, 1742,31 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 11733,33 ABŞ dolları kredit borcunun, 037R157824872 saylı kredit razılaşması üzrə 56744,99 ABŞ dolları əsas borc, 5654,01 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimən, cəmi 62499 ABŞ dolları kredit borcunun, ümumilikdə 355940,83 ABŞ dolları borcun tutularaq iddiaçı "xxxx" QSC-yə verilməsi, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının cavabdehlərdən alınıb iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutulmanın Cavabdeh1 məxsus Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 4 girişli 1 mərtəbəli qeyri-yaşayış binasına, Sabirabad şəhəri, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 saylı fərdi yaşayış evinə; ünvan 1 ünvanında 14cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı 164 nömrəli mənzilə yönəldilməsi, Cavabdeh1 mülkiyyətindəki Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 4 girişli 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin qiymətinin 250000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətindəki Sabirabad şəhəri, X1, küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 saylı fərdi yaşayış evinin ilkin qiymətinin 150000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında 14-cü mərtəbədə yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı 164 nömrəli mənzilinin ilkin qiymətinin 185000 manat məbləğində müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra torpaq sahəsi və mənzildən istifadə hüququna xitam verilməklə həmin mənzildə qeydiyyatda olan Cavabdeh1 mənzildən çıxarılmaqla mənzilin boşaldılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13 manat 20 qəpik pul cavabdehlərdən tutularaq iddiaçıya, dövlət rüsumunun kəsiri olan 10 manat tutularaq dövlət nəfinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 80 manat pul cavabdehlərdən birgə qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksper tiza Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 385.1, 386.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 447.7, 462.1, 462.3, 467, 470, 472.1, 472.2-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1, 39.1, 39.3-cü, Mülki Prosessual Məcəllənın 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı "xxxx" QSC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda Sabirabad Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(056)-04/2019 nömrəli qətnaməsindən apellyasiya şikayətləri vermişlər.

14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 19 noyabr 2020-ci il tarixli rəyinə əsas ən Cavabdeh1 05 iyul 2016-cı il tarixə: - 19 fevral 2014-cü il tarixli, 037R00001522 saylı kredit razılaşması üzrə əsas borcu 78256,32 ABŞ dolları, faiz borcu 11894,96 ABŞ dolları, ümumi borcu 90151,28 ABŞ dolları; - 11 aprel 2014-cü il tarixli, 37R000002016 saylı kredit razılaşması üzrə əsas borcu 36326,70 ABŞ dolları, faiz borcu 4775,94 ABŞ dolları, ümumi borcu 41102,64 ABŞ dolları; - 13 iyun 2014-cü il tarixli, 037R00002607 saylı razılaşması üzrə əsas borcu 58800,35 ABŞ dolları, faiz borcu 9963,59 ABŞ dolları, ümumi borcunun 68763,94 ABŞ dolları; - 03 oktyabr 2014-cü il tarixli, 037R00003661 saylı kredit razılaşması üzrə əsas borcu 79540,55 ABŞ dolları, faiz borcu 12484,32 ABŞ dolları, ümumi borcu 92024,87 ABŞ dolları; - 19 mart 2015-ci il tarixli, 037R********** saylı kredit razılaşmas ı üzrə əsas borcu 56659,49 ABŞ dolları, faiz borcu 8455,05 ABŞ dolları, ümumi borcu 65114,54 ABŞ dolları müəyyən edilmiş; 05 dekabr 2014-cü il tarixli, 037KK**********01 saylı kredit razılaşması üzrə iş materiallarında olan hesabdan çıxarış məlumatlarında Cavabdeh1 tərəfindən 10000,00 ABŞ dolları məbləğində kredit vəsaitinə görə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilmiş məbləğlər barədə heç bir məlumat olmadığı üçün, eləcə də, bank tərəfindən təqdim edilmiş “kreditin statusu vərəqəsi” sənədlərində həmin müqavilə üzrə çıxarışın təqdim edilmədiyi üçün cavabdehin həmin müqavilə üzrə borcunu hesablamağın mümkün olmadığını göstərmişdir.

15. Apellyasiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 26 oktyabr 2021-ci il tarixli qiymətləndirmə rəylərinə əsasən ipoteka predmetləri olan: - Sa birabad şəhəri, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 saylı fərdi yaşayış evinin likvid qiymətinin 120000 manat, - Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən mülkiyyətdə olan 1 mərtəbəli qeyri-yaşayış binasının likvid qiymətinin 240000 manat təşkil etdiyi göstərilmişdir. 16. "xxxx" QSC-nin 21 yanvar 2022-ci il tarixli ərizəsinə əsasən ipoteka predmetlərindən biri olan ünvan 1, 164 nömrəli mənzil ipoteka yüklülüyündən azad edilmişdir.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(106)-14/2022 nömrəli qətnaməsi ilə (hakim N.F.Mirzəyevin sədrliyi və məruzəsi ilə, hakimlər S.İ.Mayılovun və İ.Q.Əsədovun iştirakı ilə) iddiaçı "xxxx" QSC və Cavabdeh1 tərəfindən verilmiş apelly asiya şikayətləri qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(056)-04/2019 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19 fevral 2014-cü il tarixli 37R000001522 saylı kredit razılaşması üzrə 78256,32 ABŞ dolları əsas borc, 11894,96 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, cəmi 90251 ABŞ dolları, 11 aprel 2014-cü il tarixli 37R000002016 saylı kredit razılaşması üzrə 36326,70 ABŞ dolları əsas borc, 4775,94 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 41202,64 ABŞ dolları, 13 iyun 2014-cü il tarixli 37R000002607 saylı kredit razılaşması üzrə 58800,35 ABŞ dolları əsas borc, 9963,59 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 68863,94 ABŞ dolları, 0 3 oktyabr 2014-cü il tarixli 37R000003661 saylı kredit razılaşması üzrə 49558,04 ABŞ dolları əsas borc, 12484,32 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 62142,36 ABŞ dolları, 19 mart 2015-ci il tarixli 037R157824872 saylı kredit razılaşması üzrə 44744,99 ABŞ dolları əsas borc, 8455,05 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə, cəmi 53300,04 ABŞ dolları kredit borcunun (ödəniş günü Azərbaycan Respublikası manatının məzənnə kursuna uyğun olaraq) alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının cavabdehlərdən alınıb iddiaçı "xxxx" QSC-nin xeyr inə ödənilməsi, kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh1 məxsus Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 1 mərtəbəli qeyriyaşayış binasına və Sabirabad şəhəri, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Sabirabad şəhəri, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində 3 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 150000 manat, Cavabdeh1 məxsus Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 250000 manat müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin banka olan bo rcunun ödənilməsinin, mənzil və qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1 Sabirabad şəhəri, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən 3 saylı fərdi yaşayış evindən və Sabirabad şəhəri, İ.İskəndərov küçəsində 0,40 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasından çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1, 425, 442, 443.1, 445.1, 448.1-ci maddələrinə istinad etməklə göstərmişdir ki, bir tərəfdən Cavabdeh1, digər tərəfdən isə "xxxx" QSC olmaqla 19 fevral 2014-cü il tarixli 37L000001414 saylı kredit xətti müqaviləsi çərçivəsində 19 fevra l 2014-cü il tarixli 037R00001522 saylı, 11 aprel 2014-cü il tarixli 37R000002016 saylı, 13 iyun 2014-cü il tarixli 037R00002607 saylı, 03 oktyabr 2014-cü il tarixli 037R00003661 saylı, 05 dekabr 2014-cü il tarixli 037KK**********01 və 19 mart 2015-ci il tarixli 037R********** saylı kredit müqavilələri bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqaviləyə əsasən kredit borcunun, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduqları halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişlər. Borclu Cavabdeh1 qeyd olunan kredit razılaşmaları üzrə kreditor "xxxx" QSC qarşısında götürdüy ü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin kredit borcunun müəyyən edilməklə, tutulmasına dair gəldiyi nəticə həm iddiaçının, həm də cavabdehin etirazına səbəb olmuş, apellyasiya məhkəməsinin qərardadı ilə borc məbləğinin yenidən hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2020-ci il tarixli rəyi alınmışdır.

20. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, kredit razılaşmaları üzrə kredit və faiz borcunun cavabdehlərdən tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmiş həmin kredit razılaşmaları üzrə əsas və kredit borclarının qalıq məbləğləri arasında fərq vardır. Bundan əlavə, "xxxx" QSC-nin nümayəndəsi apellyasiya şikayəti üzrə məhkəmə iclasında 05 dekabr 2014-cü il tarixli 037KK**********01 saylı kredit razılaşması üzrə tələb olunan borcun ödənildiyini və ipoteka predmetlərindən biri - Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfər küçəsi 16 saylı evin 164 saylı mənzilinin "xxxx" QSC qarşısında ipoteka yüklülüyündən azad edildiyini göstərmişdir.

21. Məhkəmə iddiaçı "xxxx" QSC-nin apellyasiya şikayətinin dəlilləri üzrə Mülki Məcəllənin 467-ci, “İpoteka haqqında” Qanunun 59.3-ci maddələrinə, Cavabdeh1 apellyasiya şikayətinin dəlili üzrə "xxxx" MMC-nin 26 oktyabr 202 1-ci il tarixli qiymətləndirmə rəyinə, Cavabdeh2 apellyasiya şikayətinin dəlili üzrə Mülki Məcəllənin 470.1, 472.1, 472.2-ci maddələrinə istinad etməklə yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

22. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(106)-14/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

23. Məzmunları eyni olan kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 425.2-ci, Mülki Prosessual Məcəllənin 9, 14, 88, 1 38, 168, 185.2-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələbləri pozulmuşdur. Belə ki, işə birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində baxılarkən prosessual qaydalara riayət edilməmiş, borcalanın müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün edilmiş şifahi müraciətlərinə bank tərəfindən məhəl qoyulmamış, əksinə əsas borca şişirdilmiş faizlər hesablanaraq qaytarılması üçün məhkəməyə müraciət edilmişdir. Digər tərəfdən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə verilmiş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının konkret olaraq kassatora verilmiş kredit məbləği üzrə icrası istiqamətində də heç bir addim atılmamışdır. Daha sonra, apellya siya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman cavabdehin işdə iştirakı təmin edilməmiş, işin vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməmiş, sübutların qiymətləndirilməsində səhvə yol verilmişdir.

24. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

25. İddiaçı "xxxx" QSC Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi borcu məhkəməmühasibatlıq ekspertizasının rəyi əsasında müəyyən etmiş, mübahisə üzrə kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməm iş, cavabdehlər apellyasiya məhkəməsində məhkəmə iclaslarının keçirilmə vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışlar. Kassasiya şikayətinin məqsədi işin gedişatını uzatmaq və məhkəmə qətnaməsinin icrasına mane olmaqla, kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərin icrasından yayınmaq, əlavə vaxt qazanmaqdan ibarətdir. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. Apellyasiya məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətini cavabdehlər verdiklərindən və iddianın təmin olunmuş hissəsini mübahisələndirdiklərindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması tə şkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və v əzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabde hdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutu lmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digə r əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa q anunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci ma ddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməs ini yoxlayır. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddə sinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 31. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qət namə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən kredit müqaviləsi üzrə borcun borcalandan tutulması hissəsində qanuni nətic əyə gəlinsə də, tələbin zaminə aid hissədə araşdırması zamanı maddi hüquq normaları düzgün tətbiq olunmamış, eyni zamanda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

33. Kassasiya kollegiyası ilk olaraq tərəflərin apellyasiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməməsinə dair dəlilinə hüquqi qiymət verərək, bu dəlili əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, hər iki cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmış, tərəflərlə yazışmalar olmuş, o cümlədən Cavabdeh1 apellyasiya məhkəməsinə teleqram ünvanlamış, 25 fevral 2021-ci il tarixli iclasında şəxsən iştirak etmiş, lakin sonrakı məhkəmə ic laslarına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi əsaslı olaraq Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə istinad etməklə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

34. Həmçinin, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kredit razılaşmaları üzrə borcu keçirilmiş ekspertiza rəyinə əsasən müəyyən etmişdir.

35. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdehlər borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (ekspert tərəfindən əsassız olaraq silinmə ilə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir.

36. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

37. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının xeyrinə tutulmalı olan əsas və faiz borcun məbləğini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

38. Kredit borcunun restruktur izasiya edilməli olunması ilə bağlı kassasiya şikayətinin dəlilinə dair məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 6.1-ci bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 7.1-ci bəndi ilə banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturiza siya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır.

39. Mübahisəli kredit razılaşmaları üzrə borcun Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanının təsiri altına düşməsi iş materialları ilə müəyyən olunmur.

40. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin dəlillərini tam əsassız hesab edir.

41. Bununla belə, kassasiya məhkəməsi Cavabdeh2 şikayətini qismən əsaslı bilir.

42. Belə ki, həmin cavabdehin apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, o, zamin kimi kredit razılaşmaları üzrə öhdəliklərinə xitam verilməsini tələb etmişdir. Apellyasiya şikayətinin həmin dəlillərin hüquqi qiymət verən apellyasiya məhkəməsi yalnız Mülki Məcəllənin 470.1, 472.1, 472.2-ci maddələrinə istinad etmişdir.

43. Lakin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında izah edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləs ində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. 44. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48 -ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçü n digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.

45. İş materiallarından müəyyən olunur ki, "xxxx" QSC və Cavabdeh2 arasında Zaminlik müqaviləsi 19 fevral 2014-cü il tarixdə həmin tarixli kredit xəttinə münasibətdə bağlanmış, zaminlik müqaviləsində kredit xəttinin ümumi məbləği və müddəti göstərilsə də, sonrakı kredit razılaşmalarının bütün mühüm şərtləri, o cümlədən kreditin faiz dərəcəsi barədə razılıq həmin müqavilədə öz əksini tapmamışdır. Həmçinin, müəyyən olunur ki, konkret kreditin verilməsi barədə borcalanla razılaşmalar imzalanarkən, habelə həmin razılaşmalara dəyişiklik edilməsinə dair 03 iyul 2015-ci il tarixli Sazişlər bağlanılarkən zamin iştirak etməmiş və onun razılığı alınmamışdır.

46. Belə olan halda, apellyasiya məhkəməsi tərəfindən Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri üzrə hazırki mübahisəyə Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarlarındakı mövqeyin (həmin qərarların icrasına dair 09 sentyabr 2019-cu və 11 oktyabr 2019-cu il tarixli qərardadları nəzərə alınmaqla) tətbiqi məsələsi araşdırılmalı idi ki, məhkəmə Mülki Prosessual Məcəllənin 217.3, 218.1, 372.7 və 392.2-ci maddələrinin tələbləri pozaraq bununla bağlı hər hansı qiymələndirmə aparmamışdır.

47. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilməməli, Cavabdeh2 kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, həmin cavabdehə münasibətdə təmin olunan hissədə ləğv edilməli, iş yenidən baxılması üçün apellya siya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə eləcə də, tərəflərin təqdim etdikləri sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(106)-14/2022 nömrəli qətnaməsi qismən, tələbin Cavabdeh2 münasibətdə təmin edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(106)-14/2022 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar