Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6249/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)2064/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İKB ASC ilə Cavabdeh1nin arasında 08.10.2014-cü ildə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25%-lə 60 ay müddətinə qaytarmaq şərti ilə 35.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit öhdəliyinin təminatı Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 45.43 kv.m. ümumi, 33.13 kv.m. yaşayış, 12.3 kv.m. yardımçı sahədən ibarət olan 2 otaqlı mənzil 70.000 manat məbləğində qiymətləndirilərək, İddiaçı İKB-də mülkiyyətçi tərəfindən ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmişdir. İddiaçı borcun ipotekaya yönəldilməsi üçün tədbirlər ə başlamış və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, X1, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 08.10.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçının xeyrinə 24.339,61 manat əsas borcun, 10.211,32 manat faiz borcunun, 2.457,12 manat cərimə borcu, olmaqla, cəmi 37.008,05 manat borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq iddi açıya ödənilməsi, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 2 otaqlı, 45.43 kv.m. ümumi, 33.13 kv.m. yaşayış, 12.3 kv.m. yardımçı sahədən ibarət 2/10 nömrəli evin 31 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun "xxxx" ASC-yə (Nikoyl İKB) ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlakın hərracda satıldıqdan bir ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır k i, cavabdehlər müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, banka borcu yaranmışdır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-458/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.M.Abbasova) iddia qismən təmin edilərək, Cavabdeh1 08.10.2014-cü il tarixli, 21-G-1-0-465-14 saylı kredit müqaviləsinə əsasən 24.339,61 manat əsas borc, 10.079,90 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 34.919,51 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə (İddiaçı İKB ASC) ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 2/10 ünvanında yerləşən ümumi sahəsi 45.43 kv.m. olan 2 otaqlı 31 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 73.000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçı "xxxx" ASC-yə (İddiaçı İKB ASC) ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 2/10 ünvanında yerləşən ümumi sahəsi 45.43 kv.m. olan 2 otaqlı 31 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, X1, Cavabdeh4 və Cavabdeh3 çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə "xxxx" ASC-yə (İddiaçı İKB ASC) təhvil verilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manat ekspertiza xərcinin 50%-i, yəni 60 manatının iddiaçı "xxxx" ASC-dən, qalan 50%-i yəni 60 manatının Cavabdeh1 tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. İddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 24.339,61 manat məbləğində əsas borc, 10.079,90 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
7. Apellyasiya məhkəməsi həmçinin cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair münasibətdə hesab etmişdir ki, iddiaçı mənzilinin faktiki mülkiyyətçisi olmadığın dan, bu hüquq yalnız faktiki mülkiyyətçisinə məxsus olduğundan, iddiaçı bank cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilməsinə dair iddiada haqlı deyil, bu səbəbdən həmin hissədə iddia əsassızdır. Tərəflər arasında mövcud olan 08.10.2014-cü il tarixli kredit müqaviləsi 60 ay müddətinə bağlandığından, yəni müqavilənin müddətinin bitməsi məhkəmə icraatına təsadüf etdiyindindən (08.10.2019-cu il) hazırda müqavilənin ləğvinə lüzum qalmamışdır. Ona görə də iddia tələbi bu hissədə təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445,448,269, 319-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv ed ilməsi, işin faktiki hallarına uyğun yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-2064/2021 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasınd a müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddiaçının tələb etdiyi cəriməni də azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin faktiki hallarına uyğun yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətində apellyasiya şikayətinin dəlilləri təkrarlanmış, əlavə olaraq məhkəmə iclaslarında iştirakının təmin edilmədiyi, faiz və cərimə borcunun düzgün hesablanm adığı, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyi qeyd olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələb i 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.
1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləc ək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kredito r qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir tə qsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında m üddəaları gözləməlidirlər. 17. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; Maddə
8. Ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyulması 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə
59. İpoteka predmeti olan yaşayış evi nə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
18. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquq i məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabde hin kassasiya şikayətində irəli sürdüyü dəlillər – borc məbləğinin, ipotekanın qiymətinin düzgün müəyyən edilməsi ilə bağlı dəlilləri məhkəmələr tərəfindən araşdırılmış, ekspertizalar təyin edilərək rəylər alınmış, borcun məbləği və ipotekanın likvid qiyməti müəyyən edilmişdir. Cavabdeh müəyyən olunan məbləğləri şübhə altına alan hər hansı mötəbər sübut təqdim etməmişdir.
25. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmədiyi barədə dəlillər də əsassızdır. İşdən görünür ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qe yd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır.
26. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfində verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 09 iyun 2021-ci il tarixli, 2(103)2064/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.