Məhkəmə qərarları › İş №2(102)-625/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-625/2019

28.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-625/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “28” yanvar 2019-cu il iş № 2(102)-625/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhmədoğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunu katibliyi, Cavabdeh3 vəkili X1 iştirakı ilə İddiaçı “İddiaçıbank” QSC-nin BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-citarixli qətnaməsindənverdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətn aməsi ilə (hakim:A.M.Süleymanova; 2(001)-903/18) iddiaçı “İddiaçıbank” QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ********* saylı kredit razılaşması üzrə 104.512,85 ABŞ dolları əsas, 23623,16 ABS dolları faiz və 1000 ABŞ dolları cərimə, cəmi 129136,01 ABŞ dolları, ********** saylı kredit razılaşması üzrə 51129,85 ABŞ dolları əsas borc, 9550,83 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə, cəmi 61180,68 ABŞ dolları borc, ümumilikdə 190316,69 ABŞ dolları borc (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 68,40 manat “İddiaçıbank"’ QSC-nin xeyrinə tutulması,tələbin Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, ****************** ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan bağ evinə və Cavabdeh3 məxsus Abşeron rayonu ***************************** saylı evin *** saylı mənzilinə yönəldilməsi, həmin bağ evi və mənzilin açıq hərracdan satılması, Sumqayıt şəhəri, ********************* ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan bağ evinin ilkin satış qiyməti 340.080 manat və Abşeron rayonu, ********************* saylı evin **** saylı mənzilin ilkin satış qiyməti 160.000 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia t ələbi satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq Cavabdeh1 və Cavabdeh3 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ‘'İddiaçıbank'" QSC- nn xeyrinə tutulması, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, ******************* ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan bağ evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 evdən çıxarılmaqla evin boşaldılması və Cavabdeh3 məxsus Abşeron rayonu, *************** saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 mənzildən çıxarılmaqla mənzilin boşaldılması qət edilmiş, idd ia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova (sədrlik edən və məruzəçi), İ.Ş.Vəliyev və E.M.Həsənov; 2(103)-9349/18) iddiaçı “xxxx” QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı “İddiaçıbank” QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada ********* saylı kredit razılaşması üzrə 104512,85 ABŞ dolları əsas, 23623,16 ABŞ dolları faiz və 41547,05 ABŞ dolları cərimə olma qla, cəmi 169683,06 ABŞ dollar, ********** saylı kredit razılaşması üzrə 51129,85 ABŞ dolları kredit borcu, 9550,83 ABŞ dolları faiz borcu və 19533,04 ABŞ dolları cərimə olmaqa, cəmi 80213,72 ABŞ dolları, hər iki müqavilə üzrə cəmi 249896,78 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, *************** ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261.6 kv metr olan bağ evinə və Cavabdeh3 məxsus Abşeron rayonu, *************** saylı mənzilinə yönəldilməsi, həmin bağ evin in və mənzilin açıq hərracdan satılması, cəmi 249896,78 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının əldə olunan vəsait hesabına“İddiaçıbank” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada “İddiaçıbank” QSC-nin xeyrinə tutulması, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, *************** ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261.6 kv metr olan bağ evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra C avabdeh1 həmin evə istifadə hüquqlarının itirilməsi, onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və “İddiaçıbank” QSC-yə təhvil verilməsi, Cavabdeh3 məxsus Abşeron rayonu, *************** saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması, mənzilin boşaldılması və “İddiaçıbank” QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ddia tələbi onunla əsaslandırılmışdır ki, bank tərəfindən Cavabdeh2 «İddiaçıBank» QSC ilə bağladığı 25.05.2015-ci il tarixli, **********60 saylı kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə Cavabdeh2 «İddiaçıBank» QSC ilə bağladığı 27.05.2015-ci il tarixli ********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 120000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 26.02.2016-cı il tarixli, ********** saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.07.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 15487,15 ABŞ dolları ödəmiş, onun 104512,85 ABŞ doll arı məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 11.08.2017-ci il tarixə 387 gün üçün hesablanmış faiz borcu 23623,16 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 11.08.2017-ci il tarixə 387 gün üçün hesablanmış cərimə 41547,05 ABŞ dolları təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 “İddiaçıbank” QSC ilə bağladığı 10.06.2015-ci il tarixli, ********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 12.01.2016-cı il tarixli, ********** saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.08.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 8870,15 ABŞ dolları ödəmiş, onun 51129,85 ABŞ d olları məblğində kredit borcu qalmışdır. Onun kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 11.08.2017-ci il tarixə 366 gün üçün hesablanmış faiz borcu 9550,83 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar zaminlik müqaviləsinə əsasən, bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bunlarla yanaşı, uzunmüddətli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 26.05.2015-ci il tarixli, ********** saylı ip oteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, *************** ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan yaşayış sahəsi, 174 kb.metr yardımçı sahəsi, 87,6 metr tikintialtı sahəsi, 4,7 kv metr olan 2 mərtəbəli 6 otaqlı evin iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliyinin Cavabdeh3 oğlunun “İddiaçıbank” QSC ilə bağladığı 03.06.2015-ci il tarixli, ******************** saylı, sonrakı ipoteka müqaviləsi əsasında ünvan 4 evin ********** saylı ünvanında xüsusi mülkiyyətdə olan 1-ci mərtəbədə yerlşən 66,6 kv metr ımumi sahədən, 46,9 kv metr yaşayış sahəsindən, 19,7 kv metr yardımçı sahədən ibarət 3 otaqlı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Kassasiya şi kayətinin dəlilləri İddiaçı “İddiaçıbank” QSC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 102.2-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, hazırki, iş üzrə ipoteka predmetlərinə “xxxx” MMC tərəfindən qoyulan qiymətlər həmin əmlaklar üçün fantastik rəqəm olmaqla qətiyyət reallığı əks etdirmir, rəylərdə göstərilən qiymətlər real bazarda tələblə təklifin qarşılıqlı təsirinə uyğun ol araq formalaşmış qiymət deyil, əmlaklar real bazar qiymətlərindən dəfələrlə artıq şəkildə qiymətləndirilmişdir.Həmçinin 1ci instansiya məhkəməsi 05 aprel 2018-ci il tarixli qətnamədə cərimə borcunu 002R********** saylı kredit müqaviləsiü üzrə 1000 ABŞ dolları, ********** saylı kredit razılaşması üzrə 500 ABŞ dolları müəyyənləşdirərkən və ümumilikdə 61080.09 ABŞ dolları məbləğində cərimə borcunu 1500 ABŞ dolları məbləğinədək azaldarkən kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə almamış, yalnız borcluların mənafeyindən çıxış etmişdir. Cərimə borcu azaldılarkən tənasüb düzgün müəyyən edilməmiş, kreditor olaraq iddiaçı bankın mənafeləri nəzərə alınmamış, apellyasiya məhkəməsi də bankın şikayətini cərimə borcu ilə bağlı hissədə də təmin etməmişdir. Tərəfin izahatı Məhkəməkollegiyasınıni clasında cavabdeh Cavabdeh3 vəkili X2 kassasiya şikayətiniqəbul etməyərək, şikayətintəminedilməməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta tə sir göstərə bilər. İddiaçı “İddiaçıbank” QSC kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən- ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6, **** saylı mənzilin bazar dəyəri 160.000 manat və cərimə borcu azaldılarkən bankın mənafelərinin nəzərə alınmaması Sumqayıt şəhəri, *************** ünvanında yerləşən bağ evinin bazar dəyəri isə 340.080 manat müəyyən edilməsi və cərimə borcunun tam şəkildə təmin olunmaması hissəsində mübahisələndirildiyinə görə kassasiya qaydasında işə baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin mübahisələndirilən hissəsində maddi və prosessual hüquq normalarının düzgün tərbiq edilməsii yoxlayır. Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının qəbul etdiyi qətnamənin iddiaçı tərəfindən yuxarıda göstərilən qaydada mübahisələndirdiyi hissələr Azərbaycan Respubliukası MM-nin 467-ci maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə istinad etməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ********** saylı kredit razılaşması üzrə cərimə kimi hesabladığı 41.547,05 ABŞ dollarının 1000 ABŞ dolları, ********** saylı kredit razılaşması üzrə cərimə kimi hesabladığı 19.533,04 ABŞ dollarının isə 500 ABŞ dolları məbləğində müəyyən edilməsi ağlabatan və ədalətlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsindədə əsaslıdır. Belə ki, “xxxx” MMC-nin 02 fevral 2018-ci il tari xli hesabatlarından görünür ki, Cavabdeh3 məxsus Abşeron rayonu, *************** saylı mənzilin bazar dəyəri 160.000 manat; Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, *************** ünvanında yerləşən bağ evinin bazar dəyəri isə 340.080 manat təşkil edir. İddiaçı “İddiaçıbank” QSC əmlakların qiymətlərinin fərqli olması barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Apellyasiya İnstansiyası məhkəməsinin gəldiyi qeyd olunan nəticə ilə bağlı məhkəmə kollegiyası aşagıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan Cavabdeh2 ilə «İddiaçıBank» QSC arasında bağlanılmış 25.05.2015-ci il tarixli, ********** saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən kreditverən kreditalana 120 ay müddətinə, 10000000 ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kreditlər tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. 25.05.2015-ci il tarixli, ********* saylı Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 ilə «İddiaçıBank» QSC arasında bağlanmış 27.05.2015-ci il tarixli, ********** saylı Kredit razılaşmasına əsasən Bank Cavabdeh2 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 120000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafıkinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflərin imzaladıqları 26 fevral 2016-cı il tarixli, ********** saylı sazişlə Razılaşma və ödəniş planına dəyişiklik edilərə k kreditin son qaytarılma müddəti 22.04.2019-cu il müəyyən edilmişdir. Cavabdeh2 ilə «İddiaçıBank» QSC arasında bağlanılmış 10.06.2015-ci il tarixli, ********** saylı Kredit xətti müqaviləsinə əsasən kreditverən kreditalana 36 ay müddətinə, aylıq 1,5% dərəcəsi ilə 60000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan kredit və hesablanmış faizləri ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür.Tərəflərin imzaladıqları 12 yanvar 2016-cı il tarixli, ********** saylı sazişlə Razılaşma və ödəniş planına dəyişiklik edilərək kreditin son qayarılma müddəti 10.06.2019-cu il müəyyən edilmişdir. 28.08.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ********** saylı, 27.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11 avqust 2017-ci il tarixə banka olan əsas borcu 104512,85 ABŞ do lları, faiz borcu 23623,16 ABŞ dolları, cərimə borcu 41547,05 ABŞ dolları, cəmi borcu 169683,06 ABŞ dolları təşkil edir. 28.08.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ********** saylı, 10.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11 avqust 2017-ci il tarixə banka olan əsas borcu 51129,85 ABŞ dolları, faiz borcu 9550,83 ABŞ dolları, cərimə borcu 19533,04 ABŞ dolları, cəmi borcu 80213,72 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3,Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Qnlar zaminlik müqaviləsinə əsasən qarşısında cavabdeh Salmanov Rabil Şəkil oğlu ilə birgə məsuliyyət daşıyır və qeyd olunan kredit müqaviləsi üzrə kredit qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.Bunlarla yanaşı, uzunmüddətli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 26.05.2015-ci il tarixli, **********1 saylı ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, *************** ünvanında xüsusi mülkiyyətdəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 261,6 kv metr olan yaşayış sahəsi, 174 kb.metr yardımçı sahəsi, 87,6 metr tikintialtı sahəsi, 4,7 kv metr olan 2 mərtəbəli 6 otaqlı evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliyinin Cavabdeh3 oğlunun “İddiaçıbank” QSC ilə bağladığı 03.06.2015-ci il tarixli, *************** saylı, sonrakı ipoteka müqaviləsi əsasında ünvan 4 evin 36 saylı ünvanında xüsusi mülkiyyətdə olan 1-ci m ərtəbədə yerlşən 66,6 kv metr ımumi sahədən, 46,9 kv metr yaşayış sahəsindən, 19,7 kv metr yardımçı sahədən ibarət 3 otaqlı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetlərinin dəyəri Abşeron rayonu. ************************ saylı mənzili üzrə 75000 manat, Sumqayıt şəhəri, *************** ünvanında yerləşən bağ evi isə 125916 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin ekspert rəyindən görünür ki, 02.02.2018-ci il tarixdə Abşeron rayonu. Xırdalan şəhəri, ünvanda yerləşən ev 6, mənzil 36 (qeyri yaşayış sahəsinin) satış bazar dəyəri 160000 manat və Sumqayıt şəhəri, *************** ünvanında yerləşən bağ evinin 02.02.2018-ci il tarixə bazar dəyəri isə 340080 man at təşkil edir. İş materiallarından görünür ki, iddiaçı «İddiaçıBank» QSC-nin nümayəndəsi tərəfindən həm birinci instansiya məhkəməsində,həm də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçı bank tərəfindən vəsatət verilərək ipoteka predmeti olan əmlakların təkrar qiymətləndirilməsi və qiymətləndirilmənin keçrilməsinin başqa təşkilata həvalə edilməsi xahiş edilmişdir. Lakin birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən vəsatət təmin edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi,apellyasiya instansiya məhkəməsi şikayəti rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,iddiaçı əmlakların qiymətinin fərqli olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası” Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti- bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilmısi üçün müvafiq marketinq keçrilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış(likvid) qiymətdir. Həmin qanunun 39.3, 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir.İkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, razılaşma olmadıqda işə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, qiymələndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmələr tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyi və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəsiz, hərtərəfli və tam baxdlqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti ola n, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. -101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.. -372.6-cı maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəl dikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır. -392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İşin yuxarıda şərh olunan hallarınından göründüyü kimi qeyd olunan ipoteka predmetlərinə ipoteka müqavilələrində tərəflərin qarşılıqlı razılıqları ilə qoyulmuş qiymətlərlə “xxxx” MMC tərəfindən qoyulan qiymətlər ar asında 2 dəfədən çox, ciddi fərq vardır. Digər tərəfdən qiymətləndirici tərəfindən verilən rəydən xüsusi tədqiqat aparılması görünmür. Həmçinin verilmiş rəylərdə bağ evinin yerləşdiyi ərazinin xəritəsi, mənzilin və bağ evinin daxilinin təmirli və ya təmirsiz olması, otaqların, yaşayış və qeyri-yaşayış sahələrinin hansı vəziyyətdə olması, əmlakların yaxınlığında nəyin olması( məktəb,xəstəxana,idman kompleksləri və s) əmlakların komunikasiya xəttləri ilə təchiz edilib, edilməməsi və həmin ipoteka predmetlərinə qoyulmuş qiyməti təsdiq edən digər əsaslar göstərilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi müvafiq ekspertiza təyin etməklə, mübahisəli ipoteka predmetlərinin real bazar qiymətini müəyyən etməmiş, nəticədə həmin daşınmaz əmlakların hazırki vaxta olan real bazar qiy mətləri müəyyən edilmədən qalmışdır. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə uyğun olaraq birinci instansiya məhəkəməsi tərəfindən iddiaçının ********** saylı kredit razılaşması üzrə cərimə kimi hesabladığı 41547,05 ABŞdollarının 1000 ABŞ dolları ********** saylı kredit razılaşması üzrə hesabladığı 19533,04 ABŞ dollarının isə 500 ABŞ dolları məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab etsədə, lakin istinad etdiyi həmin normanın tələblərinə əməl etməmişdir. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mən afeləri nəzərə alınır. Göründüyü kimi Mülki Qanunvericiliyi məhkəmədə tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilməsi hüququ verməklə yanaşı, eyni zamanda tənasüb müəyyən edilərkən kreditorun həm əmlak mənafeyinin, həm də bütün əsaslı mənafeylərin nəzərə alınmasını tələb edir. İddiaçı “İddiaçıbank” QSC apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cərimə borcu 1500 ABŞ dolları həddinədək azaldılarkən tənasübün düzgün hesab edilməməsi, kreditor olaraq iddiaçı bankın mənafeylərinin ümumiyyətlə nəzərə alınmaması cərimə borcuna görə cavabdehlərdən cəmi 1500 ABŞ dolları cərimə tutulmasının qanunsuz olması göstərilməsinə baxmayaraq, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasının tələblərinə əməl etməmiş, hansı əsasa görə cərim ə pulunun qeyd olunan məbləğədək azaldılması, kreditor bankın əmlak və digər əsaslı mənafelərin pozulub-pozulmamasına qiymət verməməyərək gəldiyi nəticəni əsaslandırmamış, nəticədə yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə qətnamə qeyd olunan ipoteka predmetinə ilkin satış qiyməti qoyulması və cərimə pulunun məbləğ inin azaldılması hissəsində ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 05 sentyabr 2018-cı il tarixli qətnaməsi hazırki iş üzrə ipoteka predmetləri olan Sumqayıt şəhəri, *************** ünvanında xüsusi mülkiyyətindəki 0,24 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 261,6 kv metr olan bağ evinin ilkin satış qiymətinin 340080 manat və Abşeron rayonu, ******************** saylı mənzilinin ilkin satış qiymətinin 160.000 manat müəyyən edilməsi, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada ****** **** saylı kredit razılaşması üzrə 1000 ABŞ dolları cərimə, cəmi 129136, 01 ABŞ dolları, ********** saylı kredit razılaşması üzrə 500 ABŞ dolları cərimə, cəmi 61.80,68 ABŞ dolları, ümumilikdə 190316, 69 ABŞ dolları borc ( ödəniş günü manata məzənnə ilə) “İddiaçıbank” QSC-nin xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissələrdə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar