Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6241/2020 30.11.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1362/2020 nömrəli iş üzrə XXX 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1362/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətindən görünür ki, cavabdeh “qətnamənin qismən ləğv olunaraq qətnamənin hissə-hissə icra edilməsi və məhkəmə xərcləri ilə bağlı apellyasiya instan siyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında qərar qəbul edilməsini” xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 407.1.4. maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Həmin Məcəllənin 408.1.5. maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Cavabdeh Apelyasiya Məhkəməsinin iş üzrə çıxarılmış qətnaməsinin ləğv edilməsini və eyni zamanda qətnamənin hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya Məhkəməsi hüquqi məsələyə baxan məhkəmə olması məntiqindən çıxış edərək qanunverici həmin instansiyaya şikayətlərin məhz vəkil tərəfindən tərtib edilməsini özündə ehtiva edir (407.3-cü maddə). Qanunverici bunu ona görə nəzərdə tutmuşdur ki, şikayət olunan qərarlarda hansı maddi və prosessual hüquq normalarının pozulması, hansı maddi və prosessual hüquq normalarının tətbiq edilməli olması ilə bağlı şikayətdə peşəkar hüquqşünas mövqeyi olsun. Təqdim edilən kassasiya şikayəti nə məntiqə və nədə qanunvericiliyin tələblərinə uyğun deyil. Beləki, şikayətdə həm qətnamənin ləğv edilməsi xahiş olunur və həm də həmin qətnamənin hissə-hissə icra olunması xahiş edil ir. Qətnamənin hansı hissədə ləğv edilməli olması aydın deyil. Eyni zamanda şikayətdə cavabdehin xahiş etdiyi qərarı qəbul etməyən apelyasiya instansiyası məhkəməsinin hansı maddi hüquq normasını düzgün tətbiq etmədiyi, hansı normanı tətbiq etməli olduğu göstərilməmişdir. Əslində şikayətdə xahiş olunan qərarın qəbul edilməsi üçün müvafiq maddi hüquq norması göstərilə bilməzdi. Çünki məhkəmə qətnaməsinin hissə-hissə icra olunması icra icraatı qaydasında həll edilən məsələdir və kassasiya məhkəməsində həll olunmalı məsələ deyil. Belə müraciətlərə məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldikdən sonra işə baxmış məhkəmə tərəfindən baxılır. Beləki, Azərbaycan Respublikası MPM-nin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak v əziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunanlara əsasən belə qənaətə gəlirəm ki, təqdim edilmiş kassasiya şikayəti MPM-nin 407-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 404-1, 408.1.5 və 408.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1362/2020 nömrəli iş üzrə XXX 2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-6241/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-6241/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver