Məhkəmə qərarları › İş №2(102)-6232/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6232/2021

22.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6232/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5683/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt 14 iyun 2018-ci il tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pulu ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir.

2. İddiaçı özünün şəxsi vəsaiti hesabına həmin məbləği "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürmüş, lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə səhvən köçürülmüş pul vəsaiti geri alınaraq iddiaçının ödədiyi vəsait ona qaytarılmamışdır.

3. Bankla iddiaçı arasında olan əmək münasibətlərinə 01 noyabr 2019-cu il tarixdə xitam verilmişdir.

4. Hazırda i ddiaçı bankın xeyrinə ödədiyi həmin pul vəsaitlərinin Cavabdeh ASC-dən tutularaq ona verilməsinə dair aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Ağcabədi” filialında işlədiyi zaman bank əməliyyatı aparılması üçün bankın əvəzində öz vəsaiti hesabına ödədiyi 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 2014- 2019-cu illərdə Cavabdeh Açıq Səhmdar Cəm iyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işləmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt 14 iyun 2018-ci il tarixdə hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaitini ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən "xxxx" Məhdud Məsuliyyətinə ödəmişdir. O, bu barədə filial müdirinə məlumat vermiş, sonuncu isə öz növbəsində bu yanlışlığın onun səhvi üzündən baş verdiyi üçün öz vəsaiti ilə yuxarıda qeyd olunan məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi, bank bu pulu geri qaytardıqdan sonra öz pulunu götü rəcəyini bildirmişdir. O da filial müdirinə inanaraq həmin pulu borc tapıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. İşlədiyi dövrdə dəfələrlə bankın Ağcabədi filialının müdriyyətindən öz vəsaiti hesabına (borc pul alaraq) ödədiyi pulun ona geri qaytarılmasına köməklik göstərilməsini xahiş etsə də, sonuncu ona narahat olmamağı və bu barədə rəhbərliyə məlumat verdiyini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına vergi sərəncamı qoyulduğundan məsələnin həllinin bir az uzandığını və qısa bir müddətdə məsələnin həll olunacağını bildirmişdir. Bir müddət sonra isə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı bağlanmış və bütün filial işçiləri işsiz qalmışdır. Bundan sonra o çarəsiz qalıb Dövlət Vergi Xidmətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyət li Cəmiyyətinə və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə məsələnin həllinə köməklik göstərilməsi ilə bağlı rəsmi müraciətlər etmişdir. Dövlət Vergi Xidmətindən bununla bağlı bildirilmişdir ki, səhvən digər şəxsin hesabına köçürülmüş məbləğlərin qaytarılması zamanı yaranan mübahisələrin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmələrə müraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi məsələnin həllinə bilavasitə köməklik göstərməli olsa da, təəssüf ki, onlar da məhkəməyə müraciət etməyini tövsiyyə etmişdilər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş cavabda səhvən ödənilmiş pulun ona geri qaytarılmasına etiraz olunmadığı bildirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı müraciətinə isə heç bir cavab ala bilməmiş və sonrada n ona məlum olmuşdur ki, həmin Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini dayandırmış və pulun ona geri qaytarılması üçün onlar tərəfindən hər hansı bir hüquqi hərəkətin edilməsi mümkün deyildir. Hal-hazırda təqaüddədir ya xəstə olduğundan müalicəyə ehtiyacı vardır. Bu səbəbdən də, onun halal pulunun ona qaytarılması üçün ancaq qanunamüvafiq tədbir görüləcəyi yerin hal-hazırda məhkəmə olacağına inanır.

7. Birinci instansiya məhkəməsinin icraatı zamanı cavabdehin nümayəndəsi X1 iddia ərizəsinə yazılı etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2014-cü ildən 2019-cu ilədək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işləmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt 14 iyun 2018-ci il tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pulu ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Hal-hazırda İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında işlədiyi zaman bank əməliyyatı aparılması üçün bankın əvəzində öz vəsaiti hesabına ödədiyi 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. Qeyd etmək lazımdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında əmək mü qaviləsinə 01 noyabr 2019-cu il tarixində xitam verilmişdir. Hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozğunluğuna aşkar etdiyi gündən etibarən 1 (bir) il ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 2(005)-1617/2021 nömrəli mülki iş üzrə İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) 27 aprel 2021-ci il tarixli, 2(005)-1617/2021 nömrəli qətnamə si ilə iddia iddia təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səksən) manat məbləğində pul vəsaitinin tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına istinad edərək belə qənaətə gəlmişdir ki, müvafiq pul vəsaitinin geri qaytarılması ilə bağlı iddiaçı şəxs cavabdeh təşkilata müraciət etsə də, müvafiq müraciətin bir nəticəsi olmamışdır. Ona görə də iddia təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 16 iyun 2021-ci il tarixli, 2(103)-5683/21 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məh kəməsinin 2(005)-1617/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti işin faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, məhkəmə əsl cavabdeh sayılan "xxxx" MMC-ni işə cəlb etmədən qanunsuz və əsassız nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərə k, şikayətin təmin edilməməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, şikayət vaxt uzadılması məqsədi ilə verilmişdir. Belə ki, birinci və apellyasiya məhkəməsində cavabdehin əsl cavabdehlə əvəz olunması ilə bağlı hər hansı vəsatət verməyiblər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətb iq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

19. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.

20. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yara nan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 27. 11 iyul 2018-ci il tarixli ödəniş tapşırığının surətindən və məzmunundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 2.200 (iki min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. 28. 11 iyul 2018-ci il tarixli ödəniş tapşırığının surətindən və məzmunundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. 29. 11 iyul 2018-ci il tarixli xəzinə mədaxil orde rinin surətindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 2.200 (iki min iki yüz) ABŞ dolları məbləğində köçürülmüş pul vəsaiti səhv ödənilmişdir. 30. 11 iyul 2018-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 208 (iki yüz səkkiz) manat məbləğində köçürülmüş pul vəsaiti səhv ödənilmişdir.

31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanladığı 16 iyul 2020-ci il tarixli **********359400 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, onu səhvən digər şirkətin hesablaşma hesabına artıq ödənil miş vəsaitin geri qaytarılması barədə müraciətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş, vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1- ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir Qeyd edilənlərlə əlaqədar bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən ödəyicinin şəxsi hesab vərəqəsində artıq ödəmə olduğu təqdirdə qaydalarda nəzərdə tutulan ərizə forması ilə müraciət edildikdən sonra artıq ödəmənin-qaytarılması məsələsinə baxıla bilər. Bununla yanaşı, səhvən digər şəxsin hesabına köçürülmüş məbləğlərin qaytarılması zamanı yaranan mübahisələrin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmələrə müraciət etməyi tövsiyə edilmişdir

32. İddiaçı tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı ərizənin surətindən və məzmunundan görünür ki, o 2014-2019-cu illərd ə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işləmişdir. Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyim vaxt, 14 iyun 2018-ci il tarixdə hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Sonradan bu yanlışlıq onun səhvi üzündən baş verdiyi üçün o öz vəsaiti ilə yuxarıda qeyd olunan məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Lakin bu günədək hələ də özündən ödədiyi pul vəsaitini geri ala bilməmişdir. Bu səbəbdən də, onun Məhd ud Məsuliyyətli Cəmiyyətinə ödənilməli olan, lakin səhvən digər bir Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş pul vəsaitinin banka geri qaytarılaraq ona ödənilməsinə köməklik göstərilməsi və ya buna etiraz etməməyi xahiş etmişdir. 33. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı 02 noyabr 2020-ci il tarixli 0241/GL nömrəli məktubunun məzmunundan görünür ki, daxil olmuş müraciətə müvafiq qaydada baxılmış və məlumat üçün bildirilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından 14 iyun 2018-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində vəsait mədaxil edilmişdir. Bununla əlaqədar digər Məhdud Məsuliyyətli Cəmiyyətinə səhvən ödənilmiş pul v əsaitinin İddiaçı geri qaytarılmasına etiraz etmədiklərini bildirmişdilər.

34. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı 11 yanvar 2021-ci il tarixli M/20-95 nömrəli məktubunun məzmunundan görünür ki, onun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı müraciəti bank tərəfindən araşdırılmışdır. Müvafiq müraciətə cavab olaraq, onun tərəfindən səhv əməliyyatın aparılmasına görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülən vəsaitin geri tələb edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. 35. 02 fevral 2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir.

36. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 201 4-cü ildən 2019-cu ilədək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işləmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt 14 iyun 2018-ci il tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pulu ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Hal-hazırda İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında işlədiyi zaman bank əməliyyatı aparılması üçün bankın əvəzində öz vəsaiti hesabına ödədiyi 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz ) manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında əmək müqaviləsinə 01 noyabr 2019-cu il tarixində xitam verilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt 14 iyun 2018-ci il tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən "xxxx" şirkətinə 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pulu ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Bank da öz növbəsində iddiaçıya şəxsi vəsaiti hesabına hə min məbləği "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülməsini xahiş etmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə səhvən köçürülmüş pul vəsaiti banka geri qaytarıldıqdan sonra bank həmin vəsaiti iddiaçıya geri qaytarılmasına vəd vermişdir. Buna baxmayaraq həmin vəsait bankın hesabına köçürülsə də, sonuncu tərəfindən iddiaçıya qaytarılmamış və bankla iddiaçı arasında olan əmək münasibətlərinə 01 noyabr 2019-cu il tarixdə xitam verilmişdir. Qeyd edilən halın baş verməsi tərəflər arasında mübahisələndirilmir. Bank isə yalnız əmək məcəlləsinin 296.4-cü maddəsi tətbiq edilməklə iddia müddəti keçdiyindən iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir.

38. Apellyasiya kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə Əmək Məcəl ləsinin müddəaları tətbiq edilə bilməz. Belə ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası əmək münasibətlərindən irəli gələn pul tələbi ilə bağlı deyil.

39. Beləliklə, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, bankın "xxxx" MMC-yə ödəməli olduğu 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaitini bankın əvəzinə özü ödəmişdir. Kreditor şirkətin bu ödəmənin əleyhinə olması və qəbul etməməsi barədə işdə məlumat yoxdur. Belə olan halda, iddiaçının bankın əvəzinə icra etdiyi pul vəsaitini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Odur ki, iddianın təmin olunnması barədə məhkəmələrin gəldiyi nəticə yuxarıda qeyd oluna maddi hüquq normalarına uyğundur (§ 18-20).

40. Apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması ü çün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5683/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar