Məhkəmə qərarları › İş №2(102)-625/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-625/2018

01.02.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-625/2018 01.02.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 01 fevral2018-ciil İş№ 2(102)-625/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Qoşqarlı Rəşad Nizami oğlunun katibliyi ilə, cavabdeh İddiaçının Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1958/2017 saylı 20 iyun 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin 20 may 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.X.Həsənova, iş № 2(066)-813/ 2016)ilk iddianın təmin edilməsi, Cavabdeh iləİddiaçınınarasındabağlanmış16 oktyabr 2014-cüiltarixli,3M-040945 reyestrnömrəli kreditmüqaviləsininləğvedilməsi, İddiaçıdan 23.000 (iyirmiüçmin) manatpul vəsaitinin alınıbCavabdehə verilməsi, qarşılıqlıiddianınrəddedilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər A.V.Bayramov (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və İ.Ə.Şəfiyev, iş № 2(104)2392/2016) cavabdehin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Göygöl Rayon Məhkəməsinin 20 may 2016-cı il tarixli, 2(066)-813/2016 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılaraq ilk iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçıdan 2300 (iki min üç yüz) manat pul v əsaitinin alınaraq iddiaçıdan Cavabdehə verilməsi, qalan hissədə ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçınınarasındabağlanmış 16 oktyabr 2014-cüiltarixli,3M-04-945 reyestr nömrəli kreditmüqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və Ə.Ə.Əliyev, iş № 2(102)-2016/2017) iddiaçı Cavabdehin kassasiya şikayəti təmin edilərək hazırkı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2016-cı il tarixli, 2(104)-2392/2016 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 20 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və Ə.İ.Rüstəmov, iş № 2(104)1958/2017) ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 20 may 2016-cı il tarixli, 2(066)-813/2016 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən cavabdeh İddiaçıya kassasiya şikayəti vermişdir. İşin halları: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdehiddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, ilk iddia üzrə cavabdeh (qaşılıqlı iddia üzrə iddiaçı) İddiaçıiləbağladığı 16 oktyabr 2014-cüiltarixli,3M-040945 reyestrkreditmüqaviləsininləğvedilməsini, 23.000 manatkreditinqaytarıl ması haqqında qətnamə çıxarılmasınıxahişetmişdir. Cavabdehİddiaçıqarşılıqlıiddiaərizəsi ilə məhkəməyə müraciət edərək,həmin16 oktyabr 2014-cüiltarixli,3M-040945 reyestrkreditmüqaviləsininetibarsızhesabedilməsinixahişetmişdir. İlk iddia üzrə İddiaçıtələbinionunlaəsaslandırmışdırki, daimiişgüzarmünasibətindəolduğucavabdehİddiaçınaetibaredib 16 oktyabr 2014-cüiltarixdə 2 ilmüddətinəfaizsiz 23.000 manatborcvermişdir. Cavabdehondannisyəmallaralmaqlayanaşı, onuntəminatçılığıiləbaşqasahibkarlardandanisyəmallar, ocümlədənbahalıqızılzinətəşyalarıalıbsataraqhəmborcunuqaytarmış, həmdəqazancəldəetmişdir. Borcunuvaxtındaödəyəbilməyəndətəminatçıkimiborcuonunəvəzinəözüödəyibcavabdehdənsonralar almışdır. Cavabdehnınqızınıərəverərkənona 6.000 manatlıqcehizlikəşyalarvermişdir. Cavabdehqazancınıartırmaqüçünt orpaqalverinəqurşanandayenədəonumaliyyələşdirmiş, cavabdehQuşqarakəndsakinikimiQuşqaraBələdiyyəsindəntorpaqalıbkənaryerinsakinlərinəyüksəkqi ymətəsatıbqazancəldəetmişdir. Cavabdehləalış-verişi2014-cüilinoktyabrayınakimişifahiolmuş, həminaydacavabdehinonaolanborcuartaraq 23.000 manatolmuşdur. Ozamanakimicavabdehinbaşqasahibkarlaradaxeyliborcuyaranmışdır. Busəbəbdəno, ehtiyatedibcavabdehinonaolancəmiborcununotariatdatəsdiqlənən16 oktyabr 2014cüiltarixlikreditmüqaviləsiilərəsmiləşdiribhəmfaizistəməmiş, həmdəonu 2 ilgözləyəcəyinəsözvermişdir. Cavabdehötənbirilyarımərzindəborcundanheçnəödəmədiyindənonunmaddivəziyyətiniyoxlayıbaşkar etmişdirki, o, əvvəllərtanıdığıimkanlıqadındeyil, həmbaşqaşəxslərə çoxlu miqdardaborcuyaranmışdır, həmdədahaalverləməşğulolmur, evindəçexoltikir, qazancıailəsinindol anışığınaancaqçatır. Odurki, onaolan 23.000 manatborcununəmüqaviləninmüddətibitəndə, nədəsonrakönüllüödəməkiqtidarındadeyildir. Cavabdehİddiaçısöhbətzamanıözüdəborcunuvaxtındaödəyəbilməyəcəyinietirafedibondandaha 2 ilmüddətistəmiş, maddivəziyyətindən, yoxsullaşmasındanşikayətlənmişdir. Beləvəziyyətdəo, çarəsizqalıbhəminiddiailəməhkəməyəmüraciətetmişdir. İlk iddia üzrə cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçıqarşılıqlıiddiasınıonunlaəsaslandırmışdırki, 16 oktyabr 2014cüiltarixlikreditmüqaviləsibağlananvaxtiddiaçıonahərhansımiqdardapulverməmişdir. Onuniddiaçıya 6000 manatdəyərindəborcuolmuş, həminborcondannisyəgötürdüyücehizlikəşyalarındanyaranmışdır. Borcun 4200 manatınıbaşqayerdəngötürdüyükreditdənaldığıpuldanqaytarmış, iddiaçıyayalnız 1800 manatborcuqalmışdır. Həminborcuvaxtındaödə yəbilmədiyindəniddiaçıqalan 1800 manatborcu sələm kimi hesablamış,bundansonraonuniddiaçıyacəmi 2300 manatborcuqalmışdır. İddiaçıhəminborcunotariatdarəsmiləşdirərkənonunsavadsızlığındanistifadəedibmüqavilədə 2300 manatəvəzinə 23.000 manatyazdırmış, yalanıgizlətməküçünmüqaviləninonaverilməliolannüsxəsiniözündəsaxlamışdır. Hesab edir ki, həmin müqavilə aldatmanəticəsindəbağlanmışdır. Ona görə də həminmüqaviləninetibarsızhesabedilməsinixahişetmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh İddiaçı və vəkili X3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini, yaxud işin yeni apellyasiy a baxışına göndərilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Prosessual məsələlər: Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqtərəflər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarındangörünürki, iddiaçı müxtəlif məişət və cehiz əşyalarının alış-satışı ilə məşğul olur. Bu zaman o, həmin əşyaları həm nağd, həm də nisyə satır. O cümlədən cavabdehə dəyərini sonradan ödəmək şərti ilə müxtəlif cehiz və məişət əşyalarını nisyə olaraq satmış, həmçinin ona borc olaraq nağd pul vermişdir. Cavabdeh iddiaçıdan nisyə aldığı əşyaların dəyərini hissə-hissə ödəmiş olsa da, son nəticədə onun iddiaçıya 23 000 manat məbləğində borcu yaranmış, iddiaçının tələb etmə sinə baxmayaraq o, həmin borcu maddi imkanı yol vermədiyinə görə vaxtında qaytarmamış, ona görə də iddiaçının təklifi ilə razılaşaraq aralarında 16.10.2014-cü il tarixli, 3M-040945 reyestr nömrəli kredit müqaviləsini bağlamışlar. Həmin müqavilə kredit müqaviləsi kimi rəsmiləşdirilsə də, əslində tərəflər həmin müqaviləni bağlayarkən iradə ifadələri nisyə alqı-satqı müqavilələri üzrə yaranmış borcun rəsmiləşdirilməsi olmuşdur. Qüvvədə olan mülki qanunvericiliyə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun poz ulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsivəicramüddətiçatanadəkkredit orunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsiborclununicranıgecikdirməsisayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdir miş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445, 448.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcının verilmiş əşyanı ödəməyi tələb etməsinin ümumi hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598-ci maddəsinə görə, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanın qiymətini vaxtında ödəmirsə, satıcı əşyanın qiymətini ödəməyi tələb edə bilər. Qanunvericiliyə görə satılan əşyanın ödənilməsi qaydaları və vaxtı tərəflər arasında bağlanan müqavilənin şərtləri ilə müəyyən olunur. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsi ni icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. İş materiallarına əlavə edilmiş 16.10.2014-cü il tarixli, 3M-040945 reyestr nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 23.000 manat 16 oktyabr 2016-cı il tarixə kimi üstünə faiz gəlməmək şərti ilə kredit pul almışdır. Yuxarıda da qeyd olunduğu kimi, həmin müqavilə kredit müqaviləsi kimi rəsmiləşdirilsə də, əslində tərəflər həmin müqaviləni bağlayarkən iradə ifadələri nisyə alqı-satqı müqavilələri üzrə yaranmış borcun rəsmiləşdirilməsi olmuşdur. Mülki Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın ə mlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 745-ci maddəsinə əsasən əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. Cavabdehin qarşılıqlı iddiasının məzmunundan aşkar görünür ki, o, üzərinə götürdüyü öhdəliyi müqavilədə göstərilən müddətdə ödəmək iqtidarında deyil. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, tərəflərin arasında bağlanmış kredit müqaviləsinin icrası üçün təhlükə yarandığından müqavilə ləğv edilməli, kredit geri qaytarılmalıdır. Cavabdeh göstərmişdir ki, o, iddiaçıdan 6000 manat dəyərində cehizlik əşyalar götürmüş, həmin məbləğin 4200 manatını qaytarmış, iddiaçıya 1800 manat borcu qalmışdır. Borcunu vaxtında ödəyə bilmədiyi üçün iddiaçı borcun faizi olaraq 500 manat da əlavə etmiş və cəmi 2300 manat borcu yaranmışdır. İddiaçı borcu notariusda rəsmiləşdirmək qərarına gəlmiş, bu zaman onun savadsızlığından istifadə edərək kredit müqaviləsində 2300 manat əvəzinə 23000 manat göstərilmişdir. Sonradan cavabdeh İddiaçı Cavabdehdən 500 manat əlavə ödəməsi şərti ilə sələmə 1800 manat pul götürdüyünü, lakin həmin pulu maddi imkansızlığa görə ödəyə bilmədiyindən Cavabdeh ona olan pul borcunu notariat qaydasında rəsmiləşdirmək istədiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh müxtəlif vaxtlarda fərqli izahatlar vermişdir, əvvəlcə 1800 manat miqdarında borcu iddiaçıdan nisyə aldığı 6000 manat dəyərində əşyaların ödənilməmiş hissəsinin qiyməti kimi göstərmiş, işə apellyasiya qaydasında baxılarkən isə həmin pul məbləğini iddiaçıdan əlavə 500 manat ödəməsi şərti ilə sələm kimi götürdüyünü, kredit müqaviləsinə imza etməsinin səbəbini isə latın qrafikasını bilməməsi ilə əsaslandırmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun izahatlarına tənqidi yanaşmış və onun gətirdiyi dəlilləri inandırıcı hesab etməmişdir. Həmçinin, iş materiallarında olan müxtəlif sənədlərdən görünür ki, cavabdeh öz adını və soyadını latın qrafikalı əlifba ilə sərbəst yazmışdır ki, bu da onun latın qrafikalı əlifbanı bilməsinə işarə edir. Beləliklə də, göründüyü kimi ilk iddia üzrə cavabdeh İddiaçı məhkəməyə öz dəlillərini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «MahmudovRusiyaFederasiyasınaqarşı» işüzrə 26 iyul 2007ciiltarixliqərarındaİnsanHüquqlarıüzrəAvropaMəhkəməsiqeydetmişdirki, Konvensiyaaraşdırmalarındasübutlarıqiymətləndirərkən, birqaydaolaraq, affirmanti, non neganti incumbit probation (sübutetməkyükütəkzibedənindeyil, iddiaedəninüzərinədüşür) prin sipirəhbərtutulur. Sübutkifayətqədərgüclü, aydınvəbirbirinəuyğunqənaətlərinhəmmövcudluğundan, həmçinintəkzibolunmazoxşarfaktehtimallarındanirəligələbilər (§ 68). AvropaMəhkəməsinin «QavazovBolqarıstana»qarşı 06 mart 2008ciiltarixliQərarındaqeydedilmişdirki, sübutlarqiymətləndirilərkən, birqaydaolaraqəsaslışübhədənkənarstandartlartətbiqedilir (§ 93). Məhkəmə kollegiyası qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, müəyyən olunduğu kimi, həmin müqaviləni bağlamaqda tərəflərin məqsədi hansısa əqdi pərdələmək yox, nisyə alqı-satqı nəticəsində aralarında yaranmış borcun rəsmiləşdirilməsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı həmin əqdin onun ilkin iddiaçıya olan pul borcunu rəsmiləşdirmək üçün bağlandığını göstərsə də, müqavilədə göstərilən pul məbləğini mübahisələndirərək ilkin iddiaçıya borcunun 2.300 manat olduğu halda onun savadsızlığından və inamından istifadə edilərək notariat kontorunda 23.000 manata imza etdirdiklərini, müqavilədə göstərilən pul məbləğinin miqdarında aldadıldığına istinad edərək müqavilənin etibarsızlığı tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının dəlili qarşılıqlı iddianın təmin edilərək tərəflər arasın dakı 16.10.2014-cü il tarixli əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin İddiaçıya kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1958/2017 saylı 20 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar