Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6240/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar Sözlər: kredit borcunun tutulması, yazılı sənədin məzmunun düzgünlüyü prezumpsiyası, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Guləhməd oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6338/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfind ən verilmiş kassasiya şikayəti üzrə işə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 24.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 25000 manat məbləğində faizsiz borc verməyi, borcalan isə borcu 24.06.2020-ci il tarixədək günün məzənnəsinə uyğun olaraq dollar şəklində borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
2. Kreditor İddiaçı borclu Cavabdeh 25000 manat pulun tutulması barədə məhkəmə əmrinin çıxarılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
3. Həmin Məhkəmənin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(0 01)6775/2020 nömrəli iş üzrə 17.11.2020-ci il tarixli məhkəmə əmri ilə (hakim S.R.Səlimova) borcludan 25000 manat pulun tutulması əmr olunmuşdur.
4. Borclu məhkəmə əmrinə etiraz etmiş və birinci instansiya məhkəməsinin 10.12.2020-ciil tarixli qərardadı ilə etiraz təmin edilərək məhkəmə əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçilmişdir.
5. İddiaçı (bundan sonra – iddiaçı) tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (dunan sonra – cavabdeh) həmin borc məbləğini 24.06.2020-ci il tarixinə kimi tam şəkildə qaytarmağı öhdəsinə götürsə də, lakin bu günə kimi borcdan heç bir manat da qaytarmamış, hal-hazırda da qaytarmaq niyyəti yoxdur. Cavabdehin məhkəmə əmrinə etirazı da onun borcu qaytarmaq niyyətinin olmamasını təsdiq edir. Belə ki, cavabdeh etirazında heç bir əsas göstərmədən əmrə etir az etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1207/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia tələbi təmin edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin 24.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya 25000 manat borcunun qalması öz təsdiqini tapdığından məhkəmə iddiaçının cavabdehdən 25000 manat borc tələbini əsaslı hesab edir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 739.1, 740.1, 740.2, 385.1, 425.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandımışdır.
9. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv, iddia tələbinin isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozması, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, nəticəsinin işin hallarına uyğun gəlməməsi, borc müqaviləsinin formal olaraq bağlanması, müqavilədə qeyd edilən məbləğin depozit hesabdan çıxarıldıqdan sonra iddiaçının özünə qaytarılması arqumentləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6338/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev (sədrlik edən və məruzəçi, X.A.Mərdanova, E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh müqavilənin formal olaraq bağlandığını və depozit hesabdan çıxarılan pulun yenidən iddiaçıya qaytarıldığını irəli sürsə də, bu halı təsdiq edə biləcək sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.
12. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
13. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsi ilə eyni normalara istinad edərək əsaslandırmışdır (§ 8).
15. Cavabdeh (vəkil – Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətini n və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri:
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış borc müqaviləsi formal xarakter daşımış və pul məbləği iddiaçının özündə qalmışdır. İddiaçı ilə cavabdeh arasında uzun müddət davam edən işgüzar münasibətlər mövcud olmuşdur. Biznesdə geriləmə baş vermiş və həm cavabdeh, həm iddiaçı şərik kimi ziyan çəkmişdir. Lakin, sonradan iddiaçı cavabdehə biznesin yenidən qurulması üçün əlavə vəsait verəcəyini, lakin bunu notariat kontoru vasitəsilə edəcəyini bildirmiş, cavabdeh də razılaşmağa məcbur olmuşdur. Lakin, sonradan iddiaçı nəinki cavabdehə söz verdiyi pul vəsaitini təqdim etməmiş, hətta notariat kontorunda istifadə edilmiş 25000 manat vesaiti de müqavilələr bağlandıqdan sonra götürmüş və cavabdehə verdiyi sözə əməl etməmişdir b) Kassasiya şikayətinə qarşı etiraz:
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının həddləri:
19. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyindən kassasiya şikayətinin belə dəlilləri üzrə hər hansı bir araşdırma aparılmır və onlara qiymət verilmir. (MPM 407.2).
20. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır (MPM maddə 416).
21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM maddə 418.3)
22. Qanunun tələbinə görə kassasiya məhkəmə işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş, yoxlanılmış və müəyyən edilmiş işin fakitki hallarına və sübutlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılması kimi qiymətləndirilməməlidir.
23. Baxılan işdə yeganə kassator olan cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq:
24. Mülki M əcəllə: 24.1. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 24.2. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 24.3. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticlənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirimədən saxlanılmalıdır.
26. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yazılı qaydada imzalanmış və notariat orqanında təsdiq edilmiş kredit müqaviləsi bağlanmışd ır (§ 1).
27. Müqavilənin şərltlərinə görə iddiaçı cavabdehə 25000 manat borc verməyi, cavabdeh isə borcu 1 il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür (§ 1).
28. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh yazılı qaydada bağlanmış və onun tərəfindən imzalanmış müqavilənin məzmunca düzgün olmadığına istinad edir, müqavilənin formal olaraq bağlanması göstərir və pulu iddiaçıdan aldıqdan sonra təkrar olaraq iddiaçıya qaytardığını bildirir.
29. Lakin məhkəmə kollegiyası qeyd edir ki, yazılı qaydada imzalanmış və notariat orqanında təsdiqlənmiş müqavilənin məzmunca düzgünlüyü prezumpsiyası qüvvədədir. Cavabdeh müqavilənin etibarsızlığı ilə bağlı istinad etdiyi halları, müqavilənin məzmunun cavadehin iradəsinə uyğun olmamasını sübut etməlidir. Lakin işə birinci instansiya məhkəm əsi və apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdeh bunu öhdəsindən gəlməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır.
30. Ona görə də, kassasiya şikayətinin dəlillərin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməlidir.
32. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6338/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıls