Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6234/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlük əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə qarşı bağ sahələrinin icarəyə verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(103)-6877/2022 nömrəli iş üzrə 23 sentyabr 2022-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə 2022-ci il 5 dekabr tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə qarşı bağ sahələrinin icarəyə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1255/2006 nömrəli iş üzrə 13 sentyabr 2006-ci il tarixli qətnaməsi ilə (hakim H.Əliyev) iddia qismən təmin edilmişdir.
3. Maraqlarına toxunan şəxs Maraqlı şəxs1 10 may 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, hüquqları pozulduğundan məhkəmə qətnaməsinin surətini rəsmi olaraq ona verilməsini xahiş etmiş və 27 may 2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1255/2006 nömrəli iş üzrə 01 avqust 2022-ci il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizəsi təmin edilmiş, müddət bərpa olunmaqla iş apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmşidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6877/2022 nömrəli iş üzrə 23 sentyabr 2022-ci il tarix li qərardadı ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi hakim), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə qaytarılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyünə qiymət verərkən qeyd etmişdir ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizəsinin təmin edilməsi, müddət bərpa olunmaqla apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə birinci instansiya məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərardadın surətinin işdə iştirak edən şəxslərə göndərilməsi barədə məktub və poçt reyestri olsa da, onlara həmin sənədin rəsmi qaydada verilməsi müəyyən edilmir. Halbuki qənanvericili kdə həmin şəxslərin qərarddan şikayət vermək hüququ nəzərdə tutulmuşdur, bu hüququn həyata keçirilməsi üçün işə baxan məhkəmə qanunla müəyyən edilmiş qaydalara əməl etməlidir. İşdə iştirak edən şəxslərin şikayət vermək hüquqlarını məhdudlaşdıran prosessual hərəkət (hərəkətsizliklər) işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların mövcudluğunu istisna edən və (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir.
7. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364 və 366.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Maraqlarına toxunan şəxs Maraqlı şəxs1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qə rardadının ləğv edilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1255/2006 nömrəli qətnaməsindən verilən apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə düzgün əməl edilməklə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu məsələnin həllində birinci instansiya məhkəməsi maddi və prosessual hüquq pozuntularına yol verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələ blərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
12. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.
13. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
15. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara ist inad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Apellyasiya instansiyası məhkəməsinin aktı maraqlarına toxunan şəxs Maraqlı şəxs1 kassasiya şikayəti əsasında tam yoxlanılır.
18. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Apellyasiya instansiyası məhkəməsi hanlı olaraq hesab etmşidir ki, Maraqlı şəxs1 apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizəsinin təmin edilməsi, m üddət bərpası barədə qərardaddan işdə iştirak edən şəxslərin şikayət vermək hüququ vardır, Qərardadın surəti işdə iştirak edən şəxslərə çatdırılmadığından bu hüququn həyata keçirilməsi üçün işə baxan birinci instansiya məhkəməsi qanunla müəyyən edilmiş qaydalara əməl etməmişdir. İbelə olan halda işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcudluğu istisna edilir.
21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının kollegiyas ının 2(103)-6877/2022 nömrəli iş üzrə 23 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.