Məhkəmə qərarları › İş №2(102)-625/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-625/2025

11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-625/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya baxışından çıxarılma, kassasiya şikayəti qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul olunduqda, kassasiya şikayətinin qeyri-mümkünlüyü, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, sağlamlıq bərpa edilənədək zəruri xərclərin ödənilməsi və cavabdehlərin tibb xidmətləri göstərməsi barədə qanunsuz fəaliyyətinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5796/2024 nömrəli, 2024-cü il 16 oktyabr tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 2025-ci il 11 aprel tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq,. MÜƏYYƏN ETDİ:

1. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 3000 manat, mənəvi zərərin əvəzi olaraq 2000 manat pul vəsaitin tutularaq ona ödənilməsi, dərinin əvvəlki vəziyyəti bərpa edilənə qədər hər ay zəruri olan xərclərin ödənilməsi öhdəliyinin cav abdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün tibbi xidmətlər göstərməsi barədə fəaliyyətinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1303/2024 nömrəli iş üzrə 2024-cü il 12 avqust tarixli qətnaməsi ilə (hakim X4) iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı səhhətinə vurduğu zərərin (yəni yanmış dərinin əvvəlki vəziyyətinin bərpası üçün çəkdiyi xərclər) əvəzi olaraq 910 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat olmaqla, cəmi 1.210 (min iki yüz on) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. İddiaçı birinci instansiya məhkəməsinin qə tnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5796/2024 nömrəli, 2024-cü il 16 oktyabr tarixli qətnaməsi ilə (hakimlər - X1 (sədrlik edən və məruzəçi), X2 və X3) İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 2024-cü il 12 avqust tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Kassasiya şikayəti 2(102)-625/2025 nömrəli, 2025-ci il 16 yanvar tarixli qərardadla kassasiya icraatına qəbul edilsə də, sonradan kassasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edildiyi müəyyən edilmişdir,

7. Belə ki, MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

8. Göründüyü kimi, MPM-də əmlak xarakterli iddialar üzrə yalnız qətnamənin mübahisələndirilən hissəsində iddian ın qiyməti beş min manatdan yuxarı olduqda kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.

9. Hazırda, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə ki, iddiaçı ona maddi zərər olaraq 3000 manat, mənəvi zərər olaraq 2000 manat ziyan dəydiyini əsas gətirərək kassasiya şikayətində iddia tələbinin təmin edilməmiş hissəsini yəni maddi ziyan olaraq 3000-910=2090 manat, mənəvi ziyan olaraq 2000-300=1700 manat pulun tutulması hissəsini mübahisələndirmişdir. Göründüyü kimi, tələb edilən məbləğ 5000 manatdan az olmaqla iddiaçının kassasiya şikayəti üzrə kassasiya icraatını qeyri-mümkün edir.

10. Həmçinin məhkəmə kollegiyası iddiaçının hələ çəkilməmiş xərclərin cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, həmin tələb qeyri-müəyyən olduğundan mübahisələndirilən his sədə iddianın qiymətinin hesablanması zamanı nəzərə alınması mümkün deyildir.

11. MPM-in 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

12. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə,..., apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

13. Beləliklə, hazırkı kassasiya icraatı üzrə iddiaçının kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhv ən icraata qəbul olunduğu üçün həmin şikayətin icraata qəbul edilməsi barədə 2(102)-625/2025 nömrəli, 2025-ci il 16 yanvar tarixli qərardad ləğv edilməli və şikayət kassasiya baxışından çıxarılmaqla geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

14. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 408.1.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 2(102)625/2025 nömrəli, 2025-ci il 16 yanvar tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5796/2024 nömrəli, 2024-cü il 16 oktyabr tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar