Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-625/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ İŞ № 2(102)-625/22 Açar sözlər: istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxsə ödəncin verilməsi Bakı şəhəri, 11 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4907/2021 nömrəli, 1 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabde h "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2010-cu il tarixli, 2(008)1180/2010 saylı icra vərəqəsindən görünür ki, 1.228 manat yaranmış borc, 2010-cu ilin aprel-may ayları üçün 304 manat məbləğində ödənc pulu, cəmi 1.532 manat məbləğində pul vəsaiti "xxxx" TASC-dən alınaraq, İddiaçı verilməlidir.
2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 01 dekabr 2020-ci il tarixli, 06/1-61 nömrəli məktubuna əsasən, “Rəsmi statistika haqqında” AR Qanunun 16-cı maddəsinə əsasən hüquqi və fiziki şəxslərin ilkin statistik məlumatları konfidensial sayılır və statistik sirrdir. Hüquqi və ya fiziki şəxslərin razılığı olmadan onlar haqqında məlumatların açıqlanması statistik sirr təşkil edən məlumatların açıqlanması, yaxud yayılması hesab olunur. Bu səbəbdən sorğunuzda qeyd edilmiş "xxxx" ASC-nin də aid olduğu “Maşın və avadanlıqların istehsalı” sahəsində muzdla çalışan işçilərin 2010-2019cu illərdə və 2020-ci ilin yanvar-sentyabr aylarında orta aylıq nominal əmək haqqına dair məlumatlar təqdim edilmişdir: 2010-cu il 227,4 manat; 2011-ci il 273,0 manat; 2012-ci il 326,2 manat; 2013-cü il 345,7 manat; 2014-cü il 366,8 manat; 2015-ci il 367,3 manat; 2016-cı il 373,5 manat; 2017-ci il 403,0 manat; 2018-ci il 412,0 manat; 2019-cu il 497,7 manat və 2020-ci ilin yanvar-sentyabr ayları 538,7 manat.
3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 14 yanvar 2021-ci il tarixli, 06/1-3 nömrəli mə ktubuna əsasən, "xxxx" ASC-nin də aid olduğu “Maşın və avadanlıqların istehsalı” sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2020-ci ilin sentyabr ayı üzrə 544,3 manat, oktyabr ayı üzrə 559,5 manat və noyabr ayı üzrə 640,4 manatdır.
4. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində olan DSMF-nin 05 dekabr 2020-ci il tarixli, **********9 nömrəli məktubuna əsasən, "xxxx" ASC ilə əlaqədar müraciətə əlavə edilmiş əmək haqqı fondu və faktiki işçi sayına dair cədvəli nazirliyin “X1 Sistemi”ndən əldə edilən məlumatlara əsasən 1 yanvar 2010-cu il tarixdən 1 oktyabr 2018-ci il tarixədək olan dövr üçün aidiyyatı üzrə doldurularaq təqdim edilmişdir.
5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 noyabr 2020-ci il tarixli məktubun a əsasən, illik əmək haqqı fondunun məbləği və işçilərin sayı barədə məlumatlar 2010-2019-cu illər üzrə illik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və 2020-ci il üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlik sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən cədvəl formasında təqdim olunmuşdur.
6. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentiyinin 02 noyabr 2020-ci il tarixli, **********9 nömrəli məktubuna əsasən, aparılan araşdırma çərçivəsində 44 nəfər Agentlikdə əyani müayinə olunmuş, hazırki vəziyyətlərini əks etdirən tibbi sənədlər araşdırılmış və müvafiq əlillik dərəcələri müəyyənləşdirilmişdir: İddiaçı müayinədən əvvəl əlillik dərəcəsi: 80%; m üayinədən sonra əlillik dərəcəsi 50% olmuşdur. Müayinə tarixi 10.08.2020-ci il tarixdə aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, 2020-ci ilin yanvar ayından etibarən aylıq ödəncinin 426,8 AZN artırılması şərti ilə və 2010-ci ilin yanvar ayından 01.10.2020-ci il tarixinədək olan zaman kəsiyində yaranmış 107757,38 AZN məbləğin cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01.12.2020-ci il tarixindən etibarən aylıq ödəncinin 320,2 AZN artırılması şərti ilə 2010-cu ilin y anvar ayından 01.03.2021-ci il tarixinədək olan zaman kəsiyində yaranmış borcun əmsallaşdırılıb indeksləşdirilərək hesablanmış 93846,52 AZN məbləğin cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o,1992-ci ildən əmək əlilidir və cavabdehdən əmək xəsarətinə görə aylıq ödənc alır. Lakin cavabdeh öz maliyyə maraqlarını güdərək onun əmək xəsarətinə görə aylıq ödənclərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli, 2 nömrəli qərarına uyğun hesablayaraq təmin etmir, ona maddi, mənəvi, psixoloji ziyan vurur. Hal-hazırda cavabdeh müəssisədə orta aylıq əmək haqqı 500-600 manat civarındadır və onun aylıq ödəncləri həmin məbləğlərdən hesablanaraq ödənilməlidir. Cavabdeh mü əssisə isə 1010-cu ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək bilərəkdən onun aylıq ödənclərində heç bir artım aparmamışdır. Halbuki, həmin zaman kəsiyində həm ölkədə, həm də cavabdeh müəssisədə orta əmək haqqı artan xətlə davam etmişdir. Cavabdeh 2020-ci ilin iyun ayından etibarən ona heç bir ödəniş etmir.
10. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1095/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, İddiaçı 27.10.1990-cı il tarixində “İstehsalatda bədbəxt hadisə haqqında” tərtib olunmuş 7 saylı akta əsasən 27.10.1990-cu il tarixində saat 10 radələrində “körpülü kran”ın pilləkənlərinin altından keçərkən zədə almışdır. Həmin aktın 11 /2 bəndində səbəb kimi göstərilmişdir ki, zədə alan bu sahədən keçməli deyildir. Habelə həmin aktın 13-cü bölməsində hadisəyə səbəb kimi, İddiaçı texniki təhlükəsizlik tələblərinə əməl etməməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq rəyinə əsasən İddiaçı əmək qabiliyyətinin 80% (İİ qrup) itirilməsi müəyyən olunmuşdur. Zavodda işləmiş vətəndaşların əmək zədəsi səbəbindən əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qərar qəbul edilmiş, bu işin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə tapşırılmışdır. İddiaçı da əlillik dərəcəsi Azərbaycan Respub likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 10.08.2020-ci il tarixində yenidən qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏƏSMNT Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış müayinə zamanı İddiaçı əmək qabiliyyətinin 80%-dən (İİ) 50%-ə (İİİ) qalxdığı müəyyən edilmişdir. İddiaçı zavod tərəfindən 01.01.201030.08.2019-cu illər üzrə xəsarət ödəncinə görə hər ay 152 manat olmaqla zavod tərəfindən ödəniş həyata keçirilmişdir. 01.09.2019-31.12.2019 ayları üzrə isə ödənc məbləği (Zavod özəlləşdirmə ərəfəsində olduğu üçün Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanına əsasən) DOST Mərkəzi təfindən ödəniş həyata keçirilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı təl əb etdiyi xəsarət pulunun məbləğini əsassız olaraq Azərbaycan Respublikası Statistika Komitəsinin sorğuya cavab məktubundakı göstəricilər əsasında hesablamışdır. İddiaçı yanlış olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Statistika Komitəsinin sorğuya verilən cavab məktublarında qeyd edilən ümumrespublika statistik göstəriciləri xəsarət pulunun artırılması üçün əsasdır. Əvvəla, Azərbaycan Respublikası Statistika Komitəsinin məktubunda öz əksini tapan göstəricilər ümumrespublika səviyyəsində müəyyən edilmiş sənaye maşın və avadanlıqların quraşdırılması sahəsində işləyən işçilərin orta aylıq əmək haqqlarına dair məlumatdır. Statistika Komitəsində illik hesabat tərtib edilərkən, nəinki "xxxx" ASC-də işçilərin əmək haqqısı ilə bağlı məlumatlar, həmçinin ölkə ərazisində olan bütün eynitip li müəssisə və zavodlarda işçilərin orta əmək haqqısı ilə bağlı məlumatlar toplanır və orta əmək haqqının ümumi göstəriciləri tərtib edilir. İddiaçı məhz "xxxx" ASC-də konkret mexanik vəzifəsini icra edərkən xəsarət almış, məhz həmin vəzifəyə görə ona xəsarət pulu təyin edilmişdir. Odur ki, iddiaçıya Statistika Komitəsinin məktubundakı ümumi göstəricilərə görə xəsarət pulu hesablana bilməz.
13. Aylıq ödənişlərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin məhz həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımından sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir, lakin zavodda heç bir kütləvi artım baş verməmişdir, belə olan halda isə iddiaçının qeyd olunan məktuba istinad etməsi əsassızdır. 14. “Azərbaycan Respubli kası Statistika Komitəsində İnformasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları”nın 2.4-cü maddəsinə əsasən, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 12-ci bəndinə uyğun olaraq hüquqi şəxslər, dövlət orqanları və vətəndaşlar məlumatlar bankında özlərinə aid olan məlumatları statistika orqanlarından ala bilərlər. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən, İddiaçı işlədiyi müddətlərə dair rəsmi iş stajı, aldığı əmək haqqı, zavodda mühəndis vəzifəsi üzrə müəyyən edilmiş orta əmək haqqı barədə və digər özünə aid olan məlumatları almaq hüququ vardır. Lakin iddiaçı özünə və işlədiyi müəssisəyə dair deyil, məhz ümumrespublika göstəricilərinə dair məlumat əldə etmiş və ona istinad edərək əsassız iddia tələbini irəli sürmüşdür. Göründüyü kimi, iddia çı əsassız olaraq ümumi göstəricilərə istinad etmişdir.
15. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istehsalatda əmək xəsarətinə görə və peşə xəstəliyi ilə əlaqədar ödəncin məbləği Sabunçu rayon məhkəməsinin 2(008)1180/2010 saylı 24.05.2010-cu il tarixli qətnaməsi ilə 152 manat müəyyən edilmiş, həmin tarixli icra vərəqəsi ilə ödənc pulu İddiaçı zavod tərəfindən 01.01.2010-30.08.2019-cu illər üzrə xəsarət ödəncinə görə hər ay 152 manat olmaqla ödəniş həyata keçirilmişdir. 01.09.2019-31.12.2019 ayları üzrə isə ödənc məbləği (Zavod özəlləşdirmə ərəfəsində olduğu üçün Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanına əsasən) DOST Mərkəzi təfindən ödəniş həyata keçirilmişdir. Odur ki, iddiaçının həmin illər üzrə tələb etdiyi ödənc məbləği də əsassızdır.
16. Məhkəmə öz mövqeyini hüquqi cəh ətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1123-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 6-cı bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 saylı 9 yanvar 2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydalarına, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarına, “Azərbaycan Respublikası Statistika Komitəsində İnformasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları”-na istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti vermişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək zədəsi aldığı mexanik ştatı cavabdeh müəssisədə 01.01.2010-cu il tarixdən ləğv olumuşdur. Bu fakt cavabdeh tərəfindən məhkəmə iclasında etiraf olunmuş və məhkəmə protokolunda öz əksini tapmışdır. Mexanik vəzifəsi cavabdeh müəss isədə ləğv olunduğundan iddiaçıya ödəniləcək aylıq ödənc məbləği hesablanarkən "xxxx" ASC-də müvafiq peşə üzrə orta əmək haqqı əsas götürülərək hesablanmalıdır. Buna baxmayaraq cavabdeh müəssisə ölkə üzrə minimum əmək haqqını əsas götürmüş və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Daha sonra məhkəmə qətnaməsində göstərilir ki, “həmin orta aylıq əmək haqqının hesablamasında nəzərə alınan və alınmayan ödənclərin siyahısı “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2000-ci il tarixli 126 saylı qərarına uyğun olaraq müəyyən edilir”. Lakin məhkəmə nəzərə almamışdır ki, Nazirlər Kabinetinin bu qərarı iddia predmetinə tətbiq edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 126 saylı qərarı ilə təsdiq edi lmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısına” nəzər saldıqda müəyyən olunur ki, nəzərə alınan ödənclər sırasında əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinatlar daxildir, yəni konkret zaman kəsiyi üçün müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə verilən ödənclərdən bəhs edilir. İddiaçıya isə əlillik müddətsiz (ömürlük) təyin edilmişdir. Bunu da iş materiallarına əlavə edilmiş TSEK-in tibbi rəyi təsdiq edir. İddiaçı 29 ildir əlildir və onun əlilliyinin məhkəmənin tətbiq etdiyi siyahı ilə heç bir əlaqəsi yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi Dövlət Statistika Komitəsinin 06/1-3 nömrəli 14 yanvar 2021-ci il tarixli məktubunda açıq aydın bildirilir ki, "xxxx" ASC-nin də aid olduğu “Maşın və avadanlıqların istehsalı” sahəsində çalışan işçilərin orta aylıq nominal əmək haqqları məsələn 2020-ci ilin noyabr ayı üçün 640 manat təşkil edirdi. Məktubda göstərilir ki, cavabdeh müəssisə məhz bu kateqoriyaya aiddir. İddiaçı tərəfindən məhkəməyə məhz bu sübutun təqdim olunması ondan irəli gəlmişdir ki, iddiaçının müraciətlərinə cavabdeh müəssisə heç bir məhəl qoymurdu və iddiaçı bu məlumatı müəssisənin özündən ala bilmirdi. İddiaçının vəzifəsi ləğv olunduğundan Statistika Komitəsi yalnız bu vəzifəyə oxşar vəzifələrin statistik məlumatların təqdim edə bilir. Təkcə onu qeyd etmək kifayətdir ki, cavabdehin etirafına baxmayaraq, iddiaçının əlavə sübutun tələb edilməsi ilə bağlı vəsatətinə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmiş və bununla əhəmiyyətli və işin nəticəsinə təsir edən prosessual pozuntuya yol verilmişdir. Son nəticədə isə düzgün olmayan qətnamə qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(008)-1095/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Ədgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş N 2(103)-4907/2021) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2021ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə istehsalatda xəsarət alması səbəbilə 01.01.2010-cu il tarixdən 01.08.2021-ci il tarixə kimi olan dövrdə ödənilməmiş artımın məbləğinə görə 19990,04 manat birdəfəlik və 01.08.2021-ci il tarixdən başlayaraq hər ay 310,75 manat aylıq ödəncin tutulması, "xxxx" ASC-də orta illik əmək haqqının səviyyəsində hər hansı artım baş verdikdə aylıq ödəncin həmin artıma uyğun hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin müəssisədə mexanik vəzifəsinin ləğv edildiyi və mexanik vəzifəsinə uyğun vəzifə olmadığı, 2010-cu ildən hazırki vaxta kimi müəssisədə əmək haqqında hər hansı bir artımın olmaması barədə dəlillərinə qiymət verərək, həmin dəlillə ri inandırıcı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçının müraciətinə verdiyi cavab məktublarında, həmçinin birinci instansiya məhkəməsinə və apelyasiya iinstansiyası məhkəməsinə təqdim etdiyi məktublarda, habelə cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdikləri izahatlarda müəssisədə mexanik vəzifəsinin ləğv edildiyini və həmin vəzifəyə uyğun müəssisədə vəzifə olmadığını, müəssisədə iddiaçının tələb etdiyi müddət ərzində əmək haqqında hər hansı bir artım olmadığını bildirsə də, apelyasiya instansiyası məhkəməsinin 22 iyun 2021-ci il tarixli sənədlərin götürülməsi barədə qərardadına cavab olaraq verdiyi 02 avqust 2021-ci il tarixli SM-10177 saylı məktubunda müəssisədə mühəndis-mexanik, mühəndis texnoloq, mühəndis kimi vəzifə lərin mövcud olduğunu və həmin vəzifələr üzrə illik orta əmək həqqının məbləğini göstərmişdir. Həmin məktubla müəyyən edilir ki, 2010- cu ildən qeyd edilən vəzifələr üzrə orta əmək haqqında müxtəlif vaxtlarda artmalar və azalmalar olmuşdur. Kollegiya qeyd edilənlərə qiymət verərək hesab edir ki, iddiaçının işlədiyi mexanik vəzifəsi mühəndis vəzifəsinə uyğun vəzifə olsa da, cavabdehin iddiaçının peşəsinə uyğun vəzifə olmaması barədə dəlilləri əsassız hesab edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, cavabdehin yuxarıda qeyd edilən məktubda qeyd edilən peşələr üzrə orta əmək haqqı barədə göstərdiyi məlumatlar da inandırıcı hesab edilmir.
21. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 saylı 9 yanvar 2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi” Qaydalarının 3.5-ci bəndinə istinad etsə də, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən həmin normanın axırıncı bəndinin tələblərini nəzərə almamışdır
22. Kollegiya bu qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin apelyasiya məhkəməsinin sorğusuna verdiyi 16 iyul 2021-ci il tarixli 06/1-127 saylı cavab məktubunda "xxxx" ASC-nin də aid olduğu “maşın və avadanlıqların istehsalı” sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqına dair məlumatla müəyyən edilir ki, 2010-cu ildən 2021-ci ilin müvafiq dövründə orta aylıq nominal əməkhaqlarında hər il artımlar olmuşdur. Dövl ət Statistika Komitəsi tərəfindən təqdim edilmiş məlumatlar Rəsmi Statistika haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən komitəyə təqdim edilmiş rəsmi məlumatlar (o cümlədən cavabdehin təqdim etdiyi) əsasında hazırlanır.
23. Kollegiya hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlar mötəbər hesab olunmaqla sübut kimi qəbul edilməli və iddiaçının iddia tələbi üzrə ziyan hesablanmaqla həmin məlumatlar əsasında hesablanıb ödənilməmiş fərq qətnamənin çıxarıldığı 2021-ci ilin avqust ayının birinə kimi olan dövr üçün cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
24. Kollegiya həmçinin qeyd etmişdir ki, artımın hesablanması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 16 iyul 2021-ci il tarixli 06/1-127 sa ylı arayışa uyğun olaraq “Maşın və avadanlıqların istehsalı” sahəsində orta aylıq nominal əmək haqqı 2010-cu il üçün 227,4 manat, 2011-ci il üçün 273,0 manat, 2012-ci il üçün 326,2 manat, 2013-cü il üçün 345,7 manat, 2014-cü il üçün 366,8 manat, 2015-ci il üçün 367,3 manat, 2016-cı il üçün 373,5 manat, 2017-ci il üçün 403,0 manat, 2018-ci il üçün 412,2 manat, 2019-cu il üçün 497,7 manat, 2020-ci il üçün 551,1 manat, 2021-ci ilin avqust ayının 01-nə kimi olan dövr üçün 621,5 manat nəzərə alınmaqla, artımın məbləği və həmin məbləğə görə ödənilməli olan məbləğ aşağıdakı kimi müəyyən edilməlidir.
25. Kollegiya onu da qeyd etmişdir ki, iddiaçıya ödənilməmiş məbləğ hesablanarkən onun əlillik dərəcəsi nəzərə alınıb 2020-ci ilin avqust ayına kimi 80%, 2020-ci ilin avqust ayından sonra isə 50% olma qla hesablanmalıdır. Həmçinin cavabdeh təşkilatda orta illik əmək haqqının səviyyəsində hər hansı artım baş verdikdə aylıq ödəncin dərhal artırılması barədə cavabdeh "xxxx" ASC-nin üzərinə öhdəlik qoyulmalıdır.
26. Kollegiya iddia tələbinin hər il üzrə inflyasiya faizlərinin nəzərə alınması ilə ödəniləcək ödənc məbləğinin indeksləşdirilməsi tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin olunmamalıdır. Çünki, məhkəmə kollegiyası orta əmək haqqının hər il üzrə artım səviyyəsini nəzərə aldığından, iddia tələbinin həmin hissəsinin təmin olunmasına əsas görmür.
27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 saylı 9 yanvar 2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş “İstehs alat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi” Qaydalarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin ödəmələr üzrə hesablama apararkən 1 avqust 2021-ci ilədək olan dövrü nəzərə alması tamamilə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə 22 fevral 2021-ci il tarixdə qəbul edilmiş və həmin dövrədək olan ödəmələri əhatə etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının tələb etdiyi xəsarət pulunun məbləğini hesablayarkən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 16 iyul 2021-ci il tarixli, 06/1-127 saylı arayışında öz əksini tapmış göstəricilərə istinad etməsi tamamilə qanunsuzdur. Müvafiq normalara əsasən, aylıq ödənişlərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin məhz həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımından sonra iki aylıq faktiki orta əmək haqqı hesablanmaqla müəyyən edilir, lakin, zavodda heç bir kütləvi artım baş verməmişdir. Belə olan halda, statistik göstəricilərə istinad edilməsi qanunsuz və əsassızdır.
31. Bundan başqa, qətnamədə göstərilir ki, cavabdehin 02.08.2021 -ci il tarixli məktubunda göstərdiyi məlumatlar inandırıcı hesab edilmir. Məhkəmə nəyə görə məktubda göstərilənləri inandırıcı hesab etmədiyini əsaslandırmamışdır. Məktubda yazılanların məlumatları dəqiqləşdirmək üçün Dövlət Statistika Komitəsinə sorğu vermək olardı, əmək mükafatları, sistemdən çıxarışlar və ya əmək müqaviləsi tələb edilə bilərdi.
32. Həmçinin iddiaçıya verilən ödənc məbləği Sabunçu Rayon Məhkəməsinin 24 may 2010-cu il tarixli qətnaməsi ilə 152 manat müəyyən edilmiş, ödənc pulu 2019-cu il üzrə iddiaçıya ödənilmişdir. Odur ki, 2010-2019-cu illər üçün tələb etdiyi ödənc pulu iddiaçıya ödənildiyindən həmin dövrlərə dair yenidən hesablanma aparılması tamamilə əsassızdır.
33. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək qabiliyyətinin 80%-dən 50%-ə qalxdığını, əl illik dərəcəsinin 2-ci dərəcədən 3-cü dərəcəyə qalxdığını, 01.09.2019-31.12.2019-cu aylar üzrə ödənişlərin DOST Mərkəzi tərəfindən həyata keçirilməsini nəzərə almamışdır.
34. Kassator şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3, 418.1, 418.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
35. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin rədd edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
36. Kassasiya şikayətinə etiraz iddia ərizəsi və apellyasiya şikayətinə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, kassatorun qənaəti tam qərəzli və yanlışdır. İddia predmeti mahiyyətcə əmək mübahisəsidir və Azə rbaycan Respublikası Əmək Məcəlləsinin 426.4-cü maddəsi ilə tənzimlənir. Həmin normadan göründüyü kimi kassatorun müddət barədə qənaəti yanlış və əsassızdır. Kassator əsassız olaraq hər iki instansiya məhkəməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 saylı 9 yanvar 2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi” Qaydaların 3.5-ci bəndin ancaq birinci abzasına istinad edərək, bütün təqdimatlarında həmin normanı yarımçıq göstərərək məhkəməni aldatmağa cəhd etmişdir. Bundan başqa, kassator Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2000-ci il tarixli 126 Nli qərarına istinad edir, halbuki, o, artıq 30 ildir ki, müddətsiz (ömürl ük) əlildir. Sözügedən norma isə əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqındadır. İşdə iştirak edən şəxslərin izahatları.
37. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər.
38. İşdə iştirak edən cavabdeh tərəf işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onun səlahiyyətli nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər.
39. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
40. Maddə 1123.1. Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qa biliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər.
41. Maddə 1123.2. Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər.
42. Maddə 1123.3. Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəllənin 1116.3-cü maddəsinə uyğun azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcə lləsi:
43. Maddə
239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət
44. Bənd
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
45. Bənd
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəli yi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”
47. Bənd 3.5. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həm in orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir.
48. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir.
51. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni qismən, iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
60. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlillə ri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4907/2021 nömrəli, 1 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov