Məhkəmə qərarları › İş №2(102)-624/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-624/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-624/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Özbəy oğluna və «xxxx» MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət reyestrində qeydə alınmayan mənzilə qarşı ipotekaya yönəltmənin mümkünsüzlüyü, dəbbə pulunun azaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X3, Cavabdeh1 vəkili X1, Digər cavabdeh «xxxx» MMC-nin nümayənd əsi X6, vəkili X7 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Özbəy oğluna və «xxxx» MMC-yə qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1601/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx xxxxxx 2014-cü il tarixli 14/159 saylı kredit müqaviləsinə əsasən, İddiaçı ASC (bundan sonra – iddiaçı və ya bank) tərəfindən Cavabdeh2 Özbəy oğluna xx xxxxxx 2014cü il tarixli 14/159 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə illik 14% hesablanmaqla 58400 manat məbləğində kredit verilmişdir. 2. xx xxxxxx 2014-cü il tarixli 14/135 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF PARK 3” yaşayış massivi, 240 B nömrəli evin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99,6 kvadrat metr olan 39 nömrəli mənzili (bundan sonra – mübahisəli mənzil) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 3. xx xxxxxx 2015-ci il tarixdə bank ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli KR 14/159 saylı kredit müqaviləsinə əlavələrin edilməsi barədə razılaşmaya əsasən, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yeri nə yetirə bilmədiyi üçün, həmin öhdəliyin və «xxxx» MMC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli İH/B-A-(b)/017 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə ona satılmış mənzil üzərində gələcəkdə yaranacaq mülkiyyət hüququnu “Öhdəliyə yeni sahib çıxana”, yəni Cavabdeh1 verir, Cavabdeh1 kreditin və ona hesablanmış faizlərin vaxtında ödənilməsinə təminat verir.

4. Həmçinin, xx xxxxxx 2015-ci il tarixdə mübahisəli mənzilin ipotekaya qoyulması ilə əlaqədar bütün məsuliyyəti öz üzərinə götürdüyünə dair Bakı şəhəri 31 saylı notariat kontorunda ərizə yazmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 Özbəy oğluna və «xxxx» MMC-yə qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixli 14/159 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və «xxxx» MMC-dən onun xeyrinə 50569,10 manat əsas borc, 15399,83 manat faiz borcu, 4105,05 manat dəbbə borcu, cəmi 70073,98 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını və tələbin mübahisəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 b anka xx.xx.2014-cü il tarixli KR 14/159 saylı kredit müqaviləsi üzrə 54992,35 manat əsas borc, 8599,50 manat faiz borcu, 2416,79 manat dəbbə borcu, cəmi kredit üzrə 66008,64 manat borcu yaranmışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2018-ci il tarixli 11336 saylı rəyindən müəyyən edilir ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən arayış məlumatları və xx.xx.2014-cü il tarixli KR 14/159 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni xx xxxxxx 2018-ci il tarixinə Cavabdeh2 İddiaçı ASC-yə (indiki ləğv prosesində olan İddiaçı ASC) olan borcu cəmi 66018,24 manat məbləğində müəyyən edilir, o cümlədən 54984,2 manat əsas, 8617,25 manat faiz, 2416,79 manat dəbbə puludur. 8. xx xxxx 201 8-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASCyə xx.xx.2014-cü il tarixli KR 14/159 saylı kredit müqaviləsi üzrə 50569,10 manat əsas borc, 15399,83 manat faiz borcu, 4105,05 manat dəbbə borcu, cəmi 70073,98 manat borcu yaranmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 18367 saylı rəyindən müəyyən edilir ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən arayış məlumatları və xx.xx.2014-cü il tarixli KR 14/159 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni xx xxxx 2018-ci il tarixinə Cavabdeh2 Özbəy oğlunun İddiaçı ASC-yə (indiki ləğv prosdesində olan İddiaçı ASC) olan borcu cəmi 79746 manat məbləğində müəyyən edilir, o cümlədən 54984,2 manat əs as, 20698,5 manat faiz, 4063,3 manat dəbbə puludur.

10. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx xxxxxx 2014-cü il tarixli 14/159 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və «xxxx» MMC-dən onun xeyrinə 46569,10 manat əsas borc, 20539,28 manat faiz borcu, 18540,02 manat dəbbə borcu, cəmi 85648,40 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasını və tələbin «xxxx» MMC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli 14/135 saylı ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAFPARK 3” yaşayış massivi, 240 B nömrəli evin 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99,6 kvadrat metr olan 39 nömrəli mənzilə yönə ldilməsi, açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi, Cavabdeh1 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 10623 saylı rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən arayış məlumatları və xx.xx.2014-cü il tarixli KR 14/159 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni xx xxxxxx 2018-ci il tarixinə Cavabdeh2 İddiaçı ASC-yə (indiki ləğv prosesində olan İddiaçı ASC) olan borcu cəmi 78554 manat məbləğində müəyyən edilir, o cümlədən 46569,1 manat əsas, 20921,72 manat faiz, 11063,18 manat dəbbə puludur.

12. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh2 Özbəy oğlu arasında bağlanan xx xxxxxx 2014-cı il tarixli 14/159 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli 14/159 saylı kredit müqaviləsinə əsasən 46569,1 manat əsas, 20539,28 manat faiz borcu və 300 manat dəbbə borcu, cəmi 67408,38 manat məbləğində pul və dövlət rüsumuna görə 20 manat alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, qa lan hissədə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi, «İddiaçı” ASC-dən Cavabdeh1 cəmi 450 manat olmaqla, hər birindən 225 manat məhkəmə xərcinə görə pul tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

13. Məhkəmə Mülki Məcəllənin 385, 442, 448.1. 462.1, 465.2, 467, 739, 743-cü maddələrinə istinad edərək və iş üzrə keçirilmiş ekspert rəylərini nəzərə alaraq iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı bank ilə Cavabdeh1 arasında etibarlı xx.xx.2014-cü il tarixli KR 14/159 saylı kredit müqaviləsinə əlavələrin edilməsi barədə razılaşma bağlanmasına baxmayaraq, Cavabdeh1 həmin razılaşma ilə iddiaçı bank qarşısında üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, iddia tələbi kredit müqaviləsinə xitam verilməsi hissəsində əsaslıdır.

15. İddia tələbinin xx xxxxxx 2014-cü il tarixli 14/159 saylı kredit müqaviləsi üzrə pul tələbinə dair hissədə məhkəmə qeyd etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi cavabdehin xx xxxxxx 2018-ci il tarixinə banka olan borcu cəmi 78554 manat məbləğində müəyyən edilir, o cümlədən 46569,1 manat əsas, 20921,72 manat faiz, 11063,18 manat dəbbə puludur.

16. İddiaçı iddia ərizəsində cavabdehin borcunun 46569,10 manat əsas borc, 20539,28 manat faiz borcu, 18540,02 manat dəbbə borcu, cəmi 85648,40 manat olduğunu göstərdiyindən məhkəmə hesab etmişdir ki, məhkəmə verilmiş tələblər üzrə qətnamə qəbul etdiyindən iddia tələbi əsas borca və faiz borcuna dair hissədə əsaslı olmaqla təmin edilməlidir.

17. Məhkəmə dəbbə puluna münasibətdə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddia tələbi dəbbə puluna dair hissədə qismən təmin edilməsi, kredit müqaviləsi üzrə hesablanmış 11063,18 manat dəbbə pulunun məbləği azaldılmalı və dəbbə pulunun məbləği 300 manat müəyyən edilməlidir.

18. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə və Mülki Məcəllənin 144.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Bank tərəfindən verilmiş kreditin təminatı kimi bağlanmış xx xxxxxx 2014cü il tarixli 14/135 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mübahisəli mənzil x x xxxxxx 2015-ci il tarixdə bank Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli KR 14/159 saylı kredit müqaviləsinə əlavələrin edilməsi barədə razılaşmaya əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün, həmin öhdəliyin və «xxxx» MMC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli İH/B-A-(b)/017 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə ona satılmış mənzil üzərində gələcəkdə yaranacaq mülkiyyət hüququnu “Öhdəliyə yeni sahib çıxana”, yəni Cavabdeh1 verilmişdir.

19. İşin yuxarıda müəyyən edilən hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab etmişdir ki, iş materiallarından göründüyü kimi ipoteka predmeti kimi göstərilən mənzil dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də, həmin mənzilin hərraca çıxarılması, satılması, barəsində hər hansı bir əqdin, o cümlədən alqısatqı müqaviləsinin bağlanması qanunla yol verilməzdir.

20. Qətnamədən iddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə sədrlik edən və məruzəçi, Telman Quliyev, Fərmayıl Zeynallı) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmamışdır.

23. Məhkəmə Cavabdeh1 bank müflis elan olunandan sonrakı dövrdə də 20000 manata yaxın ödəniş etməsi, həmin borcdan yalnız 9000 manata qədər olan hissənin əsas borcdan silinməsi, qalan məbləğin faiz borcuna hesablanmasının düzgün olmaması barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, məhkəmə mühasibat ekspertizasının rəyindən göründüyü kimi cavabdehin xx xxxxxx 2018-ci il tarixinə iddiaçı banka olan borcu cəmi 78554 manat məbləğində müəyyən edilir, o cümlədən 46569,1 manat əsas, 20921,72 manat faiz, 11063,18 manat dəbbə puludur.

24. İddia tələbinin cavabdeh «xxxx» MMC-yə münasibətdə rədd edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bank ilə «xxxx» MMC ilə arasında borcun cavabdeh «xxxx» MMC-dən tutulmalı olması barədə hər hansı razılaşma iş materiallarında mövcud deyildir. Ona görə də iddia tələbi cavabdeh «xxxx» MMC-yə münasibətdə əs assızdır.

25. Belə ki, Bank ilə «xxxx» MMC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli Müqavilənin 2.1-ci bəndi ilə predmeti təşkil edən Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır.

26. Kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq xx xxxx 2014-cü il tarixli Müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləs inin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istədiyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmunun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx xxxx 2018-ci il tarixli Qərarında qeyd edilir ki, mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır vəz amin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir.

29. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın borc məbləğinin cavabdeh «xxxx» MMC-yə münasibətdə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

30. İddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmi n barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsasladırılmışdır ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində tələbi rədd etməkdə səhv qənaətə gəlmiş, ipoteka qeydiyyata alınmadıqda iddia ərizəsi həmin hissədə bağlanmış, lakin qeydiyyata alınmamışdır. Bu halda həmin müqavilə qeydiyyata alındıqdan sonra iddiaçı müvafiq qaydalara əməl etdikdən sonra tutmanın yönəldilməsi üçün müraciət edə bilər.

32. Cavabdehdən tutulmalı dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən məhkəmə qətnamədə Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsaslanmışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Cavabdehdən tutulmalı cərimənin həcmini formal məbləğədək azaldarkən, məhkəmə ziddi yyətli məhkəmə təcrübəsi yaratmış olur.

33. Cavabdeh1 (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsasladırılmışdır ki, iddiaçı müflis elan olunana qədər onun tərəfindən öhdəlik üzrə müqaviləyə uyğun olaraq ödəniş həyata keçirilmişdir. Bank müflis elan edildikdən sonra bir neçə ay müddətinə ödəniş aparılmamışdır. Sonradan bankla əldə edilmiş şifahi razılaşmaya əsasən ödəniş cədvəlində nəzərdə tutulandan bir qədər az məbləğdə pulun cavab tərəfindən banka köçürülməsi həyata keçirilmişdir. Sonradan isə bank cavabdehdən həm əvvəlki aylarda aparılmayan ödənişlərin, həm də s onradan yaranmış borcun bir dəfəyə ödənilməsini tələb etmişdir. Məhkəmənin əsas və faiz borc məbləğinə dair gəldiyi nəticə, eyni zamanda həmin məbləğin müəyyənləşdirilməsinə dair ekspert qarşısında qoyduğu suallar əsassız olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh «xxxx» MMC iddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

36. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə iddia tələbinin xxxx» MMC-yə münasibətdə rədd edilməsi barədə qənaətini kifayət qədər əsaslandırmışdır. Bu hissədə məhkəmə tərəfindən maddi və ya prosessual hüquq pozuntusuna yol verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. İddiaçının vəkili X5 məhkə mə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin əsassız olduğundan rədd edilməsini xahiş etdi.

38. Cavabdeh1 vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətinin əsassız olduğundan rədd edilməsini xahiş etdi.

39. Digər cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X6, vəkili X9 məhkəmə kollegiyasının iclasında iddiaçının kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi.

40. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh2 Özbəy oğlu gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə k ollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

42. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 45. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə görə tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən, ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqa vilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

49. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. İşdən görünür ki, birinci instansiya məhkəməsini qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini, Cavabdeh1 isə borcun məbləğini mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də qətnamə hər iki apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə yoxlamışdır. Hazırkı kassasiya şikayətlərində qətnamə iş üzrə iddiaçı və Cavabdeh1 tərəfindən qeyd edilən hissələrdə mübahisələndirilir. Ona görə də, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətlərinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apelly asiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

54. İddiaçı kassasiya şikayətində ipoteka müqaviləsinin qeydiyyata alındıqdan sonra iddiaçının müvafiq qaydalara əməl etməklə tutmanın yönəldilməsi üçün müraciət edə biləcəyini qeyd etmişdir. Lakin hazırda mübahisəli mənzil dövlət reyestrində qeydə alınmadığından, o cümlədən ipoteka müqaviləsi reyestrdə qeydə alındıqdan sonra bağlanmış hesab edildiyinə görə məhkəmənin bu barədə tələbi rədd etməsi qanuni və əsaslı olmuşdur.

55. Dəbbə pulunun azaldılması ilə bağlı iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azər baycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci nnddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarım və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öh dəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır.

57. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz.

58. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki., cavabdeh bankla ödənişlər barədə şifahi razılığa gəlməsi barədə məhkəmələrə hər hansı bir sübut təqdim etməmişdir. Borcun məbləği ekspert rəyi ilə müəyyən edilmiş, rəyin mötəbərliliyinə şübhə doğuracaq hal müəyyən edilməmişdir. Cavabdeh ekspert qarşısında qoyulmuş suaların əsassız olmasını ümumi sözlərlə qeyd etmiş, lakin etirazının əsası kimi istinad etdiyi bu halı əsaslandırmamışdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzi fəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1601/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar