Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6248/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul mübahisəsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4788/2021 nömrəli, 19.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları
1. Tərəflər arasında 17 dekabr 2018-ci il tarixli FSK 1723 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında Cavabdeh iddiaçıdan ümumi dəyəri 8100 manat olan 6 ədəd TV LED YESTEL ** FD ***0 markalı televizor əldə etmişdir. Lakin borcun qaytarılması vaxtından keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmadığından məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC-i Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8100 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 8130 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iş üzrə Cavabdeh arasında bağlanmış 17 dekabr 2018-ci il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçıdan ümumi dəyəri 8100 manat olan 6 ədəd TV LED YESTEL ** FD ***0 markalı televizor əldə etmişdir. Cavabdeh göstərilən məbləği hər ay 450 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, cavabdeh müqavilə öhdəliyini icra etməmişdir. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən Femida Hüquq və Konsaltinq Şirkəti” MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilmiş, lakin, cavabdeh borcunu ödəməkdən yenə də imtina etmişdir.
4. Bakı ş əhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2728/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 8100 (səkkiz min yüz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 12, 60, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 577.1, 577.2, 600.1, 600.2, 600.5-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsi MK-nın 19.05.2021-ci il tarixli qətnaməsi ilə (hakimlərA.İmanov (sədrlik edən və məruzəçi), Q. Əsgərov və V.Sadıqov, iş No 2(103)-4788/2021 saylı mülki iş) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2728/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti belə əsaslandırı lmışdır: tərəflər arasında ümumiyyətələ müqavilə olmamış, müqaviləni imzalamamışdır. Belə olan halda cavabdeh borcun məbləğini sübut etməlidir. Apellyasiya Məhkəməsi sübutetmə yükünü bütünlüklə cavabdehin üzərinə qoymaqda səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbayc an Respublikası Mülki Məcəlləsi:
14. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə. 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
17. Madd ə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
19. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Maddə. 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğısatqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilmə si yolu ilə razılaşdırıla bilər.
21. Maddə 577.2. Əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır.
22. Maddə. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Maddə. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
24. Maddə. 600.5. Alıcı verilmiş əşyanı müqavil ədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi mə sələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edən birinci instan siya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
30. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında 17 dekabr 2018-ci il tarixli FSK 1723 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi pozmuşdur. Belə ki, cavabdehin 8100 manat borcu qalmaqdadır.
31. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçıya olan borcunu ödəməsini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
32. Tərəflər arasında malın nisyə alqı-satqısı barədə müqavilə mövcuddur. Həmin müqaviləni hər iki tərəf təsdiq etmişdir. M üqavilə mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Ona görə işə baxan məhkəmə müqavilə və öhdəlik hüquq münasibətlərini nizama salan maddi hüquq normalarını tətbiq etməkdə haqlı olmuşdur.
33. Tərəflər arasında tərtib edilmiş bir yazılı müqavilə mövcuddursa, onun məzmunun həqiqiliyi preudisiyası qüvvədədir. Yazılı sübutun məzmunun həqiqi olmaması barədə bəyanat onu qüvvədən salmır. Bunun üçün tərəf elə mötəbər sübutlar təqdim etməlidir ki, müqavilənin məzmunundakı məlumatların həqiqiliyini qüvvədən salmış olsun. Lakin cavabdeh belə sübutlar təqdim edə bilməmişdir.
34. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır. Ona görə işin faktiki hallarının düzgün araşdırılmaması ilə bağlı şikayətin dəlilləri əsassızdır.
35. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4788/2021 nömrəli, 19.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.