Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-623/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Maraqlı şəxs, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) QƏRARİ (Açar sözlər: torqağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın ləğvi və mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1666/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tari xli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmeti Torpağın Mülkiyyətə verilməsinə dair JN-006A KOD 30321068 saylı şəhadətnaməyə əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə Cavabdeh1 ayrılmış 0,12 ha torpaq sahəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Rustov İƏV-nin qərarına əsasən verilmiş və Rustov kənd bələdiyyəsinin qərarına əsasən dəyişdirilmiş torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, həmin torpaq sahəsinə Cavabdeh1 adına verilmiş Şəhadətnamənin və onun əsasında qanunsuz verilmiş Çı xarışın ləğvi, cavabdehlərdən ona torpaq sahəsinin qaytarılması barədə qətnamə və Azərbaycan Respublikası CPM-nin 265-ci maddəsi ilə qərardad çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Quba rayonu Rustov İƏV komissiyasının xx.xx.1996-cı il tarixli qərarına əsasən ona 0,12 ha torpaq sahəsi ayrılmış, Rustov Bələdiyyəsinin xx.xx.2005ci il tarixli qərarına əsasən ona ayrılmış torpaq sahəsinin Maraqlı şəxs ilə yerdəyişməsi qərara alınmışdır. Torpaq sahələrinə dair şəhadətnamə alınmamış, sonradan o, həmin torpaq sahəsində ev tikmək istəmiş, bu zaman həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edildiyinin şahidi olmuş, köhnə tarixlə şəhadətnamə və çıxarış alındığını bilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət e tmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.
5. Quba Rayon Məhkəməsinin (hakim R.Həsənov) xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2284/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə dair qanunla müdafiə olunan sahiblik, istifadə və ya sərəncam hüquqlarını təsdiq edən sübutlar təqdim etməli idi. İddiaçıya təklif olunmasına baxmayaraq, mübahisəli torpağa dair hüququnu təsdiq sənədlər məhkəməyə təqdim olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (haki mlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və F.Məmmədov) xx xxxx 2020-ci il tarixli, 2(105)-1666/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarı i lə İddiaçı adına olan 1199,21 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı Torpaq sahəsinin Planı və Ölçüsü tərtib edilmişdir. Rustov inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2017-ci il tarixli, 720 saylı arayışdan görünür ki, Maraqlı şəxs həqiqətən Quba rayonunun Rustov kəndində qeydiyyatda olub, 06 nömrəli təsərrüfatbaşına kitabın 6-cı səhifəsinin 437 saylı şəxsi hesabla mülkiyyətində 0,12 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi vətəndaşın mülkiyyətinə 2000-cİ ildə verilmişdir. Hər iki torpaq sahəsi yanaşı olduğundan ümumi razılıqları əsasında torpaq sahələrini bələdiyyənin razılığı əsasında dəyişmək qərarına gəlmişlər. Rustov bələdiyyəsinin sədrinin təsdiq etdiyi xx xxxxxx 2005-ci il tarixli rəsmi aktdan görünür ki, Maraqlı şəxs və İddiaçı ayrılmış torpaq sahələri Rustov bə lədiyyəsinin xx.xx.2005-ci il tarixli 15 saylı protokoluna əsasən qarşılıqlı razılaşma yolu ilə torpaq sahələrinin yerlərinin dəyişdirilməsi qərara alınmışdır. İddiaçı “Qalagah dalı” adlı sahədən ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi dəyişdirilərək “Balaqədəş” adlı sahədən 1 tərəfi Elşad Əliyevin torpaq sahəsi, 2-ci tərəfi məhəllə arası yol, 3-cü və 4-cü tərəfləri boş torpaq sahələri ilə həmsərhəd sahədən 30 x 40 m. ölçüdə olmaqla 0,12 ha, Maraqlı şəxs həyətyanı torpaq təhkim edildi. Bad kənd sakini Maraqlı şəxs Məcdə-Xacə məntəqəsində “Balaqədəş” adlı sahədə olan 0.12 ha həyətyanı torpaq sahəsi Rustov kənd sakini İddiaçı“ Qalagah məntəqəsində” “Qalagah dalı” adlı sahədə olan 0,12 ha həyətyanı torpaq sahəsi ilə dəyişdirilərək, “Qalagah dalı” adlı sahədən 1-ci tərəf yol, 2-ci tərəf Zeyna l Məmmədovun həyətyanı torpaq sahəsi, 3-cü tərəf İlham Məmmədovun həyətyanı torpaq sahəsi, 4-cü tərəf Pirin aşağı hissəsi ilə həmsərhəd sahəsi 30x40 m. ölçüdə olmaqla 0,12 həyətyanı torpaq sahəsi təhkim edildi. Göründüyü kimi ümumi razılıq əsasında və bələdiyyə qərarı ilə torpaq sahələri dəyişdirilmişdir. İddiaçı dəyişdirilərək aldığı torpaq sahəsində ev tikmək istədikdə məlum oldu ki, Cavabdeh1 öz adına Torpağın mülkiyyətə verilməsinə dair JN 006 A saylı 30321068 kodlu şəhadətnamə almışdır. Həmin şəhadətnamənin Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarı ilə verilməsi göstərilir. Qeyd olunan şəhadətnamə tamamilə qanunsuz və əsassız verilmiş şəhadətnamədə ləğv olunmuş DT və XK Quba rayon şöbəsinin və şəhadətnaməni hazırlamış Layihə İnstitutunun müvafiq möhürləri mövcud deyil. Quba rayon Aqrar İslahat Komissiyasının qeyd olunan ərazidə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında Cavabdeh1n adı yoxdur və ola da bilməzdi, çünki bu şəxs Bakı şəhər sakinidir, həmin kəndlə heç bir əlaqəsi olmamışdır. Onun adına işlənmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 006 A saylı 30321068 kodlu şəhadətnamə qanuni əsaslarla iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinə sırf qanunsuz işlənmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas mövcud deyil, yəni ilkin torpaq ayırma sənədləri, habelə islahat komissiyasının müvafiq sənədləri yoxdur. Göründüyü kimi cavabdehin adına 0,12 ha torpaq sahəsinə işlənmiş şəhadətnamə İddiaçı məxsus 0,12 ha torpaq sahəsinə işlənmişdir. Ona görə də, qeyd olunan iddia tələbini irəli sürməkdə iddiaçını subyektiv hüququ va rdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
13. Maddə 29, hissə İ və İİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
16. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə sə bəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
25. Torpağın Mülkiyyətə verilməsinə dair JN-006A KOD 30321068 saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 saylı qərarı ilə Cavabdeh1 0,12 ha torpaq sahəsi verilmişdir.
26. Torpaq sahəsinin Planı və Ölçüsünün kserosurətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarı ilə İddiaçı adına olan 1199,21 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı Torpaq sahəsinin Planı və Ölçüsu tərtib edilmişdir.
27. Rustov inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2017-ci il tarixli, 720 saylı arayışdan görünür ki, Maraqlı şəxs həqiqətən Quba rayonunun Rustov kəndində qeydiyyatda olub, 06 nöm rəli təsərrüfatbaşına kitabın 6-cı səhifəsinin 437 saylı şəxsi hesabla mülkiyyətində 0,12 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi vətəndaşın mülkiyyətinə 2000-ci ildə verilmişdir.
28. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2017-ci il tarixli 620 nömrəli məktubunun surətindən görünür ki, Quba RİHB-nın Rustov İƏV-nin 2006-2009-cu illərə aid Bad məntəqəsi üzrə təsərrüfatbaşına kitabında vətəndaş Maraqlı şəxs təsərrüfat başçısı olub, onun xüsusi mülkiyyətində, istifadəsində 20072009-cu illərdə 0,12 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmiş, evi haqqında məlumat yoxdur.
29. Quba RPŞ-nin TQ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx xxxxxx 2019-cu il tarixli, qərarı ilə müəyyən edilir ki, Quba rayonu, Rustov kənd sakini İddiaçı müraciət edərək, y aşadığı kənddə ona məxsus torpaq sahəsini Bakı şəhəri, Yasamal rayon sakini Cavabdeh1 torpaq sahəsini zəbt etməsini göstərmiş, lakin sonuncunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
30. Apellyasiya məhkəməsi MPM-nin 4.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. 31. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxx x 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, su byektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
32. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırkı hərəkətlərinə hüq uqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən eləcə də göstərilən müqavilənin etibarsız hesab olunmasından söhbət gedə bilməz.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı ona Quba rayonu, Rustov kənd ərazisindən 0,12 ha torpaq sahəsinin ayrılması halını təsdiq də bilməmiş, qanuni əsaslarla cavabdehlərin istifadəsinə ayrılmasına əsas olan sənədləri mübahisələndirmiş, ona görə də onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır.
34. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə ki, mübahisəli torpaq sahəsinə dair cavabdehə veril miş mülkiyyət şəhadətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək mötəbər və mümkün sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki həmin halları sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür (§ 19).
35. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
36. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməs i, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1666/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.